PİL-nin pedaqoji- psixoloji xüsusiyyətləri
PİL- olan şəxslərdə aşağda salanan ümumi xüsusiyyətləri görə bilərik:
-Yüksək zəiflik nəticəssində iş qabiliyyəti aşağı olur
-iradə və emosional kallıq müşahidə edilir
-Ümumi məlumat və təsəvvürlər ehtiyatı az olur
-Oyun fəaliyyəti natamam formalaşır
-Təfəkkür söz-məntiqi əməliyyatlarında çətinliklər meydana çıxır. əyani-hərəkət məsələlərin həlli zamanı isə əqli fəaliyyətin keyfiyyəti artır
-Hafizənin bütün növlərində inkişafsızlıq müşahidə olunur. Tipik uşaqdan fərqli olaraq onlar sensor məlumatı qəbul edib qavramaq üçün bir neçə dəfə artıq vaxt tələb olunur.
-Özünə nəzarət səviyyəsi aşağı olur
-Məktəb fəaliyyəti zamanı bir sıra çətinliklı üzləşilər.
Bu sadalanan xüsusiyyətlə onları tipik həmyaşıdlarından fərqləndirir. Məktəb zamanı uşaqlar adətən həmyaşıdlarından geri düşür, bu da onların psixi inkişafına öz mənfi təsirini göstərir.
Qeyd edək ki, Ə.C.G.Q şəxslərdən fərqli olaraq PİL- olan şəxslərin öyrənmə qabiliyyətidaha yüksəkdir, müəllim və böyüklərin köməyindən asanlıqla istifadə edir. Onlara göstərilən hərəkət növünü analoji tapşırıqlarda istifadə edə, və ya anoloji vəziyyətdə adekvat olaraq davranış stereotipini seçə bilir.
Oxu, yazı, hesabın mənimsənilməsi zamanı PİL-olan şəxslər ə.c.g.q şəxslərdə olduğu kimi, səhvlər aşkar edilir, lakin keyfiyyətcə onlardan fərqlənir. Məs: PİL olan şəxslər zəif oxu texnikasına baxmayaraq, oxuduqlarını başadüşməyə çalışırlar, lazım gələrsə , mətni yenidən oxuyurlar (müəllim göstərişi olmadan). Ə.c.g.q şəxslər isə oxuduqlarını başadüşə bilmirlər.
PİL- olan şəxslərin nitqi gündəlik fəaliyyət üçün kafidir. Onların nitqində tələffüz, leksik və qramatik tərəfdən kobud pozulmalar olmur. Lakin artikulyasıya aparatının az hərəkətliliyi ilə əlaqədar nitqləri, ümumiyyətlə kifayət qədər aydın olmur.
Məktəbə qəbul olunan pedaqoji-psixolji xüsusiyyətlər aşkar olunur;- məktəb təliminə hazır olmaması, onlara lazım olan bilik, vərdiş və bacarıqlar ehtiyatı çox kasıbdır, onlar sərbəst fəaliyyətdə çətinlik çəkirlər.
PİL- olan şəxslər daha tez yorulur, fikri fəaliyyətdə özünəməxsusluq və ləngimə müşahidə edilir. Məktəb dövrünə çatmalarına baxmayaraq, məktəbəqədər dövrdə qalırlar, oyun aparıcı fəaliyyət növüdür onlar üçün, təlimə motivasiyası demək olarki yox səviyyəsindədir.
PİL- olan şəxslərdə təlim-korreksiya işi çox həcmli, müxtəlif növlü və rəngarəngdir. Bu işin əsas prinsip və qaydaları aşağdakılardır;
Hər uşağa fərdi yanaşmaq lazımdır;
Müxtəlif vasitələrdən istifadə edib, uşaqların tez yorulmasının qarşısını almaq vacibdir. (fəaliyyət növlərini tez-tez dəyişmək, rəngarəng didaktik və əyani vasitələrindən istifadə etmək.)
Uşaqların idrak fəaliyyətlərini fəallaşdıran, nitiqini inkişaf etdirən metodlardan təlim prosesində maksimal istifadə etmək lazımdır
Korreksiya tədbirlər sistemində hansısa materialın mənimsənilməsindən əvvəl mütəq hazırlıq dərslərinin keçirilməsi vacibdir
Dərslərdə dərsdənkənar vaxtı uşaqların bütün fəaliyyət növlərinin korreksiyasına daimi diqqət yetirmək laımdır.
Müəllim uşaqlarla iş zamanı xüsusi pedaqoji takt nümayiş etməlidir
Suallar:
1. PİL-nin yaranma səbəbləri hansılardır?
2. K.S.Lebedinskaya tərəfindən verilmiş PİL –nin təsnifatına nələr daxildir?
3. Konstitusiya və Psixogen mənşəli psixi inkişafın ləngiməsinin əsas xüsusiyyətləri hansılardır?
4. PİL- li uşaqların xarakterik xüsusiyyətləri hansılardır?
5. Somotogen və Serebral-üzvi mənşəli PİL - in xüsusiyyətləri hansılardır?
Ədəbiyyat:
1.N.T.Hüseynova və L.H.Rüstəmova “Xüsusi pedaqogika”Bakı.,2007.
2. N.T.Hüseynova., M.Ş.Məlikov “Xüsusi pedaqogikanın müasir problemləri” Bakı -2018
3. S.Qasımov və E.Kərimova “Əqli və fiziki inkişafı ləngiyən uşaqların diaqnostikası və korreksiyası” ,Bakı.,2004.
Dostları ilə paylaş: |