AZƏrbaycan respublikasinin naziRLƏr kabineti



Yüklə 21,81 Kb.
tarix29.11.2016
ölçüsü21,81 Kb.
#442
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 25 yanvar tarixli 21s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş 3380000000,0 (üç milyard üç yüz səksən milyon) manat vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsü”ndəki və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinə dəyişikliklərdə dövlət əsaslı vəsait qoyuluşu üçün əlavə nəzərdə tutulmuş 2484117,0 (iki milyard dörd yüz səksən dörd milyon yüz on yeddi min) manat vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə dövlət sifarişi kimi bölgüsü”ndəki obyektlərdən bu sərəncamın əlavəsində göstərilən obyektlər üzrə yerinə yetiriləcək işlərin icrasına təcili başlanılmasının və 2011-ci il üçün nəzərdə tutulmuş tikinti proqramının icrasının təmin edilməsinin vacibliyini nəzərə alaraq, müstəsna hal kimi, bu işlərin birbaşa müqavilələrlə yerinə yetirilməsinə icazə verilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

S Ə R Ə N C A M

179s



Bakı şəhəri, 7 iyul 2011-ci il

 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 25 yanvar tarixli 21s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş 3380000000,0 (üç milyard üç yüz səksən milyon) manat vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsü”ndəki və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinə dəyişikliklərdə dövlət əsaslı vəsait qoyuluşu üçün əlavə nəzərdə tutulmuş 2484117,0 (iki milyard dörd yüz səksən dörd milyon yüz on yeddi min) manat vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə dövlət sifarişi kimi bölgüsü”ndəki obyektlərdən bu sərəncamın əlavəsində göstərilən obyektlər üzrə yerinə yetiriləcək işlərin icrasına təcili başlanılmasının və 2011-ci il üçün nəzərdə tutulmuş tikinti proqramının icrasının təmin edilməsinin vacibliyini nəzərə alaraq, müstəsna hal kimi, bu işlərin birbaşa müqavilələrlə yerinə yetirilməsinə icazə verilsin.



2. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

 

 



 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 7 iyul tarixli 179s nömrəli

sərəncamına əlavə

 

İşlərin birbaşa müqavilələrlə yerinə yetirilməsinə icazə verilən obyektlərin



SİYAHISI

 


Sifarişçi təşkilatlar üzrə layihələrin adı

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi

Bakı-Ələt avtomobil yolunun 2-4 kilometr hissəsinin (Bayıl qəsəbəsi - Bayraq Meydanı) yenidən qurulması və əsaslı təmiri (2 km)

“Bilgəh-Novxanı-Sumqayıt” yolunun tikintisi və tikinti altına düşən torpaq və digər obyektlərin özgəninkiləşdirilməsi

Saatlı-Musalı-Məzrəli avtomobil yolunda Araz çayı üzərində olan qəzalı vəziyyətə düşmüş körpünün yenidən qurulması

Y-55-37 Şəki-Kiş avtomobil yolunda Kiş çayı üzərində qəza vəziyyətində olan mövcud körpünün aşırım qurğusunun bərpası

Qəbələ-Ağdaş yolunun yenidən qurulması (0-22 km)

Kənd yollarının təmiri, bərpası və yenidən qurulması

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

Nazirliyin inzibati binasında təmir işləri

Azərbaycan Respublikasının Belarus Respublikasının Minsk şəhərindəki Səfirliyinin inzibati binasının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması və tikintiyə başlanılması

Azərbaycan Respublikasının Türkiyə Respublikasının Ankara şəhərindəki Səfirliyinin inzibati binasının yenidən qurulması və təmiri, səfirin iqamətgahının tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanması

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Bakı şəhərində gözdən əlillər üçün yaşayış evinin layihələndirilməsi və tikintisi

Ramana qəsəbəsində yerləşən Gənc əlillərin əmək və istirahət evində təmir-bərpa işləri

Azərbaycan Respublikasının Təhsil Nazirliyi

Qəza vəziyyətində olan məktəblərdə təmir, bərpa-gücləndirmə və tikinti işləri

Uşaq bağçalarının təmiri, tikintisi və yenidən qurulması

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

Nazirliyin obyektlərində tikinti, təmir və yenidənqurma işlərinin aparılması və avadanlıqların alınması

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

Azərbaycan Həmkarlar ittifaqları Konfederasiyasının Naftalan şəhərindəki Kurort Birliyinə məxsus 5 sanatoriyada müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi üçün Goranboy şəhərində beşmərtəbəli yaşayış evlərinin tikintisi

Qazax rayonunda Konserv zavodu ərazisində məskunlaşmış məcburi köçkün ailələri üçün 24 mənzilli evin tikintisi

Azərbaycan Milli Elmlər Akademiyası

Akademiyanın obyektlərində təmir-tikinti və yenidənqurma işləri

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının maddi-texniki bazasının gücləndirilməsi və əsaslı təmir-tikinti işlərinin aparılması

Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik

Gəncə, Şəmkir şəhərlərinin, Samux rayonu (Nəbiağalı qəsəbəsi) və digər yaşayış məntəqələrinin içməli su təchizatının Şəmkir çayı üzərində tikilən su anbarından təmin edilməsi UçUn magistral su xəttinin və sutəmizləyici qurğunun tikintisi

Füzuli rayonunun ərazisində hərbi əməliyyatlar nəticəsində dağılmış yaşayış evlərinin bərpası

Salyan şəhərinin ərazisində qrunt sularının səviyyəsinin aşağı salınması üzrə işlərin IV mərhələsi

Yüklə 21,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin