IV. Dərketmə fəaliyyətinin və nitq funksiyasının inkişafsızlığı ilə müşayət edilən psixofiziki infantilizm.
Bu cür uşaqları oliqofrenlərdən və lokal nitq pozulmalı uşaqlardan ayırmaq üçün xeyli müddətli müşahisə lazımdır. Etioloji faktorlar həm endo- , həm də ekzogen tipli olur; stressidə təsir edici faktorlara aiddir. Bu növ psixi ləngiməni hətta valideynlər özləri, birinci olaraq, götürürlər, amma, təəsüf ki, uşağı həkimə çox gec gətirirlər. Bunun nəticəsində uşaqlar bir-iki sinif oxuyandan sonra, məktəbdə geridə qalanların sırasına düşürlər. Belə olan halda vaxt və korreksiya imkanları itirilmiş olur, emosional-iradi sahədə dərketmə fəaliyyətində, nitqdə inkişafsızlıq dərinləşir və bütövlükdə, bu, şəxsiyyətin formalaşmasına mənfi təsir edir. Nevroloji cəhətdən kobud patalogiya müəyyən edilmir. Psixi statusda dəyişiklər var: uşaqlar emosional cəhətdən çox labil olurlar, nitqdə olan pozulma səbəbiylə ünsiyyət çox çətin yaranır. Görmə funksiyasını yaxlayarkən, bu nəticəyə gəlmək olur: uşaqlar çevrilmiş halda və ya qırıq xəttlə təsvir edilmiş əşyaları tanımmırlar; makani və məkani-zamani anlayışlar onlarda yaxşı inkişaf etmir. Dərketmə fəaliyyətinin səviyyəsi yüksək olmur: şakillərin klassifikasiyasında, ümumiləşdirilməsində, eyni, oxşar əşyaların birləşdirilməsində çətinlik çekirlər. Bir süjetdə birləşən şəkilləri ardıcıllıqla düzə bilmirlər. Ən gözə çarpan əlamət isə- nitqin pozulmasıdır, yəni dislaliya, fonematik eşitmənin pozulması, artikulyasiyanın dəqiq olmamasıdır. Vaxtında müəyyən edilmiş diaqnoz və aparılan korreksiya bu vəziyəti aradan bütövlükdə qaldırmasa da, stabilləşdirə bilər.
Dostları ilə paylaş: |