Azərbaycanın geologİyası I mühazİrə



Yüklə 412,58 Kb.
səhifə68/82
tarix02.01.2022
ölçüsü412,58 Kb.
#34969
növüTədris planı
1   ...   64   65   66   67   68   69   70   71   ...   82
C fakepathMühazir - 1-10- Az rb. geol. 2020

10. Şəkərdərə qızıl yatağı. Bu yataq Ordubad rayonundadır. Rayon mərkəzin­dən 30 km şimal-qərbdə, dəniz səviyyəsindən 1500-2000 m yüksəklikdədir. Yataq şimal-qərb istiqamətdə yerləşir, qalınlığı 1,0-8,0 m olmaqla 1150 m məsafədə izlə­nilir. Filizlərdə qızılın miqdarı 1,4 q/t, mis 1,9%-dir. Əsas filiz mineralları pirit, xal­kopirit, sfalerit, mis minerallarının törəmələri və sərbəst qızıldan ibarətdir.

11. Göy-göl mis-porfır yatağı. Bu yataq Ordubad rayonundadır.Nürgüt kəndin­dən 3 km şimal-şərqdə yerləşir. Dəniz səviyyəsindən 2800-3554 m yüksəklikdədir. Ştok tipli zonaların qalınlığı 60-140 m-ə qədər olmaqla 900 m-dən 1700 m-ə qədər izlənilir və misin miqdarı 0,47-1,6%, molibden 0,01-0,05% təşkil edir. Əsas filiz mi­neralları pirit, xalkopirit, bornit, kovelmin, misin törəmə mineralları və molibdenitdir.


Yüklə 412,58 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin