Azərbaycanın geologİyası I mühazİrə


Azərbaycan ərazisinin Geoloji öyrənilmə tarixi



Yüklə 412,58 Kb.
səhifə2/82
tarix02.01.2022
ölçüsü412,58 Kb.
#34969
növüTədris planı
1   2   3   4   5   6   7   8   9   ...   82
C fakepathMühazir - 1-10- Az rb. geol. 2020

1. Azərbaycan ərazisinin Geoloji öyrənilmə tarixi
Azərbaycanın ərazisində yaşayan xalqlar bu ərazidə yayılmış faydalı qazıntılar­dan qədim zamanlardan istifadə etmişlər. Belə faydalı qazıntılardan ən çox insanları maraqlandıran neft və karbohidrogen qazları kimi çox faydalı qazıntılar hesab olunur. Ona görə də insanlar neft və qazdan çox qədimdən istifadə etmişlər. Məsələn, Nafta­lan neft XI əsrdən insanlara məlum idi. Naftalan neft yatağı Kiçik Qafqazın cənubi- şərq qurtaracağında yerləşir. Kiçik Qafqaz özünün faydalı qazıntıları ilə həmişə diq­qə­ti cəlb etmişdir. Burada neft və qaz kimi qiymətli faydalı qazıntılarla yanaşı mis, də­­mir filizi, qızıl və s. kimi faydalı qazıntılar da geniş yayılmışdır.

Ümumiyyətlə Azərbaycanın geologiyasının öyrənilməsi 200-220 ildən artıq tari­xə ma­lik olub aşağıdakı öyrənilmə mərhələlərinə ayrılır.



Birinci mərhələ- XVIII əsrin sonu XIX əsrin birinci yarısını əhatə edir. Bu mər­hələdə ilk də­fə olaraq rus ekspedisiyalarının Qafqaza daxil olması ilə diqqəti çəkir. O zaman eks­pe­disiyanın Qafqaza gəlməsini M.Lomonosov təklif etmişdir.

XIX əsrin 30-cu illərində Fransız tədqiqatçısı F.Dyuba de Monlere Qafqaza gəl­miş və uzun müddət orada işləmişdir. Onu Qafqazın geologiyasını öyrənən pionerlər­dən (ilkin tədqiqatçılardan) hesab etmək olar. 1825-1826-cı illərdə E.Eyxvold Azər­bay­canda öz tədqiqat işlərini aparmışdır. 1827-ci ildə dağ mühəndisi H.Voskoboyni­kov da Azərbaycanda olmuş və müəyyən tədqiqatlara məşğul olmuşdur.



İkinci mərhələ. Bu mərhələ Azərbaycanda uzun müddət olmuş və məhsuldar el­mi işlər aparmış (1844-1876 illər) Q.V.Abixin adı ilə bağlıdır. O, Qafqazın bir çox ra­yon­larında olmuş, xüsusilə Kiçik Qafqazda işləmişdir. Çox haqlı olaraq tədqiqatçı­lar onu “Qafqazın geologiyasının atası” hesab edirlər. Q.V.Abix 1844-1877-ci ilə ki­mi Azərbaycanda olmuş və onun bir çox əra­­zi­ləri­nin öyrənilməsi ilə əlaqədar elmi tədqi­qat işləri aparmışdır.

Üçüncü mərhələ- Q.V.Abixdən sonrakı dövr adlanır. Bu mərhələdə də Qafqaza xarici geoloqların gəlməsi davam edirdi. 1897-ci ildə Andreev öz tədqiqat işlə­rinə baş­­­lamışdır. Bu dövrdə, yəni 1870-1900-cu illərdə Azərbaycanda neft geolo­giya­sı ilə bir qrup rus tədqiqatçıları məşğul olmuşlar: N.İ.Adrusov, C.K.Kvitka, H.İ.Lebedyev, A.N.So­rokin və başqaları.

Dördüncü mərhələ- XIX və XX əsrlərin sərhədlərinə təsadüf edir və təd­qiqat işlərinin daha da genişlənməsi ilə səciyyələnir. Bu mərhələdə D.V.Qolubyatnikov, İ.M.Qubkin, K.İ.Boqdanoviç, N.Q.Volaroviç, K.P.Kalitskiy, C.Ko­vo­levskiy, A.N.Rya­bi­bin, N.İ.Uşeykin və b. geniş tədqiqat işləri apar­mışlar. Sonuncu tədqiqat­çı­lar Azərbaycana gəlməklərində məqsəd neft sənayesi­ni inkişaf etdirmək idi. Bu ba­xım­dan İ.M.Qubkinin xidmətləri daha böyükdür.

Beşinci mərhələ- XX əsrin birinci yarısına təsadüf edir. 1930-cu ildə Qafqazın 1:1000000 miqyasında ilk geoloji xəritəsi tərtib olundu. Bu mərhələdə 10-11 il ərzin­də (1926-1930) Azərbaycan ərazisinin əsas hissəsi iri miqyaslı geoloji xəritəalma iş­lə­­­ri ilə tam əhatə olunmuşdur. Əksər perspektivli sahələrdə dəqiq xəritə alma işləri apa­rılmışdır.

1932-1933-cu Azərbaycanda geofiziki geofiziki üsulların geniş tətbiqi dərində yatan çökmə qatının tektonik quruluşlarınının öyrənilməsində mühüm rol oynamışdır.



Altıncı mərhələ- XX əsrin ikinci yarısından müasir dövrə kimi olan zamanı əhatə edir. Bu mərhələnin əvvəllərində Azərbaycanin bütün ərazisi və Cənubi-Xəzər çökək­liyinin əksər hissəsi müxtəlif miqyaslı qravimetrik planaalma ilə örtülmüşdür. Dağ­ətə­yi və düzənlik sahələrin tektonik quruluşu 1:200 000, 1:100 000 və bəzi sa­hə­lərdə 1:25 000 miqyaslı seysmik kəşfiyyat işləri ilə öyrənilmişdir. Bu dövrdə müxtəlif fay­dalı qazıntılar üzrə axtarış və kəşfiyyat işləri daha geniş­lənir. Artıq ölkəmizdə neft sə­na­yesi həm dənizdə, həm də quru sahələrdə kəşf olun­muşdur. Dəmir filizi, mis, qı­zıl, yanar şistlər və s. yataqlar aşkar olunmuşdur.


Yüklə 412,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin