Azərbaycanın geologİyası I mühazİrə



Yüklə 412,58 Kb.
səhifə80/82
tarix02.01.2022
ölçüsü412,58 Kb.
#34969
növüTədris planı
1   ...   74   75   76   77   78   79   80   81   82
C fakepathMühazir - 1-10- Az rb. geol. 2020

10.3. Geoloji inkişaf tarixi


Kür-Cənubi-Xəzər meqaçökəkliyinin (KCXMÇ) müasir ərazisi Tetisin kompen­sa­siya olunmamış əyilmə ilə səciyyələ­nən dərin sulu hissəsi olmuşdur.

Gec Yura-erkən Təbaşirdə yuxarıda qeyd olunan adalar qövsü Qafqazın Hersi­nid­ləri ilə tokquşmuş və nəticədə kənar də­niz parçalanmışdır. Bu zaman Yu­ranın terrigen çökün­tü­­ləri as­pid şistlərinə çevrilmişdir. Yura-erkən Təbaşirdə İran qitəsi­nin qeyri-fəal ətrafı ilə Kiçik Qaf­qaz sialik bloku ara­sında ada­lar qövsünün olması eh­timal olunur (A.L.Knipper, 1971).

Erkən Təbaşir zamanı analoji şərait saxlanılır, gec Təba­şir­dən eti­ba­rən isə Alp qırışıqlıq əyalətinin inkişafının Yura-er­kən Təbaşir dövrü üçün səziy­yə­vi olan dartıl­ma sıxılma ilə əvəz olunur. Bunun nəticəsində Böyük və Kiçik Qaf­qazın da­xi­lində qalxım zonaları formalaşır. A.P.Knipperin fikirincə gec Tə­başirin so­nunda Tetis okea­nı vahid və geniş bir struktur kimi özünün mövcudluğunu dayan­dı­rır və onun yerində qitə tip qa­bı­ğa malik əyalət formalaşır. Qeyd olunan bu fikir bir sıra təd­qiqatçılar tərəfindən də təsdiq olunur (L.P.Zonenşayn, 1948).

Cənubi-Xəzər meqaçökəkliyinin Kaynozoy inkişaf mər­hə­­ləsi ətrafda yerləşən iri litosfer plitələrinin qarşılıqlı təsiri al­tin­da olmuşdur. Bu zaman Afrikadan ayrılan Ərəbistan plitəsi iti­bucaqlı hissəsi ilə Avrasiya ilə tokquşmiş, bir sıra mikro­pli­tə­lər- Türkiyə, Qaradəniz, Cənubi-Xəzər və s. əmələ gətirmişdir.

İran və Qaraqum mikro plitələri Ural-Oman və Qəribi-Turkmənistan transform qırılmaları ilə hüdudlanır. Qədim Ko­pet­dağ və Messerian zonaları arasından keçən Qərbi-Turkmə­nis­tan qırılması Qaraqum mikro plitəsini Cənubi-Xəzərdən ayı­rır. Cənubi-Xəzər plitəsininin şimal sərhəddi hazırda Pliosen çö­küntülərinə görə Pri­­bal­xan zonasına müvafiq gələn tikiş zo­na­sı olmuşdur.

Abşeron-Balxanyanı qalxım zonasının formalaşması, çox ehtimal ki, Pliosen qa­bı­ğı Cənubi-Xəzər plitəsinin Orta Xəzərlə tokquşması nəticəsində əmələ gəlmişdir. Balxanyanı zonada qa­zılmış quyuların məlumatlarına əsasən Miosen çöküntülərin­də layların meyl bucağının çox olması (50-900) deyilən fikiri təs­diq edir.

Pliosen zamanının sonunda hərəkətin istiqaməti şimaldan qərbə dəyişir və Qara­qum plitəsi Cənubi-Xəzərə yaxınlaşir.

Paleogen zamanı Böyük və Kiçik Qafqazda və Elbursda ar­tıq kifayət qədər qu­runun olmasına baxmayaraq, Xəzər daxi­lin­də dəniz hövzəsi saxlanılmışdır.

Paleogen zamanı Cənubi-Xəzər, Kür, Qərbi Türkmənis­tan çökəkliyi və Xəzərin nisbətən şimal sahələri ilə birlikdə va­hid hövzə təşkil etmişdir və burada əsasən ter­ri­gen mənşəli alt molas çöküntüləri toplanmışdır. Toplanan çöküntülərin qlın­lı­ğı­nın və li­to­fa­sial tərkibinin xüsusiyyətinə görə, bu nisbətən də­­rin sulu çöküntü ilə kompen­sa­siya olunmayan hövzə olmuş­dur. Paleogenin sonunda Abşeron astanası Böyük Qaf­qaz və Ko­petdağla birlikdə nisbətən qalxmış sahə olmuş və Cənubi-Xə­zəri Orta Xə­zər­dən ayırmışdı.

Oliqosen-alt Miosen zamanı (Maykopda) Xəzər dənizinin böyük hissəsinin da­xi­lində dərin dəniz mənşəli Maykop dəs­tə­si­nin çöküntüləri toplanmışdır. Bu zaman Qafaz, Kopetdağ, El­burs dağlıq sisteminin və Skif-Turan plitəsinin (o cülədən Orta Xəzərin) kifayət qədər hissəsi qalxmaya cəlb olunur. V.E.Xai­nin göstərdiyi kimi qalx­manın Qafqazın kifayət qə­dər hissəsini əhatə etməsi nəticəsində Orta Xəzər çö­kək­­liyi kənar çökəklik­lə­rə xas olan xüsusiyyət almışdır.

Oliqosen-alt Miosen zamanı CXÇ- də nisbətən dərinsulu dəniz hövzəsi möv­cud­luğunu davam etdirmişdir. Dərinsulu CXÇ- ni OXÇ- dən ayıran Abşeron-Balxan­yanı qalxım zonası sədd rolunu oynamışdır. Cənubi-Xəzərin ətrafında əsasən dəniz mənşəli terrigen çöküntülərin yayılması orta və üst Miosen za­ma­nı CXÇ- də çö­küntü­toplanmanın dəniz şəraitində baş ver­di­yini göstərir.

Miosendə Böyük və Kiçik Qafqaz, Talış, Elburs və Ko­pet­dağ Alp dağlıq qırı­şıq­lıq sis­te­minin silsilələri intensiv qalx­mış və CXÇ- ni kifayət qədər miqdarda miq­darda qı­rıntı mate­rialları ilə təmin etmişdir.

Miosenin sonunda CXÇ ətrafında olan Kopetdağın, Bö­yük Qafqazın, Talışın, El­­bur­­sun batımını əhatə edir. Bu zaman qırışıqlıq hərəkətləri Abşeron-Balxanyanı qalxım zona­sında və CXÇ- in digər kənar zonalarında da qeyd olunur.

Sarmat əsrinin sonunda reqressiyanın inkişafı başlayır və Pliosenin əvvəlinə kimi (Meotis, Pont) davam etmişdir. Bu za­man dəniz dibinin relyefində banka və adalar for­masında əks olu­nan ayrı-ayrı lokal qırışıqlar formalaşır. Böyük Qafqazın fə­al qalx­ması qərbdə davam etmişdir. E.E.Milanovskinin məlu­mat­larına görə (1968) Bö­yük Qafqazın Mərkəzi və Şərq seq­mentlərinin yüksərliyi erkən Pliosenin sonunda 2-2,5 km- ə çat­­mışdır.

Pontun sonu və erkən Pliosendə Xəzər dənizinin səviy­yəsi kəskin aşağı düşmüş­dür və su kütləsi əsasən CXÇ- də top­lanmışdır. Şimali-Abşeron çökəkliyinin (ŞAÇ) ərazisi və OXÇ- in böyük hissəsi zəif ifadə olunan quruya çevrilmişdir. Paleo­vol­­qa­nın və digər çayların eroziya bazisinin enməsi ilə əlaqədar olaraq, onların dərələri kifayət qədər dərinləşmişdir. Bununla əlaqədar olaraq, hövzənin sərhəddi genişlən­miş, ter­rigen çö­kün­tülərlə dolmuşdur.

Mövcud materialların analizi nəticəsində müəyyən olun­muşdur ki, Pont-erkən Pliosenin sərhəddində alt Pliosenəqədər qırışıqlıq strukturları qismən nivelirlənmiş və denudasion düz­lən­mə səthi yaranmışdır. Zaman kəsilişlərinin analizinin nəticə­lə­ri də qalxma tektonik hərəkətlərin olmasını təsdiqləyir (P.Z.Məm­mədov, 1988).

Erkən Pliosenin əvvəlində Məhsuldar qat hövzəsinin trans­qressiyası baş verir və ətaf ərazilər yenidən dənizlə örtü­lür. Bu zaman əlverişli paleocoğrafi şəraitin üstün­lük təşki et­mməsi MQ- ın ritmik növbələşən qumlu-gilli çökün­tü­lərinin top­lanması üçün şərait yaratmışdır.

Pliosen zamanı Xəzər dənizi Tetisdən tam və ya qismən təcrid olunmuş hövzə­dən ibarət olunmuş, Cənubi və Orta Xə­zər çğkəklikləri intensiv əyilmişdir. Xəzər də­nizinin inkişafın­da nisbətən səciyyəvi mərhələ erkən Pliosen olmuşdur. Bu za­man Xəzər submeridional istiqamətdə uzanan daxili su tutumu hövzəsi olmuşdur və onun in­ten­siv əyilməsi Cənubi-Xəzərdə ol­­­muşdur. Xəzərdə maksimal reqressiya ətraf dağ­lıq sa­hə­lərin fəal qalxmasına uyğun gəlir.

Ağcagil və Abşeron zamanı Xəzərdə davam edən trans­qressiya Ağca­gil­də maksimuma çatmış və dəniz uzaq şimala irəliləmişdir. Meredional istiqamət alan dəniz hövzəsi Ab­şeron əsrində müasir dövrdəkinə yaxın vəziyyət almışdır. De­­­mək olar ki, tam təcrid olunmuş daxili hövzə kimi Xəzər ozünün birinci transqressiv inkişaf mərhələsini başa vurmuş­dur.

Abşeron və Antropogenin sərhəddində Xəzər dənizində böyük reqressiya baş verir, dənizin səviyyəsi müasir dövrdə­ki­nə nisbətən 300 m aşağı düşür.

Dördüncü dövr zamanı Xəzər dənizi əsasən Qara dəniz­dən və ümumiyyətlə dün­ya ökeanından təcrid olunur. Şimal ya­rımkürəsində iqlim dəyişkənliyi ilə əlaqədar olaraq, hövzə trans­qressiya və reqressiyanın növbələşməsi ilə səciyyələnir. Baş­lıca olaraq Pliosen zamanından əsx olunan tektonik pro­ses­lər də fəal təzahür etmişdir. Bu zaman CXÇ- in Abşeron-Bal­xanyanı qalxım zonasından cənubda və Türkmənistan struktur terrasında nisbətən intensiv əyilmə baş vermişdir.

Geosinklinal sahildə tektonik qalxma hərəkətlərinin yeni təkanları və Dördüncü dövr zamanı çökəkliyin mərkəzi hissədə baş verən əyilmə Pliosen çöküntülərinin qı­rış­masına və qırışıq­la­rın tağında Məhsuldar qatın üst hissəsinin və Dördüncü dövr çöküntülərinin yuyulmasına səbəb olmuşdur. Beləliklə, möv­cud materialların, tədqi­qat işlərinin nəticələrinin ümumiləşdiril­mə­si L.İ.Lebedevin submeridional zonallı­ğın suben istiqamətin üstündə qondarma xarakter daşıması fikiri ilə tam razılaşmaq olar.

Tetisin Qafqaz-İran hissəsinin inkişafı ilə əlaqədar ola­raq Xəzərin Mezokay­no­zoy inkişaf tarixini geodinamik xüsu­siy­yətlərinə görə iki mərhələyə ayırmaq olar.

Birinci okean (Yura-erkən Təbaşir)- Dartılma şəraitində formalaşan Tetis oke­an tipli qabıqla səciyyələnir. Bu mərhə­lə­də dərin sulu sahələr müasir dövrdə en istiqa­mətdə uzanan Cə­nubi-Xəzər, Xəzər depressiyası və Qara dənizin muvafiq gəl­mişdir. Dərin sulu sahələrin şimal ətrafı boyunca kifayət qədər qalınlığa malik terrigen və ter­rigen-karbonat qatı toplanmışdır. Böyük Qafqaz geosinklinalı və Abşeron-Balxan­yanı qalxım zo­na­sında üzvi maddələrlə zəngin intensiv çöküntütoplanma qeyd olu­nur. Çox ehtimal ki, bu sahələr qitə yamacına uyğun gəl­miş­dir. Dartılma mərhələsin­də şaquli tektonik hərəkətlər qitə ya­ma­cı boyunca, böyük çöküntütoplanma sahələ­rin­də daha inten­siv göstərmişdir.

İkinci mərhələ gec Təbaşir-Antropogen zamanını əhatə edir və iki yarımmər­hə­lə­yə ayrılır. Birinci yarımmərhələ (gec Təbaşir-Miosen)- ərazinin tədricən genişlən­mə­si ilə səciyyələ­nir. Gec Təbaşirdə və Paleogendə Böyük və Kiçik Qafqaz, onun­la qovuşan qırışıqlıq sistemləri dəniz çuxuru ilə ayrılan iki adalar qövsü sistemi əmələ gətirmişdir, Orta Xəzər isə kənar hövzələrin analoqu olmuşdur (V.E.Xain, 1975).

Sıxılma nəticəsində geosinklinal çökəkliklər qapanır və bunun nəticəsində Qaf­qazın ərazisi və onun ətraf hissələri ümu­mi qalxmaya başlayır. Pliosendə Qafaqzın qonşu yəhərlərində nəhəng qalxma və onunla qovuşan əyilmə nəticəsində kifayət qə­­dər reqressiya baş verir və onu daxili su hövzəsinə çevirir.

İnkinci yarımmərhələ (Pliosen-Antropogen)- Xəzər epi­kon­tinental su hövzəsi ki­­mi inkişaf edir, onun inkişaf tarixində reqressiyalarla ayrılan bir sıra transqressiv tsikllər ayrılır. On­lar­dan ən uzun müddətlisi erkən Pliosen, Ağcagil və geniş req­res­siyalı Bakı qabağı hesab olunur. Ən qısa müddətli tsikillər Antropogen üçün səciy­yəvidir.

Gec orogen yarımmərhələ (Pliosen-Dördüncü dövr) ər­zin­də Böyük Qafqaz qırı­şıqlıq sistemi 2,5-3,0 km qalxmışdır. CXÇ- də Kaynozoydan başlayan enmə hərəkət­ləri Antropo­gen­də 2 m/min ilə kimi artmışdır. A.B.Nikişinin (1989) məlumat­la­rına görə son 10-15 min il ərzində Böyük Qafqaz dağlıq sis­teminin qalxması 2,5-3,0 km, CXÇ- in enməsi isə 10 km- dən çox olmuşdur.



Yüklə 412,58 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin