Zəngəzur horst qalxımı. Ordubad (cənub-qərbdən) və Nyuvari-Dibanlin (şimal-şərqdən) dərinlik qırılmaları ilə qaldırılmış və demək olar ki, təmamilə Ermənistanin və İranın ərazində yerləşir. Zəngəzur qalxımının bünövrəsi kəskin dislokasiyaya (pozulmaya) məruz qalmış stratiqrafik cəhətdən Kembriyəqədər-Kembri yaşlı metamorfik süxurlardan (qneyslər, şistlər, amfibollar və.s) təmsil olnmuşdur. (Ş.A.Əzizbəyov 1968; Ş.A.Əzizbəyov, M.İ.Rüstəmov 1968; M.İ.Rüstəmov 1968). Zəngəzur horst qalxımında Kembriyədək Eosenə kimi süxur komleksi Ordubad sinklinorisinə nisbətən Oliqosendən sonra və Miosenə qədər yaşa malik olan Mehri-Ordubad batoliti ilə parçalanmışdır.