Azərbaycanın geologİyası I mühazİrə


Respublika ərazisində Maykop-Abşeron yaşlı çöküntülərdə bir sıra yanar şist və liqnit-qonur kömür təzahürləri aşkar edilmişdir



Yüklə 412,58 Kb.
səhifə53/82
tarix02.01.2022
ölçüsü412,58 Kb.
#34969
növüTədris planı
1   ...   49   50   51   52   53   54   55   56   ...   82
C fakepathMühazir - 1-10- Az rb. geol. 2020

Respublika ərazisində Maykop-Abşeron yaşlı çöküntülərdə bir sıra yanar şist və liqnit-qonur kömür təzahürləri aşkar edilmişdir.

Azərbaycanın 1/3 hissəsini tutan bu vilayət Böyük və Kiçik Qafqaz dağları ara­sın­dakı çökəkliyi əhatə edir. Vilayətin üzərini Kaynazoy yaşlı çökmə süxurlar örtür.

Vilayətin qərbindəki dağ ətəyi düzənliklərdə (Şirvan, Qarabağ, Mil) çayların gə­tir­diyi çöküntülər, şərqində isə dəniz çöküntüləri üstünlük təşkil edir. Vilayətin ən hündür yeri Acınohur-Ceyrançöldə 1100 m, ən alçaq yeri isə Xəzər sahili ərazisin­də­dir (-27 m).

Faydalı qazıntıları- neft-qaz, tikinti materialları, Naftalan müalicə nefti, palçıq vul­kanları, vilayət çökmə süxurlardan təşkil olunduğundan filiz yataqları yoxdur.

Son 30-50 il ərzində çoxlu qaz-kondensant yatağı kəşf olunub, istifadəyə veril­mişdir. Kür çökəkliyində hazırda 4 neftli-qazlı (Aşağı Kür, Gəncə, Yevlax-Ağcabədi, Kür-Qabırrı çaylararsı) və 2 perspektivli (Acınohur və Cəlilabad) rayon ayrılır. Aşağı Kür, rayonunda əsas neftli-qazlı dəstə «məhsuldar» qatdır. Aşağı Kür­yanı rayonunda böyük neft-qaz-kondensant yataqları aşkar olunmuşdur.

Kür-Qabırrı çaylararsı rayonunda da kəşf olunmuş yataqlarda neft-qaz Eosen yaş­lı çöküntülərlə (Tərsdəllər, Gürzündağ yatağı) əlaqədardır.

Aşağı Kür çökəkliyində palçıq vulkanları püskürən sahələrdə müalicə palçığı var­­dır.

Kür çökəkliyində əsas neftli-qaz yataqları Aşağı Kür və Acınohur-Ceyran­çöl­də­dir. Azərbaycan nefti Kaynozoy yaşlı çökmə süxurlarda yayılıb. Kür-Arazda Mu­rad­xan­lı yatağındakı neft Mezozoy erasının vulkanik süxurlarında aşkar edilib. Naftalan­da- dünyada yeganə müalicəvi və yanmayan neft var.

Kür çökəkliyində çökmə süxurlarında qeyri-filiz faydalı qazıntıları geniş yayı­lıb. Qazxda, Akstafada, Şəmkirdə- daş, qum və s., Tovuzda- seolit və s. yataqları var.

Neft­çala, Mişovdağ, Babazənən, yodlu-bromlu su yataqları Neftçala yod-brom za­vo­dunu xammalla təchiz edir. Kür çökəkliyində çoxlu termal (isti) su ehtiyatları da vardır. Məs. Kür-Araz ovalığında çıxan termal suların temperaturu 150°C, Istisu mineral bulağında isə 60°-80 °C-dir.

Kür çökəkliyi faydalı qazıntılarla zəngin re­gionundan biridir. Burada müxtəlif növ faydalı qazıntılara təsadüf edilir. Əsas faydalı qazıntıları dağətəyi zonada yer­lə­şir və dəmir filizi, alunit, əhəngdaşı, mərmər, gips, seolit, sement xammalı, qızıl, gü­müş, misdən ibarətdir. Burada qara metal filizlərin böyük ehtiyatları aşkar edilmişdir. Aşkar edilən qara metal filizləri əsasən dəmir, marqans və xromdan ibarətdir. Bu filiz ehtiyatları faydalı qazıntı ehtiyatlarının ümumi nisbətində 10,4% təşkil edir.

Kür çökəkliyinin Siyəzən, Netçala, rayonları ərazisində çoxsaylı müxtəlif təyi­nat­lı gil, qum, qum-çınqıl, əhəng daşı yataqlarının ehtiyatları hesablanmışdır və  on­la­rın bir  çoxu  istitsmar olunur.

Kür çökəkliyinin molass çöküntüləri ilə əlaqədar olan nəhəng filiz və qeyri-filiz yataqları, o cümlədən neft, qaz, yanar şistlər, bitum, mis, qızıl, uran və s. ya­taq­larının olması ehtimalı yüksəkdir.

Burada eyni zamanda sement, şüşə, kimya və tikinti sənayesinin yüksəldil­məsi üçün zəngin xammal ehtiyyatı vardır.


Yüklə 412,58 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin