•
Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Siyasi kəşfiyyat şöbəsi tərəfindən
hazırlanmış 1918-ci il 28 oktyabr tarixli memorandumdan: “Erməni məsələsini
çözərkən nəzərə alınmalıdır ki, onun cazibə mərkəzi Qafqazda deyil, Kiçik
Asiyadadır; ermənilər Qafqaza əsasən qaçqın kimi son on illərdə Rusiya
hakimiyyəti dönəmində gəlmişlər. Rusiya hökuməti burada onlardan gürcülər və
tatarlar arasında ixtilafları təşviq etmək məqsədilə istifadə etmişdir”.
31
Almanların gördükləri və yazdıqları
•
Missioner Kathe Ehrold 1937-ci ildə Drezdendə nəşr etdirdiyi xatirə kitabında
yazır: "Vanda 20 min adam yaşayırdı. 20 aprel 1915-ci ildə rusların yaxınlaşması
ilə birlikdə ermənilər özlərində saxladıqları silahları çıxararaq döyüşə başladılar.
Şəhərdə böyük bir vətəndaş müharibəsi, qardaş döyüşü başladı. Günlərlə küçə
qarşıdurmaları oldu. Ruslar şəhərə yaxınlaşınca, türklər şəhəri boşaltma qərarı
aldılar və bir gecədə vətəndaş və əsgər şəhəri tərk etmək məcburiyyətində qaldı.
Geriyə yalnız qadınlar, yaşlılar və xəstə türklər qaldı. Ertəsi gün şəhər erməni
şəbəkələrinin və rusların əlinə keçincə, ermənilər qaça bilməyən qadın, yaşlı və
xəstə türkləri qətl etdilər. Dindar bir xristian olaraq əvvəl özlərinə bu qətliamları
dayandırmağı söylədim, lakin onlar buna əhəmiyyət vermədilər, bu cinayətlərin
böyük bir günah olduğun dedim. Rusların gəlməsindən sonra döyüş müxbirlərinin
yazdıqları yalanları görüncə, bu jurnalistlərin yazdıqlarına inamım qalmadı.
Ermənilər türklərin geridə buraxdıqları mal və mülkə əl qoydu və sanki özlərinin
imiş kimi, qamarlayıb istifadə etməyə başladılar. Yetimxanama ətraf kəndlərdən
türk qadınlar gəlməyə başladı. Rusların bölgədə tapıb topladığı bu qadınları
qorumağa aldıq. Yoxsa bu zavallılar çetelərin əlində qalacaqdılar. Bu qadınlara çox
köməkçi ola bilmədik. Çünki çeteçilərdən çox pis rəftar görmüş, namuslarına
təcavüz edilmiş bu qadınlar qorxudan tir-tir əsirdilər. Türk millətinin geridə qalan
bu çarəsiz qadınlarına çeteciler tərəfindən şüurlu və istəkli olaraq edilmiş bu
təcavüzlər və pisliklər Vanda qaldığım müddət içində yaşadığım ən qaranlıq və ən
kədərli hadisələrdir.Türk birliklərinin Van şəhərinə yaxınlaşdığını görən rus
generalı 3 avqust 1915-ci ildə döyüşmədən şəhəri tərk etmə qərarı aldı. Şəhər
boşaldıqdan sonra yandırılması qərarı verildi. Xəyal qırıqlığına uğramış erməni
xalqı geri çəkilən rus ordusu ilə birlikdə ən az 10 min adam olaraq şəhəri tərk
etməyə və Rusiyaya doğru köç etməyə başladı. Bu köçkünlərin kiçik bir hissəsi
Rusiyaya çata bildi. Günlərlə yollarda piyada olaraq gedən bu qaçqınlar, yorğunluq,
xəstəliklər və epidemiyalar səbəbiylə öldülər. Sərhədə çatanları isə ruslar ölkə içinə
almayıb, sərhəddəki qaçqın düşərgələrində gözlətdilər. Guya qurtarıcı olaraq gələn
ruslar, geri çəkilərkən birlikdə gələn bu xalqı, "bizdə kifayət qədər kasıb xalq var"
deyə sərhəddən içəri qoymadı. Bu zavallılar pərişanlıq içində aclıq və susuzluqdan
öldülər. Ruslar şəhəri yandırdıqdan sonra şəhəri tərk edərkən yetimxanadakı
uşaqların özləriylə birlikdə gələ bilməyəcəyini, uşaqların bu yanmış şəhərdə
buraxılmasını istədilər. Anladığım qədəriylə onlar bu erməni uşaqlarını istəmirlər,
onların burada qalıb aclıq və susuzluqdan ölmələrini istəyirdilər. Şəhəri tərk edən
ermənilər və ruslar şəhəri tamamilə yandırdılar. Gedərkən yetimxanaların başçısı
İsveçrəli missioner Rahib Spörri mənə bir miqdar pul verdi. Rus əsgərləri mənə və
yetimxanalarda uşaqlarına bələdçilik edərək bizi sərhədə qədər aparacaqlarına söz
verərək, qayığa mindirib Van gölünə getdik. Rus əsgərləri daha sərhədə
yaxınlaşmadan bizi türk sahillərində sahilə çıxartdılar və bizi ortada üz üstə
buraxaraq qaçdılar. Döyüş bölgəsinin ortasında qalmışdıq və Vana geri dönməkdən
başqa çarəmiz yox idi. Aclıq və susuzluq içində günlərlə gedərək Van şəhərinə geri
dönmək məcburiyyətində qaldıq. Daha sonra kiçik bir birlik olaraq türk əsgərləri
şəhərə girdilər. Yanmış bomboş bir şəhər gördülər. Birlikdə geri gətirdiyim pərişan
haldakı erməni yetim uşaqlara kömək edib binamızı təmir etdilər. Sanki Tanrı türk
əsgərlərini bizə kömək etsin deyə göndərmişdi. Sonra rusların yaxınlaşdığı xəbəri
gəlincə Vana girmiş bu kiçik türk birliyi şəhəri tərk etdi. Ardından ruslar təkrar
şəhərə girdilər. Bir müddət sonra türklərin böyük bir birliklə geri gəlməkdə olduğu
xəbəri gəlincə, ruslar şəhəri yenə boşaltma qərarı aldılar. Erməni yetim uşaqlarını
onlarla birlikdə götürməyimə ruslar yenə icazə vermədilər. Bu sırada zəngin bir
erməni tacirinin Vandaki gizli anbarında saxladığı parçaları almaq üçün böyük
32
rüşvətlər ödəyərək Vana gəldiyini və parçaları alıb Tiflisə gedəcəyini eşitdim. Bu
tacirə yalvardım, yalvardım, lütfən yalnız qumaşlarınızı deyil, bu zavallı özünüzdən
olan erməni yetim uşaqları da birlikdə Tiflisə götürünüz- dedim. Adam sonunda
“bəli” dedi. Eşitdiyimə görə sözündə durmuş və uşaqları Tiflisə aparmışdır."
•
Alferd Kerte (Alman səyyahı): “Türklərlə iş görəndə sözlə danışmaq kifayətdir,
müqavilə bağlamağa da ehtiyac yoxdur… Əgər yunanla iş görmək istəyirsinizsə,
mütləq müqavilə bağlayın, erməni ilə belə bir fikriniz olarsa, onda heç bir
sənədləşmə aparmağın əhəmiyyəti yoxdur, sadəcə şərə rast gələcəksiniz. Erməni ilə
rastlaşmaq təhlükəlidir, onu yuxuda görmək də xeyir gətirmir.”
•
Almaniyanın “Spiegel” jurnalının müxbiri olmuş publisist, siyasi analitik Rixard
Kissler: “Mən Xocalıda olmuşam. Yalnız onu deyə bilərəm ki, kədərli, boşaldılmış
mənzərə dəhşətlidir. Hər yerdə dağıntıların izi görünür. Sizi ermənilərin xaraba
qoyduğu şəhər qarşılayır. Mən onların bir neçəsinə Xocalı haqda sual vermək
imkanı tapdım. Amma onlar ya heç nə bilmədiklərini deyir, ya da bu haqda
ümumiyyətlə eşitmək istəmirdilər. Onlar faciənin tarixini tamamilə təhrif edərək
iddia edirdilər ki, guya azərbaycanlıları Azərbaycan ordusu güllələyib. Bu,
absurddur. Əgər siz daha sonra Şuşaya getsəniz, burda kitabxana xarabalıqlarına,
dağıdılmış məscidə rast gələrsiniz. Bütövlükdə mən Dağlıq Qarabağda heç bir
iqtisadi tərpəniş görmədim. Ora heç kim sərmayə qoymur. Ermənilərdə pul yoxdur,
Rusiya isə bu məsələyə qarışmır. Dağlıq Qarabağ çox gözəl yerdir. Amma hazırda
orada məhkumluq atmosferi hökm sürür.”
•
Alman tədqiqatçısı Albert Şneyder: “...Mən baxdığım filmlərə, oxuduğum kitab və
sənədlərə həmişə hörmətlə yanaşmağa çalışmışam. Çünki bütün bunlarda bir insan
ömrünün izi var. O yerdəki bəziləri öz yazdıqları və yaxud çəkdikləri əsərlərlə
aldatmağa çalışır, o yerdə mən deyirəm: - məni aldatdın, bəs tarix necə olsun?
Tarixi aldatmaq mümkündürmü?...Qarabağdan həmişə azərbaycanlı ətri gəlib.
Məni heç kəs aldatmasın”.
•
İsveçrə xarici işlər naziri C.Deiss: “...Biz 87 il əvvəl olduğu iddia edilən və əsli
bilinməyən hadisəyə görə Türkiyə ilə əlaqələrimizi poza bilmərik”.
•
Ser Edvin Pirzin “40 il Konstantinopolda” (1915) kitabından: “Ermənistanda və
Bolqarıstanda siyasi fitnələrin təhrikçiləri katolik və ya protestant missioner
məktəblərinin müdirləri idilər”.
•
Xasse Arfa yazır: “1914-cü il-də Sarıqamışda türklərin məğlubiyyətindən və
ruslar tərəfindən türk torpaqlarının işğalından sonra tərkibi Qafqaz və Türkiyə
ermənilərindən ibarət çoxlu könüllü alaylar gəldi. Bunlardan (alaylardan-red.)
birinin komandiri, əvəzi olmayan qaniçən Andronik idi... Bu ermənilər kürdlər
tərəfindən öldürülmüş həmyerlilərinin intiqamını almaq məqsədilə görünməmiş
vəhşiliklər törətdilər. 1915 və 1918-ci illər arasında onlar tərəfindən Türkiyənin
şərq vilayətlərində 600.000 kürd öldürülmüşdür.”
33
Yunanlar ermənilərin törətdikləri vəhşiliklərdən dəhşətə gəlmişlər
“Türk ordusu qarşısında geri çəkilən silahlı ermənilər ətrafdakı müsəlman
kəndlərini yer üzündən silərək hər bir şeyi atəş və qılıncdan keçirir,
təsəvvürəgəlməz bir dəhşət və fəlakət törədirdilər. “Qalib” erməni ordusu
qənimətləri, yəni süngü ucuna taxılmış uşaqlarla keçdikləri yolların ətrafına çılpaq
soyundurulmuş müsəlman qadınlarını düzürdülər. Bu cəhənnəm əzabında ağlını
itirmiş qadın və uşaqların ürəkparçalayan iniltilərini, qocaların ümidsiz nalələrini
dinləmək üçün adamın qəlbi olmalıdır. Səksən iki kənddən ibarət bir sancaq bu
təsvir edilən fəlakətə düçar olmuşdur. İndi bütün Qars vilayəti nəhəng bir
qəbristanlığı xatırladır ki, onun hər bir daşı həmişəlik insan simasını itirmiş erməni
quldurlarının vəhşilikləri, əxlaqsızlıqları və həyasızlıqları barədə şahidlik edə
bilər.Rus qoşunları arasında olan erməni dəstələri bu vilayətdə 5.000 kürd kişiləri,
qadınları və uşaqları qırdılar; süngü ilə onları sürü kimi yüksək Rovanduz
qayalarının zirvəsinə qovub oradan uçuruma itələdilər. Qarşısında köməksiz qurban
dayandığı zaman ermənilərin şirə bəzi oxşarlıqları olur”. (İngilis mayoru Masonun
yazdıqlarından. ADTA -fond s. 1, iş 1, v. 28-29).
Ərəb tacirin gördükləri, yazdıqları
Ərəb taciri və səyyahı Ləl Üzeyir 1918-ci il aprelin 2-də Şamaxıda gördüyü
dəhşətləri “Ənzəli Qovluğu” adlı məktubunda belə təsvir edir: “..Burda insanları
dilsiz-ağızsız və köməksiz gördüm. Şamaxı tənhalıqda yanırdı. Ermənilər az güllə
atırdılar. Onları qorxudaraq və hay-küylə adamları bir yerə yığır...və sonra onlardan
ocaq qalayırdılar. Mən ilk dəfə idi ki, insanların, uşaq və qocaların, hamilə
qadınların diri-diri yandıqlarını görürdüm.”
Malakan İvan Vasilyeviç Kalmıkov:
“Şamaxı qəzasının Astraxanka kəndində yaşayıram. “Şamaxı qəzasındakı hadisələr
haqqında mənim yanıma məsləhət üçün gələn molokanların söhbətlərindən də
bilirəm. Bu qəzada molokanların məskunlaşdığı Mərəzə kəndi, ona bitişik isə
müsəlman Mərəzəli kəndi var. Tatevos Əmirov və Stepan Lalayev erməni dəstələri
ilə Mərəzəyə gəlmiş və pulemyotlardan güllələyəcəkləri ilə hədələyərək,
molokanları onlara qoşulmağa və Mərəzəli kəndinə getməyə məcbur etmişlər.
Mərəzəli kənd sakinlərinin göndərdiyi müsəlman nümayəndələr güllələnmiş, kəndin
özündə isə məscid və bir çox ev yandırılmışdır.”
Moldova ombudsmanı Aureliya Qriqoriu
“Facebook” sosial şəbəkəsindəki səhifəsində yazır: “Yüzlərlə Azərbaycan
vətəndaşı, o cümlədən uşaq, qadın və qocalar erməni əsir və girovluğunda
dözülməz işgəncələrin qurbanı olub. Çoxsaylı faktlar əsir və girovlara müxtəlif
dəhşətli işgəncələrin verildiyini göstərir – onlar vəhşicəsinə döyülüb, qəsdən şikəst
vəziyyətinə salınıb, sinələrinə qızdırılmış xaç nişanları ilə damğa basılıb, dırnaqları
və dişləri çıxarılıb, yaralarına duz basılıb, ölənə qədər rezin və dəmir dəyənəklərlə
döyülüb, damarlarına benzin yeridilib. Girov götürülərkən 3 yaşı olan Şövqi Xaqani
oğlu Əliyevin (24.07.1993) bazu sümüyü Xankəndində erməni “həkimlər”
tərəfindən çıxarılmış, nəticədə Şövqi ömürlük şikəst olmuşdur. Kəlbəcər rayonunun
34
işğalı zamanı girov götürülən (31.03.93) Gülcamal Quliyevanın yenicə dünyaya
gəlmiş oğlu Arzu Hacıyevə erməni “həkim” Aida Serobyan naməlum tərkibli
iynələr vurmuşdur. Nəticədə Arzu Hacıyev ömürlük şikəst olmuşdur. Anası Afət
Mirzəyevanı və babası Aslan Mirzəyevi ermənilər vəhşicəsinə güllələyərkən Babək
İlyasov cəmi yeddi aylıq imiş. Qəlpələr Babəkin sağ gözünü yaralamış, buna
baxmayaraq ermənilər onu da Kəlbəcər rayonundan girov götürülmüş digər
həmkəndliləri ilə birlikdə yalnız dörd aydan sonra, həm də müalicə etmədən
qaytarmışlar. Hazırda Babəkin bir gözü kordur. Ermənilər 15 yaşlı girov Nəzakət
Məmmədovanın gözləri qarşısında atasına dəhşətli işgəncələr vermiş, onun
qulaqlarını kəsmiş, anası hədə və şantajlara dözməyərək dəli olmuş, qızın özünü isə
4 mln rus rubluna ailəsinə satmışlar. Erməni nəzarətçilər Ağdam rayonundan girov
götürülmüş Kəklik Həsənovaya dəhşətli işgəncələr verib, mismar kəlbətini ilə onun
16 dişini çıxarıblar. Ağdam rayonunun işğalı zamanı ermənilər tərəfindən girov
götürülən yaşlı qadın Şərqiyyə Rza qızı Şirinovanın 8 qızıl dişi mismar kəlbətini ilə
çəkilib. O, altı ay davamlı işgəncələrə məruz qalıb. Qubadlı rayonunun işğalı
zamanı 65 yaşlı Biniş Rəsul qızı Məmmədova və 69 yaşlı Sara Miriş qızı
İsmayılova girov götürülərək Xankəndi hərbi hissəsində saxlanmışdır. Burada
onları gündüz ağır fiziki əmək tələb edən işlərdə işlədir, gecələr isə xüsusi
amansızlıqla döyürmüşlər. Onlarla birlikdə saxlanılan Şahsənəm və Əsli adında
qadınlar bu cür ağır işgəncələrə dözməyərək girovluqda ölmüşlər .Ağdam
rayonunun keçmiş sakini, milliyyətcə rus olan, erməni əsirliyində hədsiz
işgəncələrə məruz qalmış Vladimir İvanoviç Şevelyov 1994-cü ildə Ağdam
rayonunun işğalı zamanı 89 yaşlı anası Vera Davıdovnanın və ahıl yaşlı bacısı
Svetlana İvanovnanın, eləcə də 58 yaşlı xəstə qardaşı Anatoli İvanoviçin ermənilər
tərəfindən vəhşicəsinə öldürülüb yandırıldığını, Ağdam kanalının yanında saysız-
hesabsız qadın və uşaq meyiti gördüyünü bildirir. 1930-cu il təvəllüdlü Ağdam
rayon sakini Əli Rəsul oğlu Abbasov erməni girovluğunda mütəmadi olaraq
döyülmüş, onun bədəninə siqaret basılaraq yandırılmışdır. Aldığı mənəvi və fiziki
işgəncələrdən özünə gələ bilməyən Əli Abbasov erməni əsirliyindən azad ediləndən
bir müddət sonra vəfat edib. Erməni hərbçilər Füzuli rayonundan girov götürdükləri
Mürvət Fətiş oğlu Ağayevi döyərək qulağını kəsmiş, əllərini məftillə arxadan
bağlayaraq ağacdan asmış və ayaqlarının altında ocaq qalayaraq yandırmışdılar.
Novruz Məhəmməd oğlu Daşdəmirov, Namiq Cavanşir oğlu Qarayev mütəmadi
döyülmə, bədənlərinə qızdırılmış cisimlərlə dağ basılma və başlarına mismar
çalınması nəticəsində ruhi xəstə həddinə çatdırılıblar. Hərbi əsir Mürşüdov
Sədrəddin Aslan oğlu döyüldükdən sonra şüşə qırıqlarını udmağa məcbur edilib.
Yaralı vəziyyətdə əsir götürülmüş Əbdüləzim Məcnun oğlu Məmmədov rezin
dəyənəklə döyülüb, damarına benzin yeridilib, yaralarının qaysağı qopardılaraq ona
əzab verilib, üstünə təlim keçmiş it buraxılıb. Mayıl Məhəmmədəli oğlu
Məmmədovun damarına dizel yanacağı yeridilib, sinəsi qızdırılmış xaçla
damğalanıb. Vəhşicəsinə döyülmə nəticəsində hərbi əsir Cavid Ağa oğlu
Hüseynovun çənəsi və qabırğaları sınıb. Ermənilər dəmir parçası ilə Cavidin qoluna
damğa basmış və yarasının üzərinə sulfat turşusu tökmüşlər.”
35
Təbrizli kürd Sərdar Baray adlı səyyahın İran arxivlərində saxlanan
əlyazmasından:
“…Şamaxıda hər şey darmadağın edilmiş, şəhərin altı üstünə çevrilmişdi. Mən
yepiskop Mesropla Poti limanında tanış oldum. Onu çox ciddi şəkildə əhatəyə
almışdılar. Hər ikimiz Türkiyədən qayıdırdıq… Şamaxıya gəldik. Küçələrdə, ensiz
dalanlarda, həyət–bacalarda meyitlərin sayı bilinmirdi. Əsl müharibə idi. Nə qədər
çalışdımsa, gözdən yayınıb buraları tərk edəm, yepiskop Mesropun adamları
qoymadı. Gecəni qalmalı oldum. Səhərə qədər oyaq qaldım. Mən soruşanda ki, nə
üçün bu qırğınlar olub? O, hiyləgər gözlərini qıyıb, dedi ki, bu məsələni nəinki
yepiskop Mesrop, heç onun babası Suren də bilmir… Fransız da bir neçə foto çəkib,
gözdən itdi. Onu daha görmədim… O biri otaqda isə, içi közlə dolu manqal var idi.
Uzun, bir tərəfi əyilmiş maşanı da qızarmış közün içinə soxmuşdular. Gecədən
xeyli keçmiş süfrə açılmış otağa biri–birindən fərqli, üç gözəl balaca qız gətirdilər.
Yaşları, ancaq on–on bir olardı… Boya–boy düzülmüş bu üç müsəlman balasının
qışqırıq və harayları hələ də qulaqlarımdan getmir. Yepiskop Mesrop mənə şərab
süzdü və tapşırdı ki, sən belə şeylərə baxma… Yepiskop Mesropun göstərişilə
manqalı otağa gətirdilər… Sonra gördüm ki, yepiskop Mesrop manqalın içində
qızarmış maşaya əl atdı. Divara qısılmış qızların əllərinə, ayaqlarına, alın və
yanaqlarına dağ basıldı. Axırda o, əlindəki isti maşanı qızların çılpaq sinələrində
gəzdirib, xaçladı… Səhərə qədər yepiskop Mesrop bu iki qızın cəsədi ilə oynadı…
Mən o gündən ermənilərlə dostluğa son qoydum…”
Farsların görüb yazdıqları
Fars şovinizminin dahi təbliğatçısı kimi tanınan Seyid Əhməd Kəsrəvi “On səkkiz
illik Azərbaycan tarixi” əsərində yazır: “Van gölü ətrafında assurlar Türkiyə
kürdlərinə məğlub olub Cənubi Azərbaycan ərazisinə sığınırdılar. Yerli camaatın
“cilo” adlandırdığı 25 min assuriyalı rusların xristian təəssübkeşliyi ilə Azərbaycan
ərazisində yerləşdirilir. Onlar bir çox hallarda yerli əhalinin mal-mülkünü zorla
əlindən alır, müqavimət göstərənləri isə qətlə yetirirlər. Bu işdə ermənilər daha fəal
mövqe tuturlar, köməksiz və silahsız mülki əhali - azərbaycanlıları qətlə yetirirlər.
12 min silo (assuriyalı) ailəsi başçıları Marşimonla (ciloların patriarxı) Osmanlı
ərazilərindən gəldilər. 20 min erməni və assur ailəsi isə “Urmi, Salmas, Sulduz”
ətrafından onlara qoşuldu. Üstəlik, 5-6 min erməni İrəvan, Van və Naxçıvandan
gəlib bunlarla birləşdilər. Bunların 20 mini yaxşı döyüşən döyüşçü idi. 800 rus
əsgəri isə Rusiyaya getməyib qaldı. 72 fransız sərkərdəsi ilə xristianlara yol
göstərirdilər. Erməni və assurlardan təşkil olunmuş xristian qoşununun 25 ədəd
topu da var idi...Müharibə səhər tezdən başladı. Ermənilər Dialə və Cühud
dağlarından şəhəri top atəşinə tutdular. Əhali xristianların da topunun olduğunu
görüb qorxuya düşdü. Hər tərəfdən şəhərə yürüş etdilər. Əsgərxan, Mehdəlqədər,
Yurddaş və Seyid Hüseyn bağı küçəsi yürüşə məruz qaldı. Evlər talanıb yandırıldı.
Həmin gün axşam Qaradağlı silahlıları heç bir iş görmədən Urmiya, Salmas yolu ilə
qaçdılar.”
*
Motemed-Əlvözəra yazır: “Səhərə kimi atışma kəsilmədi. Səhər hökumət
mərkəzinə gəldim. Raportlardan məlum oldu ki, gecə dəhşətli faciələr baş verib.
Çilolar ermənilər hücum edib təxminən 500 evi odlayıblar, azərbaycanlı əhalini
qətlə yetiriblər. Qırğın səhəri gün də davam etdi. Həmin gün qırğında 10 minə
yaxın günahsız Azərbaycanlı qadın və uşaq qətlə yetirildi. Səhər tezdən başlandı
36
qətl-qarət, nahardan sonra Mister Şedin dayanmaq əmrinə məhəl qoymadan davam
etdirildi. Xristianlar istədikləri azərbaycanlıları öldürürdülər.
*
Həmin günlərin qanlı xronikasını əks etdirən salnaməçi Əli Dehqaninin “Zərdüşt
yurdu Urmiya” əsərində axır çərşənbə günü azərbaycanlıların başına gətirələn
müsibətlər haqqında yazı: “Amerikanın Urmiyadakı konsulu Mister Şedin hiyləsi
ilə tərkisilah olunmuş azərbaycanlılarla müzakirədən sonra urmiyalılar
aldandıqlarını başa düşdülər... Bu günü Günəş ili 1226-cı il, İsfənd ayının 26-sı -
axır çərşənbə (17 mart, 1918) Urmiya şəhərində erməni daşnaqları və Çiloların 10
min nəfərə yaxın azərbaycanlı qırğınının şahidiyəm”.
*
İranlı fars tacir Əli Qayımpur:”Tehran Milli Arxivində qorunub saxlanılan “Ənzəli
qovluğu”nun 209–cu səhifəsində 1918–ci ilin aprelin sonunda Şamaxıda gördükləri
barədə yazırdı: “Şamaxı şəhərinin ətrafında və şəhər mərkəzində insanlar durduqları
yerdəcə keçinirdilər… Ermənilər hər səhər evlərdən yığılan meyitləri
yandırırdılar… Bir yandan ermənilər qırırdı, bir yandan da xəstəlik…”
37
Ermənilərin etdikləri, gördükləri və yazdıqları
•
28 yanvar 1973-cü ildə Santa Barbarada keçirilən məhkəmədə Türkiyənin Los
Anceles səfiri Mehmet Baydarla səfir müavini Bahadır Dəmiri günlərlə izləyib
tələyə salıb yaxın məsafədən açdığı atəşlərlə şəhid edən 77 yaşlı Mıkırtıç
Yanikyanın verdiyi bu ifadəsi ABŞ və Qərb mediasında geniş yaılmışdı: “-Bəli, mən
öldürdüm, bilərək öldürdüm, istəyərək öldürdüm. Aylarla əvvəldən planlaşdıraraq
öldürdüm. Onlar düşmənimizdi. Türkdü onlar, türk olduqları üçün öldürdüm,
intiqam almaq üçün öldürdüm ...”
•
Bakı Xalq Komissarları Sovetinin sədri Stepan Şaumyan: “Bizim süvari dəstəyə
ilk silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və Bakıda bütün cəbhə boyu
hücuma keçdik. Bizim artıq 6 min nəfərə qədər silahlı qüvvəmiz var idi. Həmçinin,
Daşnaksütyunun 3-4 minə qədər milli hissələri var idi. Onlar da bizim
sərəncamımızda idi. Daşnaksütyunun iştirakı vətəndaş müharibəsinə milli qırğın
xarakteri verdi və bundan qaçmaq mümkün deyildi. Biz buna şüurlu olaraq getdik.
Əgər onlar Bakıda qələbə qazansaydılar, şəhər Azərbaycanın paytaxtı elan
edilərdi.”
•
S.Şaumyan V.İ.Leninə göndərdiyi raportda yazırdı: “Müharibənin nəticələri bizim
üçün çox parlaqdır. Düşmən (müsəlmanlar-H.N) tamamilə məhv edilmişdir. Onlara
hökm etdiyimiz şərtləri qeyd-şərtsiz imzaladılar”.
•
Erməni tarixçisi Kerope Patkanov (1833-89): “Ermənilər ən qədim dövrlərdən
böyük imperiyaların toqquşmasının qurbanı olublar. Ermənistan bir dövlət kimi
bəşəriyyət tarixində heç bir mühüm rol oynamamış, onun adı ölkənin coğrafi
termini olub, güclü qonşu dövlətlərin: assuriyalıların, midiyalıların, yunanların,
iranlıların, monqolların, rusların öz mübahisələrini həll etdikləri yer olmuşdur.”
•
Erməni şairi Yeqiş Çarens: “Mənim xalqımın övladları ana bətnində ikən
saxtakarlıq öyrənirlər.”
•
Erməni əsilli fransız ifaçı Şarl Aznavur: “Bu günə ağzımdan türklərin əleyhinə bir
cümlə belə çıxmayıb. Mənim anam türkdür. İzmitdə onlarla qohumum var. Anam
türk dilində danışırdı". Erməni əsilli türk düşməni - bu cümlənin kimlər tərəfindən
yayıldığını bilməsəm də, məni çox yaralayır. Bu çox narahatedici, təhqiredici bir
ifadədir. Osmanlı dönəmindəki köhnə dəftərləri açıb, o acının yaşandığı dövrdə hələ
qurulmamış olan Türkiyə Cumhuriyyətini ittiham etmək, çox uzaqda qalan yaraları
deşmək kimə nə fayda verər? Məni siyasi qalmaqallara çəkmək, erməni
diasporunun içindəymişim kimi göstərmək, Türkiyə üçün özlərinin dediklərini
mənim adımdan vermək, məndən istifadə edərək soyqırım mübahisəsini təkrar-
təkrar gündəmə gətirməyə çalışmaq əxlaqa zidd davranışdır. Ötən il bir ifadə
işlətmişdim - "türklər soyqırım sözündən çox inciyirlər". Diaspora yeri yerindən
oynatdı. Mənə demədikləri qalmadı. …Türkiyə çox gözəl ölkədir. Baş verən
hadisələrə də siyasi baxışdan deyil, insanı mövqedən yanaşmışam. Məni ciddi
iqtisadi problemləri olduğu üçün ölkəsini tərk etməyə məcbur olan ermənilər və
getdikcə vətəndaşları azalan Ermənistan maraqlandırır. Ermənistanın həm Türkiyə,
həm də Azərbaycan ilə sərhədlərini açması lazımdır. Qonşularla dost olunmalı, kin
və hirs unudulmalıdır. Ermənistan böyük dövlətlərdən gələn yardımlarla, xüsusilə
əksəriyyəti silah olan bu yardımlarla xoşbəxt ola bilməz. Bu silahlar sülh içində
yaşamanın qarantı deyil. Jurnalistin “Fransanın dünyada ən çox tanınan və hörmət
edilən sənətçisininiz..." sualına "Anamın ölkəsi Türkiyədə yaşasaydım ən məşhur
türk sənətçisi olacaqdım. Qismət...Türkləri çox sevirəm, vicdanlı insanlardır.
38
Türkiyədə 100 mindən çox erməni qaçaq olaraq yaşayır və işləyir, pul qazanıb
ailəsinə yollayır. Ankara istəsə 100 min ermənini 24 saatda tapıb deportasiya edə
bilər. İndi Ermənistanın Türkiyəyə ehtiyacı var. Ermənistanın rifahı üçün sərhəd
açılmalıdır. Türkiyəni sevən və darıxan ermənilərin sayı başqalarından qatbaqat
artıqdır".
•
Kanadada yaşayan erməni hüquqşünas Vaskel Sitaryan: “...Biz ermənilər
özümüz-özümüzü dünyada rüsvay etdik. Bizim üçün ağır olan beynəlxalq
məhkəmələr qurulacaq. Kimdir erməni millətini məhkəmə qapılarına
sürükləyən?...”. 1992-ci il, 26 mart.
•
İsveçdə yaşayan hüquqşünas M.Danielyan: "Ermənistan ordusu əgər başqa bir
ölkənin ərazisinə yerləşibsə, ora nəzarət edirsə, deməli bu İŞĞALdır. Bunun başqa
adı hələ ki yoxdur. Və Ermənistan vətəndaşı olaraq, birinci mən bunu deməyə
borcluyam."
•
“Dəmir Aşot” romanında “erməni xəstəliyi”nin qorxunc simvoluna çevrilən Aşot
deyir: “Mənim qılıncımdan türk qanı axıb töküləndə və mən o qanı tapdalayanda
rahat olacağam”.
•
Ermənilərin “azadlıq fədaisi” hesab olunan Nalbandyan erməni gənclərinə
vəsiyyətində yazır: “Ey erməni, əgər sən küçədə zəhərli ilan görüb
öldürməyibsənsə, eybi yoxdur, ilandır... Lakin türk görüb öldürməyibsənsə,
satqınsan, vicdansızsan, xalqının düşmənisən, sən erməni deyilsən...”
•
İran ermənisi Maqsud Mehriyan: “...Azərbaycan torpaqlarında müharibə idi. Bu
müharibə planlarında mən iştirak etmirdim. Qoy bunu tarixçilər, siyasətçilər
araşdırsınlar. Mən ədəbiyyatçıyam. Mənşəcə də erməniyəm. Azərbaycanlılar
vuruşurdular. Onlar vuruşduqca onlardakı cəsarət və hünərə həsəd aparırdım. Mən
ölən, qan içində boğulan azərbaycanlıları gördükcə, qorxurdum. Qan içindən
çıxan, qan içindən dirilib gələn azərbaycanlıdan qorxurdum. Nəticədə Qaradağlını
tərk etdim. Bir daha o yerlərə getməyəcəyimə söz verdim...”
•
S.S.Bablumyan (erməni alimi-arxeoloqu): "Biz Dağlıq Qarabağa girməklə çox
şeyi itirdik. Xarici həmfikirlərim qarşısında mənə olan inam xeyli azalıb. Bizi
işğalçı kimi tanıyırlar. Bu bizə lazım idi?..". (Bax: Fransa. "Antenn 1" telekanalına
verilən müsahibə. 2002. IV.26).
•
1905-1906-cı illərdə ermənilərin dinc müsəlmanlara qarşı törətdiyi qanlı
qırğınlara aid erməni müəlliflərindən A-donun 1907-ci ildə İrəvanda çap edilən
“Qafqazda erməni-türk toqquşmaları (1905-1906-cı illər). Sənədli, statistik,
topoqrafik izahlarla” əsərində gen-bol faktoloji materiallar vardır. A-do 1905-
1906-cı illərdə baş vermiş qırğınlar zamanı Cənubi Qafqazın 7 şəhərinin böyük
dağıntılara məruz qaldığını, 12 qəzada 252 kəndin yandırıldığını və viran
qoyulduğunu, 100 min ailənin ev-eşiklərindən didərgin düşdüyünü, 10 min nəfərin
məhv edildiyini göstərir. A-donun statistik məlumatlarında göstərir ki, 1905-1906-
cı illər qırğınları ərəfəsində İrəvan quberniyasında mövcud olmuş 1301 kəndin 959-
da, Zəngəzur qəzasında mövcud olmuş 406 kəndin isə 314-də türklər yaşamışlar.
Hazırda İrəvan quberniyası və Zəngəzurda mövcud olmuş 1273 türk kəndindən bu
gün, Naxçıvan qəzası istisna olmaqla bütün kəndlər azərbaycanlılardan
39
təmizlənmişdir. Deməli, həmin ərazilərdə 1905-1906-cı illərdən başlayaraq silah
gücünə etnik təmizləmə siyasəti həyata keçirilmişdir ki, bu da mahiyyətcə soyqırım
deməkdir.
•
S.Zavaryanın “Qarabağın iqtisadi şəraiti və 1905-1906-cı illər aclığı” əsərindən:
“Qarabağın Şuşa qəzasında 12, Cavanşir qəzasında 15, Cəbrayıl qəzasında 5,
Zəngəzur qəzasında 43 (cəmisi 75 kənd) müsəlman kəndi dağıdılmışdır. Qırğınların
qarşısının alınmamasında çar Rusiyasının hakim dairələrinin cinayətkar etinasızlığı
və təxribatçı hərəkətlərə baş vurduğunu qeyd edir. “
•
Erməni jurnalisti İ.Alibekovun “Yelizavetpolun qanlı günləri cəmiyyətin
mühakiməsi qarşısında” əsərində, “Vozrojdenie” qəzetinin 36-39-cu saylarında
(1905-ci il) dərc olunmuş “Yelizavetpol qırğınları” başlıqlı məqaləsindən:
“Qırğınların əsas səbəbkarı ermənilərdir.”
•
O.A.Arutyunyan 1956-cı ildə rus dilində İrəvanda dərc olunmuş “Xatirələr”
kitabında daşnakların bu devizlə yaşadıqlarını yazır: “Mümkünsə, daha çox
müsəlman öldür, talan et, heç kimə rəhm etmə” şüarı altında 1905-ci ildə
törətdikləri vəhşiliklərdən bəhs edir. O, daşnakların erməni kəndlərini gəzərək
əhalini silahlandırdıqlarını, dinc müsəlman əhalisini qırdıqlarını, kəndləri
yandırdıqlarını, daşnakların silah sarıdan korluq çəkmədiklərini, canişin Vorontsov-
Daşkovun xüsusi icazəsi və erməni yepiskopları Xoren və Suren tərəfindən
müvəkkil edilmiş şəxslər vasitəsilə təmin edildiklərini faktlarla qeyd edir.
•
E.D.Saakyan (professor-tarixçi): “Mən bu gündən “Krunk” təşkilatından da, üzv
olduğum “Naxçıvan” icmasından da gedirəm. Bunların heç biri mənim millətimə
baş ucalığı gətirmədi. Dağlıq Qarabağı tərk etmək vaxtıdır”. (İran. “Araz” jurnalına
verdiyi müsahibədən. 2002.XI.6).
Professor Movses Horenatsi “Ermənistan tarixi” kitabından: “Hər bir türkü
doğulduğu gündən ölümə məhkum edin. Onların dirilməsinə imkan verməyin.
Çünki dirilən türk bizim üçün fitnələr yaradıb, faciələr törədir” (Yerevan. 1990, səh.
85).
G.X.Markaryan (müasir erməni tarixinin tədqiqatçı): “Ermənistan rəhbərliyi bütöv
bir milləti - erməni millətini ölümlə üz-üzə qoydu. Təcili Dağlıq Qarabağdan
çıxmalıyıq. О torpaq deyil, cəhənnəmdir”.
* O.Q. Adamyan (erməni tarixçisi): “...Bizim tarixdə sivil millət kimi yaşamağa
haqqımız yoxdur. Biz özgə torpaqlarını işğal etmişik...” “Ermənistanın müsəlman
və rus kəndlərini onlar odla, qılıncla məhv etdilər... Daşnaq ordusunun başında
duran kimlər idi? Aram və Rubendən, Martiros və Pilosadək nadan, talançı, quldur
xmbapetlər. Bu ordu silahsız müsəlmanlara divan tutmaqda, dinc əhalini çapıb-
talamaqda məharətli və cəsarətli idi...” Aleksandr Myasnikyan. “Seçilmiş əsərləri,
səh. 354-365.)
*Papazyan yazır: “Türkiyədə Əbdül Həmidə sui-qəsd daşnaqların inqilabi
fəaliyyətlərinin son həddi idi. Bu daşnaqların növbəti qəhrəmanlıqları düşüncəsiz
aksiya idi. Başlanmış iş ermənilərə heç bir fayda gətirmədi, məhz uğursuzluq
bizim xalqı dəhşətli faciədən qurtardı”.
*1885-ci ildə M.Portakalyan tərəfindən yaradılmış “Armenakan” partiyasının
Proqramında deyilirdi: “Yalnız ermənilər bu partiyanın üzvü ola bilərlər. Ali
40
məqsədə nail olmaq üçün erməni millətçiləri birləşməli, partiya üzvləri silahdan
istifadə etməyi öyrənməli, partizan dəstələri düzəltməlidirlər”...
•
“Berd xəbərləri” qəzetinin (Kanada) hərbi müxbiri, istefada olan mayor Suren
Vartanyan: “...Berddəki 01261 saylı hərbi qrup artıq hazır idi ki, Dağlıq Qarabağa
yola düşsün. Bu azadlıq mücahidlərinə Argentinadan gələn qızlar da qoşulmuşdu.
Bu snayperçi qızların hamısı muzdla tutulmuşdu. Onlar hara gəldiklərini, nə üçün
vuruşduqlarını anlamırdılar. Onlar din uğrunda, kilsələrin azadlığı uğrunda
vuruşmaq üçün gəlmişdilər. Bu qızların maliyyə xərcləri Kanadada öz işini quran
“Erməni Mərkəzi”nə aid idi. Onlar yaxşı vuruşurdular. Mən onların Əsgəranda,
Meşəli ərazisindəki döyüşlərinin şahidi oldum. Meşəlidə snayperlərini işə salan bu
“Çöl quşları” (qrup özünə bu adı qoymuşdu) 25 nəfərin qətlinə fərman verdi, bu
vəhşi qrup heç kəsə aman vermədi.. Mən bütün bunlar haqqında əlavə olaraq
Axalkalakidəki “Ermənilərin birlik konfransı”nda məlumat verdim...”
(Bax:Gürcüstan. “Cavaxeti xəbərləri” qəzeti. S.Vartanyan. 1991-ci il, 16 oktyabr).
•
Yerevan toksikoloji mərkəzindən 1996-cı il iyulun 14-də Xankəndiyə gələn qrupun
başçısı Faina Melikyantsın Ermənistanın müdafiə naziri S.Sarkisyana (169/024-
1002-9.1) göndərdiyi məktubdan: “...Xocalı ərazisində apardığımız elmi
tədqiqatlar və araşdırmalarımızın nəticələri qənaətbəxş deyil. Əvvəllər
Azərbaycanlıların yaşamış olduqları Xocalı ərazisindən əsir götürülən uşaqların
təqribən 9 faizinin dalaq və qaraciyərləri sıradan çıxıb. Zəhərli qazlardan istifadə
isə uşaqların baş-beyin funksiyasını iflic edib. Xocalıdan əsir götürülən qız
uşaqlarının bədənində “L-Z-21A” və “L-Z-19A” vaksinlərini sınaqdan çıxarılıb.
Nəticədə 4 nəfər 8 yaşlı qız uşağının taleyinə qələm çəkilib. Heç biri sınaqdan sağ
çıxa bilməyib.”
•
A.Lalayan: “Ermənistanda daşnak hökuməti özünün 30 aylıq hakimiyyəti
dövründə (may 1918 - noyabr 1920) azərbaycanlı əhalinin 60 faizini qırıb.”
•
A.Lalayan: “Andranikin, Amazaspın və başqalarının başçılığı altında daşnak
dəstələri türk (azərbaycan) qadınlarının, uşaqlarının, qoca və cavanların məhv
edilməsi işində maksimum cəsurluq göstərmişlər. Daşnak dəstələri tərəfindən
tutulmuş kəndlər canlı adamlardan təmizlənib azad edilmiş və eybəcər hala
salınmış meyidlərlə dolu xarabalığa çevrilmişdir.” “Revolyusionnıy Vostok”
jurnalı, 1936, № 2-3, səh.36-37
•
S.Şaumyan, ”Bakinskiy raboçi” qəzeti, № 139, 18 iyul 1918-ci il. Radioteleqram.
Culfa, xalq qəhrəmanı Andranikə: “Sizin 577 № –li teleqramınızı aldım. Tam
mətnini Moskvaya Mərkəzi hökumətə göndərdim. Öz tərəfimdən Sizin şəxsinizdə
həqiqi xalq qəhrəmanını təbrik edirəm.
•
Ermənilərin Qafan, Tatev (Gorus)-Genvaz (Meğri) hərbi qüvvələrinin ümumi
komandanı Njdenin əmri: “Qafan-Genvaz-Tatev hərbi hissələrinə ƏMR “Əsgərlər,
sabah Gığı dərəsinə qarşı bizim hücumumuz, səlib müharibəmiz başlayır. Sabah
sizin güclü hücumunuz və zərbələrinizdən ağlını itirən düşmən öz kəndlərini
buraxıb gedəndə sizi bu gün düşmənlər tərəfindən təhqir olunmuş kilsə və
qalalarımızın qədim xarabalıqları salamlayacaqdır. Sabah bu vadidə ayaqlarınızın
taqqıltısı, silahlarınızın gurultusu eşidiləcək...Bütün kəndləri yandırın, talan edin,
hücum zamanı külli miqdarda dinamit və partlayıcı çəlləklərdən istifadə edin...İrəli,
Allah və Davud bəyin qisasçı ruhu bizimlədir.”
41
•
Erməni jurnalist Daud Xeyriyan yazır: “...Martın 2-də ermənilərin “Qaflan”
qrupu (qrup meyitləri yığıb yandırmaqla məşğul idi) 100 nəfərdən çox türk meyitini
yığıb Xocalıdan təqribən bir kilometr qərb istiqamətində yandırdı. Sonuncu
maşında təqribən 10 yaşında olan bir qız uşağı da gördüm. O, alnından və
qollarından yara almışdı. Sir-sifəti göyərmiş bu uşaq hələ ölməmişdi. Aclığa və
soyuğa, aldığı yaralara baxmayaraq ölməmişdi. Asta-asta nəfəs alırdı. Ölümlə
çarpışan bu uşağın gözlərini unuda bilmirəm. Bir azdan onu da “Qaflan”çıların
səyyar ölüm ocaqları”ında yandıracaqdılar. Heysiz- hərəkətsiz uzanmış,
dırnaqlarından qan süzülən bu uşağı Tiqranyan çağırılan bir əsgər tolazlayıb,
qalaqlanmış meyitlərin üstünə atdı. Sonra bu insan qalağına od vurdular. Bu zaman
elə zənn etdim ki, yanan meyitlərin içərisində kimsə qışqırır. Aman və imdad
diləyir. Mən bütün bunlardan sonra daha irəli gedə bilmədim. Amma fikrim var idi
ki, o uşağı da görüm. Geri qayıtdım. Onlar isə xaç uğrunda döyüşlərini davam
etdirirdilər” (Səh. 62-63).
•
Erməni tarixçisi Səməd Sərdariniyanın “Arazın hər iki tayında müsəlmanların
soyqırımı”, “İrəvan müsəlman sakinli şəhər olmuş”, “Qarabağ tarixinin gedişində”
kitablarından: “Ermənilər 1918-ci ilin əvvəlində İranın Cənubi Azərbaycan
vilayətlərində türklər yaşayan Urmiyə şəhərinin abidələrini rus əsgərləri ilə birlikdə
yandırıb külə döndərmişdilər. Bir gün ərzində Urmiyədə öldürülənlərin sayı 10 min
nəfərə çatmışdı. Bu ağır və çətin günlərdə Urmiyə əhalisinə nə Tehrandan bir
kömək gəldi, nə də Təbrizdə oturan Azərbaycan hakimi və vəliəhd
Məhəmmədhəsən Mirzədən. Əgər Birinci Dünya müharibəsinin gedişində ruslar
Rusiyada yaşayan erməniləri silahlandırmışdılarsa, ingilislər də osmanlıların
hücumlarına qarşı Urmiyə və Səlmas xristianlarını (erməniləri və assuriləri)
silahlandırmışdılar. Erməni və assurilər Səlmasdan Urmiyəyə hüçum etmişdilər.
Urmiyədəki ermənilər qonşu azərbaycanlı evlərini talan etmiş, sonra isə evlərə od
vurub yandırmışdılar. Ermənilər qocaya, uşağa, qadına rəhm etməmişdilər. Onlar
Urmiyədə 500 evə od vurub yandırmışdılar. ...1918-ci ilin may ayında Andranik 5
min nəfərlik silahlı erməni dəstəsi ilə Xoy şəhərinə hücum etmişdi. İyunun 24-də
isə şəhəri mühasirəyə alan ermənilər Urmiyədə törətdikləri vəhşilikləri Xoy və
Səlmasda da davam etdirmişdilər. Qüvvələrin sayı və hərbi-texniki cəhətdən üstün
olan ermənilər Xoya pənah gətirmiş qırx min səlmaslı qaçqının 30 min nəfərini
qətlə yetirmişdi. İyun ayının ortalarında osmanlılar iki günlük döyüşdən sonra
Səlmasa daxil olmuşdular. Xristianlar (assuri və ermənilər) isə şəhərdən
qaçmışdılar. Ermənilərin törətdiyi qırğınlar zamanı Səlmas, Xoy, Urmiyə
xarabalığa cevrilmiş, 130 min türk-azərbaycanlı öldürülmüşdü.”
•
Levon Panos Dabaşyan: “Türkiyə tarixində ermənilərə qarşı soyqırımı deyilən bir
şey qəti şəkildə olmayıb.”
•
E.Aknouni 1980-ci ildə İstanbulda “Jamanaq” (“Zaman”) nəşriyyatının çap
etdiyi “Türkiyədəki ermənilər haqqında həqiqət” adlı kitabından: “Osmanlı
dövlətində ermənilərdən 29 paşa, 22 nazir, 33 millət vəkili, 7 səfir, 11 baş konsul,
411 yüksək məmur vardı.”
•
Stepan Şaumyan: “10-12 minlik bolşevik "Qafqaz Qırmızı Ordu"sunun şəxsi
heyətinin 70 faizi erməni idi. Daşnaksütyun partiyası və Erməni Milli Şurası ilə
əlbir hərəkət edən bu ordu 1918-ci il martın 30-da Bakıda türk-müsəlman əhaliyə
qarşı həlledici döyüşlərə hər cür hazırlıq görmüşdü və dərhal bütün cəbhə boyu
hücuma başladı. 3 günün (30 mart – 1 aprel) qətl-qarətlərində təkcə Bakıda 12 min
nəfər müsəlman əhali məhv edildi.”
42
•
Ermənistanın indiki prezidenti Serj Sarkisyan demişdi:- “biz azərbaycanlıların
inanmadığı bir işi gördük, biz stereotipi dağıtdıq, dinc xalqa qarşı əl qaldırdıq.”
•
Samvel adlı keçmiş erməni əsgərin xatirələrindən: “Zori Balayan aralıdan
olanları izləyirdi. Əsirlər dedilər ki, nə var bunlardır, orda heç nəyləri qalmayıb.
Zinət əşyaları, bank kartları, rus pasportları - nələri varsa, yığıb verdilər. Biz
kənara çəkildik ki, aralıdan hamısını güllələyək, canımız qurtarsın. Bu vaxt
Sərkisyan yaxınlaşdı ki, guya yoxladınızmı hamısını, bax, o qadının qulağında yeri
qalıb sırğaların, yəqin udub. Göstəriş verdi ki, əllərini tutun. Biz qadının əllərini
tutduq, müqavimət göstərmədi, gücü qalmamışdı. Özü qadının qarnını yardı, əlini
salıb sırğaları və üzüyü çıxardı. Sonra avtomatı götürüb əsirləri güllələdi. Onun
əynində kürk var idi. O qədər arıq idi ki, hərbi buşlatın yaxalığı onun çiyinlərinə
keçirdi. Gözlərində eynək var idi. Başını bəlkə də illər idi ki, qırxdırmamışdı, qara,
uzun saçı var idi. Əlinin qanını üstünə silib “bəri verin topladıqlarınızı “ dedi.
Sonra yığdıqlarımızı maşınına qoyub uzaqlaşdı. Yadımdadır, avtomobilinin nömrəsi
NK 0001 idi”. Bu hadisənin iştirakçısı olan başqa bir erməni yazır: “Ermənilər
hadisələrin üçüncü günü meşədə Xocalıdan qaçsa da, getməyə yer tapmayan
azərbaycanlılara rast gəlirdi. Qoca, qadın, uşaq olan bu dəstədə artıq son nəfəsini
yaşayanlar, donub qalanlar və yaralılar var idi. Bizi görən kimi yalvardılar ki,
onları öldürməyək. Biz də dedik ki, zinət əşyalarınızı, pullarınızı bəri verin, sizə
dəyməyək. Qadınlardan biri dedi, “nəyimiz var, sizin olsun”. Biz isə dedik ki, burda
olanlar onsuz da bizimdir. Xocalıda nə gizlətmisiniz deyin, aparaq oradakı varidatı
verin, sizi oradan Ağdama yola salacağıq“. Cəlaləddin Qasımovun “27 ildən
sonra” (Bakı, “Nurlan”, 2013) kitabından.
•
Erməni jurnalist və publisisti Vaqe Avetyan: “Sizi əmin edirəm ki, əgər nə vaxtsa
Ermənistanda qanuni xalq hakimiyyəti olarsa, mənim ölkəm bu cinayətin
araşdırılması və azərbaycanlıların qətlində əli olan günahkarların məhkəmə
qarşısına çıxması üçün əlindən gələni edəcək. İttihamları qəbul etməyə cürəti
çatmayan qatillərin öz vətəndaşları ola biləcəyi dünənki soyqırım üçün məhkəmə
qarşısına çıxa bilməyən xalqın dünya ictimaiyyətindən yüz il öncə öz əcdadlarının
qətlini tanımağı və qatillərin mühakiməsini tələb etməyə mənəvi haqqı yoxdur”.
•
Terrorçu Monte Melkonyanın ABŞ-da yaşayan qardaşı Markar Melkonyan
tərəfindən 2005-ci ildə yazılmış "Mənim qardaşımın yolu" (ing. My Brother's
Road) kitabından: “Monte öz dəstəsi ilə erməni kəndi olan Naqxortidən çıxaraq
qarla örtülmüş dağ yamacından Qaradağlı tərəfə düşərkən, kəndin erməni əhalisi
onların qarşılarına çıxıb Qaradağlıya hücum etməmələrini tələb etdilər, onların
arasında mübahisə yarandı, sakinlər Qaradağlıya hucumun Naqxortiyə müharibə
qətirəcəyini deyirdilər, Monte isə onlara cavab olaraq, artıq çox gec olduğunu və
müharibənin artıq qetdiyini dedi…Arabo və Aramonun (erməni silalı dəstələri)
əsgərləri 38 nəfər əsiri göstərdilər, əsirlər dərənin içərisində idi, onların arasında
qadınlar və əsgərlər var idi. Azərbaycanlı əsirlərdən biri bintlə sarılmış əlindən
qumbara çıxararaq onlara nəzarət edən erməninin üstünə atdı, qumbara partlayarkən
onun ayaqının bir hissəsini qopardı. Aramo və Arabonun əsgərləri onsuz da
əsirlərdən öldürülmüş yoldaşlarının intiqamını almaq istəyirdilər, bundan sonra
onlar əsirləri bıçaqlamağa və avtomatla güllələməyə başladılar. Çapıqlı Edo da
onlara qoşuldu o bir neçə yaralı əsgərin üstünə benzin tökərək onları atəşə verdi.
Monte kənddən aralı olan bu dərəyə gələndə orda yalnız bir taya insan qalıqları var
idi…Xocalını 40 nəfərdən ibarət OMON dəstəsi və sayı 60 – 200 arasında olan
döyüş təcrübəsi zəif yerli özünümüdafiə dəstəsi qoruyurdu. Monte Xocalıya çatan
kimi bir neçə saat əvvəl baş vermiş qırğının bütün məqamlarını və təfərruatlarını bir
araya yığmağa çalışırdı. Təxminən gecə saat 11-də 2000 nəfərdən ibarət erməni
43
silahlıları üç tərəfdən Xocalıya yaxınlaşdılar, bununla onlar yerli əhalini şərqdə
yerləşən açıqlığa qaçmağa vadar etdilər. Səhər fevralın 26-da xocalılılar şərq
tərəfdə olan təpəliyin zirvəsinə çatdılar və aşağı hardasa 6 mil məsafədə, Ağdam
istiqamətində düşməyə başladılar. Məhz həmin o təpəciklərin arasında onları
ermənlər qarşılayır və insanları güllələyirlər...Arabonun döyüşçüləri bıçaqlarını
çıxarıb insanları öldürməyə davam etdilər…Monte Martuniyə sadəcə 22 gün əvvəl
gəlmişdi lakin o artıq silahsız, günahsız dinc sakinlərin qanı ilə suvarılmış iki döyüş
meydanından keçmişdi (Qaradağlı və Xocalı)…1990-cı ilin noyabrında Keçəl
(Arabonun döyüşçüsü) sərhədin o tayındakı kənddən Azərbaycan xalq cəbhəsinin
gənc fəalını oğurlayır. Gənc azərbaycanlı Səid Yerevan yaxınlığındakı bir bağ
evində divara zəncirlənmiş vəziyyətdə bir ay qaldı. İlin sonunda Keçəl bir neçə
yoldaşı və yerli polis zabiti ilə birgə Səidi, Yeraplura yüksəkliyində yerləşən
qəbiristanlığa apardı (Yerevan yaxınlığında). Orada onlar Səidi onların ölmüş dostu
Xarut adında döyüşçünün məzarı qarşısında diz üstə qoydular. Sonra üç uşaq atası
olan Keçəl Səidin boğazını küt bıçaqla kəsməyə başladı. Əvvəl Səid qışqırırdı, lakin
sonra qışqırıq inilti ilə avəz olundu. Sonda Ardaq bıçağı Səidin sinəsinə vuraraq
buna son qoydu, onlar Səidin qanını dostlarının məzarına axıtdıqdan sonra ordan
getdilər.”
•
Quba sakinləri qarşısında çıxışlarından birində Amazasp demişdi: "Mən erməni
xalqının qəhrəmanıyam və onun maraqlarını qoruyuram. Mənə əmr edilib ki, Xəzər
dənizindən Şahdağa qədər bütün müsəlmanları qırım, evlərinizi yerlə yeksan edim."
•
RKP Qafqaz Diyar Komitə üzvü A. Mikoyanın Leninə göndərdiyi "Qafqaz
Məsələsinə Dair" adlı hesabatından sitat: "Erməni şovinistləri, imperialist
müttəfiqlərin və qatı mürtəce general Denikinin dəstəyinə güvənərək Qara dənizdən
Aralıq dənizinə qədər yeddi vilayəti də əhatə edən tarixi sərhədlər içərisində (!)
"Böyük Ermənistan" qurmaq fikrinə tam bir xəyal olan, cinayətə çevrilmiş bir
düşüncəyə qapılmış vəziyyətdədirlər. Bölgədə ermənilərin olmaması və yalnız
müsəlmanların burda yaşamaq istəməsi bunları utandırmır. Belə bir cəhənnəmi
yaratma, belə bir kabus və təcavüzü həyata keçirmək proqramı, ən yaxşı, ən
istedadlı və ən sadiq agentləri kimi gördükləri ermənilərin vasitəsilə Türkiyəni
talamaq, müstəmləkə və maliyyə kapitallarını istifadə edəcəkləri bir bölgə halına
gətirmək istəyən imperialist müttəfiqlər tərəfindən uğurlu bir şəkildə dəstəklənir."
1919-cu il, 25 dekabr.
•
Manuk Abeqyan, tanınmış ədəbiyyatşünas, dilçi, folklorşünas, akademik:
“…erməni xalqının kökləri haradadır, buraya necə, nə vaxt, haradan və hansı
yollarla gəlib… Bizdə bunun dəqiq və aydın sübutları yoxdur”.
•
Erməni alimi Zaven Korkodyan: “1883-cü ildə Ermənistanın hazırkı paytaxtı
İrəvan şəhərinin 18.766 nəfər əhalisinin 15.992 nəfəri, 1866-cı ildə isə 27.246
nəfərindən 23.626 nəfəri, yəni 85,2 % azərbaycanlı olmuşdur”.
•
Livanda yaşayan yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin
Azərbaycan türklərinin başına gətirdikləri müsibətləri "Xaç uğrunda" kitabında
fəxrlə xatırlayır. "Xaç uğrunda" kitabının 19-76-cı səhifələrində müəllif yazır:
"Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün
ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu
görən polkovnik-leytnant Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-
11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və
şalvarım qan içində idi. Və mən beləcə 1200 meyidin üstündən keçdim. Martın 2-də
"Qaflan" erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu) 2000-ə yaxın alçaq
44
monqolun (türklərin) cəsədini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 km-liyində
yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən
10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs
alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə
mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra
Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut
tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan
ağlamaq və imdad səsləri gəlirdi".
•
Erməni yazıcısı Boryan: "Daşnak komitəsi Rusiyanın imperialist əməllərinə
xidmət etmək üçün yaradılmışdır.”
•
Şamaxının poçt–teleqrafına rəhbərlik edən erməni Ambarsumovun “Milli Erməni
Bürosu”nun liderlərindən olan Doktor Zarviqarova məktubundan: “Şamaxıda əhali
artıq boşalır. Bir yandan birdən–birə yayılan xəstəliklər, o biri yandan da
dəstəmiz… müsəlmanların axırına çıxdı. Generalımız Stepan Lalayan yüzdən artıq
sağlam hesab etdiyimiz uşağı İrana göndərdi. Erməni ailələrini isə Göyçay–Şamaxı
sərhəddində topladıq ki, xəstəliyə tutulmasınlar. Onlara əlavə dərmanlar
paylanıldı…”
•
Erməni tarixçisi B.İşxanyan 1916-cı ildə Petroqradda çap etdirdiyi "Qafqaz
xalqları" kitabında yazırdı: "Antik dövrdə ermənilərin əsl vətəni olan "böyük
Ermənistan" Kiçik Asiyadan, yeni Rusiyadan kənarda yerləşirdi. Tarixçilərin
araşdırmalarına görə Fərad çayının yuxarı qolu olan Qaraçay sahilində yaşayan
ermənilər artıb çoxalandan sonra torpaq iştahasına düşüblər. Onlar Ağbaba, Çuxur
Sədd, Şərur mahallarına sonradan gəliblər. Van gölündən başlayaraq Urmiya,
Göyçə gölünə qədər məsafəni işğal ediblər". B.İşxanyan: “Tarixi qədimlik
təsəvvürünə görə, ermənilərin Böyük Ermənistan hesab edilən həqiqi vətəni Rusiya
hüdudlarından kənarda, daha doğrusu Kiçik Asiyada yerləşir. Dağlıq Qarabağda
yaşayan ermənilərə gəlincə, onların bir hissəsi aborigen olub, xristian dinini
qoruyub saxlayan qədim albanların nəslindəndir. Bir hissəsi təqib və hücumlardan
qurtarmaq üçün Azərbaycan torpaqlarında sığınacaq tapan İran və Türkiyə
qaçqınlarıdır”.
•
Erməni alimi Zaven Korkodyan:“1883-cü ildə İrəvan şəhərinin 18.766 nəfər
əhalisinin 15.992 nəfəri, 1866-cı ildə isə 27.246 nəfərindən 23.626 nəfəri, yəni 85,2
% azərbaycanlı olmuşdur”.
•
Erməni tarixçisi Qaraqaşyan: “Erməni xalqının əsli nədir, necə və nə vaxt,
haradan və hansı yollarla bu yerlərə gəlmişlər, erməni olmamışdan əvvəl və sonra
hansı tayfalarla əlaqədar olmuşlar, onların dilinə və etnik tərkibinə kimlər, necə
təsir göstərib?… Bizim əlimizdə bu məsələləri təsdiq edən mötəbər və dəqiq dəlillər
yoxdur”.
•
Akademik Ulubabyan: “Erməni üçün ailə qurmaq vətən qurmaqdı, harada olursa
erməni kimi yaşamaq lazımdır, erməni kimi yaşamaq o deməkdir ki, erməni
dövlətində yaşamaq deməkdir, hər nəyin varsa, bu işə qurban verməlisən. Erməni
harada yaşayırsa, orada izi qalmalıdır, bir tək əlifbanın olması millət üçün dövlətin
olmasından dəyərlidir. Erməni əlifbasıyla erməni adını yaz, ermənilik sənin
proqramındı, proqramını da özünlə götür, yerə qoyma, o, sənin silahındır. Türk kimi
yaşamaq məcburiyyətində qalsan belə,ermənisən, erməni olduğunu bil”.
•
Anastas Mikoyanın 22.05.1919-də Leninə yazdığı məktubdan:“Erməni
hökumətinin daşnak agentləri Qarabağı Ermənistana birləşdirməyə çalışırlar. Bu,
45
Qarabağ əhalisinin Bakıdakı həyat mənbəyindən məhrum olmaq, heç zaman heç nə
ilə əlaqəsi olmayan İrəvanla bağlanmaq deməkdir. Erməni kəndliləri 5-ci
qurultayda Azərbaycanı tanımağı və ona birləşməyi qərara aldılar”.
•
A.Astvasatryan: “Azərbaycanla qonşu olmaq Ermənistan üçün başdan-başa
bədbəxtlik idi. O ölkə öz milli və siyasi istəklərinə çatmaq, öz tələbləri baxımından
Ermənistan respublikası üçün ölümcül təhlükə idi . Zaqafqaziyada erməni və tatar
xalqları mənafeyini barışdırmaq mümkün deyil , çünki bu xalqlar öz daxili və xarici
siyasətləri ilə barışmaz düşmənlər kimi qarşı-qarşıya durmuşlar”.
•
Torqom Stepanyan , yazıçı: “Dünya ictimaiyyəti qarşısında məmnunluqla ifadə
edə bilərik ki , biz ermənilər yüz illər boyunca türklərlə qardaş kimi yaşamışıq.
Adət-ənənələrimiz, yeməklərimiz ,mahnılarımız baxımından bir-birimizə o qədər
qaynayıb qarışmışıq ki, sanki bir cəmiyyət olmuşduq. Türk-erməni qardaşlığı XI
əsrdən başlanır.1064-cü ildə bizanslılar erməniləri qırıb çatmaq istəyəndə biz
türklərin himayəsinə sığındıq, türklər bizi qorudular… Reallıq budur ki, biz burada
Türkiyədə kilsə və məktəblərimizdə hər cür mənasız kinlərdən uzaq,azad bir
cəmiyyətdə yaşayırdıq”.
•
Levon Dobbağyan, jurnalist: “Biz ermənilər din qardaşlarımız olan xristianların
zəhərli vədlərinə inanaraq böyük türk düvlətinə qarşı üsyan etdik , daha doğrusu
vətənə xəyanət etdik...Unutmayaq ki , türklərin düşmənləri bizim də
düşmənimizdir”.
•
Erməni akademiki Manuk Abeqyan: “Erməni dili hibrit (calaq) dildir. O biri
yandan erməni qəbiləsi də hibritdir. Onları Urartu və başqa qonşular assimilyasiya
etmişdir”.
•
Tarixçi K.Patkanyanın "Yaxın Asiya tarixində Van yazıçılarının rolu" kitabından:
"Ermənistan heç bir zaman bəşər tarixində xüsusi rol oynamamışdı. "Böyük
Ermənistan" ermənilərin yayılıb səpələndikləri bir regionun coğrafi adıdır".
•
Qaregin Njdenin xatirələrindən: “1919-cu ildə italyanlar faşizmi yaratdılar. Amma
istəklərinə nail ola bilmədilər. 1923-cü ildə nasizm yarandı və 1933-cü ildə isə
hakimiyyətə gəldi. Faşizm istəyinə çata bilmədi. Ermənilərin də bir siyasi kursu var.
Bu siyasi kursun uğur qazanması üçün, dünyadakı bütün türklər məhv edilməlidir.
Hər bir erməni ömrünün sonuna qədər türklərə nifrət ruhunda tərbiyə olunmalıdır.
Və bu nifrət bütün türklərin məhv edilməsinə yönəlməlidir”.
•
Zori Balayanın “Ocaq” kitabından: “1828-ci ildə məşhur “Türkmənçay”
müqaviləsi olmasaydı, Qriboyedov və Abovyan olmasaydı, rus əsgərləri olmasaydı,
bu gün müasir kənd və şəhərlərə çevrilən yüzlərlə yeni yaradılan erməni ocaqları
olmayacaqdı”.
•
Amerikalı erməni yazıçısı L.Z. Sürməliyanın “Xanımlar və cənablar, müraciətim
sizədir” kitabından: “Dünya ictimaiyyəti qarşısında məmnunluqla ifadə edə bilərik
ki , biz ermənilər yüz illər boyunca türklərlə qardaş kimi yaşamışıq. Adət-
ənənələrimiz, yeməklərimiz ,mahnılarımız baxımından bir-birimizə o qədər
qaynayıb qarışmışıq ki, sanki bir cəmiyyət olmuşduq. Türk-erməni qardaşlığı XI
əsrdən başlanır.1064-cü ildə bizanslılar erməniləri qırıb çatmaq istəyəndə biz
türklərin himayəsinə sığındıq, türklər bizi qorudular… Reallıq budur ki, biz burada
Türkiyədə kilsə və məktəblərimizdə hər cür mənasız kinlərdən uzaq, azad bir
cəmiyyətdə yaşayırdıq”.
46
•
Torqom Stepanyan, yazıçı: “Daşnak nümayəndələri ətraflarına çoxlu könüllü
silahlı dəstələr yığaraq müharibə gedən türk ərazilərində qadın, uşaq, qoca və
əlilləri amansızcasına doğrayıb tökürdülər”.
•
A.Lalayan 1918-20-ci illərdəki qırğınlar haqqında: “Biz ermənilər din
qardaşlarımız olan xristianların zəhərli vədlərinə inanaraq böyük türk düvlətinə
qarşı üsyan etdik , daha doğrusu vətənə xəyanət etdik. Unutmayaq ki, türklərin
düşmənləri bizim də düşmənimizdir”.
•
Levon Dobbağyan, jurnalist: “Ara bir az sakitləşən kimi Şuşanı yenə gördüm.
Şəhərin türk məhəlləsində daş-kəsək yığınlarından başqa bir şey qalmamışdı. Bütün
evlər yandırılmış, onların sahibləri isə öldürülmüşdü. Eyni hal Xankəndindəki türk
məhəlləsinin də başına gətirilmişdi… Bakıda ermənilər ingilislərin yardımı ilə bu
böyük neft şəhərini ələ keçirdilər və şəhərin türk əhalisindən 25.000 nəfərini
qırdılar”.
•
Ohanes Apresyan, “İnsanlar belədir. 1918-1922-ci illər Azərbaycan hadisələri bir
erməninin xatirələrində”n: “24 aprel Beyrutdakı erməni kilsəsi tərəfindən genosid
günü kimi elan edilməsi hamımızı dərin kədərə qərq etdi. Çox yaxın bir keçmişdə
Türkiyənin xarici işlər naziri Qabriel Noradunkyan deyildimi? İmperiya dövründə
maliyyə və xəzinə naziri Hakop paşa deyildimi? Poçt və teleqraf naziri Oskan
əfəndi deyildimi?…Ey qafillər, siz hansı keçmişdən danışırsınız? Biz hansı keçmişi
unutmuşuq? Keçmişdə heç bir soyqırım hadisəsi olmayıb. Dövlətin qanunlarına
qarşı çıxan bütün vətəndaşlar kimi ermənilərə o zaman qanunlara uyğun olaraq bəzi
cəzalar verilmişdir, vəssalam !”
•
Hakop Keşişyan, tacir: “Daşnaklar Şərqi işğal etməklə qabağa düşüb rus
burjuaziyasına yol açır, onun proqramını həyata keçirir, onun yanında əsl buyruqqul
rolunda çıxış edirdilər”.
•
B. Ananikyan “Daşnaksütyun ideyasının iflası” kitabından: “Mən ermənilərin
yaşadığı bir çox yerləri gəzmişəm. Daim xalis erməniyə aid olan bir şey duymağa
çalışmışam. Təəssüf ki, bu arzum indiyə qədər yerinə yetməyib”.
•
M. Nalbəndyan: “Erməni soy adlarının yalnız 26,3 faizi orijinal erməni dilindən
yaranmışdır. Qalan ad və soyadların 194-ü fars, 113-ü türk, 111-i ərəb, 60-ı yunan,
54-ü yəhudi, 44-ü də digər dillərdən götürülmüşdür...Erməni dilində 4200-dən çox
türk sözü vardır. Türk, fars, ərəb, assur-babil, yunan, gürcü və həmçinin təmiz hind-
avropa mənşəli sözlər çıxıldıqdan sonra erməni dilində ermənilərə aid olan beş
minədək söz qalır”.
•
R.A.Açaryan: “Ermənistanda olan 2310 kəndin iki mindən çoxunda
Azərbaycanlılar yaşayırdı. XIX əsrin əvvəllərində İrəvanda yaşayan 10 000 nəfər
əhalinin 7000 nəfəri Azərbaycanlı idi. 49 bəy, sultan, məlikdən 41-i Azərbaycanlı
idi.”
•
Erməni yazıçısı M.Şaqinyanın ermənilərə müraciəti: "Siz bələkdəki körpənizə
mütləq bildirin ki, türk onun düşmənidir. Onların ərazisində torpaqlarımız var".
•
Şairə Silva Kaputikyanın televiziya ilə müraciətindən: "böyük Ermənistan"
yaratmaq üçün türkü son nəfərə kimi qırmalısan,...türk öldürməyən erməni bizdən
deyildir." "Sən türk öldürməkdən həmişə qürur duymalısan".O, ədəbi qəhrəmanı
Aşota həsr etdiyi əsərdə yazırdı: "Mənim qılıncımdan türk qanı axıb töküləndə, mən
onu tapdayanda rahat olacağam".
47
•
Artunyan: "Türk öldürməyən erməni öz əli ilə özünü öldürsün."
•
Zori Balayan: “Mən komandir A.Ter-Tedovoyandan soruşdum ki, Şuşaya biz nə
vaxt girə biləcəyik? –Komandir dedi ki, siz sualı düzgün qoymursunuz. Məndən
soruşun ki, Şuşanı almaq üçün sənə nə lazımdır? Onda belə cavab verərəm, 400 ton
yanacaq və 1000 ədəd raket. Bunları əldə etdikdən sonra mən sizə Şuşanın dəqiq
alınması tarixini deyə bilərəm”.
•
Erməni tarixçisi Gevorq Aslanın "Ermənistan və ermənilər" (1914 il) əsərindən:
"Ermənilərdə dövlətçilik olmamışdır. Onlarda Vətən hissi yoxdur və siyasi tellərlə
bağlı deyillər. Erməni vətənpərvərliyi yalnız yaşadıqları yeri ilə bağlıdır. Müasir
Ermənistanın ərazisi ermənilərə deyil, azərbaycanlılara məxsusdur. Məhz bu
səbəbdəndir ki, böyük Ermənistan ərazisində olan coğrafi adların əsas hissəsi
azərbaycanlılara məxsusdur.”
•
Erməni publisisti Vahe Avetyan özünün Facebook səhifəsində yazır: “Əziz
qonşularımız, azərbaycanlılar. Mən Xocalıda yüzlərlə insanın soyqırıma məruz
qalmasında ermənilərin də iştirak etdiyinə görə sizdən üzr istəyirəm. Sizi
inandırıram ki, nə məni, nə dostlarımı və nə də yaxınlarımı qatil, adamyeyən və
sadist kimi yetişdiriblər. Əmin olun ki, Ermənistanda nə vaxtsa qanuni xalq
respublikası qurulsa, o vaxt mənim ölkəm bu cinayətin araşdırılması üçün mümkün
olan hər şeyi edəcək və bu işdə əli olanların hamısı mühakimə olunacaq. Mən
düşünürəm ki, dünən törətdiyi genosidi boynuna almayan və haqq qarşısına
çıxmağa mənliyi və cürəti çatmayan bir xalqın yüz illər əvvəl ata-babalarının başına
gətirilən genosidə görə dünyadan ədalət tələb etməyə mənəvi haqqı çatmır”.
•
Amazasp: “Hər bir müsəlman düşməndir, yalnız ona görə ki, o, müsəlmandır.”
•
1918-ci ilin may ayında qurulan Ermənistan Respublikasının 1919-cu ilin
avqustuna qədər ilk baş naziri olmuş Ovanes Kaçaznunun 1923-cü ildə qurucusu və
liderlərindən biri olduğu Daşnaksutyun partiyasının qurultayına təqdim etdiyi 128
səhifəlik hesabatından: “Könüllü silahlı birliklər yaratdıq, Türkiyə hələ savaşan
tərəflərdən birinə qoşulmadığı dövrdə erməni inqilabçı daşnaksutyun partiyasının
rəhbərliyi altında yaradılan silahlı dəstələrlə hərbi əməliyyatlar həyata keçirdik,
barışı sabotaj etdik, çox yerdə türklərə qarşı üsyan qaldırdıq, sülhü sabotaj etmək
üçün döyüşdük də, türklərin düşməni olan Antanta Dövlətlərinin şəhərciyində
yerləşdik. Türkiyədən "Dənizdən dənizə Ermənistan" tələb etdik. Antanta
Dövlətlərinin ordularını Türkiyəyə göndərmələrini və hakimiyyətimizi təmin
etmələri üçün Avropa və Amerikaya rəsmi müraciətlər etdik. Nəhayət o da var ki,
var olduğumuz müddətdə fasiləsiz olaraq türklərlə döyüşdük. Hərəkatımızın
əsasında Antanta Dövlətlərinin bizə vəd etdiyi böyük Ermənistan xəyalı dururdu.
Amma biz heç bir zaman dövlət ola bilmədik. Türkiyə Ermənistanı deyə bir
dövlətin xəyaldan kənar olmadığı gerçəyini bilmədik.Türkiyədə milli şüur və özünü
müdafiə instinkti oyanmışdı. Yeni gənc və milliyətpərvər duyğularla hərəkət edən
bir nəsil ortaya çıxaraq, Anadoluda öz ordusunu yenidən təşkil etməyə başlamışdı.
1918-ci illərdə imperialistlərə qarşı döyüşlərində təxribata uğrayan türklər,
müqavimət göstərərək iki il içərisində təkrar özlərinə gəldilər. Çox keçmədən
sınırlarımıza hərbi
əməliyyatlar başladığında,
türklər bizimlə bir araya gəlməyi və danışıqlara başlamağı təklif etdilər. Biz isə
onların bu təklifini geri çevirdik. Bizim bu dövrdə sülhdən imtina etməyimiz və
silahlanmamız böyük bir səhv idi. 1915-ci ilin yaz və payız dövründə Türkiyə
erməniləri zəruri bir Tehcir-Köç qanunu qəbul etdi. Köç doğru və lazımlı idi.
48
Gerçəkləri görə bilmədik, hadisələrin səbəbi bizik. Türklər nə etdiklərini bilirdilər
və bu gün peşmanlıq eşitmələrini tələb edəcək bir xüsus yoxdur. Bu üsul ən qəti və
uyğun olanı idi.
Hirslilik və qorxu içində olan biz ermənilər, “günahkar” axtarırdıq və bu günahkarı
rus hökuməti və onun alçaq siyasəti olaraq təyin etdik. Biz ermənilər qeydsiz şərtsiz
Rusiyaya yönəlmiş durumdaydıq. Hər hansı bir səbəb yoxkən zəfər havasına
qapılmışdıq. Sədaqətimizin, işlərimizin və yardımlarımızın qarşılığında Çar
hökumətinin Ermənistanın müstəqilliyini bizə hədiyyə edəcəyindən əmin idik. Rus
hökumətinə qarşı dünənki inancımız nə cür kor-koranə və təməlsizsə, bugünkü
suçlamalarımız da o cür kor-koranə və əsassızdı. Siyasi bir partiya (Daşnaksutyun)
olaraq biz, məsələmizin rusları maraqlandırmadığını və onların lazım olanda
cəsədlərimizi tapdalayaraq keçib gedə biləcəyini unutmuşduq. Şikayət etmək və
fəlakətlərimizin səbəblərini öz xaricimizdə axtarmaq bizim xəstəlik halını almış
milli psixologiyamızdır, xarakterik xüsusiyyətimizdir”. Kaçaznuninin, qurucusu və
lideri olduğu Daşnaksutyun Partiyası üçün hesabatının sonunda söylədiyi cümlələr
düşündürücüdür: "Daşnak Partiyasının artıq edəcəyi bir şey yoxdur...
Bəli, mən intiharı təklif edirəm, Partiya özünü buraxmalıdır."
•
Daşnak komandiri Vahram öz "qoçaqlığı" barədə yazırdı: "Mən heç nəyi nəzərə
almadan türkləri qırdım. Lakin bəzən gülləyə heyfim gəlirdi. Bu itlərə qarşı ən
yaxşı üsul odur ki, döyüşdən sonra salamat qalanların hamısını su quyusuna
doldurub üstünə ağır daşlar atasan. Belə də etdim. Bütün qadınları, uşaqları quyuya
doldurub üstünə ağır daşlar tökdüm. Uzun müddət bu daşların altından onların
iniltisini eşitdikcə şadlığımdan nə edəcəyimi bilmirdim".
•
Stepan Lalayanın dəstəsində olan “Uçitel Qriqoryan” adlı erməni əsgəri
komandirinə bu məktubu yazan günün səhəri artıq həyatda yox idi: “Mən daha
Şamaxıda qala bilmirəm. Bunları görməyə dözə bilmirəm, mənə verdiyiniz silahı
özünüzə qaytarıb geri dönürəm...”
•
“Böyük Ermənistan” ideoloqlarından və “Qnşaq”ın liderlərindən biri Q.Kafyants:
“Tarixə nəzər salanda aydın görürsən ki, lap əvvəldən biz erməniləri təhrik edən çar
mütləqiyyəti və rus patriarxlığı olmuşdur.”
•
Ermənistan SSR Elmlər Akademiyasının ilk prezidenti İ.Orbeli: “İndiki Dağlıq
Qarabağ orta əsrlər Albaniyasının bir hissəsi olmuş, sonradan erməni feodalları
tərəfindən zəbt edilmişdir.”
•
Tanınmış erməni yazıçısı və ictimai xadimi Vaqe Avetyan: “Respublika
Partiyasının qurucusu, sovetlər dönəminin dissidenti və siyasi məhbusu Aşot
Navasardyanın şəxsən mənə və yanımdakı bir çoxlarına 1985-ci ildə nələr
danışdıqları haqda bilmək haqqına malikdirlər. Həmin il “zon”da ona bir çekist
deyib ki, tezliklə hamını evə buraxacaqlar, Kremldə Qarabağ məsələsi artıq
ermənilərin xeyrinə həll olunub, sizə yalnız evə gedib Qarabağ hərəkatına başlamaq
qalır ki, hakimiyyət sizin “tələblərinizə cavab olaraq” Qarabağı sizə
qaytarsın. Azərbaycanlıların hüququ var bilsinlər ki, çekistlər belə informasiyaları
türmələrdə bütün erməni siyasi məhbuslarına çatdırmışdılar və evə döndükdən
sonra onların toplanışı olmuş, orada yekdilliklə qərara alınmışdı ki, əgər KQB
Qarabağ hərəkatı istəyirsə, o zaman erməni dissidentləri hər şeyi eləməlidirlər ki,
bu, baş verməsin. Azərbaycanlıların hüququ var bilsinlər ki, bizim öz müqəddəratı
təyinetmə uğrunda hərəkat liderimiz İrəvanda mitinqdə çıxış edərək Sumqayıtdakı
qətliama görə azərbaycanlıların yox, Kremlin məsuliyyət daşıdığını söyləyib, onu
da deyib ki, kim ki Qarabağı bir sovet türməsindən digər sovet türməsinə köçürmək
49
istəyir, o, Kreml çekistlərinə xidmət edir. Azərbaycanlıların hüququ var bilsinlər ki,
bizim müstəqillik uğrunda liderimizi bundan sonra ölkədən deportasiya ediblər,
boşluğu Qarabağ Komitəsi ilə doldurublar, müstəqillik və demokratiya uğrunda
mübarizləri isə terrorla qətlə yetiriblər, ölkədən sürgün ediblər və 20 il ərzində hər
vəchlə məhv eləməyə çalışıblar…Mən o günü görürəm - o gün ki, biz öz milli
bayraqlarımızı Kremlin xarabalıqları üzərində böyür-böyürə qaldırıb imperiyanı
Qarabağa görə cəzalandıracaq, bir çox başqa şeyləri edəcəyik”.
•
Bu məktub Türklərin əsrlərlə “Milleti-Sadıka” dediyi bir erməniyə aiddir. Onun
adı Artin PENİK. Bu isə onun həyat tarixçəsidir.
ASALA terror örgütü 1970-ci illərdən etibarən Türkiyə dışında 21 ölkənin 38
şəhərində 39 silahlı, 70 bombalı, biri də işğal şəklində olmaqla 110 terror olayı
gerçəkləşdirmişdir. Bu saldırılarda Türkiyənin 42 diplomatı həyatını
itirmişdir.ASALA-nın Türkiyədəki ilk terror aktı 1982-ci ilin 7 avqustunda Ankara
Esenboğa Hava limanında gerçəkləşdirdiyi bombalı saldırı olmuşdur. Saldırı
sonucunda 9 kişi həyatını itirmiş, 72 kişi yaralanmışdır. Erməni əsilli türk vətəndaşı
Artin PENİKin adı bu olaydan 4 gün sonra eşidildi. O, türk vətəndaşı bir erməni
olaraq, ASALAnın etdiklərinə dayanmamış, Taksim meydanında üstünə benzin
tökərək özünü yandırmışdır. Ağır yanıqlarla xəstəxanaya qaldırıldığında,
ASALAnın terror aktlarını protesto etmək üçün belə etdiyini demiş, əsil
məqsədinin Fransız Konsulluğu önündə özündə yandırmaq olduğunu, fəqət
Atatürkün abidəsi hüzürunda ölmək istədiyini, bu nədənlə özünü Taksimdə
yandırdığını bildirmişdir. Müalicə altındaykən 15 avqust 1982-ci ildə vəfat etmiş,
18 avqustda Məryəm Ana Kilsəsindəki törənin ardından cənazəsi “Balıklı Ermeni
Mezarlığı”'nda dəfn edilmişdir.
ASALA-nın terror aktlarını etiraz üçün özünü yandıran Artın PENS, aksiyanı
reallaşdırmadan əvvəl qoyduğu məktubda bunları deyir: "Bax, burada patriarx və
bütün Türkiyə erməniləri adından sizlərə etiraz edir və özümü yandırıram.
Siz ASALA qatilləri! Günahkar insanları öldürərək heç bir şey əldə edə
bilməzsiniz. Siz imperialistlər tərəfindən aldadılmısınız. Tarix sizə çox yanlış
qandırılmış. Yüz minlərlə insan imperialistlərin hiylə oyunları nəticəsində həyatını
itirdi. Bunu ağlınıza yazın! Sizi yanlış istiqamətləndirirlər. İndi orada, burada
minlərlə erməni dağınıq olaraq yaşayır. Onlarıdamı cəzalandırmaq istəyirsiniz?
Amma heç vaxt bunu edə bilməyəcəksiniz. Biz türklərlə qardaşca yaşadığımız
həyatımıza davam etmək istəyirik. Amma, siz mərhəmətsiz bir şəkildə günahsız
insanları öldürməyə davam edirsiniz. Allah adına sizləri əmin edirəm ki, yox
ediləcəksiniz!
Mənim bildiyim qədər ermənilər cəsarətli insanlardır və heç vaxt günahsız insanları
arxadan vurmazlar. Sizi heç vaxt erməni olaraq görmürük. Sizi lənətləyirik. Sən,
keçmiş Fransa Prezidenti Giscard Estaing, biz ermənilər səni də lənətləyirik. Əgər
onların rəylərini almaq üçün etdiklərinə bəraət qazandırmasa idin, Asalalılar o
qədər aqressiv olmazdılar.
Daha yazacaq çox şeyim var, amma yazma səbəbim yoxdur.
Zamanında türk milləti sizi cəzalandıracaqdır. Bu günə qədər vəfat edənlərə
Tanrıdan rəhmət diləyirəm, ailələrinə də səbr.
Allah Türk vətəndaşlarıma səbr ehsan eylə. Əlvida"!
(Artın PENIK, Intervyu, 1982)
https://www.youtube.com/watch?v=wGXvUkpYoFc/).
*Ermənistan Prezidenti Serj Sarkisyanın tələbə-gənclərlə görüşündə çıxışından:
“Biz üstümüzə düşən missiyanı yerinə yetirdik. Ermənistan türksüzləşdi, Dağlıq
50
Qarabağ tamamilə ələ keçirildi. Yerdə qalanlarını da siz həll etməlisiniz. Bu da
sizin borcunuzdur...”
•
Karnegi Fondunun saytında Tomas de Vaalın yerləşdirdiyi müsahibədə Serj
Sarkisyan söyləyib: "Xocalıya qədər azərbaycanlılar bizimlə, sadəcə, zarafat
etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl
qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də
oldu...Xeyr, mən etdiklərim üçün təəssüflənmirəm. Ona görə ki, bu cür sarsıntılar,
hətta minlərlə adam qırılsa belə, zəruridir."
|