Mövzu №5 PİL-olan uşaqların ümumi xarakteristikası və təsnifatı Plan



Yüklə 108 Kb.
səhifə11/15
tarix02.01.2022
ölçüsü108 Kb.
#45998
1   ...   7   8   9   10   11   12   13   14   15
mövzu 5 yeni

Konstitusiya məşəli PiL

Somotogen məşəli PİL

Psixogen məşəli PİL

Serebral – üzvü məşəli PİL

Bu tiplərdən hər biri müxtəlif xəstəlik əlamətləri - somatik,nevroloji - ilə ağırlaşa bilər, özünün klinik-psixoloji quruluşuna, emosional yetkinləşməyə və dərketmə fəaliyyətinin pozulması xüsusiyyətlərinə, öz etiologiyasına malikdir.

PİL-in ağırlıq dərəcəsinə və etiopatogenetik prinsipə görə təsnifatı:
1.Konstitusiya mənşəli PİL: T.A.Vlasova, M.S Pevznerin təsnifatına görə söhbət harmonik infantilizmdən gedir. Alimlərin təsnifatına görə, mürəkkəbləşməmiş psixi və psixofiziki infantilizm zamanı emosional-iradi sfresına bənzəyir (davranışın emosional motivasiyası, əhval-ruhiyənin yüksək fonu, emosiyaların parlaqlığı, səthi, davamsızlığı və asan, tez təlqin olunma və s). Harmonik infantilizm psixi infantilizmin nüvə formasıdır və bu formada emosional-iradi sferanın kallığı və infantil bədən quruluşu aydın görünür. Belə psixofiziki görkəmin harmoniyası, buna ailəlikcə rast gəlinməsi, psixi xüsusiyyətlərin patologiyasının olmaması imkan verir ki, bu tip infantilizmin anadangəlmə-konstitusional etiologiyalı olmasına söləyək. Lakin, harmonik infantilizm bətndaxili və ya uşağın ilk yaşam illərində baş verən kobud olmayan mübadilə pozulmaları ilə əlaqəli ola bilər. Ümumi məlumatları təhlil edərək belə nəticəyə gələ bilərik ki, bu vəziyyətin əsas səbəbi kimi doğuş zamanı patologiya, hamiləliyin uğursuz gedişi göstərilə bilər. Bu zaman uşağın emosional-iradi sferası erkən inkişaf səviyyəsində olub, bir çox əlamətlərinə görə özündən daha kiçik yaşda olan uşaqların normal emosianal sferasını xatırladır.

Beynin qabığında olan ayrı-ayrı mərkəzlərin funksiyaları tərəfindən pozulmalar qeydə alınmır: uşaqlar asanlıqla şəkillərdə adi və çevrilmiş halda təsvir edilən real əşyaları tanıyır, həndəsi fiqurları, nümunəyə baxıb, 2-3 əlamətə görə fərqləndirə bilirər.



Məkani sintez funksiyasını yoxlayarkən, normadan kənara çıxma aşkar edilmir. Belə ki, Uşaqlarda “sağ”, “sol”, “yuxarı”, “aşağı”, “yuxarı”, “uzaq”, “yaxın” və bu kimi anlayışların nitqlə ifadəsi, demək olar ki, heç pozulmur. Hərəkət sahəsi yaxşı inkişaf edib, uşaqlar yoxlama zamanı bir hərəkətdən o birisinə tez keçə bilirlər. Bu uşaqların dərketmə fəaliyyətləri də pozulmur: məktəbəqədər yaşlı uşaqlar sujetli şəkilləri lazimi ardıcıllıqla düzürlər, şəkillərdə təsvir edilən əşyaları növlərinə görə birləşdirə bilirlər. Bu uşaqları tipik uşaqlardan fərqləndirən əlamət onların emosional- iradi sferalarının xüsusiyyətləridir: məktəb yaşına çatmasına baxmayaraq, onlar hələ də məktəbəqədər maraq dairəsindən çıxmırlar, öz davranışlarını məktəbin tələblərinə tabe edə bilməyərək, məktəb fəaliyyətindən qıraqda qalırlar. Dərs zamanı onlar bir yerdə qərar tutmurlar, tez yorulurlar, baş ağrı, və baş gicəllənmədən şikayətlənirlər. Amma hərəkəti oyunlar vaxtı bu uşaqlar çox cəld, məqsədyönlü və səmərəli olurlar, yəni oyun motivləri onların fəaliyyətində əsas yer tutur. Təlimdə bu uşaqlara fərdi yanaşmaq lazımdır, oxu və hesab tədrisi prosesinə oyun elementlərini daxil etmək , canlı boyalarla tərtib edilmiş əyani vasitələrindən istifadə etmək, tədris və təlim ardıcılolaraq, sadədən mürəkkəbə doğru qurulmalıdır.

Yüklə 108 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin