Azərbaycanın geologİyası I mühazİrə


Lənkəran (Talış) meqazonasınin tektonikası



Yüklə 412,58 Kb.
səhifə76/82
tarix02.01.2022
ölçüsü412,58 Kb.
#34969
növüTədris planı
1   ...   72   73   74   75   76   77   78   79   ...   82
C fakepathMühazir - 1-10- Az rb. geol. 2020

9.3. Lənkəran (Talış) meqazonasınin tektonikası
Talış qırışıqlıq meqazonası Elburs-Kiçik Qafqaz qırışıqlıq sisteminin şimalında yer­ləşir və Kiçik Qafqazın strukturlarından eninə Aşağı-Araz çökəkliyi ilə ayrılır.

Azərbaycan Respublikası ərazisində Talış qırışıqlıq qazonası özünün şimal-şərq qanadı ilə təmsil olunur, onun Paleogenin vulkanogen-çökmə kompleksinin Sa­va­lan vulkanının Miosen-Pliosen vulkanogen kompleksi ilə örtlmüş cənub-qərb qana­dı isə Şimlı-İranın Qaradağ zonasının tərkibinə daxildir.



Talış antiklinoriumu. Talış silsiləsi braxiantiklinoriumu Kiçik Qafqaz sistemi­nin uzaq cənubi-şərq hissəni təş­kil edir və ondan törəmə eninə Aşağı Araz çökəkliyi ilə ayrılan təş­kil edir. Öz inkişafına və Kiçik Qafqaz sistemində tutduğu kənar vəziy­yətə görə Talış Acar-Trialet zonasına uyğun gəlir və əsasən paleogen yaşlı vulkano­gen-terrigen qat­dan təşkil olunmuşdur. Talış qırışıqlıq sistemi cənub-sərqdə Elburs me­qantiklino­ri­umu­nun şimal qa­na­dına qovuşur, şimal-qərb istiqamətdə isə Araz eni­nə çökəkliyinin altına enir. Ta­lış an­tik­linoriumunun şimal-şərq qanadı Xəzər dənizi­nin suları altına və Aşağı Kür çö­kək­liyinin Dördüncü dövr çöküntülərinin altına enir.

Uzaq cənubi-qərbdə paleosen, eosen qatlarından ibarət olan Astara qalxımı yer­ləşir. Astara qalxımı şimali-qərbə açılan Maykon qatının nisbətən yastı qırışıqlardan ibarət Yardımlı düzənliyi (dekresiyası) ilə əvəz olunur. Yardımlı düzənliyində təd­ri­cən Burovar qalxımına keçir. Kür çökəkliyi ilə sərhəddə isə asimmetrik quruluşa ma­­lik Cəlilabad (Astraxanbazar) zonası yerləşir.

Ümumiyyətlə, Talış qırışıqlıq sistemi Astara antik­li­noriumu (cənubda), Yardımlı sinklimoriumu (mərkəzi hissədə), Burovar antik­li­no­riu­mu və Cəlilabad sinklinoriumu ilə mürəkkəbləşmişdir.

Talış qırışıqlıq meqazonasının quruluşunda kollizion əvvəli (Təbaşir-Eosen) və kollizion (Oliqosen-Miosen) inkişaf dövrlərinə müvafiq gələn struktur mərtəbələr ay­rılır. Kollizion əvvəli inkişaf dövrünə müvafiq gələn üç struktur mərtəbə ayrılır:



  1. Karbonat formasiyalı Təbaşir;

  2. Tufogen-çökmə formasiyalı Paleosen;

  3. Vulkanogen qələvi-bazalt və intruziv ultraəsas-subqələvi formasiyalı Eosen.

Kollizion inkişaf dövrünə müvafiq gələn iki struktur mərtəbə ayrılır:

  1. Dəniz terrigen molass formasiyalı Oliqosen-erkən Miosen;

  2. Kontinental molass formasiyalı gec Miosen-Pliosen.

Paleogen və Neogen formasiyaları birlikdə Talış qırışıqlıq meqazonasının As­tara, Lerik-Yardımlı, Burovar, Cəlilabad və Cənubi-Muğan struktur zonalarını təşkil edirlər. Qeyd olunan struktur zonalar özünün ümumi uzanma istiqamətində şimai-qərb cənub-şərq), çökmə və vulkanogen törəmələrin xarakterinə və tərkibinə kifayət qədər təsir göstərən eninə struktur sistemləri ilə mürəkkəbləşmişdir.

Ayrılan struktur mərtəbələr Azərbaycan Respublikası ərazisində eyni formada təmsil olunmur və onlardən daha çox yayılanı və tam kəsilişlə xarakterizə olunanı yal­­­nız Eosen struktur mərtəbəsidir. Eosen struktur mərtəbəsinin quruluşunda iştirak edən vulkanogen-çökmə kompleksinin qalınlığı 5000 m- ə çatır, onları təşkil edən qat­larla birlikdə aşağıdakı maqnatik formasiyalrda birləşdirilir:

I. Alt, orta və üst Eosen traxibazalt-traxiandezit-traxit formasiyası. Aşağıdakı tə­bəqələrə ayrılır:


  • Alt, orta Eosen- lava və subqələvi bazaltların piroklastları;

  • Alt, orta Eosen- bazalt, andezitbazaltların vulkanogen brekçiyaları;

  • Orta Eosen- çökmə-tufogen;

  • Orta Eosen- avtoklastit lava, traxiandezitbazaltların və traxiandezitlərin vulka­no­gen brekçiyaları;

  • Üst Eosen- çökmə-tufogen flişoidlər;

  • Üst Eosen- lava, plagioporfir piroklastatları və analsimli traxiandezitlər;

  • Üst Eosen- çökmə-tufogen;

II. Üst Eosen- traxibazalt-fonolit formasiyası. Aşağıdakı tə­bəqələrə ayrılır:

  • Üst Eosen- subqələvi bazaltların lava və piroklastları;

  • Üst Eosen- leysitli vitterbit və fonolitlərin lavası.

Eosen struktur mərtəbəsinin formasiyası Paleosenin çökmə-tufogen formasiya­sının üzərinə bucaq uyğunsuzluğu ilə yatır və nəzərə çarpmayan uyğunsuzluqla Oli­qosen-Miosenin molass forformasiyası ilə örtülür.

Astara zonası- Şimali-qərb istiqamətdə (ŞmQ 290-3100) uzanan horst qalxımın­dan ibarətdir, Azerbaycan Respublikası ərazisində Talışın ən cənub strukturu hesab olu­nur. Onun geoloji quruluşunda cənub-şərqdə üst Təbaşir və Paleosen formasiyası, şi­mal-qərbdə isə Eosenin qələvi-bazalt formasiyası iştirak edir. Yuxarıda qeyd olunan eninə strukturlar horst qalxımın­ın quruluşunda aydın izlənilir. Qeyd olunan forma­si­ya­ların yayılması nəzərə alınmaqla, müasir errozion kəsimdə Astara zonasının quru­lu­­şunda aşağıdakı eninə strukturlar ayrılır: Hamarat və Masallı qalxımları və Kasmal­yan və Dıman çökəklikləri.



Hamarat qalxımı- Talışın cənub-şərq hissəsində yerləşir, intensiv dislokasiyaya məruz qalmış üst Təbaşirin karbonat qatından və Paleosenin tufogen-çökmə forma­si­ya­sından təşkil olunmuşdur. Burada Eosenin bir sıra subvulkanik elementlər (paleo­vul­kanik mərkəzlər)- traxibazaltlardan, traxiandezitlərdən və andezitbazaltlardan təş­kil olunmuş Şanda Qalası, Lyaji, Divaşi, Kalalutlar, Yaşıl-Sopka qeyd olunur.

Qalxımın şimal-şərq ətrafında Paleosenin tufogen-çökmə qatının orta Eosenin vul­kanogen qatının üzərinə itələnmişdir. Vulkanizmin bu mərhələsinin vulkanik mər­kəz­ləri yer səthində şimal-qərb istiqamətdə xətti uzanan, çat təzahürünün oxu boyun­ca yerləşən subvulkanik intruziyalarla təmsil olunmuşdur. Burada qalxımın ətrafı bo­yunca üst Təbaşir əhəngdaşnın qayavari çıxıntısı müşahidə olunur.

Qalxımı təşkil edən Paleosenin qalınlığı 1200-1400 m- ə çatan tufogen-çökmə formasiyası üç təbəqədən təşkil olunmuşdur (aşağıdan yuxarı): tufoalevrolitli; tufo­gen­qumdaşlı; tufogençınqıllı. Bu təbəqələr dik, adətən izoklinal qırışıqlar əmələ gəti­rir (Dılmadin və Vajaker). Qırışıqlar şimal-qərb istiqamətdə uzanır, uzununa və eninə qərəlmalarla mürəkkəbləşmişdir.

Hamarat qalxımının formalaşması gec Təbaşirin sonunda başlamışdır. Üst Təba­şirin əhəng­­daş­larının üzərində yatan və Dılmadin antiklinalının nüvəsində yer səthinə çı­xan Paleosenin əsasında qeyd olunan bazal konqlomeratı da buna dəlalət edir.



Kosmolyan çökəkliyi. Bu çökəklik Hamarat qalxımının şimal-qərbində, Kon­ca­vu­çaın hövzəsində yerləşir, alt və orta Eosen yaşlı vulkanogen qatdan (andezitbazalt, bazalt və lava brekçiyaları) və eləcə də orta Eosenin çökmə-vülkanogen qatından təş­kil olunmuşdur. Orta Eosenin Hamarat qalxımı ilə qovuşma zonasında pazlaşır. Bu törəmələrin yayılma xüsusiyyəti, onların qalınlığı, fasial dəyişməsi Kosmolyan çö­kək­­liyində bir sıra ikinci dərəcəli qalxım (Hoverin və Heldərin) və çökəkliklərin (Divaqaç və Keyban-Lekit) ayrılmasına imkan verir.

Hoverin qalxımı braxiantiklinal qırışıqdır, onun tağında lava qatının daha alt ho­rizontları və piroklastlar, pikrit-bazaltlar və leysitli bazaltları, qanadlarında isə lava qa­tı­nın daha cavan horizontları və eləcədə orta Eosenin çökmə-tufogen qatı işti­rak edir.

Divaqaç çökəkliyi orta Eosenin çökmə-tufogen qatından təş­kil olunmuşdur. Bu­rada orta Eosenin qalınlığı Hoverin qalxımına (100-120 m) nisbətən çoxdur (450 m- ə çatır) və Hamarat qalxımı ilə qovuşma zonasında pazlaşır.

Heldərin qalxımı mərkəzi hissədə lava və piroklastlar, pikrit-bazaltlar və leysitli ba­zaltlarından, şimal qanadda isə, nisbətən az qalınlıqlı orta Eosenin çökmə-tufogen qatından ibarətdir.

Keyban-Lekit çökəkliyi bu qalxımların və çökəkliklərin xüsusiyyəylərini əks et­di­rən orta Eosenin çökmə-tufogen qatından təş­kil olunmuşdur.

Kosmolyan çökəkliyi yuxarıda qeya olunan bu strukturlarla birlikdə şimal-şərq istiqamətdə (Lerik çökəkliyinə tərəf) inkişaf edir. Bu isə orta Eosenin filiş mənşəli çök­mə-tufogen (600-800 m) və lava və piroklastlar, plagioporfir traxiandezitlərin və pikrit-bazaltlar leysitli traxiandezitlərin qatının qalınlığının şimal-qərbə və cənub-şərqə nisbətən artması təsdiq olunur. Şimal-qərbi və cənub-şərqi qırılmaların kəsişmə hissə­sində erkən (Hoveri və Heldərə) bə gec (Buzer və Paşaqol) Eosen vulkanik mər­kəzlə­rinin yerləşməsi səciyyəvi hesab olunur. Qırılmalar Kosmolyan çökəkliyinin mər­­kəzi hissəsində sürüşmə səthi və dəmirləşmə zonas ilə izlənilir.



Masallı qalxımı şimal-şərq istiqamətdə uzanır, eyni istiqamətli qırılma ilə mü­rək­­kəbləşmişdir. Bu qalxım geofiziki tədqiqat işləri nəticəsində Masallı dağları rayo­nunda müəyyən edilmişdir. Masallı qalxımı gec Eosenin sonunda formalaşan Lerik və Oliqosen-erkən Miosendə formalaşan Yardımlı çökəkliklərini bir-birindən ayırır. Lerik çökəkliyinin xətti strukturları qalxım zonasında sönürlər. Astara qalxım zonası daxilində təbəqələrin düz xətli sərhədlərin və qalınlığının şimal-qərb istiqamətdə kəs­kin əyilməsi qeyd olu­nur. Şimali-şərq istiqamətli bir sıra qırılmalar və gec Eosen vul­kanizminin mərkəzi (Qız Qalası) Masallı qalxımı ilə əlaqədardır.

Duman çökəkliyi Talışın uzaq şimal-qərb hissəsində yerləşir. Burada orta Eo­se­nin filiş mənşəli çökmə-tufogen və üst Eosenin plagioporfir, traxiandezitbazalt və leysitli traxiandezit qatının qalınlığının azalması müşahidə olunur. Belə ki, orta Eose­nin filiş mənşəli çökmə-tufogen və üst Eosenin plagioporfir, traxiandezitbazalt və ley­­sitli traxiandezit qatının qalınlığı Kosmolyan çökəkliyində müvafiq olaraq 800 və 1200 m təşkil edirsə, Duman çökəkliyində onların qalınlığı 200-300 və 100 m- ə qə­dərdir. Yuxarıda yatan qat isə üst Eosenin subqələvi vitrobazaltlardan və traxidiorit vulkanik törəmələrindən təşkil olunmuşdur, maksimal qalınlığı 450 m- ə qədər olub, şimal-qərb istiqamətdə Masalli qalxımına tərəf 100 m- ə qədər azalır. Burada vulka­nizm şimal-şərqi qırılmalar seriyası ilə əlaqədar olub, mərkəzi xarakter daşımışdir.

Lerik-Yardımlı zonası Cənubi-Xəzər çökəkliyi istiqamətdə genişlənən (açılan) qraben-çökəkliyə müvafiq gəlir. Bu zona Talışın ərazisinin mərkəzi hissəsini əhatə edir və cənub-şərqdə və şimal-qərbdə İranın qonşu rayonlarına keçir. Çökəkliyin cə­nub-qərb sahili Orta Eosenin çökmə-tufogen qatına görə müasir sərhədlərində kifayət qədər aydın seçilir. Onun xəttiliyi, şimal-qərb istiqamətdə uzanması qırılmalarla əla­qə­­dardır. Bu qırılmalar boyunca Lerik-Yardımlı və Astara zonalarının çöküntüləri tek­­tonik kontakta gəlir.

Lerik-Yardımlı çökəkliyinin formalaşması iki mərhələdə baş vermişdir: kollizi­on əvvəli (Təbaşir-Eosen) və kollizion (Oliqosen-erkən Miosen). Təbaşir-Eosenə tə­sa­düf edən kollizi­on əvvəli mərhələ cənub-şərqdə çökəkliyin Lerik hissəsində aydın ifadə olunur. Burada Eosenin vulkanogen və çokmə komp­lek­si­nin qalınlığı azalır, şi­mal-qərb istiqamətdə çöküntülərin litofasiql tərkibi gobud­la­şır. Oliqosen-erkən Mio­se­nə tə­sa­düf edən kollizi­on mərhələsi şimal-qərbdə çökəkliyin Yardımlı hissəsində ay­dın ifadə olunur. Burada Oliqosenin, xüsusəndə Miosenin şimal-qərb istiqamətdə (Muğana tərəf), qalınlığının artması və çöküntülərin litofasiql tərkibinin incədənəli tö­rəmələrlə əvəz olunması ilə səciyyələnir. Bu isə həmin istiqamətdə hövzənin ümü­mi açılması ilə əlaqələndirilir.

Çökəkliyin Lerik hissəsində vulkanogen-çökmə kompleksi üç hissəyə ayrılır: alt qat- üst Eosenin tufogen-çökmə qatı (800 m); orta qat- vulkanogen- traxiandezitba­zalt­lar və leysitli traxiandezitlər (1000 m); üst qat- üst Eosenin tufogen-çökmə qatı (800 m- ə qədər).

Çökəkliyin Lerik hissəsində şimal-qərbdən cənub-şərqə istiqamətlənən enli sink­li­nallar (Pencasqr, Daştatuk) və enziz antiklinallar (Borzovin və Terbezlin) yerləşir. Hamarat blokunun davamında çökəklik istiqamətində gec Eosenin sonu-erkən Oliqo­sen qabbro-piroksenit və qabbro-sienit intruzivləri (Hamartda), eləcədə traxidolerit ba­zaltları (Canhasar, Bibian kəndləri və Lənkəran çayı) yayılmışdır.

Gec Eosenin və erkən Oliqo­senin sərhəddində Talışda ümumi qalxma və qırışıq­lıq baş verir. Lerik-Yardımlı çökəkliyinin daxilində qırışıqlıq Astara horst qalxımının Paleosen struktur mərtəbəsinin dislokasiyası ilə müqayisədə (uzanma azimutu ŞmQ 290-3100, meyl bucağı isə 15-300- dir) az gərginliklə xarakterizə olunur (qırışıq­la­rın qa­­nadlarında uzanma azimutu ŞmQ 290-3100, meyl bucağı isə 15-300- dir). Bu isə Paleosen substratına nəzərən qırışıq­lığın azimutal irsi plana malik olduğunu göstərir.

Lerik-Yardımlı qraben-çökəkliyinin sonrakı inkişafı ərazinin kollizion forma­laş­ma dövrünə təsadüf edir. Bu zaman onun şimal-qərbə Masallı qalxımından İrana tə­­rəf genişlənməsi müşahidə olunur. Oliqo­sen-erkən Miosen (Maykop lay dəstəsi) molass çöküntüləri nəzərə çarpmayan bucaq uyğunsuzluğu ilə üst Eosenin tufogen-çökmə qatının üzərində yatır. Bu çöküntülərlə əlaqədar olan, şimal-qərb istiqamətdə uzanan və qirişıqların oxuna parallel uzanan qırılmalarla mürəkkəbləşmiş bir sıra enli və yastı sinklinal (Bozayran, Sırıx, Arus və Onobin) və ensiz antiklinal (Keryadıq, Verov və Jin) qıraşıqlar ayrılır.



Burovar zonası- gec Eosenin sonu-Oliqo­senin əvvəllərində formalaşmış və son­ra neotektonik hərəkətlər nəticəsində mürəkkəbləşməyə, dəyişirikliyə məruz qalmış­dır. Qalxımın ərazisində üst Eosen yaşlı tufogen-çökmə qatı Bolqarçay (şimal-qərb­də) və Veravulçay (cənub-şərqdə) çayarası sahəni əhatə edən kifayət qədər böyük mə­safədə enli monoklinal (CQ istiqamətdə 15-200 bucaq altında) formasında yatır.

Masallı eninə qalxımının şimal-şərq davamında bu strukturu mürəkkəbləşdirən və Hamarat qalxımının analoqu olan Alaşar-Elaqaç subqələvi-ultraəsas intruzivi qeyd olunur. Burovar qalxımından Lerik-Yardımlı çökəkliyinə keçid üst Eosen yaşlı tufo­gen-çökmə qatın intruziv yataqlarla birlikdə kəskin şərqə və cənub-şərqə döndüyü Veravulçay çayı (Vilvan kəndi və Dizdoni dağı arasında) müşahidə olunur.

Müasir quruluşunda Burovar qalxımının cənub-şərq hissəsi böyük dərinliyi əha­tə edən Burovarqarşısı qırılma ilə kəsilmiş və nisbətən cavan çöküntülərlə örtülmüş­dür. Burovar qalxımının CQ hissəsi şimal-şərqə itələnmişdir ki, buda gec Eo­se­nin çökmə kompleksinin Maykop dəstəsinin üzərinə itələnməsi ilə ifadə olunmuş­dur.

Cəlilabad zonası kənar çökəklik olub, Talışın şimal-şərq hissəsində yerləşir və ümumi qalınlığı 1300 m- ə çatan orta və üst Miosenin gilli-qumlu çöküntüləri ilə dol­muşdur. Bu kənar çökəkliyin cənub-qərb hissəsi orta və üst Miosen çöküntülərinin Bu­rovar qalxımının üst Eosen yaşlı gilli-qumlu çöküntüləri ilə tektonik kontaktına gö­rə aydın sərhədlənir. Çökəkliyin şimal-şərq sərhəddi Burovar qalxımına parallel uzanan və orta Miosen-alt Sarmat çöküntülərinin kəsilişdə iştirak etməməsi ilə xarak­terizə olunan gömülmüş Cənubi-Muğan qalxımının ətrafı hesab olunur.

Miosenin sonu-Pliosenin əvvəlində Cəlilabad zonası kənar çökəkliyində fay və üfüqi yerdəyişmələrlə mürəkkəbləşən bir sıra antiklinal və sinklinal qırışıqlar (Qə­mər­li, Tumarxanlı, Ağdaş, Novoqolovka) formalaşır.

Cənubi-Muğan zonası Cəlilabad kənar çökəkliyindən şimal-şərqə yerləşən qal­xım­dir. Müasir errozion kəsimdə gömülmüş vəziyyət tutur və yalnız aşağıdakı dolayı əlamətlərə görə müəyyən olunur.

Qravimetrik məlumatlara görə- Talışın düzənlik hissəsində (Novoqolovka kəndi ilə Astara dağının arasında) submeridional qalxım kimi interpretasiya olunan, aşağı dağ­lıq strukturlardan Talışqarşısı dərinlik qırılması ilə ayrılan, Talışqarşısı maksi­mum müəyyən olunmuşdur. Bu maksi­mum Mezokaynozoyda qalxım kimi ifadə olu­nan qalxmış kristallik bünövrənin qravitasion əksi hesab olunur. Bu isə Novoqolovka kəndi sahəsində qazılmış quyunun məlumatları ilə təsdiq olunur. Burada 1000 m qa­lın­lıqda müəyyən olunmuş üst Təbaşir çökmə mənşəli çöküntüləri Burovar qalxımına analoji olan traxidoleritlərin laylı intruziyalarına malik üst Eosenin çökmə mənşəli törəmələri ilə transqressiv örtülmüşdür; Eosenin tam olmayan (300 m- ə qədər) qa­lin­lığa malik malişoid formasiyası iştirak edir. Bütün bunlar Talışın bu hissəsinin uzun müddət Lerik çökəkliyini şimal-şərqdən hüdudlayan və gec Eosenin ikinci yarısından etibarən quru sahəsi olduğunu göstərir.

Eosenin sonu-Oliqosenin əvvəlində kifayət qədər dağəmələgəlmə hərəkətlərin­dən sonra başlamış Talışın kollizion inkişaf mərhələsi Astara və Burovar qalxım­ları­nın və Lerik çökəkliyinin Talışın ümumi qalxması ilə xarakterizə olunur.

Qırışıqlığın planı bütün strukturların şimal-şərqə (gömülmüş qalxım istiqamətin­də) düzlənməklə irsi xarakter daşiyir. Talışın əsas strukturlarını sərhədləyən və Eosen vulkanizminə nəzarət edən qırılmalar, İran Talışının (Daıte-Muğan) qonşu sahələrin­də də izlənilir və onlar uzanma istiqamətini şimal-qərbdən en istiqamətinə dəyişir və şi­mala çevrilmiş Qaradağ qalxımının müasir sərhəddinə parallel qövsvari əyilmə əmə­­lə gətirir.

Talışın tektonik inkiıaf tarixinin öyrənilməsi göstərir ki, vilayətin ilkin ayrılması gec Təbaşirın sonuna aid edilir (Astara horst qalxımı yaranmağa başlayır) ki, bu da üst Təbaşirlə Paleosenin arasında bazal konqlomeratının olması ilə təsdiq olunur.

Sonra artan üst Təbaşir qalxımının fonunda Paleosenin qalınlığı 1200-1400 m- ə çatan tufogen-çökmə qatı toplanır. Paleosenin sonunda Hamarat qalxımı formalaşır və Kosmolyan çökəkliyi yaranır.

Talışın sonrakı inkişafı və onun daha kiçik struktur vahidlərə ayrılması bütün Eo­sen ərzində getmişdir. Bu isə fasiyaların və qalınlığın paylanma xüsusiyyəti və müx­təlif fazalarda vulkanik püskürmənin mərkəzlərinin bloku əhatə edən müəyyən qırılmalar sisteminə aid olması ilə təstiqlənir. Strukturların tam formalaşması gec Eo­senin sonunda Talışın ümumi qalxması və qırışıqlığı nəticəsində baş vermişdir. Qa­panması və qırışıqlığı orta və gec Miosendə baş verən çökəkliyin Yardımlı his­səsinin formalaşması bütün əyalətin ümumi qalxmaya məruz qaldığı və dənizdən azad ol­du­ğu bu mərhələ ilə əlaqədardır. Onun sonrakı mürəkkəbləşməsi (faylar, qstəgəlmələr, üfüqi yerdəyişmələr daha gec neotektonik hərəkətlərlə əlaqədardır.


Yüklə 412,58 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin