8.4 . Araz meqazonasının geoloji inkişaf tarixi
Ş.A.Əzizbəyovun məlumatlarına əsasən Naxçıvan vilayətinin geoloji inkişaf tarixində iki böyük mərhələ ayrılır. Bunlardan 1-ci Yuradan Eosenə kimi olan dövrü əhatə edir və Şərur-Culfa antiklinorisi vilayətinin qalxması ilə xarakterizə olunur, bunula əlaqədar olaraq Ordubad qalxım zonası şərqdən qərbə dəyişir. Qeyd etməliyik ki, çökəkliyi yerdəyişmə iki fazada (Trias ilə Yuranın və Paleosen ilə alt Eosenin səhəddində) getmişdir. İkinci mərhələ Oliqosendən Antropogenə kimi olan dövru əhatə edir və ümumiyyətlə Kiçik Qafqazınqalxması ilə çökmə zonasının cənub-qərbə dəyişməsi ilə xarkterizə olunur. Bu dövrdə Əzizbəyov qırışıqlıq hərəkətlərinin üç fazasını ayırır:
1)Oliqosen ilə Miosenin sərhəddində(xətti qırışıqların əmələ gəlməsi);
2)Miosenin sonu-Pliosenin əvvəli (qalxımların və çökəkliklərin əmələ gəlməsinin başa çatması);
3)Alt Pliosen-antropogen (fasiləli qırışıqlığın inkişaf etməsi, kiçik intruziv və eksruzivin irəliləməsi).
Dostları ilə paylaş: |