4. Qarabağlar travertin yatağı. Bu yataq Şərur rayonunda, Qarabağlar kəndindən 1 km şimal-şərqdə yerləşir. Yatağın sahəsi 1 kv km-dir. Faydalı qalınlığı 15-40 m-dir. Yatağın blok çıxımı 58% olub, 1 m3 blokdan 17,2 kv km üzlük plitə alınır. Yataq 1984-cü ildən istismar olunur.
5. Oğlanqala mərmərləşmiş əhəngdaşı yatağı. Bu yataq Şərur rayonu ərazisindədir. Şərur dəmiryol stansiyasından 8 km şimal-şərqdə yerləşir. Faydalı qat xırda və orta dənəli olub, müxtəlif istiqamətli kalsit damarları ilə kəsişir. Co-nin miqdarı 51,8% təşkil edir.