Mövzu №5 PİL-olan uşaqların ümumi xarakteristikası və təsnifatı Plan



Yüklə 108 Kb.
səhifə1/15
tarix02.01.2022
ölçüsü108 Kb.
#45998
  1   2   3   4   5   6   7   8   9   ...   15
mövzu 5 yeni


MÖVZU № 5

PİL-olan uşaqların ümumi xarakteristikası və təsnifatı

Plan

1. Psixi inkişafın ləngiməsi olan uşaqların öyrənilmə tarixi və PİL yaranmasında endogen və ekzogen səbəblər.

2. M.S. Pevzner tərəfindən verilmiş PİL-in təsnifatı.

3. K.S.Lebedinskaya tərəfindən verilmiş PİL–in təsnifatı


1. Psixi inkişafın ləngiməsi olan uşaqların öyrənilmə tarixi və PİL yaranmasında endogen və ekzogen səbəblər.
Psixi inkişafda ləngimə bir neçə və ya tam şəkildə psixi funksiyanın formalaşması ilə xarakterizə olunan atipik inkişafın xüsusi tipidir. Termin XX əsrin 60-cı illərin ortalarında Q.Y.Suxareva tərəfindən təklif olunmuşdur

Orta ümumtəhsil məktəblərinin ibtidai siniflərində uşaqların bir qrupunun dərsə hazırlaşa bilməməsi problemi pedaqoqların, psixoloqların, tibb işçilərinin, sosioloqların diqqətini cəlb etmişdir. Onlar müəyyən etmişlər ki, bu cür uşaqları əqli geriliyi olan uşaqlar sırasına aid etmək olmaz. Bu uşaqlar xüsusi kateqoriyaya - psixi inkişafı ləngiyən uşaqlar (PİL), aiddir. Əqli cəhətdən geri qalan uşaqlarla PİL uşaqlar arasında ki, əsas fərq onda idi ki, belə uşaqlarda mövcud bilikləri həcmində ümumiləşdirmək bacarığı və “yaxın inkişaf zonası” var.

Psixi və psixofiziki infantilizmi birinci olaraq Lassenq və Loren XIX əsrdə öyrənib və bu hala xas olan- psixi inkişafsızlığı, elementar davranış və psixi funksiyaların xüsusiyyətlərini açıqlayıblar. Sonradan “psixi və psixofiziki infantilizm”

termini öz kliniki əhəmiyyyətini itirərək, təkcə müxtəlif növ intellektual pozulmalarda istifadə edilirdi.

L.S.Vıqotski infantilizmin mahiyyətini inkişafın gedişinin özünə məxsus pozulmasında görürdü və yazırdı ki, bu halda uşaq yeni yaş mərhələsinə keçərək, əvvəlki mərhələyə xas olan xüsusiyyətlərdən təkcə bəzilərini əldə edir.


Yüklə 108 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin