Acar-Trialet qırışıqlıq zonası
Acar-Trialet qırışıqlıq zonası (ATQZ) KQM-nun şimal hissəsində Təbaşir və paleogen yaşlı çöküntülərdən təşkil olunmuşdur, eni 50-70 olan zolaq şəkilində en istiqamətində 300 km məsafədə (qərbdə Batumi rayonundan tbilisiyə kimi) izlənir. Sonra isə ATQZ-nin strukturları tez Kür çökəkliyinin Neogen-dördüncü dövr çöküntülərinin altına enir. ATQZ şimaldan dağarası çökəklik və Gürcüstan qaymasının Dzirul qalxımı ilə, cənubi-qərbdən isə hər yerdə Axalkalaki vulkanın qalxanının effuzivlərlə örtülmüş Lök-Qafan zonasının (LQZ) nisbətən qalxmış hissəsi ilə sərhədlənir. ATQZ-nın quruluşu alt-üst Təbaşirin vulkanogen-karbonat törəmələri və paleogen-eosenin böyük qalınlığa malik filiş-vulkanogen qatı ilə dolmuş (5-7 km) geosinklinal çökəkliyinin yerində əmələ gəlmişdir. Gec eosenin əvvəlində fasilə və uyğunsuzluq qeyd olunur ki, bu da qırışıqlıq sistemin formalaşmasının ilkin fazasını əks etdirir.
Təbaşir və paleogenə görə ATQZ-nın quruluşu sinkmekal çökəkliyə müvafiq gəlir ki, onun da mərkəzi hissəsi böyük qalınlığa malik Təbaşir, xüsusən də paleosen-orta eosen yaşlı çöküntülərlə dolmuşdur, sonra baş verən tentonik hərəkətlər nəticəsində bir qədər qalxmışdır. Sinklinoriumun kənar hissələri daxilində hər iki tərəfdə külisvari yerləşmiş, oliqosen-alt Miosen çöküntüləri ilə dolmuş Axalsix və Alget (qərbdə), Quriy və Kavtisxev (şimalda) çoxda böyük olmayan qalıq çökəkliklər yerləşir. Bu isə ümumiyyətlə sinklinorium olan ATQZ-nın mərkəzi hissəsinə, çevrilmiş antiklinoriumun bir sıra xüsusiyyətlərini verir. ATQZ üçün böyük, intensiv sıxılmış, sandıqvari, xətti qırışıqlar səciyyəvi xarakter daşıyır.
Dostları ilə paylaş: |