Azərbaycanın geologİyası I mühazİrə


Tektonika Cənubi-Şərqi Qafqaz



Yüklə 412,58 Kb.
səhifə9/82
tarix02.01.2022
ölçüsü412,58 Kb.
#34969
növüTədris planı
1   ...   5   6   7   8   9   10   11   12   ...   82
C fakepathMühazir - 1-10- Az rb. geol. 2020

Tektonika
Cənubi-Şərqi Qafqaz

Samur çayının aşağı axımlarından Böyük Qafqazın qu­ruluşu yenidən kifayət qədər dəyişməyə məruz qalır və bu da qırışıqlıq sisteminin cənub-şərq hissəsinə xü­susi tek­to­nik əyalət kimi baxmağa əsas verir. Samur qırıl­ma­sına görə meqantik­li­no­riumun şimal qana­dı kifayət qədər aydın hiss olunacaq dərə­cədə enməyə məruz qa­lır və əsas hissədə yerini törəmə Qusar-Dəvəçi çökək­liyinə dəyişir. Bu Qusar kö­mül­­müş qalxım formasında davan edən Ulluçay antik­li­noriu­mu­na aid edilir.

Böyük Qafqazın Yan silsilə antiklinoriumu bir qədər fasilədən sonra yenidən Çoqadjukçay ça­yın­da Təngi-Beşbarmaq antiklinoriumu formasında meydana çıxır. Eni bir neçə km olan bu an­tiklinoriumun uzunluğu 120 km-ə çatır və şərqdə Giləzi burnuna kimi iz­lənilir. Təngi-Beşbarmaq antiklinoriumu şimalda Siəzən dərinlik qı­rıl­ması ilə Qu­sar-Dəvəçi çökəkliyin­dən ayrılır. Kaxet-Vandam antiklinoriumu kimi Təngi-Beş­bar­­maq antiklinoriumuda şov qırışıqlıq olub, Mezozoyda paleocoğrafi cə­hət­dən kor­dil­yer formasında ifadə olunur.

Böyük Qafqazın Baş silsilə antiklinoriumu Cənubi-Şərqi Qafqazın daxilində Vəl­vələçay çayına kimi davam edir, ondan sonra onu təşkil edən orta Yura çökün­tü­ləri ilə transqressiv örtülür.

Yan (Təngi-Başbarmaq) və Baş (Tfan) silsilə antiklinoriumları arasında yerlə­şən struk­tur Cənubi-Şərqi Qafqazda Şahdağ-Xızı sinklinoriumu adlanır. Bu sinkli­no­riumun şi­mal-qərb hissəsi Şahdağ massivini və onun şərq davamını əhatə edir, üst Yura-Neakom (Berrias-Barrem) əhəngdaşlarından və üst Senon mergellərindən təş­kil olunmuşdur.

Şahdağ əhəngdaşı massivi cənubdan en istiqamətli konsedimentasion Budaq qırıl­ma­sı ilə kəsilir və bu qırılmadan cənubda Xızı struktur-fasial zonası ayrılır.

Tfan antiklinoriumu və onun şərq davamı cənubda qırılmalar sistemi- Malxa­mud üs­tə­gəlməsi (qərbdə), Xaltan-Germian (şərqdə) ilə hüdudlanır. Bu qırılma zo­na­sından cənuba Dibrar (Xaltan)-Yaşma sinklinoriumu yerləşir. Dibrar-Yaşma sink­linorium cənubundan ensiz, kəskin ifadə olunan Altıağac-Kürkəçidağ an­tik­linoriu­mu ilə hüdudlanır. Altıağac-Kürkəçidağ antiklinoriumundan cənubda isə Təbaşir və Paleosen fliş­in­­dən ibarət, kifayət qədər enli zolaq ayrılır. Pirsaat çayından şərqə sink­linalda Mio­sen çökün­tü­ləri yatır.

Kovdağ-Sumqayıt zonası (Göyçay, Girdimançay və Ağsunun hövzəsi) cənub­dan yas­­tı Zənkan üstəgəlməsi ilə hüdudlanır. Burada üst Təbaşir filişi Paleosenin üzə­­rinə itələnmişdir. Lahıc çökəkliyi tektonik mənşəli olub, Dibrar filiş zonasını Van­dam qalxı­mın­dan ayrılan qırılma ilə əlaqədardır.

Şamaxı rayonunda Vandam antiklinoriumu tamamilə Maykop seriyası ilə trans­qres­siv örtülür. Qravimetrik və palçıq vulkanının püskürmə materiallarına görə göm­rül­müş for­mada Xəzər dənizinin sahilinə kimi (Sanqaçal və Ələt stansiyaları arasın­da) izlənilir.

Vandam antiklinoriumu cənubdan qırılmalarla və ya transqressiv kontaktla (Bas­kal tektonik örtüyü) sərhədlənir.

Şamaxıdan şərqə Paleosen, Miosen, Pont, Ağcagil çöküntülərindən təşkil olun­muş Şa­­maxı-Qobustan sinklinoriumu yerləşir. Bu sinklinoriumun oxu Şamaxının cə­nubundan və Mərkəzdən şərqə keçir. Cənubda Paleosenin çıxışlarının genişlənməsi və Təbaşirin yer sçthinə yaxınlaşması ilə Şamaxı-Qobustan sinklinoriumu Ləngə­biz-Ələt antiklinoriu­muna keçir.

Şamaxı-Qobustan sinklinoriumunun və Ləngəbiz-Ələt antiklinoriumunun qırı­şıq­lıq qu­ruluşu Kovdağ-Sumqayıt zonasının strukturuna anoloji olaraq, qərbdən şər­qə xətti qı­rıl­malardan səciyyəvi braxiformalı qırışıqlara keçir və diapirinin, paçıq vul­kanizmi ilə mü­rəkkəbləşir.

Böyük Qafqazın uzaq cənub-şərqində, Abşeron yarımadasının əksər hissəsində və cənubi-şərqi Qobustanda Paleosen-Potun kifayət qədər sıxılmış Qafqaz istiqa­mətli qırı­şıq­lıq sistemləri təmamilə başqa quruluşa malik olan, sərbəst struktur mər­tə­bə təşkil edən Pliosen Antropogenə keçir.


Yüklə 412,58 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin