6. Yaşıllıq mis-porfir yatağı. Bu yataq Ordubad rayonunun Pəzməri kəndindən 2,4 km şimal-şərqdə, Şiladzoçayının sol yamacında yerləşir və dəniz səviyyəsindən 2200-2500 m hündürlükdədir. Yataq qalınlığı 300 m olmaqla 500 m məsafədə izlənir və filizlərdə misin miqdarı 0,1-1,4 %, molibden 0,01-0,08 %-dir. Əsas filiz mineralları pirit, xalkopirit, molibdenit, xalkozin, bornit misin törəmə minerallarıdır.
7. Göyhündür mis-porfir yatağı. Bu yataq Ordubad rayonu ərazisindədir. Pəzməri kəndindən 2 km şimal-şərqdə, Vənədçayın yuxarı hissəsində, dəniz səviyyəsindən 2150-2600 m yüksəklikdədir. Yataq qalınlığı 5,6-15 m, ümumi eni 400-500 m olmaqla 5500-1500 m məsafədə izlənir. Burada misin miqdarı 0,44-1,33 %, molibden 0,001-0,5 % arasında dəyişir. Əsas filiz mineralları pirit, xalkopirit, molibdenit, kovellin, bornit, kuprit və malaxitdir.
Dostları ilə paylaş: |