4. Misdağ mis-porflr yatağı. Bu yataq Ordubad rayonundadır. Ayçanqılçayın yuxarı axımında, dəniz səviyyəsindən 3000-3500 m yüksəklikdə yerləşir. Mis-porfır filizləşməsi möhtəvi ve damar tiplidir. Filizdə mis 0,002-2,0 %, molibden 0,001-0,02 % təşkil edir. Əsas fıliz mineralları pirit, xalkopirit, azurit, kovellin kuprit, malaxit, az miqdarda molibdenitdir.
5. Ağyurd qızıl yatağı. Bu yataq Ordubad rayonundadır. Dəniz səviyyəsindən 2300-2750 m yüksəklikdə yerləşir. Əsas filiz mineralları pirit, xalkopirit, molibdonit, misin törəmə mineralları və xırdadispersiyalı qızıldan ibarətdir. Filizlərdə qızılın miqdarı 0,4-11,6 q/t, mis 0,04-1,4%, molibden 0,03-0,09% arasında dəyişir.
Dostları ilə paylaş: |