PİL- nin yaranma səbəbləri
Bu tip pozulma MSS-nin ən gec formalaşan strukturlarının ləng yetişməsi ilə səciyyələnir. Bu biricili və ya ilkin ləngimədir. Bəzi problemlər zamanı (epilepsiya, şizofreniya, somatik xəstəliklər) və ya lokal xarakterli pozulmalarda psixi ləngimə ikinci simptom kimi ortaya çıxır. Psixi ləngiməyə gətirən səbəblər endogen və ekzogen xarakterli ola bilər.
1.Prenatal, natal, postnatal dövrlərdə patogen amillərin təsiri nəticəsində yaranan MSS –in funksional çatışmazlığı, yaxud minimal üzvi zədələnmələri.
2. Erkən yaşlarda keçirilən uzunmüddətli, xroniki, somatik xəstəliklər.
3. Uzunmüddətli sosial-mədəni deprivasiya (təfəkkürün və psixi vəziyyətin emosianal və intellektual inkişafın yayınması, sosial əlaqələrin pozulması) .
4. Psioxotravmatik və stres yaradıcı amillərin təsiri.
Endogen səbəblərə- valideynlərin rezurs faktorlarının uyğun gəlməməsi, anayla döl arasında da uyğunsuzluq ola bilər, endokrin sistemin xəstəlikləri, irsilik və s.
Ekzogen faktorlar 2 cür olur: hamiləliyin ümumi toksikozu, keçirdiyi infeksiyalar (qrip, məxmərək, toksoplazmoz və s), doğuş zamanı alınan zədələr.
1. doğuş zamanı patologiya- baş beynin minimal travma və oksigen çatışmazlığı ilə nəticələnir;
2. somotogen postnatal patologiya- erkən uşaq yaşlarında keçirdiyi xəstəliklərin və xüsusən də, beynin iltihabı proseslərin.
İrsi faktor psixi ləngimədə meyillilik faktor rolu oynayır.
Yüngül psixi infantilizm formasındakı PİL proqnoz baxımdan daha əlverişli qiymətləndirilir və çox hallarda xüsusi təlim metodları tələb etmir. Amma neyrodinamik pozulmalar üstünlük təşkil edərkən nəinki psixo-pedaqoji korreksiyaya həm də digər müalicəvi tədbirlərə ehtiyac hiss olunur.
Dostları ilə paylaş: |