Azərbaycanın geologİyası I mühazİrə


Dördüncü dövr (çöküntüləri) sistemi



Yüklə 412,58 Kb.
səhifə59/82
tarix02.01.2022
ölçüsü412,58 Kb.
#34969
növüTədris planı
1   ...   55   56   57   58   59   60   61   62   ...   82
C fakepathMühazir - 1-10- Az rb. geol. 2020

Dördüncü dövr (çöküntüləri) sistemi. Naxçıvan vilayətinin ərazisində Dör­dün­­­cü dövr sisteminin bütün dörd şöbəsi iştirak edir və litoloji tərkibcə əsasən qum­daş­­larındın, əhəngdaşlarından, konqlomeratlardan, gillərdən təşkil olunmuşdur.
8.3. Araz meqazonasının tektonikası


Kifayət qədər mürəkkəb inkişaf tarixinə malik olan, Kiçik Qafqazın və onun da­xili əyimini təşkil Naxçivan zonasının (qırışıqlıq vilayətinin) geoloji quruluşunun öy­rənilməsi, tektonik rayonlaşması ilə bir çox tədqiqatçılar V.P.Reiqarten (1941), K.N.Paf­­fenqols (1948), V.E.Xai­n (1937, 1948), L.N.Leontev (1948), A.T.Aslanyan (1958), E.E.Ma­li­nov­ski­ (1956), E.Ş.Şıxalibəyli (1956, 1966), Ş.A.Əzizbəyov (1952, 56, 61, 68), A.E.Bağı­rovun (1956-1957) A.Q.Babayev, T.H.Kəngərli. N.X.Bay­ra­mov, A.R.Bektaşi, F.S.Əhmədbəyli, A.D.İsmail-zadə və b. məşğul olmuşdur.

Müxtəlif tədqiqatçılar tərəfindən Qafqazın tektonik rayonlaşdırma xəritələrində bir çox onilliklər ərzində, onun cənub hissəsi Aralıq dənizi qırışıqlıq qurşağşnın Ana­dolu-Qafqaz-İran seqmentinin tərkibinə daxil olan Mərkəzi-İran mikroqitəsinin Araz (Naxçivan) bloku və ya Araz meqazonası kimi ayrılmışdır.

Kiçik Qafqaz sistemində Araz meqazonasının struktur vahid kimi ayrılması təd­qiqatçıların əksəriyyəti qəbul etsələr də, onun tektonik rayonlaşdırılmasında, eləcədə onu təşkil edən strukturların ayrılmasında fikir birliyi yoxdur.

Naxçivan ərazisinin geoloji quruluşu, tektonikası və faydalı qazıntıları haqqında nisbətən dolğun məlumat Ş.A.Əzizbəyovun “Naxçivan MR- ın geologiyası” monoq­ra­fiyasında verilmişdir. Burada müəllif vermiş olduğu tektonik rayonlaşdırılma sxe­min­də Şərur-Culfa və Zəngəzur antiklinoriumlarını və onları bir-birindən ayıran Or­du­bad sinklinoriumunu ayırır. Bu strukturlar ümumiqafqaz istiqamətli uzanması boyu xətti qırışıqlarla mürəkkəbləşmişdir- Şərur-Culfa antiklinoriumu daxilində Təbşirə­dək (erkən Yura), Ordubad sinklinoriumu və Zəngəzur antiklinoriumu daxilində isə Oliqosendən sonra-Miosenədək.

M.İ.Rüstəmov tərəfindən Araz meqazonasında aparılan tədqiqat işlərinin nəti­cəsində ərazinin eç inkişaf mərhələsinə müvafiq gələn üç struktur mərtəbənin ayrıl­ma­sına imkan vermişdir:

1. Baykal- Kembriyədək, alt Paleozoy (Hirartax qırılması boyunca);

2. Hersin- orta-üst Devon, Karbon, Perm, Trias;

3.Alp- Yura, alt və üst Təbaşir, Paleosen-Eosen, Oliqosen.

Alınan nəticələrə görə Cənubi-Azərbaycan (Hersin) antiklinoriumu, Cənubi-Qaf­­qaz massivinin cənub ətrafının quruluşuna daxil olan Qafan antiklinoriumu (erkən Alp) və Hersin bünövrəsi üzərində yaranan Ordubad sinklinoriumunu (orta Alp) ay­rılmışdir. M.İ.Rüstəmovun fikrincə, Cənubi Zəngəzur Cənubi-Azərbaycan və Qafan antiklinoriumu arasında tektonik paz olub, Ordubad sinklinoriumunun cənub-şərq his­­səsini təşkil edir və Kiçik Qafqazın baş tikişi hesab olunur. İlk dəfə olaraq Ordu­bad çökəkliyinin gömülmüş Mezozoy örtüyündə ofiolitlərin olduğunu göstərən olis­to­­strom törəmələri müəyyən olunmuşdur. Vedi zonasının ofiolitləri bu gömülmüş ofiolitlərin şimali-qərbdə da­vamı hesab olunur.

Naxçivan MR- nın tərtib olunmuş tektonik rayonlaşdırma sxemləri ümumiyyətlə bir-birinə yaxındır və yalnız strukturların ayrılma xüsusiyyətlərinə görə (yaranma vax­tı, qırışıqləğın yaşı, inkişaf mərhələləri) bir-birindən fərqlənirlər.

Kiçik Qafqazın müasir quruluşunda Araz meqazonası əksər tədqiqatçılar tərəfin­dən dağlıq sistemin cənub qanadının tərkibində baxılır və ümumi şimali-qərb uzan­ma­sında qərbə Anadolunun Şimali Pontidlərinə, cənubda isə Şimali İranın Elburs zo­nasına tərəf uzanır.

Geomorfoloji baxımdan Araz meqazonası Zəngəzur silsiləsindən Naxçivan çö­kək­liyinə qədər ərazini əhatə edir və Kiçik Qafqazın şimali-şərq yamacının qırışıqlıq zonalarından Göyçə çökəkliyi ilə ayrılır. Geoloji baxımdan Araz meqazonası Qond­va­nanın şimal ətrafından qopmuş Mərkəzi-İran mikroplitəsinin (mikroqitəsinin) Cə­nu­­bi-Azərbaycan seqmentinin şimali-qərb ətrafında formalaşmış strukturdur. Mikro­qi­tənin Naxçivan vilayəti daxilində Baykal kristallik bünıvrəsi, Paleozoyadək və Pa­leo­zoy-Trias çöküntüləri iştirak edir. Bünövrənin çıxışı məhtud sahədə- Ermənistanın Azkaran, cənubda isə İranın Qaradağ sahəsində müşahidə olunur.

Qafqaz seqmentinin geodinamik inkişafında, gec Rifey Prototetisin yaranma döv­­rü hesab olunur.

Epibaykal platformalarının yaranması ilə Venddə qapanan və Paleozoydan baş­la­ya­raq, riftogen destruksiya və Cə­nu­­bi-Qafqaz mikroplitəsinin yaranması ilə əlaqə­dar olaraq gec Paleozoyda qapanmış Paleotetisin açılması baş verir.

Cə­nu­­bi-Qafqaz mikroplitəsi gec Paleozoy və Trias ərzində zəif qalxma və enmə hərəkətlərinin baş verdiyi dəyanətli qalxım olmuşdur.

Orta-gec Karbon Paleotetisdə kolliziya dövrüdür, sonra gec Trias-erkən Yura ər­zində Mezotetis okean hövzəsinin Qafqaz qolu formalaşmağa başlamışdır. Mərkə­zi-İran və Cə­nu­­bi-Qafqaz mikroplitələri arasında yerləşən bu hövzə, Yura-Təbaşirdə sub­duksion, Paleogen-Neogendə isə kollizion maqmatizm zonası olmuşdur. Miosenin sonundan və erkən Pliosendən bu vilayət iki mikroplitənin qovuşma sahəsi olub, özü­nü tikiş zonası və ya Mezotetisin suturu kimi göstərmişdir.

Gec Pliosen- Dördüncü dövrdə (Kvarterdə) zona boyunca kontinental-riftogen maqmatizmin təzahü­rü ilə müşayət olunan tektonik-maqmatik fəallaşma baş verir. Ha­zırda eni 15-20 km- ə qədər olan Zəngəzur tikiş zonası (sutur) şimal-qərb istiqa­mət­də Göyçə gölünün cə­nub ətrafı boyunca uzanır, yüksək seysmikliklə, istilik axını ilə səciyyələnir, Paleozoyadək və Paleozoy bünövrəsinin iri bloklarına malikdir. Bu tikiş zonası şimal-qərbdə Hirartax qırılması ilə üst Təbaşir, Paleogen (bəzən Pliosen) kompleksindən təşkil olunmuş Ordubad zonasından ayrılır. Cə­nub-qərbə Paleozoy çö­küntülərinin iki çıxışı qeyd olunur. Bunlar vahid Şərur-Culfa zonasının parçalan­mış hissələridir. Onlardan biri şimal-qərbdə, araz çayının sol sahilində yerləşən Dara­lagözdə Devon-Trias çöküntülərinin iştirak etdiyi Şərur qalxımı, digəri isə cə­nub-şərq­­də Perm-Trias çöküntülərindən təşkil olunmuş Culfa qalxımıdır.

Naxçivan çökəkliyi törəmə xarakter daşıyır və gec Kaynozoyun dəniz mənşəli çö­küntüləri (orta və üst Miosenin, Dördüncü dövrün gipsli-duzlu kompleksi) dol­muş­dur. Ümumiyyətlə, ərazinin quruluşu kifayət qədər mürəkkəbdir, erkən Kimmeri (Tri­as-Yura), Avstriya (alt-üst Təbaşir) Laramiy (üst Təbaşir-Paleosen) Pireney (Eo­sen-Oliqosen) və gec Alp (alt Pliosen-Dördüncü dövr) tektogenezinin fazaları ilə əlaqədar sıxılmanın və dartılmanın müxtəlif geodinamik şəraitlərində əsaslı dəyişirikliyə mə­ruz qalmışdır.

Araz meqazonasının tektonik quruluşunda Şərur-Culfa və Misxan-Zəngəzur qalxımı, Ordubad və Naxçivan çökəkliyi kimi iri struktur elementlər ayrılır.

Naxçıvan qırışıqlıq vilayəti Kiçik Qafqaz meqaantiklinoriumunun daxili əyi­mini əha­tə edir və ondan böyük amplitudlu tektonik qırılma ilə ayrılır. Onun geoloji quru­luşunda iştirak edən Paleozoy və Meza­kay­na­zoy çöküntü­lərinin qalınlığı 14 km- ə çatır. Ərazidə yer qabığının qalınlığı 48-54 km, “qranit”, “bazalt” qatlarının qalınlığı isə müvafiq olaraq 15-20 km, 20-25 km-dir.

Geoloji quruluşuna görə Naxçıvan MR- nın ərazisi ümumqafqaz istiqamətli üç qarışıqlıq strukturu: Şərur-Culfa antiklinoriumu, Ordubad sinklinoriumu və Zəngəzur an­tik­linoriumu əhatə edir. Şərur-Culfa an­tik­linoriumunda Təbaşirə qədər, Ordubad sink­linori­umunda isə Oliqosendən sonrakı və Mio­sendən əvvəlki xətti qırışıqlıqla əla­qədar əmələ gəlmişdir.

Ş.A.Əzizbəyov Nax­çıvan vilayətinində ümumiqaf­qaz is­ti­qamətli Şə­rur-Culfa antiklinoriu­mu, Zəngəzur horst-qalxımını və Ordubad sinklinorisini ayırır (şəkil . )

Şərur-Culfa zonası. Bu antiklinoriumun tektonik quruluşu, müxtəlif də­rə­cəli qı­rı­­şıq­lıq struk­turlarının vəziyyətinə və tektonik hərəkətlərin geniş yayıl­ma­sı­na görə ol­duqca mü­­rəkkəbliyi ilə seçilir. Antiklinoriumun quruluşunda qalınlığı 4-4,5 km-ə olan De­vo­­nun, Karbonun, Per­min və Triasın çökmə subplatforma çökün­tü­ləri iştirak edir. Onun bünövrəsi qalınlığı 1400 m olan Ordovik və ya Ordovik-Silur çöküntülə­rin­dən iba­rət­dir. Şərur-Culfa antiklinoriumu Naxçıvan çökəkliyi ilə 2-ci də­rə­­cəli iki antikli­no­riuma ayrılır. Bunlardan Şərur antiklinoriumu şimali-qərbdə, Culfa antik­li­no­riumu isə cənub-şərqdə yerləşir.

Şərur horst qalxımı (antiklinoriumu). Bu antiklinorium vilalətin şimali-qərb his­sə­sində yerləşir və üzərində Triasın dolomit-əhəngdaşı kompleksinin uyğun yatdığı Devon, Karbon, Permin terrigen-karbonat və karbonat kompleksindən təşkil olunmuş Paleozoy qalxımına müvafiq gəlir. Şərur horst qalxımının mərkəzi zonasının Nazçi­van çökəkliyinin daxilində (orta Devonun yer səthinə çıxdığı Dəhnə və Vəlidağ sahə­sində) yerləşdiyi ehtimal olunur. Bu antiklinoriumun tərkibində 4 antiklinal qalxım (Dəh­­­nə-Vəlidağ, Yayıci-Sə­­dərək, Yuxarı Danzik və Mehridağ) ayrılır. Birinci üç qırı­şığın nüvəsində Devon, axı­rıncı isə Perm və Trias çöküntüləri yer üzə­rinə çıxır. Bü qırışıqların hamısı şimal-qərb istiqamətində (285-3100) uzan­ır, uzan­ması şi­mali-qərbə (330-3450) olan üstəgəlmə və qı­rılıb-qalxma sistemi, meredional və şi­mal-şərq istiqa­mə­tində uzananmas fay-üfüqiyerdəyişmə ilə mürəkkəbləşməsidir. Asim­met­­rik quru­lu­­şa malik olan bu qırışıqların cənub-qərb qanadları enli yastı, şimal-şərq qanadları isə ensiz dik yatıma malıikdir.

Mərkəzi hissəsində Devon kompleksindən təşkil olunan Dəh­­­nə-Vəlidağ, Yayıci-Sə­­dərək strukturlarında kiçik plçülü (0,2x1 km), dik yatımlı qanada malik, ıimal-şərq istiqamətdə uzanan qırışıqlar qeyd olunur.

Strukturların nüvəsində 2- ci dərəcəli qırışıqların (hissəsinə yaxınlaşmış) olması, üstəgəlmə, fay və əks-fay tipli qırılmaların intensiv yayılması (qalxımın mərkəzindən müəyyən qədər uzaqda), kütlənin şimal-sərq istiqamətdə yerdəyişməsinə mane olan, möhkəm qədim bünövrənin olmasına dəlalət edir. Belə bir maniyənin bütün Paleozoy ərzində möhkəm qalxım kimi iştirak edən, Cənubi-Qafqaz mikroplitəsi olduğunu ehti­mal etmək olar.

Culfa horst qalxımı (antiklinoriumu). Demək olar ki, təmamilə İran ərazisində yer­ləşir. Onun Nax­­çı­van əyalətində yalnız üst Perm, Trias, alt və orta Yuradan, üst Tə­başprin çöküntülərindən təşkil olunmuş­ şimal-şərq qanadı yerləşir. Şimal-şərq qa­nadı dik yatı­ma malikdir (50-70) şimal-qərb (320-330) istiqamətində keçən eninə qı­rılıb düşmə ilə mü­rək­kəbləşmişdir. yerləşən qanadı

Ordubad zonası- Naxçivan vilayətinin şərq hissəsinə, üst Təba­şir və Pa­leo­sen çö­küntülərinin qalınlığının artdığı çökəkliyə müvafiq gəlir və ümu­miy­yətlə, Mezo­kay­no­zoyun (Yuranın, üst Təbaşirin, Pa­leo­sen-Eosen, Oliqosen, Mio­sen və Pliosenin) vulkanogen-çökmə və çökmə çöküntü­lə­rin­dən təşkil olunmuşdur. Bu çökəkli gec Oli­qosen-erkən Miosendə tam formalaşmışdir. Onun mərkəzi hissə­sin­də dərinlik qırıl­ma­ları ilə əlaqədar olan maq­­­matik daykalar uzanmışdır. Ordu­bad zonasını təşkil edən kompleks- üst Tə­ba­şirin alt hissəsi, xüsusəndə Eosen bazalt-an­dezit-datsit tərkibli vulkanitlərdən, Pa­leo­sen təbəqələri isə terrigen filişdən ibarətdir. Ordubad zonasında qırışıqlıq gec Eosen yaşlıdır.

Ordubad zonasının qırışıqlığının mürəkkəb xarakterli olması, tektonik-maqmatik fəallığın təzahür xüsusiyyəti bütün Kaynozoy formalaşma dövrü ərzində onun fəal qitə ətrafı şəraitində inkişaf edən çökəkliyə müvafiq gəldiyini göstərir. Ordubad çö­kək­liyi Mərkəzi-İran mikroqitəsinin Cənubi-Azərbaycan seqmentinin şimal ətrafında yerləşmişdir. Araz zonasının strukturları və bu mikroqitənin digər bloklarının (xüsu­sən Mərkəzi iran massivinin platforma strukturlarında) daxilində geotektonik rejimin fəqli olması, sadə qırışıqlığın onları mürəkkəbləşdirən qırılmaların Şərur və Culfa mik­robloklarında geniş yayılmasına və nəhayət mürəkkəb qırışıqlıq, Cənubi-Qafqaz mikroqitəsinin cənub ətrafı ilə Zəngəzur tikiş zonası ilə qovuşan Ordubad çökəkli­yin­də novbəti eninə qalxımların və çökəkliklərin və fasiləli qırışıqlığın yaranmasına sə­bəb olmuşdur. Bu isə Qondvananın qitə ətrafının mərləli inkişafını- Paleozoyda qey­ri-fəal, Mezozoyda keçid və Kaynozoyda fəal qitə ətrafı malik olduğunu əks etdirir.

Or­du­bad çökəkliyi Araz meqazonası daxilində İrəvan çökəkliyinin cənub-şərq davamı olub, şimal-şərqdə Zəngəzur tikiş zonası ilə, cənub-qərbdə isə Naxçivan törə­mə çökəkliyinin şimal sahili ilə hüdudlanür.

Or­du­bad zonası daxilində inkişaf edən strukturlar əsasən şimal-qərb istiqamətdə (ŞmQ- 310-3400) olub, bünövrənin qalxması və enməsi ilə əlaqədar, şöküntütoplan­ma hövzəsinin morfoloji quruluşunu mürəkkəbləşdirən bir sıra xüsusiyyətlərə malik­dir. Culfa və Şərurqalxımı, Paradaş çökəkliyi bu qisim strukturlardandır, onların irsi xarakterli inkişafı ərazinin tektonikasına, maqmatizminə və çöküntütoplanmasına əsa­slı təsir etmişdir.

Or­du­bad sink­linoriumunda cənubdan şimala və qərbdən şərqə, nüvəsin­də üst Tə­başir, Paleo­sen, orta və alt Eosen çöküntüləri yer yzərinə çıxan Darıdağ-Xanci­var, Ko­rux­lar-Xanaqin, Tivi-Naqaujir, Karaquç-Başkid, Karaquş-Bayaxmed, Ayrı­dağ-İyak­­yatak və Ko­loçay antiklinal qırışıqları ayrılır. Bütün bu qırışıqlıqlar Şərur-Culfa antiklinorisini kəskin bucaq altında kəsir və əsa­sən xətti xarakter daşıyıb öz arala­rında paralel və simmetrikdirlər.

Or­du­bad zonasının cənub-şərq hissəsində ayrılan strukturlar Darıdağ-Xanci­var, Dəstə-Kutandağ, Toxluca, Tvi-Naqacir nisbətən böyük məsafədə izlənilmir, əsasən braxi formalı qırışıqlar olub şimal-qərb istiqamətdə batır. Naxçivan çökəkliyinə yaxın qırışıqlarda (Darıdağ-Xanci­var, Dəstə-Kutandağ), cənub-şərq qanada (10-300) nisbə­tən cənub-qərb qanad dikdir (50-600), tağ hissə qırılmalarla mürəkkəbləşmişdir.

Oliqosendən sonra-Miosenə qədər qırışıqlıq Ordubad sinklinoriumunda qırılma dis­lo­ka­siyaları ilə müşahidə olunur. Burada qırılma dislokasiyası iki qruppa bölü­nür. Birinci qrupp qırılmalar əsasən Miosenədək qırılma dislokasiyalarına aid olunur və əsa­­sən yastı və dik üstəgəlmə, qırılıb qalxma ilə təmsil olunurlar. İkinci qrup qırıl­ma­lar isə nisbətən cavandırlar, qırı­lıb düşmə və üfuqi yerdəyişmə ilə təmsil olunurlar.

Ordubad sinklinoriumunun mərkəzi hissəsində şimal-şərq istiqamətində uzanan dayka­lar geniş yayılmışdır. Ş.A.Əzizbəyov belə dayka zolağının olmasını dərinlik qı­rılması ilə əlaqədar olan maqmatik fəaliyyətlə izah edir.

Ordubad zonasının daxilində, ərazinin struktur zonalarının formalaşmasında və erkən Pliosen maqmatizminin lokallaşmasında xüsusi rol oynayan şimali-qərb və en istiqamətli Miosen-erkən Pliosen qalxımları və çökəkliklərı ayrılır (cənubdan şimala-Paradaş çökəkliyi, Aqkain qalxımı, Nors-Tirkeş çökəkliyi, Qaraquzey qalxımı).

Bu strukturların bu zaman Naxçıvan çökəkliyində förmalaşmış analoji struktur­lardan fərqi, onların 1- ci dərəcəli strukturlar üzərində törəmə xarakterli olması və Oliqosen epoxasından qalxma zonasında inkişafı hesab olunur. Yuxarıda qeyd olunan qalxımlar və çökəkliklərin förmalaşması ən azı erkən Təbaşirin əvvəlinə kimi davam edən, uzunmüddətli enmə şəraitində baş vermişdir. Miosendə, qismən də Oliqosendə vilayət qalxmaya cəlb olunur. Onların geoloji quruluşunda yalnız Miosenə qədər yaşlı dislikasiya olunmuş çöküntülər, yəni Eosen-Oliqosen struktur mərtəbəsi iştirak edir.



Naxçivan zonası. Bu zona Şərur-Culfa qalxımının və Ordubad çökəkliyinin struk­tur planını düzləndirən törəmə çökəklikdir, şimalda və şərqdə qalxım sahələri ilə sərhədlənir və cənubda, cənub-qərbdə İran və Türküyə ərazisində davam edir. Bu çö­kəkliyin yaranması onun şimal ətrafı boyunca keçən Naxçivan dərinlik qırılması ilə əlaqədardır. Naxçivan çökəkliyini dolduran üst Oliqosen-Miosen molass çöküntüləri­nin olduqca böyük qalınlıq qradienti, eləcədə bu çökəklikdə və Ağkain qalxımında qı­rışıqlığın qovuşma xüsusiyyətidə buna dəlalət edir. Naxçivan törəmə çökəkliyinin bünövrəsinin quruluşunda Paleozoydan alt Oliqo­se­nə­dək yaşlı çökmə, vulkanogen-çök­mə və vulkanogen törəmələr iştirak edir. Şərq­də, Naxçivan və Ordubad çökək­lik­lərinin qovuşma zonasında (İlandağ, Naqacir, Əlin­cə və s.) erkən Miosenin kvars­dio­rit formasiyasının kiçik intruziya massivləri çıxır. Şərqdə Kaşirdağ və qərbdə Sədə­rəkdə traxiandezit-tşenit formasiyasınin effuziv kompleksi orta Miosenə aid olu­nur (qrabenvari əyilmə və dartılma şəraitində baı verən vulkanik fəaliyyətlə əlaqədar olan). Dördüncü dövr kompleksi təmamilə kontinental mənşəli süxurlardan- allüvial-prolyuvial, delyuvial-prolyuvial, əlyuvial, bəzən eol və travertin çöküntülərindən təş­kil olunmuşdur.

Kompleks geofiziki tədqiqatlar (A.Q.Babayev, T.N.Kəngərli, N.X.Bayramov, A.R.Bek­taşi) Naxçivan törəmə çökəkliyinin dərinlik quruluşunun ümumi xüsusiyyət­lərini aydınlaşdırmağa imkan vermişdir. Seysmik materialların, ərazinin şimal-qər­bin­də (Dəhnə quyusu- 1720 m), mərkəzi hissəsində (Böyükdüz quyusu- 1662 m) və cənub-şərqdə (Nehrəm quyusu- 3550 m) qazılmış dərin quyuların məlumatlarının mü­­qayisəli analizi əsasında kəsilişin stratiqrafik bölgüsü aparılmış, sərti seysmik ho­ri­zontların ayrılmışdır.

Naxçivan törəmə çökəkliyidə sysmik zaman kəsilişində səciyyəvi yazılarla seçi­lən ayrı-ayrı struktuk komplekslərə- Paleozoy, Trias, Mezozoy, Eosen-Oliqosen, Mio­­­sen-Pliosen ayrılır (şəkil ).

Miosen-Pliosen struktur-maddi kompleksi 0,6-0,9 san dərinlik intervalında qeyd olunur (orta sürət 1,3-2,0 km/san).

Eosen-Oliqosen struktur-maddi kompleksi şimali-qərbdə 0,8-1,8 san (orta sürət 1,7-2,2 km/san), şənub şərqdə isə 2,5-3,6 km/san dərinlik intervalın­da qeyd olunur. Bu struktur-maddi kompleksin tərkibində Eosen Oliqosen çöküntülərinin stratiqrafik kontaktı arasında, eləcədə bu çöküntülərinin daxilində (xüsusən də çökəkliyin kifayət qə­dər qalınlığa malik cənub-şərqində) şərti seysmik horizontu (ŞSH) ayırmaq müm­kün­dür.

Yura-Təbaşir struktur-maddi kompleksi yalnız ərazinin cənub-şərq hissəsində (Ordubad çökəkliyi ərazisində Naxçıvanşay-Əlincəçay arasında) 1,0-2,1 san dərinlik intervalında qeyd olunur (orta sürət 3,5-4,4 km/san). Zaman kəsilişlərində alt-orta və üst Yura və üst Yura və üst Təbaşir çöküntülərinin stratiqrafik kontaktı arasında (bəzi sahələrdə bu yaş intervalları arasınra) ŞSH izləmək olur.

Zaman kəsilişlərində 0,9-3,7 san dərinlik intervalın­a Paleozoy-Trias struktur-mad­­di kompleksi (orta sürət 1,4-3,8 km/san) müvafiq gəlir. Burada seysmik məlu­mat­­ların interpretasiyasının mürəkkəbliyinə baxmayaraq, Devon, Karbon Perm Trias çöküntülərinin sərəddində (eləcədə onların daxilində) ŞSH ayrılmaqla onun stratiq­ra­fik bölgüsü verilmişdir. Bu halda üst zaman intervalında Trias çöküntüləri səciyyəvi 4 fazalı yazı forması ilə ayrılır, hansı ki, Naxçivan düzənliyinin şimali-qərb və mər­kə­zi sahələrində tez-tez üst iki fazanın düşməsi ilə iki fazalı yazı formasına keçir. Bu­nu isə bu çöküntülərin səthinin yuyulması və onun yuyulmuş səthi üzərində Eose­nin tatması ilə izah etmək olar. Analoji xüsusiyyət Naxçivan çökəkliyinin uzaq şimal-qər­bində, Devon, Karbon, Permin üzərində alt Miosenin suxurlarının yatdığı yerdə (za­man kəsilişində öz əksini aydın tapan) qeyd olunur.

Kembriyəqədər bünövrə za­man kəsilişində səciyyəvi fasiləli-iki fazalı yazı for­ması (həssaslığı 25-30 hs) ayrılır, şimal-qərbdə (Xok kəndi və Naxçivan dağı arasın­da) orta surət 4,5-4,8 km/san, cənub-şərqdə isə 4,4-5,2 km/san- dir. Kompleksin daxi­lində Baykal qırışıqlıq bünövrəsinin quruluşunu əks etdirən ayrı-ayrı sərhədlər ayrılır.

Naxçıvan vilayətində 1-ci dərəcəli strukturlar ilə yanaşı qərb-şimal-qərb istiqa­mə­tin­də Miosen-alt Pliosen qalxımı və çökəkliyi, merediana yaxın istiqamətində Plio­sen-Dör­düncü dövr braxiantiklinal qırışıqlar da ayrılr. Burada Miosen-alt Pliosen strukturlarından Darrıdağ, Açkala, Karakuzey qalxımları və Naxçıvan, Paradalin, Nors-Tirneşin çökəkliyi xüsüsi ilə ayrılır.

Şərur antiklinoriumu və Or­dubad sinklino­riumu arasında yuxarıda qeyd edilən struk­­turlardan başqa, üst Paleozoy-Trias çökün­tülərində 4 antiklinal qalxım (Axurinsk, Takakam, Karaqum-Bayaxmed və Xan­bulaq) ayrılır.

Naxçıvan çökəkliyi- tektonik cəhətdən törəmə çökəkliyi (mulda) tininə uyğun gə­lir və kəskin bucaq altında qədim süxurları kəsir. Onun qərb hissəsi isə Ordubad sinklinoriumunun daxilində yerləşir. Naxçıvan törəmə çökəkliyi mərkəzi hissəsində şərqdən qərbə Tumbun-Boyun­duz, Xoks, Nivraq yastı braxiantiklinalları qeyd olunur. Bunlardan nüvəsi flek­sura ilə mürəkkəbləşmiş Borunduz antiklinalında orta Miosen yaşlı, qalxımlarında isə alt və üst sarmat çökün­tü­ləri yer üzərinə çıxır. Naxçıvan qorulmuş muldasının bilavasitə davanı Pa­radağ çö­kək­liyi hesab olunur. Naxçıvan vilayətinin ərazisnin geoloji quruluşunu olduqca mü­rək­kəbləşdirən intru­ziv, ekstruziv və dayka süxurları geniş yayılmışdır. (Ş.A.Əzizbə­yov və R.N. Abdullayev 1951-1961). Burada intruziv fəaliyyəti üç dövr (alt Yura, Oliqo­sendən sonra-Miosenədək və Pliosen) qeyd edir.


Yüklə 412,58 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin