Azərbaycanın geologİyası I mühazİrə


Ermənistan struktur fasial zonası



Yüklə 412,58 Kb.
səhifə14/82
tarix02.01.2022
ölçüsü412,58 Kb.
#34969
növüTədris planı
1   ...   10   11   12   13   14   15   16   17   ...   82
C fakepathMühazir - 1-10- Az rb. geol. 2020

Ermənistan struktur fasial zonası

Göyçə sinklinoriumunun cənubi-qərb qa­na­dı Ermənistan struktur fasial zonası­nın kənar şimali-şərq hissəsində yerləşir. Er­mə­nistan struktur fasial zonası müasir struktur planında və gec Təbaşir-paleogen za­ma­nı inkişaf etmiş bir sıra ikinci geo­sink­linal çökəkliklərdən və qalxımlardan təşkil olun­muşdur. Ermənistan struktur-for­masiya zonası Alp inkişaf mərhələsinin 1-ci yarısında ge­niş Ermənistan geoantik­li­na­lının ərazisini əhatə etmişdir.

Ermənistan struktur-fasial zonasının şimali-şərqində Misxan-Zəngəzur qalxım zo­na­sı yerləşir. Bu zonanın nisbətən böyük struktur elementi Göyçə gölündən qərb­də yerləşən Misxan qalxımı hesab olunur. Misxan antiklinoriumunun şimali-şərq sər­­­həd­din­dən Hirartax qırılmasının davamı olan böyük Marmarik qırılması keçir. Bu qı­rıl­manın paleogen intruziyalarının, filiz əmələ gətirən məhsullarının, termal su­la­rın tə­zahüründə rolu çox böyükdür. Misxan qalxımı cənubi-şərqdə ensizləşərək Ax­tin horstuna keçir.

Misxan-Zəngəzur qalxım zonasının ən sonuncu elementi alt Paleozoy və üst De­­von törəmələrindən ibarət olan Zəngəzur antiklinoriumu hesab olunur. Olduqca ensiz olan Zəngəzur antiklinoriumu səciyyəvi tikiş strukturu olub, şimali-şərqdən Xüstup-Hirartax qırılması ilə, cənubi-qərbdən isə Qafqazda ən nəhəng olan, 10 km-lərlə uzanan üst paleogen Meqri-Ordubad plutonu ilə sərhədlənir. Meqri-Ordubad plutonu (batoliti) Zəngəzur antiklinoriumu ilə Ordubad sinklinoriumunun arasına gir­mişdir, onun mərkəzi hissəsi Pliosendə cavanlaşan nəhəng uzununa qırılma ilə par­ça­lanmışdır.

Ermənistan struktur-fasial zonasında yerləşən bu külisvari yerləşmiş qalxımlar Göy­çə sinklinoriumu vasitəsilə bu zonanın cənub-qərb hissəsini tutan Ordubad və İrə­van sinklinoriumları ilə birləşirlər.

Ordubad sinklinoriumu böyük qalınlığa malik paleosen, eosen yaşlı çökmə-vul­ka­nogen qatdan, ibarətdir. Bu sinklinoriumun şimali-şərq sahili, Zəngəzurdan şimala Dağ­lıq Qarabağ və Basarkeçər cavan effuzivləri altında basdırılmışdır. Ordubad sink­­­linoriumu cənubi-qərbdə Daralagöz antiklinoriumu, Gilyançay qal­­xı­mı və onla­rın arasında yerləşən Naxçıvan törəmə çökəkliyi ilə əhatə olun­muş­dur.

Ordubad sinklinoriumu şimal-qərbdə Əyriçin qalxımı ilə iki qola ayrılır. Bun­lar­dan biri Qərbi Basarkeçər (şimalda) olub, Ordubad çökəkliyini Göyçə ilə birləş­di­rir. Di­gə­ri isə Vedi (cənubi) olub, onu İrəvan sinklinoriumu ilə birləşdirir. Daralagöz və Əyri­çin antiklinoriumları uzun müddət mövcud olan eninə meredional çıxıntı (yə­hər) olmuş­dur və nəinki üst Təbaşir və paleogenin, hətta üst Paleozoy çöküntü­lərin­də, strukturun­da, fasiyasında və qalınlığının dəyişməsində öz əksini tapır.

Vedi yəhəri üç eninə strukturdan: şimalda yerləşən və əsasən üst Təbaşir yaşlı vul­kanogen çöküntülərdən ibarət olan Üst Vedi çökəkliyi; cənubda yerləşən, orta eo­­­­sendə Daralagöz antiklinoriumunun şimal qanadında Paleozoy bünövrəsi üzərində formalaşan şahab törəmə çökəkliyi; Bu çökəklikləri ayıran Paleozoy bünövrəsi (Dəh­­nə dağı) ibarətdir. bu strukturların hamısı şimali-qərbə genişlənir və enməyə məruz qalaraq İrə­van sink­li­noriumuna keçir. İrəvan sinklinoriumu Kiçik Qafqazın digər 2-ci dərə­cə­li çö­kək­­liklərindən bir sıra xüsusiyyətləri ilə seçilir:



  • paleogen çökmə törəmələr­dən ibarətdir, yalnız tufogen materialların qarı­şı­ğı­na rast gəlinir.

  • Paleogen və üst Təbaşir intruziyaları demək olar ki, tamamilə iştirak etmir.

  • Çökəkliyin şimal hissəsində olduqca böyük qalınlığa malik, əsasən laqun mən­­­­­şə­li Miosen çöküntüləri toplanmışdır.

  • Sinklinoriumun cənubi-şərq hissəsində orta və üst Paleozoy çöküntüləri, şi­ma­li-qərbində isə metamorfin alt Paleozoy üzərində yatan paleogen və üst Təbaşir çö­kün­­tü­ləri qırışmaya məruz qalmış və böyük simmetrik qırışıqlar əmələ gətirir.




Yüklə 412,58 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin