Mövzu №5 PİL-olan uşaqların ümumi xarakteristikası və təsnifatı Plan


III. Dərketmə fəaliyyətinin inkişafsızlığı ilə müşayət edilən və neyrodinamik pozulmalarla ağırlaşan psixofiziki infantilizm



Yüklə 108 Kb.
səhifə8/15
tarix02.01.2022
ölçüsü108 Kb.
#45998
1   ...   4   5   6   7   8   9   10   11   ...   15
mövzu 5 yeni

III. Dərketmə fəaliyyətinin inkişafsızlığı ilə müşayət edilən və neyrodinamik pozulmalarla ağırlaşan psixofiziki infantilizm.

Yoxlanılan uşaqlar içində bu qrup uşaqlar çoxluq təşkil edir. bunlarda psixofiziki ləngimə və dərketmə fəaliyyətinin inkişafsızlığı ilə yanaşı, beyin qabığının fəaliyyətinin funksional-dinamik pozulması da müşahidə edilir. Bu uşaqların fiziki və nevroloji statusu, demək olar ki, eynidir, amma psixi proseslərin gedişi baxımından onları 2 qrupa ayırmaq olar:

1- tormozlanma prosesləri üstünlük təşkil edən və

2- həyəcanlanma prosesləri üstünlük təşkil edən.

Tormozlanma prosesləri üstünlük təşkil edən uşaqlar zəif, passiv, ləng olurlar, tez

yorulurlar, həmyaşıdları ilə ünsiyyətləri çox məhdud olur.

Həyəcanlanma prosesləri üstünlük təşkil edən uşaqlar daim hərəkətdədirlər, çox

əsəbidirlər, həmişə münaqişələrin səbəbkarları olurlar. Beyin qabığında

tormozlanmanın pozulması əsas PİL-i daha da ağırlaşdırır. Alınmış məlumatlara təhlil edərkən, belə nəticəyə gəlmək olar ki, ən əsas və aparıcı simptom-psixi inkişafın tempinin pozulmasıdır. Etioloji faktorlardan hamiləliyin I və II yarısının toksikozu, çətin keçən doğuş və s. yəni ekzogen faktorları göstərmək olar. Beyinin bağlı travmasın da əlavə etioloji faktor kimi göstərmək olar. Bu uşaqlarda psixi inkişafın pozulmasının əlamətlərini bütün yaş dövrlərində görmək olar. Erkən məktəbəqədər dövrdə onlarda nitqin inkişafının müvəqqəti ləngiməsi, məktəbəqədər dövrdə dərketmə fəaliyyətinin inkişafsızlığı, məktəb dövründə isə oxumaqda geri qalma, məktəb qaydalarına tabe olmamaq, çox əsəbi, və ya əksinə, çox passiv olmaq və s. müşahidə edilir. Görmə qabiliyyətinin yoxlayarkən , görünür ki, bu uşaqlar çevrilmiş və ya qırıq xəttlə təsvir edilmiş əşyaları tanımaqda çətinlik çəkirlər. Məkan, məkan- zaman, kvaziməkani (yəni kəmiyyətlə ifadə edilmiş məkani-zaman) anlayışlar da pozulmuş olur, halbuki uşağın intellektual səviyyəsi, oxuda, yazıda və hesabda olan çətinlikləri məhz bu anlayışların inkişafından aslıdı. Hərəkəti fəallığı gələrkən demək lazımdır ki, bu uşaqlar nitqlə ifadə edilmiş vəziyyəti ala bilmirlər, amma hərəkətlə bağlı dinamik vəziyyətləri çətinliklə də olsa yerinə yetirirlər. Xırda motorika da pis inkişaf edib. Şəkilləri və əşyaları qruplaşdırmada çətinlik çəkirlər, ətraf mühit haqqında bilikləri çox az, dünya görünüşü dar, lüğət ehtiyatı kasıb olur. İntellektual səviyyənin aşağı olmasına baxmayaraq, onlar başqa sahələrdə çox məlumatlı olurlar.Onları oliqofrenlərdən ayıran cəhətlər bunlardı: təlimdən başqa, qalan bütün fəaliyyət növlərində səmərəli olması, ətraf mühiti tez adaptasiya olmaları, göstərilən köməydən istifadə edə bilmələri. Korreksiya-pedaqoji iş düz qurularsa, onda bu uşaqlar inkişafda öz həmyaşıdlarına çatırlar.


Yüklə 108 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin