1. Pyazbaşı qızıl yatağı. Bu yataq Ordubad rayonu ərazisində yerləşir. Pəzməri kəndindən 4 km şimal-qərbdə, 1800-2700 metr hündürlükdədir. Əsas filiz mineralları pirit, xalkopirit, bornit, malaxit və sərbəst qızıldır. Filizlərdə qızılın miqdarı 1,0-1,9 q/t, mis 0,1-1,8 %-dir.
2. Göydağ mis-porfir yatağı. Bu yataq Culfa rayonundadır. Başkənddən 2 km cənub-şərqdə, dəniz səviyyəsindən 2050-2000 m hündürlükdədir. Filizlərdə misin və molibdenin yayılması qeyri-bərabərdir və mis 1-2,7%, molibden 0,01-0,08 %-dir. Əsas filiz mineralları pirit, xalkopirit, falerit, qalenit, molibdenit və misin törəmə minerallarından ibarətdir.
Dostları ilə paylaş: |