2
Hacı Nərimanoğlu
Türk, ya erməni soyqırımı?
gerçək tarix rus, ingilis, fransız, amerikan, yəhudi, gürcü...erməni şahidlərin gözü, sözü ilə
Şərhsiz
Bakı-2015
3
Ön Söz:
Azay Quliyev
Milli Məclisin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru
Elmi redaktor:
Fətəli Abdullayev
siyasi elmlər üzrə fəlsəfə doktoru
Məsləhətçilər:
Vəli Əliyev
“Zəngəzur” Cəmiyyətləri Birliyi Ağsaqqallar Şurasının sədri, Azərbaycan Dövlət Pedaqoji
Universitetinin Ümumi tarix kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor
Elçin Əhmədov,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti,
Qarabağ Araşdırmalar Mərkəzinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru
Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Zəngəzur” Cəmiyyətləri Birliyi tərəfindən "Saxta erməni
soyqırımı iddiaları haqqında rus, ingilis, fransız, amerikan, gürcü, yəhudi, erməni şahidlərin
ifadələrinin toplanaraq nəşr edilməsi” layihəsi çərçivəsində nəşr edilir.
©“Zəngəzur” Cəmiyyətləri Birliyi
4
Erməni yalanlarını ifşa edən kitab
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev son çıxışlarında dəfələrlə
erməni təbliğatına qarşı hücum xarakterli xarici siyasət aparılmasını, müasir informasiya
texnologiyalarının, internetin imkanlarından daha bacarıqla, səmərəli istifadə olunması
yolu ilə Azərbaycan reallıqlarının dünyada tanıdılmasını, qısa müddətdə Dağlıq Qarabağ
problemi ilə əlaqədar Ermənistanla qarşıdurmada strateji qüvvələr nisbətində əsaslı
dəyişikliklər edilməsini həm dövlət qurumları, həm də qeyri-hökumət sektoru qarşısında
mühüm vəzifə kimi qarşıya qoymuşdur. Müasir dünyanın qəbul etdiyi, inandığı metodların
tətbiqi ilə ermənilərin mövqeyinin saxta olması barədə şübhə doğurmayan dəlillər, konkret
tarixi sübutlar ortaya qoyulmalı və dünya güclərinin öz dillərində özlərinə təqdim
edilməlidir. Dövlətimizin başçısı demişdir: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin mövcudluğu bizə diktə edir ki, bu sahəyə daha da böyük diqqət göstərək.
Çünki bu bölgənin tarixi ermənilər tərəfindən daim saxtalaşdırılır, daim təhrif olunur."
Dünya
siyasətinə təsir etmək imkanları olan bir sıra beyin mərkəzlərinin, siyasi,
ictimai xadimlərin də etiraf etdikləri kimi, informasiya savaşında ermənipərəst mövqelərin
zəiflədiyi, erməni tərəfdarlarının sayının və nüfuzunun ilbəil azaldığı, "hücum
diplomatiyası"nın effektiv nəticələri göz önündədir. Tolerantlığı, sivil birgəyaşayış
normalarını daxili və xarici siyasətin əsas istiqamətinə çevirən dövlətimiz həm də bədnam
erməni lobbisinin məkr və iftira üzərində qurulmuş qərəzli informasiya-təbliğat siyasətini
ifşa edir, ermənilərin öz tarixləri ilə bağlı uydurduqları miflərini, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gerçəklikləri təhrif etmək, dünyanı çaşdırmaq
cəhdlərini puça çıxır. Hazırda dünyada geniş müşahidə edilən "ikili standartlar"a,
ədalətsizliklərə rəğmən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ən müxtəlif rəsmi
səviyyələrdə etiraf edilir.
Artıq bu istiqamətdə əldə olunan, real nəticələri aydın görünən uğurlarda ölkəmizin
QHT sektorunun pay çəkisi də artmışdır.
Razılıq hissi ilə deməliyəm ki, Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə nəşr edilib oxuculara
təqdim olunan bu kitab da ölkə başçımızın qarşımıza qoyduğu məqsədin reallaşmasına
xidmət edir.
“Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri, yazıçı-publisist Hacı Nərimanoğlunun
oxuculara təqdim olunan bu kiçik həcmli kitabının əsas üstünlüyü ordadır ki, həm
Qafqazda, həm də Anadoluda Osmanlı dövləti zamanında ermənilərin türklərə qarşı
əvvəlcədən planlaşdırıb həyata keçirdiyi soyqırımı siyasətinə, törətdikləri qanlı qırğınlara
şahidlik edənlər məhz ermənilərə arxa, dayaq olan, hərbi-siyasi, maddi-mənəvi yardım
edən dövlətlərin təmsilçiləridirlər-rus, ingilis, fransız, amerikan və ermənilərin özləridir.
“Danışan”ların heç biri türk, müsəlman deyil, elə bu gün xristian təəssübkeşliyini özlərinə
həyat, siyasət devizinə çevirmiş, dünyanı ikili standartlarla yönəldən, beynəlxalq siyasətə
əsaslı təsir imkanları olan fövqəlgüc dövlətlərin, xalqların təmsilçiləridir.
Kitabda
toplanmış faktlar, müxtəlif mənbələrdən gətirilən dəlil-sübutlar, sitatlar
böyük güclərin öz siyasi məqsədləri naminə erməni millətçiliyini hansı bədnam yollarla və
hansı məqsəd, vasitələrlə təşviq etdiyini açıq göstərir. Erməni terrorçu dəstələrinin
yaranmasına verilən hərtərəfli dəstək, onların kin, nifrətdən yoğrulmuş qeyri-insani
hərəkətləri ilə nə qədər iyrənc olduğunu bütün çılpaqlığı ilə bir daha göz önündə canlanır.
Kitabı vərəqlədikcə, hadisələrin canlı şahidi olmuş xristian diplomat, hərbçi, yazarların
şahidliyi ilə ermənilərin törətdikləri insanlıq adına ləkə olan vəhşətlərlə nə qədər
alçaldığının, miskinləşdiyinin əyani şahidi oluruq.
Təqdim edilən kitabda əsas məqsəd bir tərəfdən tarixdə mövcud olmamış “erməni
soyqırımı” yalanlarının faktlarla ifşa edilməsidirsə, digər tərəfi türklərə qarşı həyata
5
keçirilən soyqırımın nə qədər təkzibedilməz sübutlarının olduğunu ortaya qoymaqdır. Ona
görə də təkcə elə bu kitabda toplanmış dəlillər bəşəriyyətə qarşı ən böyük cinayət sayılan
soyqırımının XIX əsrin sonlarından başlayaraq XX əsrin sonlarınadək məhz türklərə qarşı
aparıldığını sübut edir.
Burada
mən 2014-cü ilin ən yaddaqalan, Türkiyə və Azərbaycanda geniş əks-səda,
xoş ovqat yaradan hadisələrdən birini yada salmaq istərdim. Aprelin 24-ü saxta erməni
soyqırımı günü Praqada dövlət və hökumət başçılarının iştirakı ilə "Şərq tərəfdaşlığı"
proqramının 5 illiyinə həsr olunan sammitdə Ermənistan prezidenti Serj Sarkisyan Zirvə
görüşünün plenar iclasında öz çıxışını bütünlükdə qondarma "erməni soyqırımı"na həsr
edir, Türkiyənin Sammitdə təmsil olunmamasından sui-istifadə edən Ermənistan prezidenti
mövzudan tamamilə kənara çıxaraq qondarma "soyqırımı" məsələsini qabardıb Türkiyəni
əsas tənqid hədəfinə çevirir. Serj Sarkisyan bir tərəfdən Türkiyəni qondarma "soyqırımı"
ilə bağlı konstruktiv mövqe tutmamaqda, digər tərəfdən isə Ermənistanla sərhədlərini
açmamaqda əsassız olaraq ittiham edib və bu ölkənin Avropa İttifaqına üzvlüyünün
yolverilməz olduğunu deyir. Ermənistan prezidenti çıxışında hər cəhdlə inandırmağa çalışır
ki, Avropa ictimaiyyəti qondarma "soyqırımı" ilə bağlı daha təsirli mövqe tutmalıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə söz alıb deyir:
"Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir.
Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur: "Ancaq
mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm.
Türkiyə ilə Ermənistan sərhədi 1993-cü ilin aprelində Azərbaycanın Kəlbəcər
rayonunun işğalından sonra bağlanıb. Bundan əvvəl isə bütün azərbaycanlılar Dağlıq
Qarabağdan qovulub, Dağlıq Qarabağ əhalisinin 30 faizi ermənilər idi. Kəlbəcərdən
əvvəl 1992-ci ildə ermənilər Şuşanı və Laçını işğal etdilər. Daha sonra Ağdam, Füzuli,
Zəngilan, Qubadlı, Cəbrayıl - Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda olan
ümumilikdə Azərbaycanın 7 rayonunu işğal etdilər ki, bu da Azərbaycanın beynəlxalq
səviyyədə tanınan ərazisinin 20 faizini təşkil edir. Bizim əhali etnik təmizləməyə məruz
qalıb və bu işğal BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Avropa Parlamentinin
qətnaməsi və Avropa Şurası Parlament Assambleyasının qətnaməsinə baxmayaraq bu
günədək davam edir. Ermənistan bu qətnamələrə məhəl qoymur və nə tarixən, nə də
beynəlxalq hüququn normalarına əsasən onlara aid olmayan ərazinin işğalını davam
etdirir. Eyni zamanda, onlar Azərbaycanı qeyri-konstruktiv yanaşmada
günahlandırmaqda davam edirlər. ..Nəhayət, sonuncu məsələ, Azərbaycan xalqı bir sual
verir: Niyə Ermənistana sanksiyalar qoyulmur? Niyə Avropa Şurasındakı Ermənistan
nümayəndə heyəti səsvermə və söz hüququndan məhrum edilmir? Onlar digər bir
ölkənin ərazilərini işğal ediblər, beynəlxalq hüquq normalarını pozurlar, BMT
Təhlükəsizlik Şurasının 4 qətnaməsini kobud şəkildə pozurlar və heç bir sanksiya tətbiq
edilmir, heç bir cəza verilmir. Qanunsuz, kriminal Dağlıq Qarabağ rejiminin qondarma
nümayəndələri Avropa paytaxtlarına vizalar alırlar. Bu dözülməzdir və buna son
qoyulmalıdır".
Dövlətimizin başçısının nitqindən gətirilən bu sitat məsələnin bütün aspektlərini
ifadə etməklə yanaşı, bir millətin iki dövləti olan Türkiyə ilə Azərbaycanın mövqelərinin
bütün əsas istiqamətlərdə üst-üstə düşdüyünün də təsdiqidir. Gözlənildiyi kimi də,
qondarma soyqırımın 100 illiyi ərəfəsində erməni dostlarının beynəlxalq aləmdə qaldırdığı
hay-küylə birlikdə Türkiyə və Azərbaycana qarşı okeanın o tayından, Qərbin çeşidli
ölkələrinin dövlət, qeyri-hökumət, media qurumlarından gələn əsassız ittihamlar, basqılar,
insan hüquqları, demokratiya, söz azadlığı adı altında təzyiqlər də artmaqdadır. Ancaq iki
qardaş dövlətin bu sınaqdan da möhkəmlənmiş formada çıxacağı şəksizdir. Bu kitabın da
əsas məziyyəti ondadır ki, müəllif məsələyə geniş anlamda, tam yanaşır, qondarma “erməni
soyqırımı” iddialarının əsas hədəfinin Türkiyə ilə yanaşı, həm də Azərbaycan olduğunu
göstərir. Qafqazda, İranın türklər yaşayan Azərbaycan vilayətlərində, Anadoluda, Kıbrısda
törədilən, eyni mərkəzlərdən yönəldilən qanlı qırğınlara dair şahid ifadələri paralel təqdim
6
olunur, türklərə qarşı soyqırım cinayəti bütün əhatəliliyi, genişliyi ilə tam şəkildə göz
önündə canlandırılır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, həqiqi dövlət
müşaviri akademik Ramiz Mehdiyevin son iki ildə qələmə aldığı "Gorus 2010: absurd
teatrı mövsümü", "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix", "Ermənilərin mif
yaradıcılığı tarixdə ilk xristian dövləti kontekstində", “İkili standartların dünya nizamı və
müasir Azərbaycan” və digər sanballı kitab və məqalələri tarix elminin son illərdəki ən
böyük nailiyyətlərindən olmaqla yanaşı, erməni nəzəriyyəçilərinin fikirlərini məntiqlə alt-
üst etmiş, saxta erməni təbliğatına həqiqi tarixlə sarsıdıcı zərbə vurmuş, "ikili standartlara"
qarşı informasiya savaşında zəngin məlumat mənbəyi olmuş, istinad mənbələrinin
mötəbərliyi ilə ölkəmizdə və onun hüdudlarından kənarda böyük rezonans doğurmuşdur.
Akademik Ramiz Mehdiyevin əsərlərinin əsas üstünlüyü ondadır ki, bunlar xarici dillərdə,
o cümlədən erməni dilində olan mənbələrə və elmi əsərlərə istinad edilir, iqtibaslar gətirilir,
yəni xarici ölkələrin alimlərinə tarixi həqiqətin ünvanını elə onların öz dillərində olan
mənbələrdə və elmi ədəbiyyatda olduğunu göstərir və həm də qarşıya mühüm vəzifələr
qoyur: "Prezident İlham Əliyevin müəyyən etdiyi hücum xarakterli xarici siyasət,
Azərbaycan reallıqlarını dünya məkanına yayımlayan müasir kanalların yaradılması və
daim təkmilləşdirilməsi, ölkədə KİV sektorunun və İnternet məkanının inkişafı çox qısa
müddətdə Dağlıq Qarabağ problemi ilə əlaqədar Ermənistanla qarşıdurmada strateji
qüvvələr nisbətində özünü göstərmişdir. Lakin hazırda informasiya məkanında uğurlar
barədə danışarkən nəzərə almaq lazımdır ki, bu istiqamətdə hər gün iş aparılmalı,
ermənilərin mövqeyinin saxta olması barədə dəlillər gücləndirilməli və konkret tarixi
sübutlar təqdim edilməlidir."
Haqqında bəhs edilən hücum xarakterli xarici siyasətin ən bariz nümunəsini də elə
dövlətimizin başçısı özü şəxsən göstərir. 2015-ci il fevralın 7-də bir çox dövlət və hökumət
başçısının iştirak etdiyi 51-ci Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Ukraynadan
əlavə - Avropada həll olunmamış münaqişələr” mövzusunda panel müzakirəsində
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cəsarətli, kəskin çıxışı bütün
Avropaya, dünyaya yayıldı: “İşğal olunmuş ərazilərimizdə hər şey məhv edilib və biz hər
hansı bir nəticə əldə etmədən 20 ildən çoxdur ki, danışıqlar aparırıq. ATƏT bu məsələ ilə
məşğul olur. ATƏT-in bu münaqişənin həlli ilə məşğul olan, BMT Təhlükəsizlik
Şurasının üç daimi üzvünün – Rusiya, Fransa və ABŞ-ın həmsədrlik etdiyi Minsk qrupu
adlı xüsusi qrupu var. İyirmi iki ildən artıqdır ki, bu qrup fəaliyyət göstərir, lakin heç bir
nəticə hasil olunmayıb...Ermənistana xarici dəstək göstərilmədən bu ölkə yaşaya bilməz.
Onlara dəstək əsasən Minsk qrupuna həmsədrlik edən ölkələr tərəfindən göstərilir. Bu
da paradoksdur. Biz burada ikili standartları görürük və bu məsələ bizi məyus edir. Qeyd
etmək istəyirəm ki, postsovet məkanındakı bütün münaqişələrə eyni münasibət
göstərilməlidir. Azərbaycanın ərazi bütövlüyü indi hər kəsin haqqında danışdığı
Ukraynanın ərazi bütövlüyü kimi eyni dəyərə malikdir.”
Məlumdur ki, ermənilərin xalqımıza qarşı soyqırımına ilk siyasi qiyməti
Ümummilli Liderimiz Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart
1998-ci il tarixli 690 saylı Fərmanında verib: "Böyük Ermənistan" yaratmaq xülyasından
ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə
geniş miqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan
vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə
etdi... Beləliklə, XX əsrdə müxtəlif dövrlərdə 2 milyona yaxın soydaşımız öz tarixi
vətənlərindən köçürülmüş, etnik təmizləmə siyasətinin qurbanına çevrilərək öldürülmüş
və didərgin salınmışdır.”
Məhz Ulu Öndərimiz 31 mart gününü “Azərbaycanlıların Soyqırımı Günü” elan
etdikdən sonra 70 il imperiya buxovları ilə yaşamağa məhkum olmuş Azərbaycan öz
tarixini obyektiv şəkildə araşdırmaq imkanı qazandı. Dövlət müstəqilliyimizin bərpasından
sonra çox sayda kitablar yazılıb, elmi-tədqiqat işləri aparılıb, ancaq yenə də xalqımıza qarşı
7
ermənilərin törətdikləri vəhşiliyin yeni-yeni izləri, sübutları üstü açılmamış sənədlərdə hələ
də qalmaqdadır. Bir çox Avropa ölkələrində və Rusiya arxivlərində Osmanlı İmperiyasının
son illərində, Birinci dünya savaşının davam etdiyi illərdə erməni millətçi silahlı
dəstələrinin Anadolu ilə birlikdə Xoy, Urmiya, Bakı, Quba, İrəvan, Naxçıvan, Qarabağ və
Zəngəzurda günahsız müsəlman türklərə qarşı törətdikləri amansızlıqları əks etdirən
sənədlər öz araşdırmaçılarını gözləyir.
“Zəngəzur” Cəmiyyətləri Birliyinin Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 2012-
ci ildə həyata keçirdiyi “Zəngəzurda doğuldular, Anadoluda əbədiyyətə qovuşdular”, 2014-
cü ildə “Zəngəzur və Qarabağda ermənilərin törətdikləri qətliamlar Osmanlı-Türkiyə
mənbələrində” layihələri çərçivəsində nəşr edilən eyni adda kitablarda belə yanaşma özünü
göstərmiş, ilk dəfə olaraq Türkiyə mənbələrində çox sayda yeni sənədlər tapılıb
ictimaiyyətə təqdim edilmiş, maraqla qarşılanmışdı. Yaxşı haldır ki, bu nəşrin artıq rus,
ingilis, fransız, çex dillərinə tərcümə edilib yayılmasına da başlanmışdır.
QHT-nin bu nəşrinin 2015-ci ilin əvvəlində işıq üzünə çıxaraq yayılması xüsusilə
təqdirəlayiq və əhəmiyyətli hadisədir, ona görə ki, türk düşmənçiliyini özlərinə həyat
tərzinə çevirmiş erməni diasporu saxta “erməni soyqırımı”nın 100 illiyini əldə bayraq
edərək bir sıra Avropa və dünya güclərinin, lobbilərinin aktiv siyasi, informasiya, maliyyə
yardımı ilə beynəlxalq aləmdə Türkiyəyə qarşı hücum xarakterli total təbliğat
kampaniyasına başlamışdır. Dünya erməniləri, onların diaspor və lobbiləri bu ili özləri
üçün son fürsət, həlledici imkan hesab edirlər. Ona görə də belə tarixi faktlara, arxiv
sənədlərinə əsaslanan elmi-tədqiqat xarakterli kitabların yazılıb yayılması çox gərəklidir,
təqdirəlayiqdir. Heç şübhə yoxdur ki, 23 ildir torpaqlarının 20 faizdən çoxu erməni
yağılarının tapdağında qalan Azərbaycan buna laqeyd qala bilməz, çünki Türkiyəyə dəyən
zərbə həm də Azərbaycana dəyir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası bu cür layihələrin maliyyələşdirilməsini əhəmiyyətli hesab edir və
reallaşmasına dəstək verməkdə davam edəcəkdir.
Azay QULİYEV,
Milli Məclisin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru
8
Rusların gördükləri və yazdıqları
•
I Dünya Müharibəsinin başlandığı ilk günlərdə Osmanlı torpaqlarına hücum edən
rus ordusunun komandanı general L.Odişidzenin Sankt-Peterburqa yazdığı
məktubdan: “11-12 mart gecəsində erməni cəlladlar Ərzincan ətrafındakı
ərazilərdə müsəlmanları süngülərlə və baltalarla qətlə yetirdilər. Bu vəhşilər öz
qurbanlarını əksərən məlum planlarını icra etmək məqsədilə qazdırdıqları
xəndəklərə atırdılar. Hər xəndəyə 80 müsəlmanın nəşi atılırdı. Mənim yavərim 200
belə xəndək saydı.”
•
Rus ordusunun Osmanlı torpaqlarına girən hərbi hissəsinin komandiri,
podpolkovnik Qryaznovun Sankt-Peterburqa göndərdiyi rəsmi raportdan:
“Kəndlərə aparan yollara müsəlman kəndlilərinin süngüyə keçirilmiş meyidləri,
kəsilmiş bədən hissələri, dağıdıb tökülmüş daxili orqanları səpələnmişdi.
Dəhşətlidir! Öldürülənlər əsasən qadın və uşaqlardır. Dərin quyular qazılmış və
köməksiz insanlar heyvan kimi kəsilərək bir-birinin ardınca quyulara atılmışlar.
Sonradan öldürülmüş müsəlmanlar da quyulara doldurulmuşlar. Quyu meyidlərlə
doldurulandan sonra ona nəzarət edən erməni deyirdi: 70 meyid var, 10-nuna da
yer var.” Sonra daha 10 müsəlmanı parça-parça doğrayıb quyuya atırdılar, üstün
torpaqla örtürdülər. Qətllərə məsul erməni bir dama doldurulmuş 80 müsəlmanın
hamısının başın bir-bir kəsirdi. Rusicahanın ardınca ermənilər Ərzuruma tərəf
hərəkət edirlər.”
•
Çar Rusiyasının Ərzurum Rus İkinci Topçu Alayın Komandiri podpolkovnik
Tverdo-Xlebov xatirəsində yazır: "Ermənilər mənə 27 fevral gecəsi 3000 türkü
öldürdüklərini fəxrlə bəyan etdikləri zaman, müdafiəsiz, günahsız insanların
öldürülməsinin bir vəhşilik olduğunu dedim, bizə:- siz russunuz, erməni millətinin
idealını anlayamazsınız-cavabını verdilər. Ərzurumda qalan bütün rus zabitləri, öz
ləyaqəti və formaları ilə ermənilərin türklərə qarşı soyqırımlarını örtmək üçün
kifayətlənməyib ancaq əmirlərinə itaət, yalnız Rusiyaya xidmət üçün qaldıq.
Ərzurumda olduğumuz müddətdə erməni dəstələrinin vəhşilik və qalmaqalına son
verilməsini istədik, bir qrup zabit adından baş komandanımıza verdiyimiz
hesabatda, "Ərzurumdan hamımızın ayrılmasına imkan verilməsini istədik, çünki
burada heç bir şey etməyib ancaq erməni quldurların üzündən adımızın
ləkələnməsini heç bir zaman istəmədiyimiz bildirdik...".
•
Podpolkovnik Tverdo-Xlebov: “Ermənilər zavallı türklərə qarşı ağlasığmaz
qəddarlıqla qətllər törədirdilər, silahsız türklərin özünümüdafiə üçün heç nəyi yox
idi.”
•
1893-1896-cı illərdə Şərqi Anadoluda cərəyan edən erməni terroru günlərində,
Van və Bitlis rus konsulu general Mayevski mərkəzə hazırlayıb göndərdiyi
hesabatında yazırdı: "Osmanlıda ermənilərin guya zülm və soyqırıma məruz
olduqlarını Avropaya göstərmək zərurət idi. Proqram bu şəkildəydi: ancaq qan
tökmək lazımdır ki, ermənilər sərbəstilik əldə etsinlər. Qan tökün ki, Avropa sizi
himayə etsin."
•
Rus konsulu Mayevski "Bitlis və Van Vilayətləri Statistikada" adını daşıyan
hesabatında, erməni daşnak və hnçak dəstələrinin regionda müsəlman türklərə
etdikləri qırğınları belə ifadə edir: "Ermənilər tərəfindən türklərə qarşı keçirilən
qətliamların səbəbkarı, əvvəl erməni inqilabçıları-daşnaklar, sonra bunları
9
qoruyan və təşviq edən bəzi xarici dövlətlərdir. Türkiyədə komitəçilərin daxil
olmadığı yerlərdə yaşayan ermənilərin türklərlə bir problemi yox idi. Türk zülmü
bir gerçək olmayıb, istəyərək uydurulmuş siyasi bir əfsanədir. Həqiqəti olduğu kimi
demək tələb edirsə, şərqdə qətliam törədənlər müsəlmanlar deyil, ermənilərdir.
Sonra törətdikləri bu zülmü, hiylə ilə türklərin adına yazdılar.”
•
Qarsda Rus Milli Şura üzvü olmuş A.Semyonovun yazır: “205 min müsəlmandan
yalnız sərhəd zolağında qalanlardır ki, o da 50 mindən çox deyildir. Ermənilər qan
və göz yaşları hesabına böyük Ermənistan yaradır”.
•
Tiflisdə rus dilində çıxan “Kaspi” qəzetinin 8 aprel 1915-ci il tarixli sayında dərc
edilmiş yazıda jurnalist Türkiyənin Ərdahan mahalında törədilən qırğınlar belə
təsvir edilirdi: “...Əyalətin bütün müsəlman yaşayış məntəqələrində bəni insan
görünmür. Yalnız iki məntəqəyə 500-600 qadın və uşaq yığılmışdır. Onların
içərilərində cəmisi 6 nəfər əldən düşmüş qoca kişi vardır. Qars və Ərdahan
tərəflərində başsız qalan və ona bitişik Şərqi Anadolunun rus-erməni işğalı altında
olan ərazilərindən canını qurtarıb qaça bilən kimsəsiz uşaq və qadınların bir qismi
Bakı və Gəncəyə pənah gətirmişdi. Təkcə Bakıdakı “İsmailiyyə” binasının
zirzəmisində Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin Şərqi Anadoludan toplayıb
gətirdiyi 1000-ə qədər uşaq və qadın yerləşdirilmişdi. O dövrün mənbələri göstərir
ki, 1914-1915-ci illərdə Qars vilayətinin Ərdahan dairəsində 110, Qağızman
dairəsində 75, Qars dairəsində 130, Oltu dərəsində 90 kənd tamamilə dağıdılmış və
əhalisi soyqırıma məruz qalmışdır. Ümumiyyətlə, Qars vilayətində təkcə 1914-
1915-ci illərdə 405 kənddə ermənilər türklərə qarşı soyırım törətmişlər.”
•
Tiflisdə rus dilində dərc edilən illik “Qafqaz təqvim”indən: “Türklərin 1914-cü
ilin sonu və 1915-ci il ərzində məskun olduqları yaşayış məntəqələrində əhali
qalmadığından, Ərdahan dairəsində 1915-ci ildə, Oltu dairəsində isə 1915-ci və
1916-cı illərdə siyahıyaalma keçirmək mümkün olmamışdı. Ümumiyyətlə, 1914-
1915-ci illərdə Qars vilayətində 150 minə yaxın türk qətlə yetirilmişdir.”
•
Bakıda ermənilərin törətdiyi qırğınların bilavasitə şahidi olmuş, istintaqını
aparmış A.Y.Kluqenin tərtib etdiyi protokoldan: "...1918-ci il mart Bakı hadisələri
zamanı azı 11.000 müsəlman qətlə yetirilmişdir. Ermənilər müsəlman əhalisini
işgəncələrlə öldürür, şəmşirlərlə parçalayır, süngü ilə dəlik-deşik edir, körpə
uşaqları süngüyə keçirir, cəsədlərin burun, qulaq və başlarını kəsir, evlərə od vurub
sakinlər qarışıq yandırır, qadınları soyundurur və saçlarını bir-birinə bağlayaraq
tüfəngin qundağı ilə ölüncəyə qədər döyürdülər”.
•
Gəncə dairə məhkəməsinin hakimi A.F.Novatski öz hesabatında yazırdı:
"...Ermənilər 1918-ci ilin 18 (31) martında səhər erkən Şamaxı şəhərinə hücum
çəkmişlər. Şamaxı cənubdan ermənilər, şimal-şərq tərəfdən malakanlar tərəfindən
mühasirəyə alınmışdır. Bu dəstələr Şamaxının müsəlmanlar yaşayan aşağı hissəsini
bombardman etmişlər. Bu zaman şəhərin yuxarı hissəsində yaşayan ermənilər odlu
silahlardan müsəlmanları atəşə tutmuşlar. Şəhərə girməyə nail olmuş erməni və
malakanlar müsəlmanları məhv etməyə başlamışlar. Onlar irəlilədikcə evləri
yandırmış, qarət etmiş, dinc əhalini qırmışlar. Yanğın şəhərin bütün müsəlman
hissəsinə yayılmış və ertəsi gün bunun yerində yalnız xarabazarlıq qalmışdır. Kişi,
qadın, uşaq olmasına baxmayaraq, sakinlər küçələrdə gülləbaran edilmiş, onlara
olmazın əzab-əziyyətlər və işgəncələr verilmişdir. Küçələr zorlanmış, döşləri
kəsilmiş, qarınları yarılmış, təhqirlərə məruz qalmış qadın cəsədləri ilə dolu idi,
hətta nizələrlə torpağa saplanmış uşaq meyitlərinə də rast gəlmək olurdu." Navahı
kəndində "ermənilər kəndə soxularaq əhalini vəhşicəsinə döymüş, qaçanları
10
güllələmiş, əllərinə keçənləri süngüdən keçirmiş, xəncərlə doğramış, uşaqları
valideynlərinin gözləri qarşısında süngülərə taxmış, qadınları zorlamış, döşlərini
kəsmiş və nəticədə 555 kişini, 260 qadını, 140 uşağı məhv etmişlər."
•
Qatı bolşevik, Quba qəzasının komissarı David Qelovaninin istintaqa ifadəsindən:
"Amazaspın dəstəsi Quba şəhərinə cəza məqsədilə, yalnız komissar Şaumyanın
arzusu ilə - o biri komissarların xəbəri olmadan göndərilmişdi. Bu dəstəyə
əsgərlərin seçilməsi o vaxtkı hərbi komissar Korqanov tərəfindən həyata
keçirilmişdi. Dəstə "Daşnaksütyun" partiyasına mənsub olan təqribən 2 min nəfər
ermənidən ibarət idi, dəstəyə rəhbərlik məşhur daşnak Amazaspa, komissarlıq isə
Venunu adlı bir erməniyə tapşırılmışdı, buna "cəza dəstəsi" adı verilmişdi və onun
qarşısında heç bir siyasi məqsəd qoyulmamışdı."
•
1917-ci ildən bolşevik partiyasının üzvü olan Q.Blyumin xatırlayırdı: “1918-ci
ilin hadisələri başladı və biz, öz silahlı qüvvələrimiz olmadığından, daşnak
dəstələrindən istifadə etdik. Daşnak dəstələri öz murdar işlərini gördülər, 20000
yazıq müsəlman əhalisini doğramaqla, vətəndaş müharibəsi əvəzinə, milli zəmində
müharibə yaratdılar”.
Dostları ilə paylaş: |