10.2. Cənubi-Xəzər çökəkliyinin tektonikası
Cənubi-Xəzər çökəkliyi tektonik cəhətdən Alp qırışıqlıq əyalətinə aid olub, şimalda yerləşən orta Xəzər çökəkliyindən Mərkəzi-Xəzər dərinlik qırılması ilə ayrılır. Quruluşuna və vəziyyətinə görə Cənubi-Xəzər çökəkliyi ən böyük çökəkliklərdən biri olub, Krım və Böyük Qafqaz qırışıqlıq sistemlərini Elbrus, Kiçik Qafqaz, tavr sistemlərindən ayırır. Bu regional depresiya zonasına Cənubi-Xəzərlə yanaşı olaraq, Kür və Rion çökəkləri, Qara dəniz çökəklikləri yer qabığının quruluşuna görə, xüsusən də «qranit» qatının olmamasına görə bir-birinə çox oxşayır. Aparılan geofiziki tədqiqat işlərinin nəticələrinin analizi göstərir ki, Cənubi-Xəzər çökəkliyi yer qabığının quruluşuna ğörə böyük ərazidə subokean tinli qabığa malikdir. Dərinlik seysmik zondlama (DSZ) materiallarının, qravimetrik və maqnitometrik məlumatların kompleks tədqiqi göstərir ki, yer qabığının dabanının səthinə görə əsasən izometrik formalı, Maxoroviçiç sərhəddinin 45 km-dən artıq dərinlikdə yerləşdiyi böyük çökəklik qeyd olunur. Cənubi-Xəzər çökəkliyində ən böyük əyilmə çilov yarımadasından cənubda-Cənubi-çilov çökəkliyində (L.İ.Lebedev,1978) qeyd olunur. Bu sahədə «bazalt» qatının səthinin yatma dərinliyi 30-35 km, «qranit» qatının isə 20 km-ə yaxındır. Çökmə qatın qalınlığı 20 km-ə qədərdir.
Cənubi-çilov çökəkliyindən və Abşeron astanasına uyğun gələn çökəklikdən cənuba doğru, yer qabığının dabanının və «bazalt» qatının sətrinin qalxması qeyd olunur. Çilov yarımadasından Astara qəsəbəsi (talış sistemi) istiqamətində qeyd olunan səth 25 km-dən 10 km-ə qədər, cənub-qərb istiqamətdə (türkmənistan hissədə isə 14-16 km-ə qədər azalır. Bu istiqamətdə «qranit» qatının qalınlığının azalması və onun təmami ilə pazlaşması qeyd olunur ki, nəticədə çökmə qatı bilavasitə «bazalt» qatı üzərində yatır.
Bu baxımdan Cənubi-Xəzər çökəkliyi Qara dəniz, eləcədə bir sıra başqa daxili və kənar dənizlərlə (Oxot, Yapon, Meksika körfəzi və s.) oxşarlıq təşkil edir.
Cənubi-Xəzər çökəkliyində 15-20 km dərinliyində yatan kristallik bünövrənin səthinin morfoloji quruluşu çox sadədir. Çökmə qatın dabanına görə bünövrənin 18-20 km dərinlikdə yatdığı üç çökəklik ayırmaq olar. Bunlardan biri Çilov yarımadasından cənub (Abşeron-Baykalyanı qalxım zonasının çökəkliyi ilə birlikdə), yerləşir, digərləri isə İran çuxuru ilə əlaqədardır. türkmənistan şelfi daxilində bünövrələrin qalxma zonası yerləşir. Eyni zamanda Cənubi-Çilov çökəkliyindən cənubi-qərb istiqamətdə talış zonasına doğru kristallik bünövrənin qalxması müşahidə olunur.
Cənub Xəzər çökəkliyinin iştirək edən Paleozoy törəmələrinin quruluşu haqqında mə'lumatlar olduqca azdır. Belə ki, Paleozoy törəmələri yalnız Cənubi Xəzərin ətrafında (şimali İranda və Kiçik Qafqazda) məlumdur. şimali İran ərazisində nisbətən az qalınlığa malikdir və platforma formasiyasından ibarətdir. Qoqranda Xəzər dənizinin sahilinin bilavasitə yaxınlıqda Yura çöküntüləri ilə qeyri-uyğun örtülən Kembriyəqədər suxurların çıxışları məlumdur.
Mövcud geoloji-geofiziki materialların kritik analizi göstərir ki, Cənubi-Xəzər çökəkliyinin çökmə örtüyünün kəsilmişinin aşağı hissəsində Paleozoy çöküntüləri olsa belə çox az qalınlığa malik olacaqdır. Kür çökəkliyi və Elbrusdan fərqli olaraq, Böyük Balxanda Mezozoy çöküntüləri nisbətən böyük qalınlığa malikdir. Bundan əlavə, bu zonalar yer qabığının nisbətən qalın olması və ağırlıq qüvvəsinin böyük xətti minimumu ilə səciyyələnir. Bütün qeyd olunanlar isə öz növbəsində Mezozoy çöküntülərinin maksimal qalınlığının Cənubi Xəzərin şimal hissəsində, Abşeron astanası zonasında müşahidə olacağını söyləməyə əsas verir.
Neft daşlarında və Şimali-Abşeron əyalətində (Ağburun dəniz) qazılan quyu məlumatları Təbaşirin səthinin az dərinlikdə olduğunu gbstərir ki, bu da öz növbəsində burada Kaynozoyun qalınlığının məhdut (az) olduğunu göstərir.
Faktiki materialların tədqiqi (aşağı təbəqələrə görə Abşeron-Balkanyanı qalxım zonası ilə uyğun gələn) göstərir ki, Cənubi Xəzərin şimal hissəsində qeyd olunan çökəklik ilk növbədə böyük qalınlığa malik Mezozoy yaşlı süxurlarla dolmuşdur. Cənubi Xəzər çökəkliyini qalan sahələrdə Mezozoyun qalınlığı çox ehtimal ki, 3-5 km-dən artıq olmayacaqdır.
Türkmənistan şelfi daxilində çökmə süxurların ümumi qalınlığı 15 km-ə yaxındır. Seysmik tədqiqatlar və quyu məlumatları nəticəsində müəyyən edilmişdir ki, burada qırmızı qatın (orta Pliosen) qalınlığı 5-6 km, onun üzərində yatan Ağcagil və Abşeron mərtəbələrinin ümumi qalınlığı isə 4 km-ə yaxındır. Nəzərə alsaq ki, Cənubi Xəzərdə N.Ştreklinin göstərdiyi kimi Oliqosen-Pliosen çöküntülərinin qalınlığı 5-6 km-dən az olmayacaq, onda çökmə qatın kəsilişində Mezozoyun qalınlığının çox az olacağını söyləmək olar. Çox ehtimal ki, Elbursqarşısı çökəklikdə Mezozoy kompleksinin qalınlığı 5-6 km-ə çata bilər.
Mövcud faktiki məlumatlar göstərir ki, talışda və Elbursda Oliqosen-Miosen çöküntüləri vulkanogen-çökmə qatdan ibarətdir. Cənubi Xəzərin cənub hissəsində mövcud süxurlar əsasən cənub-qərb və cənub sahil zonalarında yayıla bilər. Ümumiyyətlə, bu çöküntülərin Cənubi Xəzərin ərazisinin əksər sahəsində yayılması fikiri az ehtimal olunandır. şəhriyar qalxımında püskürən palçıq vulkanının məhsulları Oliqosen-Miosen normal çökmə məişəli olduğunu göstərir.
Cənubi Xəzər çökəkliyində Pliosen-Dördüncü dövr struktur mərtəbəsi nisbətən tam öyrənilmişdir. Seysmik və qazıma məlumatlarına görə Pliosen-Dördüncü dövr çöküntülərinin qalınlığı 8-10 km-ə çatır. Cənubi Xəzərin yer qabığının nəhəng bir çökəkliyi kimi formalaşmasının da Pliosen-Dördüncü dövrə təsadüf etdiyi ehtimal olunur.
Tədqiq olunan ərazidə Alp qırışıqlıq əyaləti Cənub Xəzər çökəkliyi (CXÇ) və onun şimal ətrafını təşkil edən Abşeron-Balxanyanı qalxım zonası (ABQZ) ilə təmsil olunmuşdur.
Aparılan geoloji-geofiziki məlumatların nəticələrinə görə ABQZ yer qabığının dərində yatan təbəqələrinə görə, Böyük Qafqazın cənub yamacı boyunca Xəzərdən keçərək Cənubi Qafqaz çökəkliyinə müvafiq gəlir.
Rezanov və şevçenkonun (1970) məlumatlarına görə Hersinəqədər qırışıqlıq qurşağın səthi burada 14-18 km dərinlikdə yerləşir
Qaqelqans və başqaları (1958) tərəfindən aparılan DSZ-in məlumatlarına görə Abşeron astanasının ətrafında yer qabığının qalınlığı 30 km-dən 35-40 km-ə qədər artır, “qranit”qatı isə CXÇ istsqamətində tədricən pazlaşır.
Aparılan seysmik tədqiqat işləri Pliosen kompleksinə görə Abşeron və Balxanyanı qırışıqlıq zonalarının vahidliyini ğir daha təsdiq etmiş və onları Abşeron akvatoriyasının ətrafını əhatə edən, suben istsqamətdə uzanan zona (Abşeron-Balxanyanı) kimi birləşdirməyə əsas vermişdir. N.İ.Andrusovun, V.E.Xainin, V.F.Solovyovun, Ə.Ş.Şıxəlibəylinin, Ş.F.Mehdiyevin, Ə.Ə.Əlizadənin və başqa tədqiqatçıların fikirincə Abşeron arxipelaqını əhatə edən, Abşeron-Balxanyanı qırışıqlıq zonası Böyük Qafqaz meqantiklinoriumunun ox zonasının cənubi-şərq batımı, Balxanyanı qırışıqlıq zonası isə Kopetdağın himali-qərb batımı hesab olunur.
ABQZ şimalda və şimali-şərqdə dərinlik qırılması ilə Skif-Turan Epihersin platformasının kənar hissəsinə aid olan, Qubadağ və Bğyük Balxan qırışıqlıq sistemləri ilə sərhədlənir. Bu zonanın cənub sahili CXÇ-nə doğru batır ki, ğuna da Neogen çöküntülərinin qalınlığının kəskin artması və dik kontinental yamac müvafiq gəlir.
Seysmogeoloji məlumatların analizi ABQZ qərb hissəsi daxilində Pliosen-Dördüncü dövr yaşlı çöküntülər iki başlıca antiklinal xətt (şimal və cənub) təşkil edirlər. şimal xəttinə Qoşadaş, Abşeron, Gilavar, Dan Ulduzu, Aşrafi, Qarabağ, Cənub xəttinə isə Ağburun dəniz, Darvin, Pirallahı, Xali, Çilov, Həzi-Aslanov, Palçıq pilpiləsi, Neft daşları strukturları daxildirlər.
Qubadaq-Balxan meqaantiklinoriumunun batım zonası istiqamətində, Terek-Xəzəryanı çökəkliyin cənub sahili boyunca şimali Abşeron antiklinal xətti uzanır. Terek-Xəzəryanı çökəkliyinin və şimali Abşeron antiklinal xəttinin sərhəddi böyük tektonik qırılma boyunca keçir. Bu qırışıq dislokasiya dərəcəsinə görə Epihersin platformasına daha yaxındır. Qırışıq olduqca yastıdır, qanadlarda yatma bucağı 10-15°-dən çox deyildir, qırılmalar böyük məsafədə izlənilmir, amplitudaları azdır. Cənubi-şərq istiqamətdə qırışığın tədricən batması və Pliosen-Dördüncü dövr çöküntülərinin qalınlığının artması qeyd olunur ki, bu da öz növbəsində bu zonanın formalaşmasına submeridional Xəzər çökəkliyinin təsiri olduğunu göstərir.
Şimali-Abşeron antiklinal zonası Artyom-Kelkor sinklinalı ilə cənubda yerləşən Abşeron-Balxanyanı qalxım zonasından ayrılır. Artyom-Kelkor sinklinalı assimetrik quruluşa malikdir. Onun şimal qanadı nisbətən yastıdır, oxu cənub antiklinal xəttin qırışıqlarına yaxınlaşmışdır. Sinklinal qalınlığı 6-7 km-ə çatan Neogen çöküntüləri ilə dolmuşdur.
Neft daşlarından Çələkən yarımadasında kimi izlənilən Cənub antikliminal xətti bir-biri ilə zəncirvari birləşmiş bir sıra strukturlardan (Günəşli, Kaveroçkin, Azeri, Kəpəz, şərqli, Mərkəzi və Qərbi Livanov, Parinov, Şərqi, Mərkəzi və Qərbi Livanov, Parinov, Şərqi, Mərkəzi və Qərbi Qubkin, LAM, Çökəkyanı tağ, Çələkən) ibarətdir. Abşeron-Balxanyanı zonanın şərq və qərb hissələrində orta Pliosen çöküntüləri yer üzərinə çıxır, mərkəzi hissədə isə 1,4-1,6 km dərinlikdə yatır. Abşeron-Balxanyanı zonadan ayrılan qırışıqlar intensiv qırışıqlığa məruz qalmış, bir sıra uzununa və eninə qırılmalarla ayrı-ayrı tektonik bloklara parçalanmışdır gömrülmüş və dövrü olaraq fəaliyyətdə olan palçıq vulkanları ilə mürəkkəbləşmişdir. Qırışıqların qanadlarında meyl bucağı dərinlik boyunca 15-20°-dən 35-40°-yə kimi artır.
Abşeron-Balkanyanı zonada başlıca olaraq iki əsas qırılıma ayrılır. Bunlardan biri Epihersin platformasının cənub sərhəddi boyunca keçən dərinlik qırılmas, digəri isə bütün qırışıqlıqların oxu boyunca keçən qırılmadır.
Pliosen Dördüncü-dövr stuktur mərtəbəsi üçün bir sıra səciyyəvi xüsusiyyətlər xasdır ki, bunlardan da intensiv qırışıqlığı, böyük amplitudalı uzunluğu kifayət qədər xətti qırışıqlıqların olmasının, çoxlu qırılmaların və palçıq vulkanının olmasının xüsusilə qeyd etmək lazımdır.
Cənubi Xəzər çökəkliyində Pliosen-Dördüncü dövr çöküntülərinin dislokasiyasına onların istiqaməti və intensivliyinə görə Cənubi-Abşeron zonası, Aşağıkür-Pəhləvi depressiyası, Cənubi-Xəzər qırşıqlığının mərkəz hissəsi, türkmən stuktur terrası və Elbursyanı çökəklik kimi struktur-tektonik zonaları ayırmaq olar.
Abşeron yarımadasından cənuba, Abşeron yarımadasının antiklinal xəttinin davamında yerləşən tektonik qalxımlar zonası yerləşir və Böyük Qafqaz meqantiklinoriumunun batım zonasının bir hissəsi adlanır. Burada qeyd olunan Qum adası və Bahar qırışıqları cənub istiqamətdə batan Fatmai-Zığ antiklinal xəttinin davamını təşkil edir. Bahar və Qumadası qırışıqlıqlarının kəsimini quruda yerləşən qırışıqlıqlara nisbətən daha tamdır. Seysmik nəşriyyat və qazıma məlumatlarının nəticələri göstərir ki, Qumadası və Bahar qırışıqlıqları Balaxanı-Sabunçu-Ramanı, Qaraçuxur-Zığ yataqlarının strukturlarına nisbətən daha sadə quruluşa malikdir.
Şah-dəniz qırışıqlığı Buzovna-Zirə antikliminal qurşağının davamında yerləşir. Cənubi Abşeron zonasının qərb hissəsində Lökbatan-dəniz qalxımı yerləşir.
Neft Daşları və Abşeron yarımadası arasında Pirallahı, Gürgən-dəniz, Cənub qırışıqlıqlarından ibarət antikliminal xətt yerləşir.
Cənubi Xəzərin qərb şelfinin əsas hissəsini Bakı arxipelaqının tektonik zonası təşkil edir. Bu tektonik zona Aşağıküryanı-Pəhləvi depressiyasının tərkib hissəsi olub, Pliosen-Dördüncü düvr çöküntüləririnin bğyük qalınlığa çatması, eləcədə qırılmalarla və palçıq vulkanları ilə mürəkkəbləşmiş xətti uzanan antikliminal xətlə xarakterizə olunur. Bunlardan şimal hissədə yrləşən Səngçal dəniz-Düvannı-dəniz-Xara-Zira antikliminal; ondan cənuba yerləşən Ələt-dəniz-Bulla-adası-Umid xəttini; Quru ilə Pirsaat qırışıqlığı ilə birləşən Hamamdaq-dəniz-Qarasu-Səngi-Muğan, Əsəd Rüstəmbəyov, Daşlı, Səbail, M.E.Rəsulzadə strukturlarından ibarət xətt; Bəndovan-dəniz-Çiqil-dəniz, Yanan Tava, Ataşqax, Muqan-dəniz və s strukturlardan ibarət olan xətt; Nefteçala-Kürdaşı və Qızılağac-Lənkaran-dəniz xəttini göstərmək olar.
Aşağıküryanı-pəhləvi çökəkliyindən şərqə çökmə örtüyü ilə əlaqədar olan, tektonik quruluşuna görə nisbətən qərbdə və şərqdə yerləşən sahələrdən fərqlənənə, Cənubi Xəzərin dərinsulu hissəsi ilə əlaqədar olan rayon ayrılır. Bu rayon üçün şimali-şərq(qafqazın əksi istiqamətində) istiqamətdə uzanan qırışıqlar səciyyəvidir. Bu hissədə şimaldan cənuba doğru getdikcə qırışıqların uzanma istiqaməti tədricən şimali-şərqdən en istiqamətə dəyişir. Abix qalxımı müstəsna olmaqla burada yayılmış qalxımlar əksər halda normal braxiantikliminal qırışıqlıqdır. Burada dianir qalxımları və palçıq vulkanı məhdut yayılmışdır.
Ümumiyyətlə, bu rayonu iki zonaya ayırmaq olar. Bu zonalardan biri Abix və şəhriyar qalxım zonaları arasında (şimal) digəri isə Abix qalxım xəttindən cənuba yerləşir. Abix və şəhriyar qalxım xəttindən cənuba yerləşir. Abix və şəhriyar qalxım zonaları genetik cəhətdən dərinlik qırılmaları ilə əlaqədardır.
Abşeron-Balxanyanı qalxım zonasından cənuba türkmən şelfində nisbətən iri olan və türkmənistan struktur terrası adlanan, tektonik struktur yerləşir. Seysmik mə'lumatların nəticələrinə görə qırmızı qatın tavanı burada 2,5-4 km dərinlikdə yerləşir.
İran hissəsində Cənubi Xəzərin əsas hissəsini Elbursyanı çökəklik tutur. Qazılan quru məmulatlarına görə bu çökəklik böyük qalınlığa çatan Kaynozoy çöküntüləri ilə dolmuşdur. Burada qeyd olunan lokal qalxımlar əsasən en istsqamətində uzanmışdır. Nə dəniz dibinin relyefində, nə də ki, Dördüncü dövr çöküntülərinin üst hissəsində bu qalxımlar qeyd olunmur.
Cənubi Xəzərçökəkliyində müxtəlif tip lokal qalxımlar qeyd olunur. Aşağıküryanı-Pəhləvi depressiyasında əsasən palçıq vulkanları ilə mürəkkəbləşmiş dianir qırışıqlar Bakı arxipelaqının mərkəzi hissəsində qeyd olunan dianir qırışıqlardan fərqlənir.
Normal braxiantikliminal qırışıqlar Abşeron astanası, Abix qalxım zonası və şəhriyar qalxımı arasında yerləşən üçbucaqda qeyd olunur. Abix qalxım zonasından cənuba istər normal braxiantikliminallar, istərsədə palçıq vulkanları ilə müxtəlif dərəcədə mürəkkəbləşmiş dianir qırışıqlar qeyd olunur. türkmənistan stuktur terrasında başlıca olaraq braxiantikliminal qalxımlar yayılmışdır. Dianir qırışıqlar eyni zamanda Abşeron-Balxanyanı qalxım zonasındada məlumdur.
Cənubi Xəzərin nisbətən sadə braxiantikliminal qırışıqları (türkmənistan struktur terrası, mərkəzi rayonun şimal hissəsi) çox ehtimal ki, konsedimentasion xarakter daşıyır. Burada çökmə örtüyün üst hissəsinin qırıqlar üzərində formalaşmışdır. Bu qırışıqlar kristallik bünövrənin gömrülmüş blokları ilə əlaqədardır.
Mövcud geoloji-geofiziki və qazıma materiallarınınanalizi Cənubi Xəzər çökəklikdə bünövrənin müxtəlif blok quruluşuna malik olduğunu və onların çökmə qatın qırışıqlığının xüsusiyyətinə əsaslı təsir göstərdiyini göstərir.
Cənubi Xəzər quruluşu ilə məşğul olan tədqiqatçılar arasında onun tektonik təbiətinə görə fikir birliyi yoxdur. M.V.Muratov, V.F.Solovyov və başqaları Cənubi Xəzərin dağarası çökəklik olduğunu göstərir. Y.N.Qodin,Y.P.Malovskiy, Hacıyev və başqaları bu dağarası çökəkliyin əsasında aralıq massiv ayırırlar. V.E.Xain bu çökəkliyin subokean tinli qondarma çökəklik olduğunu, E.E.Milanovskiy, O.K.Leontyev isə Tetis çökəkliyinin relikti olduğunu göstərir.
Dostları ilə paylaş: |