Azərbaycan ərazİsİnİn tektonİk rayonlaşdırılması Azərbaycan ərazisi kifayət qədər mürəkkəb tektonik quruluşa malik olub, bir sıra birinci, ikinci və üçüncü dərəcəli geostruktur elementlərə ayrılır:
Azərbaycan ərazisində ayrılan əsas tektonik vahidlər
Şimali Abşeron arxipelaqı: Şimali Abşeron çökəkliyi, Şimali Abşeron qalxımlar zonası.
Mərkəzi Abşeron arxipelaqı: Pirallahı-Gəlgör çökəkliyi, Abşeron-Çələkən qalxımlar zonası.
Cənubi Abşeron arxipelaqı: Abşeron-Qızılqum çökəkliyi, Ələt-Aydak (Ogurçınsk) qalxımlar zonası.
Azərbaycanın ərazisidə yerləşən əsas struktur vahidləri Böyük Qafqaz meqantiklinoriumu, Kür dağlarası çökəkliyi və Kiçik Qafqaz meqantiklinoriumdur.
Böyük Qafqaz meqantiklinoriumu mürəkkəb quruluşlu struktur olub, daxilində qədim strukturlarla yanaşı, cavan törəmə strukturlar da yerləşir. Böyük Qafqaz antiklinoriumunun bütün strukturları Girdiman çayında kəskin bataraq, şərqdə Xəzər sahillərində periklinal şəklində qapanır. Şamaxı-Qobustan sinklinoriumu sahəsində Vəndam antiklinoriumunun gömülmüş davamı Yavandağ-Sanqaçal ağırlıq qüvvəsi maksimumu hesab edilir. Burada, Girdiman və Ağsu çayları arasında Maykop çöküntüləri üzərində qalın (1500 m) Dübrar fasiyalı Tabaşir çöküntüləri örtüyü (horizontal yerdəyişmə amplitudu 10 km) yerləşir ki, bu da Basqal örtüyü adlanır. Qərbdə Mazım və Girdiman çayları arasında Vəndam antiklinoriumunun cənubunun xeyli hissəsi çaqıl daşları ilə örtülmüşdür.