Azərbaycanın geologİyası I mühazİrə


Lənkəran (Talış) meqazonasınin litostratiqrafiyası



Yüklə 412,58 Kb.
səhifə75/82
tarix02.01.2022
ölçüsü412,58 Kb.
#34969
növüTədris planı
1   ...   71   72   73   74   75   76   77   78   ...   82
C fakepathMühazir - 1-10- Az rb. geol. 2020

9.2. Lənkəran (Talış) meqazonasınin litostratiqrafiyası
Talışın geoloji quruluşunda iştirak edən müxtəlif yaşlı törəmələrin struktur-fasial analizinə əsasən onun formalaşmasının müəyyən mərhələlərini əks etdirən və özünə məxsus tektonik və maqmatik fəaliyyətlə əlaqədər olan, uzanma istiqamətində regio­nal izlənilməsi ilə səciyyələnən 4 formasiya ayrılır:

  • Gec geosinklinal- Danimarka-Paleosen yaşlı tufogen-çökmə;

  • Erkən orogen- Eosen yaşlı vulkanogen-çökmə; subqələvi bazaltoid;

  • Gec orogen- Oliqosen-Miosen yaşlı alt molas;

  • Orogendən sonra- Pliosen-Dördüncü dövr yaşlı üst molas.

Qeyd olunan formasiyalar arasında digərlərinə nisbətən Eosen yaşlı vulkanogen-çökmə formasiya daha geniş yaılmışdır.

Gec Təbaşirin karbonat kompleksi. Astara antiklinoriumunun cənub-sərq qurta­ra­­ca­gında, onun maksimal qalxma sahəsində (İstisuçay və Tanqyar çaylarının hövzə­lərinin yuxarı hissəsində) yayılmışdır. İstisuçay hövzəsində Dılmadin antiklinalının cə­­nub-qərb qanadında öyrənilmiş gec Təbaşirin karbonat kompleksi qalınlıgı 8-10 m olan pelitomorf əhəngdaşlarından təşkil olunmuşdur. Tanqyar çayının hövzəsində (Sim kəndindən yuxarıda) gec Təbaşirin karbonat kompleksi Dılmadin antiklinalının qalxmış cə­­nub-qərb qanadında öyrənilmişdir, qalınlıgı 80-100 m- dir, 1 km- dən artıq məsafədə məsafədə izlənilən pelitomorf, üzvi, alevritli əhəngdaşlarından ibarətdir.

Danimarka-Paleosenin tufogen-çökmə formasiyası, gec Təbaşirin karbonat komp­­leksinin üzərində transqressiv yatır, Astara antiklinoriumunun şənub-şərq hissə­sini əhatə edən, Astaraçay və Lyakyarmay çayarası sahədə yer üzərinə çıxır. Bu for­ma­siya V.P.Renqartenin Astara lay dəstəsinə müvafiq gəlir.

Bu formasiyanın stratiqrafik vəziyyəti, gec Təbaşirin karbonat komp­leksinin üzə­rində transqressiv yatması və alt-orta Eosenin vulkanogen-çökmə formasiyasının çöküntüləri ilə qeyri-uyğun örtülməsi, bu törəmələrin Danimarka-Paleosen yaşlı oldu­ğunu göstərir. Formasiyanın qalınlıgı 1200-1400 m- dir.



Bu formasiyanı təşkil edən törəmələrin fasial və qalınlıgının analizi tədqiqatçı­la­ra onun kəsilişində üç horizontun (aşağadan yuxarı)- tufogenalevrolit, tufogenqum­da­şı və tufogençınqıl ayrılmasına imkan vermişdir.

Tufogenalevrolit horizontu cənub-şərqdən şimali-qərbə, Astaraçay və İstisuça­yın hövzəsindən (cənub-şərqdə) Tanqyaryu və Veşaryu çaylarınadək (şimal-qərbdə) uzanır, Dılmadin və Qamuşam antiklinallarının quruluşunda iştirak edir. Bu istiqa­mət­­də onun qalınlığı 520 m- dən 410, sonra isə 360 m- ə qədər azalır. Cənubda, İsti­suçayın hövzəsində tufogenqumdaşının, tufogenalevrolitin, alevrotuffitin və psam­mit­li tufun laylanmasından ibarətdir. Şimali-qərbdə, Tanqyaryu və Veşaryu çayları­nın hövzəsində Qamuşam və Vajaker antiklinallarının tağında iştirak edir, əsasən tu­fo­genqumdaşının, qisməndə tufogenkonqlomerat və tufogençınqıldan yəşkil olun­muş­­­dur, qalınlığı 530 m- dir.

Tufogençınqıl horizontu. Bu horizont İstisuça­yın, Tanqyaryu və Veşaryu çayla­rı­­nın hövzəsində yer üzərinə çıxır. Cənubda onun tərkibində massiv çınqıllı fogen­qumdaşları, tufogenkonqlomerat araqatları istirak edir, görünən qalınlığı 130 m- dir. Bu horizont Astara qalxımının şimal-şərq sahilində yer üzərinə çıxır və orta Eosenin vulkanogen kompleksi ilə tektonik kontakta gəlir.

Eosenin subqələvi bazaltoid formasiyası. Talışda ən geniş yayılmış formasi­ya­lar­dandır, onun əsas strukturlarının hamısının kəsilişində iştirak edir. Talışın Astara qalxımında bu formasiya kəskin transqressiv uyğunsuzluqla (aşağısinda bazal konq­lo­­meratı olmaqla) Danimarka-Paleosen çöküntülərinin üzərində yatır. Bu formasiya­nın qalınlığı 4-4,5 km- ə çatır, təkibində həm təmiz vulkanogen, həmdə çökmə-tu­fo­gen qatlar iştirak edir. Ş.A.Əzizbəyova görə, bu formasiyanın tərkibində iki subfor­ma­siya- alt Eosenin traxiandezit-bazalt və üst Eosenin traxibazalt ayrılır.

Alt Eosenin traxiandezit-bazalt subformasiya (V.P.Renqartenə görə Kosmolyan lay dəstəsi) Astara antiklinoriumunun mərkəzi hissəsində, Kosmolyan çökəkliyində nisbətən geniş yayılmışdir, qalınlığı 3,5 km- ə çatır və tərkibində aşağıdakı 5 təbəqə ayrılır (aşağıdan yuxarı):

  • Traxiandezitlərin letsit-sanidin tufları;

  • Vulkanik brekçiyalar və andezit-bazaltların və bazaltların lava brekçiyaları;

  • Pikrit-traxibazaltların və leysit bazanitlərinin lava və piroklastitləri;

  • Çökmə-vulkanogen;

  • Traxiandezitlərin və traxiandezit bazaltların vulkanik brekçiyaları.

Aparılan tədqiqatlara əsasən birinci iki təbəqə alt Eosenə, qalan üç təbəqə isə orta Eosenə müvafiq gəlir. Aşağıda bu təbəqələrin geoloji xarakteristikası verilir.

Traxiandezitlərin letsit-sanidin tuf təbəqəsi Talış silsiləsinin yüksək hissəsində (Şadan qalası və Kalput yüksəklikləri arasında) şyrənilmişdir. Onun maksimal qalın­lığı cənub-qərbdə 480 m- ə qədər olub, tədricən azalaraq şimal-qərbdə təmamilə paz­laşır. Bu təbəqənin tərkibində massiv ortadənəli traxiandezitlərin tufu, leysitli traxian­dezit lavası araqatlı gobud-iridənəli təbəqələnməyə iştirak edir. Bu qat Danimarka-Pa­leosenin aşinmış səthini transqressiv uyğunsuzluqla örtür.

Vulkanik brekçiyalar və andezit-bazaltların və bazaltların lava brekçiyaları təbə­qəsi Kosmolyan çökəkliyin əsas hissəsini əhatə edir və Astara qalxımının cənub-qərb sahili boyunca (Qızyurdu və Kalaput yüksəklirləri) ensiz zolaq şəklində uzanaraq İran ərazisinə keçir. Bu təbə­qə əsasən bazaltın və andezit-bazaltın çeşidlənməmiş brekçiyalarından ibarətdir. Nisbətən tam kəsilişi Kosmolyan çökəkliyində və Kocavu­çayın hövzəsində qeyd olunur, təbə­qənin qalınlığı 325-420 m arasında dəyişir.

Alt Eosenin pikrit-traxibazaltların və leysit bazanitlərinin lava və piroklastitləri qatı Kosmolyan çökəkliyində Kocavu­çayın üst hissəsini əhatə edir, cənuba isə bu qat Talış silsiləsinində lokal yayılmışdir, kəsilişin alt hissəsində pikrit-traxibazaltların kü­rəvari lavalarından və avgit tuflarından təşkil olunmuşdur. Yuxarıda leysit bazalt­ları­nın lava və tufları, vulkauik brekçiyalar yatır və kəsiliş qalınlığı 15 m- ə çatan traxi­do­leritlərin kürəvari lavaları ilə tamamlanır. Bu təbəqənin ümumi qalınlığı “Qoveri” vulkanik mərkəzində 440 m- ə çatır.

Orta Eosenin çökmə-vulkanogen qatı Kosmolyan çökəkliyində yayılmışdır, şi­mal-qərbdə Pirasor kəndindən cənub-şərqdə Mistan kəndinə kimi zolaq şəklində uza­nır. Geoloji əddəbiyyada Diviqaç lay dəstəsi (V.P.Renqartenin, 1958) adı ilə məlum­dur. Bu qat kəsilişin alt hissəsində gobuddənəli tufogen qumdaşından, orta hissəsində tufogen alevrolitlərdən ibarətdir, üst hissəsində isə tufogen çinqıllar və konqlomerat təbərələri iştirak edir.

Orta Eosenin traxiandezitlərin və traxiandezit bazaltların vulkanik brekçiyaları qatı Talışın mərkəzi hissəsində uisbətən geniş, cənub hissəsində isə nisbətən az yayıl­mışdır. Geoloji əddəbiyyada Kosmolyan lay dəstəsinin üst hissəsini təşkil edən qat kimi məlumdur. M.A.Bağmanov tərəfindən orta Eosenin vulkanogen qatı kimi ayrılır.

Cənub-şərqdə bu təbəqə qst Təbaşir-Paleosnin tufogen-çökmə qatının üzərinə transqressiv yatır və Astara qalxımının şimal-şərq ətrafını aydın ifadə edir. Bu tek­tonik zonanın boyunca üst Təbaşir bünövrəsinin əhəngdaşı qayma və linzaları qeyd olunur. Bu təbəqənin tərkibində traxiandezitlərin vulkanik brekçiya təbəqli av­to­klastit lavalarının növbələşməsi qeyd olunur, qalınlığı 245 m- dən (cənub-şərqdə) 410 m- ə qədər (mərkəzi hissədə) dəyişir və uzaq şimali-qərbdə 180 m- ə qədər azalır.

Üst Eosenin traxibazalt subformasiyası çökmə-tufogen filiş qatına, leysit traxi­an­dezitləri və traxiandezit-bazalt porfiritləri qatına, vitrobazalt qatına, tufogen-çökmə qatına ayrılır. Qeyd olunan bu qatlardan birinci ikisi əsasən Talışın mərkəzi sonuncu ikisi isə Talışın şimal-qərb hissəsində yayılmışdır, Veşaryu, Koncavuçay və Vilyaş çaylarının hövzələrini əhatə edir.

Çökmə-tufogen filiş qatı Lerik çökəkliyinin cənub-qərb sahilində şimal-qərb is­ti­qamətdə ensiz zolaq şəklində müşahidə olunur. Bu qat V.P.Renqartenin tərəfindən Neslin lay dəstəsi adlanır. Onun yaşı P.P.Avdusin tərəfindən orta Eosen, K.A.Ali-za­də və D.M.Xalilov tərəfindən orta-üst Eosen, M.A.Bağmanov və Ş.A.Əzizbəyov tərə­findən isə üst Eosen kimi göstərilir.

Altda yatan vulkanogen çöküntülərin üzərində transqressiv yatan bu qatın alt his­səsində qalınlığı 35-80 m- ə çatan bazal konqlomeratı yatır. Bu qatın Veşaryu ça­yı­­­nın hövzəsində maksimal qalınlığı 800 m olub, şimalı-qərbdə Koncavuçay hövzə­sin­­də 600 m- ə qədər azalır və Dıman kəndi rayonunda 300 m təşkil edir. Litofasial xüsusiyyətinə və petroqrafik tərkibinə görə bu qatın tərkibində üç horizont ayrılır (aşa­ğıdan yuxarı): alevrolitli-tufogenqmmdaşı (155-300 m), əhəngli-mergelli-alevritli flişoid (200-250 m), tufogen qumdaşı (120-130 m).



Leysit traxi­an­dezitləri və traxiandezit-bazalt porfiritləri qatı (V.P.Renqartenə gö­rə Peştasar lay dəstəsi). Bu qat da Lerik çökəkliyinin cənub-qərb sahilində izlənilir, üst Eosenin çökmə-tufogen qatının üzərində transqressiv yatan bu qatın alt his­səsində bazal konqlomeratı yatır. Onun tərkibində traxiandezit-bazalt axınları, vulkanogen brek­­çiya, lapilli tufları iştirak edir, üst hissədə leysit traxi­an­dezitləri qeyd olunur, nis­bətən tam kəsilişi Koncavuçay hövzə­sin­­də qeyd olunur, qalınlığı 1,0-1,2 km- ə çatır, şimali-qərbdə, Allar kəndi sahəsində onun qalın­lığı 150-200 m- dir.

Üst Eosenin tufogen-çökmə qatı (V.P.Renqartenə gö­rə Arkevan lay dəstəsi). Lən­kəran sinklinoriumunda və Burovar antiklinoriumunda iştirak edir. Fauna ilə sə­ciy­yə­lənən bu qat bütün tədqiqatçılar tərəfindən üst Eosenə aid olunur. Onun qalınlığı 290 m- dən (şimali-qərbdə- Axtaxana kəndi) 940 m- ə qədər (şənub-şərqdə- Vilyaş­ça­yın hövzəsində) dəyişir. Litofasial xüsusiyyətlərinə görə tərkibində üç horizont ayrı­lır: alevrolitli-tufogenqumdaşı (97-389 m), tufogenqumdaşılı-alevritli (145-240 m), tu­fo­genqumdaşı (170-450 m).

Üst Eosenin subqələvi vitrobazaltlarının və fenolitlərinin piroklastitləri yalnız Talışın şimal-qərbində Yardımlı çökəkliyinin daxilində yayılmışdır və Vilyaşçayın, Çay-Uzi və Peştəsərçayın yuxarılarında yastı monoklinal yatıma malikdir. Bu qat üst Eosenin müxtəlif vulkanogen və tufogen-çökmə qatının üzərində yatır və Maykop lay rəstəsinin çöküntüləri ilə örtülmüşdür. Bununla əlaqədar olaraq, onun yaşını gec Eo­se­­­nə aid edirlər. Təbəqənin qalınlığı şimal-qərbdə 650 m olub, cənub-şərqdə 100 m- ə qədər azalır və Allar kəndində tam pazlaşır, lava və piroklastitlərdən təşkil olunmuş­dur. Bu vulkanogen qatda tədqiqatçılar tərəfindən 4 horizonta ayrılır: bazalt tufları (40-50 m), bazalt lavalarının kiçikqaymaları (280-310 m), bazaltların bomba-şlak tuf­ları (150 m), vitrobazaltların kürə-qayma lavaları (80-120 m).

Alt molas formasiyası (Oliqosen-alt Miosen) Talışın şimal-qərbində Yardımlı və Cəlilabad çökəkliyinin daxilində yayılmışdır, üst Eosen çöküntülərinin üzərində qeyr-uyğun yatır. Talışın Oliqosen-alt Miosen çöküntüləri (Maykop seriyası) bir çox tədqi­qatçılar (P.P.Avdusin, V.P.Kutsev, M.O.Qutman, Ş.F.Mehdiyev, A.Q.Aliev, E.A.Da­id­be­kova və s.) tərəfindən öyrənilmişdir. A.Q.Aliev, E.A.Daidbekova Maykop çö­kün­tülərini iki horizonta ayırır: alt gilli-qumlu və üst qumlu-gilli. Gilli-qumlu hori­zont Vilyaşçayın hövzəsində nisbətən tam kəsilişə malikdir. Litoloji tərkibcə gil və alev­rolitlərdən ibarətdir, xırda- və ortadənəli qumdaşı araqatlarına rast gəlinir, qalın­lı­ğı 475 m- dir. Qumlu-gilli horizont gil, qumdaşı az qlınlıqlı mergellərin ritmik növbə­ləşməsindən ibarətdir, üst hissəsində tufogen qumdaşı qatlarının qalınlığının artması müşahıdə olunur. Horizontun qalınlığı 800 m- dir.

Orta və üst Miosen çöküntüləri Talışın şimal və şimal-qərb hissəsində öyrənil­miş­dir, Torton (Tarxan, Çokrak, Karaqan və Konq horizontları) və Sarmat mərtəbələ­ri­nə ayrılır. Bu çöküntülər Yardımlı çökəkliyində Perembel kəndi sahəsindəmüşahidə olunur. Burada onlar Oliqosen-alt Miosen çöküntülərinin üzərində eqeyri-uyğun ya­tır. Burovar antiklinoriumunun cənub-şərq sahili boyunca isə onlar Maykop seriyası ilə tektonik kontaktda yerləşir.

Orta Miosen lay dəstəsi (Torton mərtəbəsi) şimal-qərbi dağətəyi hissədə, kresul quyularının kəsilişində dəqiq müəyyən olunmuşdur, Tarxan, Çokrak, Karaqan və Konq horizontlarına ayrılır, qalınlığı 500-540 m-dir. Məlikqasımlı silsiləsi sahəsində və Talaçay boyunca yer səthinə çıxır. Burada Tarxan horizontu konqlomerat, şistvari kar­bonatlı, qalınlığı 20 m-ə çatan qumdaşı və mergel araqatlarına malik gillərdən ibarətdirr. Çokrak horizontu qalınlığı 400 m- ə çatan qumlu-gilli fasiyadan; Karaqan ho­rizontu qalınlığı 400 m- ə çatan gillərdən, gilli qumdaşından; ümumi qalınlığı 70-80 m arasında dəyişən Konq horizontu gillərdən, alevrolitli gillərdən, qumlu-alev­ro­lit­li gillərdən təşkil olunmuşdur.

Üst Miosen lay dəstəsi (Sarmat mərtəbəsi) Talış qırışıqlıq sisteminin şimal-şərq və şimal-qərb hissələrində yayılmışdır, Talaçay, Balaçayın dərələrində yer üzərinə çı­xır və Novoqolovka, Tumarxanlı, Qermeli və s. kəndlərin yaxınlığında qazılmış qu­yu­ların kəsilişində müəyyən olunmuşdur, hər üç şöbə ilə təmsil olunur ki, bunlardan da orta şöbə nisbətən tam izlənilir.

Alt Sarmat dayaz dəniz fasiyasından- qalınlığı 200 m- ə çatan əhəngli qumdaşı araqatlarına malik gillər və mergellər ibarətdir.

Orta Sarmat çöküntüləri kifayət qədər böyük sahəni əhatə edir, cənub-şərqdən şimali-qərbə genişlənir. Ağdaş, Lazran, Sedibazar kəndlərinin kəsilişində (Göytəpə ça­yı boyunca) orta Sarmat çöküntüləri qumdaşlarından, əhəngdaşlarından konqlome­ratlardan ibarətdir, şimali-şərq istiqamətdə dərin dəniz fasiyaları (qumdaşı və mergel araqatlarına malik əhəngli gillər) meydana çıxır, ümumi qalınlığı 450 m- dir.

Üst Sarmat çöküntüləri Lənkəran vilayətinin şimal hissısində, Tumarxanlı, Qer­me­li kəndlərinin yaxınlığında və Novoqolovka kəndində dərin quyularla müəyyən olun­muşdur, ümumi qalınlığı 120 m- ə çatan az qalınlıqlı xırda- və ortadənəli qum­daşı araqatlarına malik gillərdən ibarətdir.

Pliosen çöküntüləri (Ağcagil mərtəbəsi) Novoqolovka, Qermeli və s. kəndlərin­də qazılmış quyuların kəsilişlərində müəyyən olunmuşdur, dəniz fasiyasından ibarət­dir. Üst Sarmat çöküntülərinin yuyulmuş səthi üzərində yatır, qalınlığı 200 m- dir.

Dördüncü dövr çöküntüləri (Ağcagil mərtəbəsi) ərazirə geniş yayılmışdır və aşa­ğı­dakı təbəqə və qatlara ayrılır:

  • Qədin Qəzər dəniz çöküntüləri- Talışın düzənlik hissəsində, Xvalın mərtəbə­sinin çaqıl daşlarından ibarət olan, terraslar formasında yayılmışdır;

  • Bakı mərtəbəsinin kontinental çöküntüləri, Vilyaşçayın yuxarı hissələrində çay terraslarını təşkil edir;

  • Müasir çöküntülər- Lənkəran düzənliyinin kifayət ərazisini əhatə edir, dağlıq hissədə allyuvial-dellyuvial törəmələrdən təşkil olunmuşdur.




Yüklə 412,58 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin