Kembriyəqədər kompleks. Bünövrəni əhatə edən bu kompleks əsasən cənubi-xəzər çökəkliyinin ətrafında qeyd olunan Qafqaz, Koxetdağ qırışıqlıq sistemlər nin və İran massivinin əsasında verilir. Kembriyəqədr kompleks özü də iki yarımkompleksə ayrılır.bunlardan ən aşağıda yatan kompleks ən qədim olub, baykalaqədər (Proterozoy yaşlı) qırışıqlığa müvafiq gəlir. Üst tektonik kompleks isə Baykal tektogenizə müvafiq gəlir. Rifey-erkən Kembri yaşlı bu kompleks ərazidə bünövrəni ortür.
Baykal kompleksi Paleozoy və Kaynazoy yaşlı qranitoid intruziyaları ilə yarılmışdır. Veid kompleksi Rifeydən metamorfizm dərəcəsinə və uyğunsuzluqla ayrılır. Böyük Qafqazda Veid-Alt Kembri yaşlı terrigen formasiya qeyd olunur.
Zaqafqaziya mikroplitəsinin bünövrəsi metamorfik və maqmatik törəmələrdən ibarətdir. Bu kompleks Dzirul, Xram, Lok və şəmkir qalxımlarında müəyyən olunmuşdur. Burada Kembriyəqədər və Alt Kembri kompleksi qneys və kristalik şistlərdən, bir sıra sahələrdə aşılmış Kembriyəqəd bünövrənin üzərində üst Paleozoy yaşlı az qalınllı turş tuffiritlər yatır. Belə ehtimal olunur ki, Zaqafqaziya mikroplitəsində Orta Kembri-Triasa qədər kompleks iştirak etmişdir. Kembriyəqədər kompleksin Kiçik Qafqazda Misxan sahələrində də olması ehtimal olunur. Zaqafqaziya, İran və Misxan massivlərində konsolidasiya olunmuş qabığın kəsilişlərinin müqayisəsi Misxan metamorfikləşmiş seriyasının Devonaqədər yaşlı olmasını söyləməyə əsas verir.
Qərbi-türkmenistan rayonunda yerləşən və Qodin bloku kimi ayrılan tektonik elementin Zaqafqaziya plitəsinin şərq davamı olduğu hesab edilir. Qalınlığı 10-15 km-ə çatan nisbətən cavan süxurlarla ortülmüş Qodin blokunun da bünövrəsi müxtəlif dərəcədə metamorfinizin Kembriyəqədər və Paleozoy kompleksindən təşkil olunmuşdur.
Cənubi-Xəzər çökəkliyində bünövrə kompleksi çoxmərtəbəli quruluşa malikdir.
Böyük Qafqazda Paleozoy çöküntüləri bilavasitə onun mərkəzi hissəsinin şimal yamacı boyunca uzanar (qərbdə Belıy, şərqdə Çeqam çayları arasında). Burada Paleozoyun (Kembriyəqədər) qalınlığı 17 km-ə çatır. Böyük Qafqazda hələ Vendə başlayan terrigen və karbonatlı çöküntülərin toplanması Kembri-Ordovikdə də davam etmişdir. Zaqafqaziya plitəsində Kembri əhəngdaşı təbəqəli gilli şistlərdən ibarətdir. Kiçik Qafqazda Zəngəzur qalxımında qalınlığı 1100 m-ə çatan əlvan rəngli terrigen formasiyada alt Kembriyə aid olunur. Buna uyğun olan formasiyanın qalınlığı Dzirul blokunda 700 m-ə çatır.
Qafqazda Ordrvinin paleolitoloji qalıqlarına rast gəlinir. Mərkəzi Qafqazda ön silsiləsi zonasında örtük səthinin quruluşunda da olistromlu Silur şistlərinə rast gəlinir. Olistromların arasında Ordrvikəqədər yaşlı ofiolit materialları aşkar edilmişdir. Bundan əlavə plaqioqranitlərə, metamorfik şistlərlə də rast gəlinir.
Koxetdağ sistemində Paleozoy çöküntüləri Triasla tektonik kontaktda yerləşir və metamorfikləşmiş əhəngdşı və kobud konqlomeratlardan ibarətdir. Kiçik Qafqazda alt Paleozoy kompleksi müxtəlif ərazilərdə yayılmışdır.
İran plitəsində başqa ərazilərdən fərqli olaraq alt Paleozoy çöküntüləri çökmə örtüyünün bünövrəsini təşkil edir və əsasən qırıntı materiallardan, turş vulkanitlərdən, dolomit və evaporitlərdən təşkil olunmuşdur. Burada kəsilişdə orta Kembrinin karbonat və üst Kembri alt Ordovinin terrigen formasiyası ayrılır. Bu çöküntülər cənubi-xəzər çökəkliyinin cənub qurtaracığında da təyin olunmuşdur. Ordovik-Silur yaşlı alt yarımkompleksi Qərbi Qafqazqarşısında müəyyən edilmişdir.
Mərkəzi Qafqazda Simur çöküntüləri ilə tektonik kontaktda üst pavleozoy yaşlı ultrabazitlər yer üzərinə çıxır. Böyük Qafqazın şimal yamacı boyunca Devon yaşlı ofiolit qurşağının olması müəyyən edilmişdir. Ön silsilədə Kyafar çayının hövzəsində Devon çöküntüləri yer üzərinə çıxır və litoloji tərkibdə tuflardan, əhəngdaşı, fillit və yaşıl şistlərdən ibarətdir. Pşekiş-Tırnauz tikiş zonasının da kəsilişində üst Paleozoy kompleksi müəyyən edilmişdir.
Böyük Qafqaz Permdə orogen maqmatizmin geniş yayıldığı qeyd olunur. Mərkəzi silsilədə turş tərkibli maqmanın əsas kütləsi cəmlənmişdir.
Zaqafqaziya plitəsində ümumiyyətlə kontinental rejim hakim rol oynamışdır, lakin ayrı-ayrı qraben-sinklinallarda terrigen, terrigen-karbonat və çökmə-vulkanogen mənşəli Paleozoy çöküntüləri toplanmışdır.
Hazırda üst Paleozoy kompleksi şəmkir Lok Xram, Dzirul massivlərində qeyd olunur. Burada karbon-Perm yaşlı subplatforma tipli, az qalınlıqlı tuffitlərə rast gəlinir. Zaqafqaziya plitəsində Xram Lok və Dzirul massivlərində bu vaxt orogen maqmatizm hakim oynamışdır. Burada qabbroid və qratitoid intruziyaları, eləcə də effuziv süxurlara rast gəlinir.
Cənubi-Xəzər çökəkliyinin cənub hissəsində üst Paleozoy kompleksi yer üzərinə çıxır. Xəzər dənizinin cənubi-şərq küncünün qarşısında yerləşən Qorqan qalxımında vend-Trias kompleksi müəyyən olunmuşdur. Bu kompleksdə Devon-karbon yaşlı vulkanitlər və dəniz mənşəli çöküntülər ayrılır. Burada metamorfikləşmiş ofiolitlər də rast gəlinir ki, onun da yaşının Devon olduğu ehtimal olunur. Cənubi-xəzər çökəkliyində Paleozoy kompleksinin də olması məsələsi hələlik tam həll olunmamışdır.
Kimmeri-Alp tektonik stratiqrafik kompleksi erkən Triasda paleoqafqazda Hersin inkişaf mərhələsi başa çatır. Böyük Qafqazda Tris çöküntüləri örtük kompleksində ayrılmışdı. Trias çöküntüləri həm üst Paleozoydan həğ də Yuradan fasilə ilə ayrılır.
Örtük kompleksi Hersin qırışıqlığının zəif kömürlü molass formasiyasından ibarətdir. Böyük Qafqazın baş qalxımının cənub yamacında da örtük kompleksi molass formasiyasından ibarətdir. Burada Trias molass kompleksi qırmızı rəngli kontinental mənşəli kobuddənəli qırıntı süxurlarından ibarətdir.
Konetdaq sistemində Trias kompleksi əhəegdaşından ibarətdir və bünövrənin tərkiğinə daxildir.
Kiçik Qafqazın Misxan blokunda Trias ayrı kompleks kimi ayrılmır və üst Paleozoy-Mezazoy kimi ayrılan kompleksin tərkibinə daxildir. Böyük Qafqazda alt-orta Yura çöküntüləri mitoloji tərkibcə argillit, numdaşlarından, üst Yura isə əhəngdaşı, dalamit, və qipsdən ibarətdir.
Alp inkişaf mərhələsində şimali Qafqaz miogeosinklinal zona olmuşdur. Yuranın əvvəllərində şimali Qafqaz və Zaqafqaziya plitələri arasında şərqi Qafqazın tərkibinə daxil olan Bzıbek-Kazbek geosinklinal torqu yaranır. Bu torq qalınlığı 8 km-ə çatan, üst Leyas-Dokkerin tolsit tipinə yaxın bazalt, diabazları ilə yarılmış aspid şistləri ilə dolur.
Cənubi-şərqi Qafqazda Yura çöküntüləri Beş-barmaq dağında müşahidə olunur.
Zaqafqaziya plitəsinin örütüyü və azqalınlıqlı leyas-aalenin terrigen çöküntüləri ilə başlayır.
Aşağı Küryanı çökəklikdə Yura kompleksi quyular vasitəsi ilə Carlı (quyu N1) sahəsində 4820 m, Muradxanlı (quyu N11) sahəsində 3450-5350 m intervalında, Saatlıda 4850-5250 m dərinlikdə açılmışdır. Saatlı istinad quyusunda (SQ-1) 3,5 km dərinlikdə açılmış vulkanogen-klastik formasiyalı süxurlar (mütləq yaşı 146+6 mln. il) Yura kimi ayrılır və yuxarıdan aşağıya bazalit, andezit, dasit, riolit tərkibli vulkanitlərdən ibarətdir. Bu quyuda açılmış çöküntülər Kür çökəkliyinin cənubi-qərb sahilində (kiçik Qafqazda) yer üzərinə çıxan süxürlarla çox yaxşı müqayisə olunur. Yuranın vulkanogen qatının qalınlığı 7 km-dən çoxdur.
Kiçik Qafqazda Yura çöküntüləri geniş yayılmışdır. Kiçik Qafqazqarşısı sahədə (rayonda) alt Yura əsasən vulkanogen-çökmə və metamorfik törəmələrdən ibarətdir. Regional batım istiqamətində (Kür çökəkliyi istiqəmətdə) vulkanogen çöküetülər tədricən çökmə süxurlarla əvəz olunur.
Qalınlığı 1,5-3 km-ə çatan orta Yura çöküntüləri kvars porfirlərindən, porfiritlərindən, tufogenbrençiyalardan və müxtəlif təbəqəli linzalı gilli şistlərdən pis çeşidlənmiş kobuddənəli qumdaşlarından ibarətdir. Vulkanogen-çökmə, çökmə mənşəli fasiyalardan ibarət olan üst Yura da geniş yayılmışdır, qalınlığı 450-500 m-ə çatır.
Mərkəzi İranda Yura qalınlığı bir neçə yüz metrə çatan kontinental törəmələrdən ibarətdir.
Konetdaqda alt və orta Yura terrigen qumlu-gilli çöküntülərdən ibarət olub, cənub istiqamətində (İrana tərəf) karbonat fasiyası ilə əvəz olunur. Dağ sistemlərində alt və orta Yura çöküntüləri yer üzərinə çıxır. Danatada qazılmış quyunun (1N-li) mə'lumatlarına görə burada üst Trias-leyas (Y1) orta və üst Yura yaşlı çöküntülər açılmışdır və böyük qalınlığa malik argillit və qumdaşı araqatlarına malik kristallik tünd-boz rəngli massiv əhəngdaşından ibarətdir. Üst Yura gilli alevrolit qatından ibarət olan (1284-1480 m) kellovey mərtəbəsi ilə başlayır. Oksford mərtəbəsi üzvi mənşəli əhəngdaşı qatından, kimmeric-Tinton isə tünd-boz massiv əhəngdaşından ibarətdir.
Ə.Ş.Şıxəlibəylinin məlumatlarına görə cənubi-xəzər çökəkliyinin şimal hissəsində Mezazoy kompleksi 8 km-dən çox dərinlikdə yatır. Qodin, Bakı arxipelaqı bloklarında maqmatik tərkibə malikdir.
Cənubi-şərqi Qafqazda Təbaşir çöküntüləri Valanjin mərtəbsi ilə başlayır və Yuranı transqressiv örtür. Təbaşir tam kəsilişə malik olub, qalınlığı 2650-3200 m. Litoloji tərkibcə terrigen-karbonat litofasiyasına malikdir.
Aşağı Küryanı çökəkliyində carlı sahəsində quyularla açılmış (Quyu N 1,4) Təbaşirin kəsilişi andezit porferitlərindən və eyni tərkibli tuflardan ibarətdir. Kəsilişin üst hissəsi qalınlığı 1000 m-ə çatın argellitdən, qumdaşı, əhəngdaşı, araqatlı gillərdən ibarətdir. Alt Tərtəbəsi qalınlığı 100-140 m-ə çatan tuffogen qumdaşı və tuffogenalevrolitlərdən ibarətdir. Alb çöküntüləri müəyyən olunmamışdır.
Alb çöküntüləri Qobustanda və Abşeronda geniş yayılmışdır və qalınlığı 300 m-ə çatan qumdaşı, mergel və əhəngdaşı araqatlı gill qatından ibarətdir.
Senoman çöküntüləri aşağı-Kür çökəkliyinin sor-sor sahəsində (Quyu N 2), Turon Muradxanlı sahəsində, konyak mərtəbəsi isə Darlı sahəsində (Quyu N 1,4) öyrənilmişdir və uyğun olaraq qalınlığı 200 m-ə çatan tuffogen qumdaşı, əhəngdaşı və dolomitin növbələşməsindən; maksimal qalınlığı 70 m olan effuziv törəmədən (əsasən korfirit, andezit); qalınlığı 125 m-ə qədər olan tuffitli və allevritli gillərdən ibarətdir (cədvəl 1).
Santon mərtəbəsi Zərdəb, Muradxanlı (Quyu N 8), Mil (Quyu N1), Uvarlı (Quyu N1, 4) və digər sahələrdə öyrənilmişqdir. Kəsilişi dalamit, tuffogen qumdaşı və tuffogen əhəngdaşından ibarət olub, qalınlığı 150-180 m.
Aşağı-Kür çökəkliyindən Kampan-Maastrixt mərtəbələri çoxlu miqdarda quyularla açılmışdır. Danimarka mərtəbəsi qalınlığı 50 m–ə qədər olan tuffogen-allevrit və gill-əhəngdaşı qatından ibarətdir. Təbaşir kompleksi qərbin Konetdağda kiçik və böyuk balxanda, Kubadağda yer üzərinə çıxır. Qərbi-türkmənistan şelfində tək-tək quyularla axmaya, boyadağ, sırtlanlı, suydan şorğa, Kum-Daq, Kobek və digər sahələrdə açılmışdır. Danatada qazılan 1N-li quyu Təbaşirin tam kəsilişini öyrənməyə imkan vermişdir.Şərq sahədə qərb sahədən fərqli olaraq, Təbaşir kompleksi çökmə mənşəli süxurlardan ibarətdir, qalınlığı çatır.
(cədvəl 1).
Şöbə
|
Mərtəbə
|
Qalınlığı (m)
|
Litoloji tərkibi
|
Öyrənildiyi sahə
|
K1
|
Neakom
|
600
|
Əhəngdaşı, mergel
|
Danata
|
Art
Alb
|
1000
|
Terrigen fasiya
|
Kobek (quyu 58), Kakra tərə (quyu 23), İzat-Qızıl-Atrek
|
K2
|
Senoman
|
1800
|
Gilli litofasiya
|
Komadçıkun
|
Turon Konyak
|
500
|
Gil, alevrit, əhəngdaşı, qumdaşı
|
Boyadağ (quyu 15), Kumdaq (quyu 807), Kobek (quyu 58)
|
Santon
|
1200
|
Mergelli gil və alevrit
|
Boyadağ (quyu 15), Sırtlanlı (quyu 1), Karatənd (quyu 23)
|
Üst Təbaşirin üst hissəsi təsdiq olunan kəsişlərində qeyd olunmur.
Cənubi-şərqi Qafqazda Paleogen sisteminin paleosen şöbəsi (Sumqayıt dəstəsi) əksər halda (budaq və azimutdan uyğunsuzluqla) transqressiv formada Təbaşir çöküntüləri üzərində yatır (hətta alt Təbaşirin). Nəzərə almaq lazımdır ki, üst Təbaşirdən paleogenə keçiddən əvvəl baş verən fasilə paleosenin də çox hissəsini əhatə edir.
Sumqayıt dəstəsinin aşağı hissəsi boz, açıq-boz, qumlu gillərdən və əhəngdaşı araqatlarından ibarətdir. Cənubi-Şərqi Qafqazın bütün strukturlarında demək olar ki, bütün quyularla açılmışdır və litoloji tərkibcə yaşılmtıl-boz, qonuru-qırmızı rəngli gil və qum araqatlarından ibarətdir. Qalınlığı 80 m-dən (sovetobad) 300-350 m-ə (Kabandaq və s.) qədər dəyişir.
Cənubi-şərqi Qafqazda Eosen (Koun dəstəsi) litoloji tərkibcə yaşılmtıl-boz, tünd-boz, bəzən təmamilə ilə təbəqəli (vərəqli) gillərdən ibarətdir. Kəsilişin üst hissəsində gillərin rəngi sarımtıl və qonuru-boz olub, açıq-boz mergellərə keçir. Koun dəstəsinin qalınlığı 100 m-dən (Kurkaçidağ) 200 m-ə (Kabandağ) qədər dəyişir.
Elbrusda eosen çöküntüləri qırmızı rəngli evaporat formasiyası və dəniz əhəngdaşı araqatlarından ibarətdir.
Cənubi-xəzər çökəkliyində paleogen-Neogenin kəsilişi nisbətən tam öyrənilmişdir. Bu ərazidə paleogen-Miosen çöküntüləri bir sıra tədqiqatçılar tərəfindən öyrənilmişdir və onun stratiqrafik vəziyyəti onlar tərəfindən müxtəlif qiymətləndirilmişdir. Cənubi-xəzər çökəkliyinin qərb sahilində paleogen-miosn çöküntüləri açılışlara və quyu məlumatlarına görə öyrənilmişdir. Bu sahədə M.Q.Ağabəyov və A.V. Məmmədovun (1960), Ə.Ə.Əlizadənin (1967), H.M.Hüseynovun (1970), T.M.Məmmədov və başqaları (1974) tədqiqat işlərini xüsusi ilə qeyd etmək lazımdır.
Oliqosen-alt Miosen (maykon dəstəsi) cənubi-xəzər çökəkliyinin qərb hissəsində əsasən gilli litofasiyaya malikdir. Kəsilişdə qərb və cənub-qərb istiqamətində qumların artması qeyd olunur.
Orta Miosen Çokrakv, Karaqan-Konq horizontları ilə ifadə olunmuşdur. Kəsilişin aşağı hissəsində (Çokrak horizontu) litoloji tərkibcə yaşılmtıl-boz rəngli əhəngli gillərdən, mergel araqatlarından, üst hissəsində isə (Konq-Karaqan) əsasən, sarımtıl-boz, qonuru qumdaşı və bir neçə metrlik gilli şistlərdən ibarətdir, vulkan küllərinə rast gəlinir.
Üst Miosenin kəssilişinin aşağı hissəsi (sarmat) tünd-boz rəngli qumdaşlı, şistləşmiş gillərdən, mergel araqatlarından, mergelli qumdaşlarından və qum laycıqlarından ibarətdir. Sarmatın qalınlığı 150 m-dən (şurabad dəniz) 350 m-ə qədər (Qərbi Abşeronun mərkəz hissəsində) dəyişir.
Üst Miosenli meotis mərtəbəsi Qərbi Abşeronun mərkəzi hissələrində tam öyrənilmişdir və qalınlğı 200-250 m-ə çatır. Litoloji tərkibcə qonuru, açıq-boz, vərənli gillərdən, bəzən bitumlaşmışdır, vulkan lülü təbəqəsi ilə növbələşir.
Məhsuldar qat (MQ)., İ.S.Çumakov, Ə.V.Məmmədovun məlumatlarına görə (1988) Neogen sisteminin Pliosen intervalı bir qədər qısalmışdır. Beləki, alt Pliosen (pont mərtəbəsi) Miosenin tərkibinə, abşeron mərtəbəsinin orta və üst şöbələri isə S.Ə.Əlizadənin (1987) məlumatlarına görə dördüncü dövr sisteminə (antropogenə) aid edilmişdir. Beləliklə, yeni qəbul olunmuş bölgüyə görə (ümumdünya konqresi, 1985) məhsuldar qat alt piosen, ağcagil mərtəbəsi və abşeron mərtəbəsinin alt şöbəsi üst Plioseni təşkil edir və Pliosen kompleksi iki şöbəyə (alt və üst) ayrılır.
MQ qumlu-gilli çöküntülərin növbələşməsindən ibarətdir. Onun kəsilişini iki hissəyə (alt və üst şöbəyə) ayırmaq olar. Üst şöbə Suraxanı, Sabunçu, Balaxanı və «Fasilə» alt şöbə isə Qırmıxan üstü gilli (QÜG), qırmıxan üstü qumlu (QUQ), Qırmakən (QD), Qırmakən alt (QA) və Qala lay (QaD) dəstələrinə ayrılır ki: bu da Potapovun İ.İ. (1954) MQ-ın kəsilişində ayrıldığı ritmlərə müvafiq gəlir. ş.F.Mehdiyev (1984) sonralar İ.İ.Potapovun ayırdığı 6-cı («Fasilə» lay dəstəsi) və 7-ci (Balaxanı) ritmləri birləşdirmiş və beləliklə də MQ-ın kəsilişində 6 ritm ayırmışdır. Bu halda MQ-ın aşağı hissəsinə Zirə lay dəstəsi də daxil olunmuşdur.
Üst Pliosenə daxil olan Ağcagil mərtəbəsi Abşeron və Bakı arxipelağı ərazisində geniş yayılmışdır, burada qeyd olunan bütün qalxımları əhatə edir və gilli fasiyadan (gil, qum və vulkan külü qatlarından) ibarətdir. Ağcagil mərtəbəsinin qalınlığı Abşeron arxipelaqının şimal hissəsində 30-60 m, Bakı arxipelaqının cənub hissəsində isə 60-70 m ararsında dəyişir.
Abşeron mərtəbəsi cənubi-xəzər çökəkliyinin qərb sahilində tam kəsilişə malikdir. Onun üst yarammərtəbəsi əhəngdaşdan: orta yarımşöbəsi qumlu gillərin, qumların və əhəngdaşı laylarının növbələşməsindən; alt yarımmərtəbə mərtəbəsi isə sıxlanmış gil və qumdaşı təbəqələrindən ibarətdir. Abşeron mərtəbəsinin qalınlığı 570-625 m arasında dəyişir.
Dördüncü dövr çöküntüləri cənubi-xəzər çökəkliyində geniş yayılmışdır və Tarxan, Bakı, Xəzər və Xvalın mərtəbələrinə ayrılır.
Cənubi-xəzər çökəkliyinin şərq hissəsində paleogen-Neogen çöküntüləri kifayət qədər tam öyrənilmişdir. Qalınlığı 2000 m-ə çatan paleogen (paleosen, eosen, oliqosen) çöküntüləri qərbi Konetdaqda yer üzərinə çıxır və litoloji tərkibcə əsasən yaşılmtıl-boz, əhəngli gillərdən, mergel, alevrolit və qumlu gillərdən ibarətdir. Bu çöküntülərin çıxışlarına böyük və kiçik Balxanda da rast gəlinir.
Cənubi-qərbi türkmənistanda Paleogen çöküntüləri bir neçə quyuda İzətkulu, Qaratəpə, Rüstəm-qala, Boyadaq, Sırtanlıda açılmışdır.
Boyadaqda paleogen çöküntüləri 2225 m dərinlikdə açılmışdır və qalınlığı 420 m-ə qədər çatan gillərdən ibarətdir.
Neogen çöküntüləri nisbətən dəyişkən qalınlığa və litofasiyaya malikdir.
O.Uzanov (1965) Qərbi türkmənistanda Neogeni iki hissəyə (alt və üst) ayırır. Alt hissə cənubi-xəzər çökəkliyinin şərq hissəsində olduğu kimi Miosenə uyğun gəlir. Onun tam kəsilişi Qərbi Konetdağda yer üzərinə çıxır.
Alt Miosen Konetda qalınlığı 80 m-ə çatan yaşılmtıl-boz, qonuru, vərəqli gillərdən ibarətdir. Qərbi-türkmənistan ərazisində alt Miosen çöküntüləri qeyd olunmamışdır. Bu isə onların yuyulması ilə izah oluna bilər.
Orta Miosen Konetdaqda və Qərbi-türkmenistan çökəkliyində müəyyən edilmişdir və tarxan, Çokrax, Karaçan, Konq horizontlarına ayrılır. Ümumiyyətlə, Orta Miosenə yaşılmtıl-boz, vərəqli gil, qumdaşı, mergel və əhəngdaşından ibarətdir, qalınlığı 50-520 m arasında dəyişir.
Üst Miosen çöküntüləri (Sarmat və Pont mərtəbələri) Qərbi Konetdaqda yer üzərinə çıxır (Sarmat mərtəbəsi) Aladaq-Messedian, Qoqrandağ-Okarem və Balxanyanı qalxım zonalarında quyular vasitəsi ilə açılmışdır. Litoloji tərkibcə gil, alevrolit və əhəngdaşı, qumdaşı araqatlarından ibarət olan Sarmat mərtəbəsinin qalınlığı 100-500 m arasında dəyişir.
Pont çöküntülərinin cənubi-xəzər çökəkliyinin şərq sahilində ilk tədqiqatçılarından biri Ə.Ə.Əlizadə hesab olunur (1953). Paleontoloji cəhətdən səciyyələndirilən Pont çöküntüləri Kuyjik, Boyadaq, Sırtlanlı, Kum-daq, Kobek, Karatəpə, KızılKum, Buqdaylı, Monjuklı sahələrində öyrənilmişdir və qalınlığı 100-2220 m arasında dəyişən müxtəlif rəngli gillərdən, alevrolit, əhəngdaşı, qumdaşı və mergel araqatlarından ibarətdir.
Pliosen çöküntülərinin qalınlığı cənubi-xəzər çökəkliyinin şərq sahəsində 4,5-5,0 km-ə çatır. Qərb sahilində olduğu kimi alt (Qırmızı qat) və üst (Abşeron, Ağcagil mərtəbələri) şöbələrinə ayrılır Qırmızı qat (QQ) alt və üst şöbələrinə ayrılır. O.Uzanov üst şöbəni Çələkən, Kelkör, Alt şöbəni isə Dağaçik, Nebitdağ, Qoturtepe dəstələrinə ayırır. QQ litoloji tərkibcə yaşılmtıl boz, boz-qonuru, zəifqumlu gillərdən, alevrolit və ayrı-ayrı qum, müxtəlif dənəli qumdaşı və gips qatlarından ibarətdir. Üst Pliosenin Ağcagil mərtəbəsi mergellərlə başlayır. Üst isə yaşılmtıl-boz gilər, çəp laylanmış qumdaşı və alevrit yatır. Ümumi qalınlığı 50-500 m arasında dəyişir.
Abşeron mərtəbəsi burada əsasən gilləri, alevrolit, qum və qumdaşlarından ibarətdir. Qoqrandaq-Okrem və Aladaq-Messerian rayonlarında qalınlığı 600 m-ə çatır. Dövdüncü dövr çöküntüləri bəzi sahələrdə Abşeron üzərində qeyri-uyğun yatmışdır. Dəniz strukturlarında onun qalınlığı 2000 m-ə çatır, əsasən iridənəli qırıntı materiallardan ibarətdir. Qərb sahilində olduğu kimi cənubi-xəzər çökəkliyinin şərq sahilində də bu sisiteminin daxilində Bakı, Xəzər, Xvalın, Yenixəzər hhrizontları çox aydın seçilir.
Dostları ilə paylaş: |