Karbon çöküntüləri ancaq alt şöbədən ibarətdir. Bu çöküntülər, əhəngdaşlarından, qara gilli şistlərdən, kvarsitlərdən və qumdaşlarından ibarətdir. Ümumi qalınlıq 453 m-dir.
Perm çöküntüləri litoloji tərkibcə əhəngdaşlarından, dolomitlərdən bitumlu qumdaşlı şistlərdən, qumdaşlarından təşkil olunmuş alt və üst şöbələr ilə təşkil olunmuşdur. Ümumi qalınlıq 444 m-dir.
Mezozoy Trias, Yura və gec Təbaşir yaşlı çöküntülərlə təmsil olmuşdur. Tədqiq olunan rayonlarda kəsilişdə alt Təbaşir çöküntüləri iştirak etmir.
Trias çöküntüləri olduqca böyük sahədə (Arpaçay və Kabaxsu çayları arasında) yayılmışdır, litoloji tərkibcə qum daşlarından, Mergellərdən, qumlu-gilli əhəngdaşlarından dolomitlərdən, əhəgdaşlı dolomitlərdən təşkil olunmuşdur. Ümumi qalınlıq 1000-metrə çatır.
Dostları ilə paylaş: |