Abşeron-Balxanyanı qalxım zonası. Cənubi-Xəzərin yüksək perspektivliyə malik olan sahəsi hesab olunur. Bu zonanın cənub antiklinal xətti də perspektivlidir. Burada həm şərqdə, həm də qərbdə neftqaz yataqları aşkar olunmuşdur. Bu antiklinal xətti cənubdan layların qalxımı istiqamətində daxil olan karbohidrogenlər üçün təbii tələ rolunu oynayır və Cənubi-Xəzər çökəkliyinin şimal hissəsini əhatə edir. Bu baxımdan Abşeron-Balxanyanı zonanın cənub antiklinal xəttinin bütün strukturları yüksək perspektivliyə malik olacaqdır.
Neft-Daşları, Günəşli yataqlarının bilavasitə yaxınlığında yerləşən və Abşeron-Balxanyanı zonanın Əşrəfi-Dan Ulduzu-Qarabağ qırışıqlarından ibarət olan, şimal antiklinal xətti də perspektiv sahələrdəndir. Abşeron yarımadasında olduğu kimi bu sahədədə Abşeron tip formasiyaya malikdir.
Cənubi-Abşeron zonasında ən böyük qalxım Şahdəniz hesab olunur.
Aşağıkür-Ənzəli neftqazlı sahəsi həm Kür depressiyasını, həm də Bakı arxipelağını əhatə edir. Burada neftlilik-qazlılıq geniş stratiqrafik diapazona malik olub, Təbaşirdən (Muradxanlı) Abşeron mərtəbəsinə (Neftçala) kimi çöküntü komplekslərini əhatə edir.
Bakı arxipelağının iki şimal antiklinal xəttində MQ- ın V, VII, VIII horizonntları ilə əlaqədar olan sənaye karbohidrogen yığımları aşkar olunmuşdur.
Dostları ilə paylaş: |