Up with down



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə1/7
tarix13.02.2017
ölçüsü4,08 Mb.
#8415
  1   2   3   4   5   6   7

1

DAUN SİNDROMLU UŞAQLAR ÜÇÜN 

“DAUNSAYD AP“ İLK YARDIM MƏRKƏZİ

FEDERATIE VAN OUDERVERENIGINGEN

“UP WITH DOWN“ 

Daun sindromu olan uşaqlarda idrak fəaliyyətinin inkişafı.

Beşinci kitab.

Valideynlər üçün vəsait

“Daunsayd Ap” xeyriyyə fondu 

Bakı - 2012



2

УДК 376


ББК  74.3

М 42


T.P. Medvedeva

Daun sindromu olan uşaqlarda idrak fəaliyyətinin inkişafı. Valideynlər 

üçün vəsait. Moskva, Monolit nəşriyyatı, 2010-ci il – 80 səh. 

Moskva 2010-ci il

ISBN 978-5-903376-03-2

Hazırkı vəsaitdə Daun sindromu olan uşaqların əqli inkişafının 

xüsusiyyətləri barədə ümumi məlumat verilir, onlarla aparılan didaktik 

məşğələlərin təşkili, oyun və gündəlik həyat şəraitində təlim ilə bağlı 

ətraflı tövsiyələr edilir, valideynlərin öz övladları ilə evdə məşğul olarkən 

onlara verə biləcəkləri tapşırıqlardan danışılır. Bu məlumatların məqsədi 

valideynlərin təcrübəsini artırmaq və genişləndirmək, uşaqlara nəyi, necə və 

hansı ardıcıllıqla öyrətmək seçimində onlara yardım etməkdir. 

  Vəsait məktəbəqədər yaşında Daun sindromu olan uşaqların 

valideynləri, bu uşaqlarla işləyən pedaqoqlar üçün nəzərdə tutulmuşdur. 

ISBN 978-5-903376-03-2      © Medvedeva T.P., 2010-ci il

   © QKT “Daunsayd Ap” Xeyriyyə Fondu, 2010-ci il



3

Uşaqla nə üçün xüsusilə məşğul olmaq lazımdır?

Daun sindromu olan uşaqlara təlim keçərkən biz qarşımıza onların 

dərketmə imkanlarının maksimum dərəcədə inkişaf etdirilmək, onların 

uşaq bağçasına getmək və gələcəkdə sərbəst (və ya nisbətən sərbəst) həyata 

hazırlamaq məqsədini qoyuruq. Bir çox hallarda bu qabiliyyət nitqin 

inkişafı ilə əlaqəli olur. Lakin, sərbəst fəaliyyət üçün nitqi başa düşmək və 

danışmaq bacarığından əlavə aşağıdakılar vacibdir:

1.  Qarşıya məqsəd qoymaq.

2.  Bu məqsədə gətirib çıxaran hərəkətləri planlaşdırmaq.

3.  Bu hərəkətlərdən hər birini ayrı-ayrılıqda yerinə yetirməyi bacar-

maq.

Məsələn, siz çörək almaq istəyirsinizsə, sizə mövsümə uyğun paltar 



seçmək, onu geyinmək, pul götürmək, qapını bağlamaq, mağazanı tapmaq, 

çörək seçmək, onun pulunu ödəmək, evin yolunu tapmaq, qapını açmaq 

və üst geyimi çıxarmaq lazımdır. Siz lazımi hərəkətlərin yerinə yetirilməsi 

ardıcıllığını düzgün planlaşdıraraq bu addımların hər birini  ayrılıqda 

etməlisiniz.

İdrak fəaliyyətinin inkişafının və ya mütəxəssislərin dediyi kimi 

koqnitiv inkişafın vəzifəsi düşünmə qabiliyyətinin inkişafı, anlayışın 

formalaşması və ayrı-ayrı vərdişlərin aşılanması, eləcə də uşaqlara bir 

neçə anlayış və ya vərdişin eyni vaxtda istifadə edilməsi bacarığının 

öyrədilməsidir ki, bu da onlara vəziyyəti daha yaxşı təhlil etməyə

məqsədi müəyyən etməyə və bu məqsədə nail olmaq üçün öz hərəkətlərini 

planlaşdırmağa imkan verir. 

Biz uşağı stol arxasında, didaktik materialdan istifadə etməklə xüsusi 

təşkil edilmiş məşğələ prosesində, eləcə də məişətdə və oyun şəraitində 

təlim keçə bilərik. 

Stol arxasında uşaqla məşğul olarkən biz bir qayda olaraq sonradan 

məişət və ya oyun şəraitində istifadə edilə biləcək ayrı-ayrı bacarıq və ya 

vərdişləri məşq edirik. 

  Məişət şəraitində biz adətən özümüz uşağın qarşısında məqsəd 

qoyuruq və uşaq hərəkətlərin lazımi ardıcıllığını öyrəndikcə tədricən 

hərəkətdə öz iştirakımızı azaldaraq onu bu məqsədə gətirib çıxaracaq lazımi 

addımları ona təlqin edirik.

  Uşaq oyun şəraitində sərbəst şəkildə qarşıya məqsəd qoya, hərəkət 

ardıcıllığını planlaşdıra və yerinə yetirə bilər. Süjetli oyun da həmçinin 

uşağın məqsədi və gerçək həyatda qarşılaşdığı hərəkətlərin planını başa 

düşməsinə icazə verir. Çünki oyun onları uşağa uyğun tempdə və izahl-

arla dəfələrlə təkrar etməyə imkan verir. Məsələn, poliklinika oyununda 

uşağın həkimə getdiyi zaman baş verən (və ya baş verməli olan) hadisələri 

oynayırsınız. Bundan əlavə, hərəkətləri gerçək həyatdan oyuna köçürmək 

bacarığı abstrakt təfəkkürün inkişaf etməsinə yardım edir. 



4

  Çox vaxt elə olur ki, məşğələlərdə məşq etdirilmiş vərdiş 

yalnız məşğələdə tələb olunur. Belə ki, məişətdə ona müraciət edilməsi 

valideynlərin xüsusi diqqətini tələb edir. Uşağın öz oyunu isə onun “akade-

mik” vərdişlərindən daha az inkişaf etmiş olur. Uşaq oyuncaqlardan düzgün 

istifadə etsə də (məsələn, oyuncaq maşındırsa, onu sürür) öz oyunlarına 

sərbəst şəkildə yeni, daha da mürəkkəb vərdişlərini daxil edə və süjeti 

genişləndirə bilmir. Məsələn, ayı nənəgilə qonaq getməyə hazırlaşırdı. O, 

maşına mindi və getdi. Yolda o, mağazaya girdi, nənəyə tort və üç portağal 

aldı. Sonra maşın xarab oldu, onu təmir məntəqəsinə aparmaq lazım gəldi, 

onun özü tramvaya minməli, bilet almalı oldu və s. 

  Mənim süjetli oyuna bu qədər diqqət ayırmağım təsadüfi deyil. 

Çünki, nə qədər oyuncaqları olsa da, uşaqlar oyunu özləri öyrənə bilmirlər. 

Yaşıdları ilə ünsiyyət bunu öyrənmək üçün kifayət etmir. Valideynlər adətən 

uşaqlarla oynamağı xoşlamır, onları daha formal metodlarla öyrətməyə 

üstünlük verirlər. Lakin, məhz oyun təlimin hərəkətlərin planlaşdırılması və 

qarşıya məqsədin qoyulması ilə bağlı olan daha əhəmiyyətli hissəsinin baş 

verdiyi meydan rolunu oynayır. 

  Düzgün qurulmuş təlimdə məşğələlər zamanı, məişət və oyun 

şəraitində formalaşmış vərdişlər bu üç halın hamısında istifadə edilməlidir. 

Məsələn, məşğələdə uşaq nümunəyə əsaslanmaqla əşyaları rənginə görə 

çeşidləməyi öyrənir, yəni, qırmızı dairəcikləri qırmızıların, yaşılları 

yaşılların yanına qoyur. Evdə biz uşağa deyirik: “Sənin qırmızı paltarın 

var, qırmızı corabları da tap. İndi isə o biri corabı tap, o da qırmızıdır”. 

Əsgərlər oyununda: “Mən qırmızı əsgərləri seçirəm, sənsə, yaşılları. 

Gəl, kərpiclərdən divarlar quraq. Mən öz əsgərlərimi götürürəm, sənsə, 

özününküləri. Onlar vuruşsunlar”.

Uşaqlar anlayış və ya vərdişləri onlardan sərbəst şəkildə istifadə 

etməyə başladıqları zaman mənimsəyirlər. 

Daun sindromu olan uşaqların inkişaf xüsusiyyətləri

İndiki zamanda şübhə yoxdur ki, Daun sindromu olan uşaqlar 

adi uşaqlar keçən eyni inkişaf mərhələlərini keçirlər. Təlimin ümumi 

prinsipləri Daun sindromu olan uşaqlara xas olan spesifik xüsusiyyətlər 

nəzərə alınmaqla məktəbəqədər yaşda uşaqların inkişafı haqqındakı müasir 

təsəvvürlər əsasında işlənib hazırlanmışdır. Onlara aşağıdakılar aiddir:

1.  Anlayışların ləng formalaşması və vərdişlərin ləng yaranması:

•  Qavrama tempinin aşağı düşməsi və cavabın ləng formalaşması;

•  Materialın mənimsənilməsi üçün çoxlu sayda təkrarın vacibliyi;

•  Materialdan ümumi nəticənin çıxarılması səviyyəsinin aşağı 

olması;

•  Kifayət qədər tələb olunmayan vərdişlərin itirilməsi.



5

2.  Aşağıdakılarla əlaqədar olan və eyni vaxtda bir neçə anlayışdan 

istifadə edilməsi bacarığının zəif olması:

•  Yeni informasiyanın artıq öyrənilmiş materialla birləşdirməyin 

vacib olduğu hallarda uşaqda yaranan çətinliklər;

•  Mənimsənilmiş vərdişin bir vəziyyətdən digərinə köçürülməsində 

çətinliklər. Şəraiti nəzərə alan çevik davranışın patternlərlə, yəni dəfələrlə 

təkrar edilmiş hərəkətlər nəticəsində öyrənilmiş eyni tipli davranışlarla əvəz 

edilməsi;

•  Əşyanın bir neçə əlamətinin istifadə edilməsini və ya hərəkətlər 

ardıcıllığının yerinə yetirilməsini tələb edən məşğələlər zamanı yaranan 

çətinliklər;

•  Məqsədin müəyyən edilməsində və ya hərəkətin 

planlaşdırılmasında pozuntular.

3.  Müxtəlif sahələrdə (hərəkət, nitq, sosial-emosional) uşağın 

inkişafındakı qeyri-bərabərlik və koqnitiv inkişafın digər sahələrlə sıx 

əlaqəsi. 

4.  Bu yaş üçün xarakterik olan əşyavi-praktik təfəkkürün xüsusiyyəti 

bütöv obrazın (görmə, eşitmə, lamisə, propriosepsiya) yaradılması üçün 

bir neçə hiss orqanından istifadənin vacib olmasıdır. Görmə-cismani təhlil 

etmə daha yaxşı nəticə verir, yəni, uşaq üçün ən yaxşı izah onun valideyni 

yamsılaması və ya hərəkəti onunla birlikdə yerinə yetirməsidir.

5.  Hiss etmə qavrayışının pozulması. Bu, hissiyyatın zəifləməsi və 

tez-tez rast gəlinən görmə və eşitmənin pozuntuları ilə əlaqəli olur. 

6.  Daun sindromu olan uşaqlar müxtəlif çıxış səviyyələrinə malik 

olurlar və onların inkişaf tempi də əhəmiyyətli dərəcədə fərqlənə bilər. 

  Koqnitiv inkişaf proqramının əsasını aşağıdakılar təşkil edir: 

məktəbəqədər uşaqların təfəkkürünün əşyaviliyi, onların hissiyyat 

təcrübəsindən istifadə edilməsinin vacibliyi, canlı-əyani və məntiqi 

təfəkkürə sonrakı keçid üçün baza kimi əyani-aktiv təfəkkürə əsaslanma, 

uşağın öz motivasiyasını istifadə etməsi, eləcə də hər bir uşağa onun 

özəlliklərini, üstün tutduğu şeylər və öyrənmə sürətini nəzərə alan fərdi 

yanaşma imkanı

Uşaqla necə məşğul olmalı?

  Məktəbəqədər yaşda uşağın inkişafının əsasını onun fəaliyyəti 

təşkil edir. Belə ki, bu yaşdakı təfəkkür əşyavi xarakter daşıyır. Uşaq 

hərəkətlər vasitəsilə ətraf aləmlə tanış olur. Bu, onu əhatə edən əşyalarla 

baş tutur. Bu hərəkətlər təfəkkürün inkişafının əsasını təşkil edir. Çalışın ki, 


6

sizin uşağınızın fəaliyyəti sıx və müxtəlif olsun. Hər bir insan biliklərinin 

yalnız bir hissəsini xüsusi məşğələlər prosesində əldə edir. Ətrafda baş verən 

hər şey informasiya mənbəyi olur, onun tərəfindən nəticə çıxarılır və istifadə 

edilir. Uşaq əlbəttə, istisna təşkil etmir. Onun üçün bilik əldə etməyin 

əsas forması oyun və məişət işlərində istirakdır. Daha sonra isə xüsusi 

hazırlanmış didaktik məşğələlər gəlir. 

      Nə vaxt uşaqla didaktik məşğələlərə başlamaq olar?

  Məşğələlər zamanı uşağın sizin tapşırıqlarınızı başa düşməsi və 

yerinə yetirməsi üçün o, artıq, bu vaxta qədər valideynlərin ona müraciət 

etdikləri hər hansı xahişləri yerinə yetirməyi öyrənməlidir. Bu xahişlər ən 

sadə ola bilər və sözlərlə və əl hərəkətləri ilə ifadə edilə bilər. Eləcə də, 

uşaq valideyni yamsılayaraq hərəkət edə bilər. Məsələn, siz uşağa fincan 

verir və onu stolun üstünə qoymağı xahiş edirsiniz, eyni zamanda isə siz 

öz fincanınızı oraya necə qoyduğunuzu ona göstərirsiniz. Bu zaman o, öz 

istəyinə və ya vərdişinə görə hərəkət etməyəcək, ona verilən göstərişi yerinə 

yetirəcəkdir. Beləliklə, didaktik məşğələlərə hazırlıq üçün uşağın məişət 

şəraitində valideynin sadə tapşırıqlarını yerinə yetirməyi öyrənməsi vacib-

dir. Bir qayda olaraq uşaqla didaktik məşğələləri 2,5-3 yaşdan başlamaq 

olar.


  Məşğələlər üçün hansı materialdan istifadə etməli?

  Məktəbəqədər uşaqların təliminin əsasında əşyavi fəaliyyət durur. 

Belə ki, bu yaşda təfəkkür əşyavi-praktik xarakter daşıyır. Uşaq gərək ətraflı 

baxsın və toxunsun, hərdən isə o, “işlədiyi” materialı gəmirməlidir ki, onu 

şifahi göstəriş ilə asan əlaqələndirə bilsin və daha tam və dəqiq obrazını 

yaratsın. Ona görə də məşğələ zamanı yaxşı olar ki, parlaq rəngli oyun-

caqlardan, müxtəlif xüsusiyyətə malik oyuncaqlardan, məişət əşyalarından 

istifadə edilsin. Məsələn, çeşidləməni öyrətmək üçün diyircəklərdən və 

kubiklərdən, eləcə də şam qozası və şabalıddan və ya çəngəl və qaşıqlardan 

istifadə etmək olar. Çalışmaq lazımdır ki, eyni vərdişlərin məşq etdirilməsi 

üçün müxtəlif materiallardan istifadə edilsin. Şəkildən uşaq orada təsvir 

edilmiş əşyalar ilə tanış olduğu halda istifadə etmək olar. Sual-cavabın 

köməyi ilə təlimə isə yalnız uşaq kifayət qədər yüksək səviyyəli ünsiyyət 

bacarığına malik olduqda yer vermək olar. 

  Uşaqla məşğələlər üçün lazım olan vəsaitlərin əksər hissəsini 

valideynlər çalışmanın əvvəlində təsvir edildiyi kimi əl altında olan 

vasitələrdən istifadə etməklə özləri düzəldə bilərlər. 

Stol arxasında necə məşğul olmaq olar?

Uşaqla stol arxasında məşğul olmaq vacibdir. Bunun üçün stol 

arxasında oturmağı həqiqətən tələb edən fəaliyyət növlərini seçmək 


7

lazımdır. Siz ailəliklə stol arxasında loto oynaya, rəsm çəkə və ya heykəl 

qura bilərsiniz. Döşəmədə isə kubikdən daha yaxşı ev qura və ya maşın sürə 

bilərsiniz. 

Stol arxasında uşaqla elə üzbəüz oturun ki, o, asanlıqla sizin 

tapşırıqlarınızı eşidə və jest və hərəkətlərinizi görə bilsin. Uşaq stolunuz 

yoxdursa, çalışın ki, o, stolda düzgün şəkildə otursun: onun ayaqlarının 

altına skamya qoyun və əmin olun ki, onun sinəsi stolun süfrəsi 

səviyyəsindədir. 

  Bizim uşağa verdiyimiz göstərişlər onun nitqi anlamaq səviyyəsinə 

uyğun olmalıdır. O, qısa və dəqiq deyilməli, bir çox hallarda isə onu 

hissə-hissə, aramla söyləmək və sözləri əl hərəkətləri ilə dəstəkləmək 

lazımdır. Hərdən şifahi göstərişlərin əvəzinə uşağa onun nə etməli olduğunu 

göstərmək olar. Mütləq uşağa düşünmək və cavab vermək imkanı vermək 

üçün fasilə vermək lazımdır. Onu tələsdirməyin. Uşaq düşünməyi hələ 

çatdıra bilmədikdə ona verilən işarə çox vaxt onu yalnız karıxdırır. 

  Uşaq çalışmanı sərbəst yerinə yetirməyi bacarmadıqda, diqqətini 

lazımi hərəkət və ya vacib detala cəmləşdirməkdə ona kömək etmək, 

məsələn, ona indi lazım olan detalın sxemini göstərmək lazımdır. Əgər 

bu kifayət etməzsə, onun əlindən tutmaqla (birgə yerinə yetirmə) və ya 

çalışmanın bir hissəsini onun əvəzinə yerinə yetirməklə düzgün hərəkəti 

yerinə yetirməkdə uşağa yardım edin. İstənilən halda çalışın ki, çalışma 

tamamlansın. 

  Hər bir məşğələyə müxtəlif mövzuda olan bir neçə çalışma daxil 

etmək olar. Başlanğıc mərhələdə bir çalışma 2-3 dəqiqə, bütün məşğələ isə 

10-15 dəqiqə davam edə bilər. Uşağın yaşına uyğun olaraq bir çalışmanın 

müddəti tədricən 5-7 dəqiqəyə qədər, məşğələnin müddəti isə 30-40 

dəqiqəyə qədər artırıla bilər. 



Hazırkı mərhələdə uşağa uyğun olan çalışmanı necə seçməli?

Bu kitabçada təklif edilən bütün çalışmalar çətinlik dərəcəsinə 

uyğun olaraq bir neçə “blok”a bölünmüşdür. Hər bir bloka təlimin 

müxtəlif bölmələrindən olan çalışmalar daxil edilmişdir. Proqram 

elə qurulmuşdur ki, uşaqlar daha yüksək səviyyəli çalışmaları yerinə 

yetirərkən əvvəlki səviyyələrdəki çalışmaların mənimsənilməsi zamanı əldə 

etdikləri vərdişlərdən istifadə edə bilsinlər. Ona görə də, növbəti blokun 

çalışmalarına yalnız əvvəlki səviyyələrdəki çalışmalar mənimsənildikdən 

sonra keçmək vacibdir. Hətta uşaq artıq böyük olsa və çox şeyi etməyi 

bacara bilsə belə onunla ən sadə çalışmalardan başlamaqla məşğul olmaq 

lazımdır. Onun həqiqətən də bu çalışmaları yerinə yetirmək bacarığının 

olub-olmadığına çox az vaxt  içərisində əmin olacaqsınız. Ardıcıllıqla 

növbəti bloklara keçərkən uşağın sadəcə azacıq köməklə yerinə yetirə 

biləcəyi çalışmalar tapacaqsınız. Məhz bu çalışmalar “uşağın yaxın inkişaf 

zonası”nda yerləşir. Bu o deməkdir ki, həmin çalışmalar hazırkı mərhələdə 


8

onun ehtiyac və imkanlarına uyğun gəlir. 

Bir blokun mənimsənilməsinə sərf edilən vaxt hər bir uşaq üçün fərdi 

seçilir. 

Təcrübə göstərir ki, uşaqlar bir blokun bütün çalışmalarını demək olar 

ki, eyni vaxtda mənimsəyirlər. Yerinə yetirilməsi digər sahələrin, məsələn, 

nitq və ya kiçik motorikanın kifayət qədər inkişaf etməməsi səbəbindən 

çətinləşən çalışmalar istisna təşkil edir. 

Əgər uşaq, məsələn, quruculuq fəaliyyətinin öhdəsindən asanlıqla 

gələ bilir, lakin, bununla belə, bu blokun digər bölmələrinin çalışmalarını 

yerinə yetirə bilmir. Bu zaman güman etmək olar ki, çətinliyə səbəb olan 

çalışmanın yerinə yetirilməsi quruculuq fəaliyyətindən çox nitqi daha yaxşı 

başa düşməyi tələb edir. Ola bilsin ki, bu halda daha yaxşı nəticələrin əldə 

edilməsi üçün təlimatları sadələşdirmək və onu əl hərəkətləri ilə müşayiət 

etmək lazımdır. 

Əgər əksinə, quruculuq fəaliyyətində geri qalma müşahidə edilirsə, 

onda ola bilsin ki, uşağın kiçik motorikanın inkişafında, xüsusilə, əlin 

biləkdən döndərilməsində problem vardır. Bu da, qurma zamanı detalın 

düzgün döndərilməsinə imkan vermir və əlavə məşqlər tələb edir. 

Uşaq hər hansı bir çalışmanı yerinə yetirməyi bacarmadıqda çətinliyə 

məhz nəyin səbəb olduğunu aydınlaşdırmaq üçün onu ayrı-ayrı hissələrə 

bölmək və bu hissəni ya ayrılıqda, yaxud da məsələn, uşaq nitqin kifayət 

qədər inkişaf etməməsi ilə əlaqədar olaraq rəngi sərbəst deyə bilmədikdə 

bu çalışmanı sonraya saxlamaq lazımdır. Növbəti səviyyəyə keçən zaman 

uşaqda yeni çalışmaların mənimsənilməsində ciddi çətinliklər hiss olunarsa, 

əvvəlki blokun həmin bölmələrinin çalışmalarına qayıtmaq tövsiyə olunur.



Məşğələni uşaq üçün necə cəlbedici etməli?

Ən ilkin şərt – bu məşğələlərin sizin özünüzün xoşuna gəlməsidir. 

Əgər məşğələlər sizi əsəbiləşdirirsə, onlar çətin ki, uşağınızın xoşuna gəlsin. 

Uşağın öz motivasiyasından istifadə etmək vacibdir. Yaxşı olar ki, 

təklif edilən oyuncaqlar onun xoşuna gəlsin. Çalışma mümkün qədər elə 

qurulmalıdır ki, məşq etdirilən vərdiş onun öz məqsədinə çatması üçün 

bir vasitə kimi lazım olsun. Onun məqsədi və sizin məqsədiniz çox vaxt 

üst-üstə düşməyə bilər. Məsələn, siz kiçik motorikanı inkişaf etdirmək 

məqsədilə qəpikləri daxıla atmağı uşağa buyurursunuz. Uşaq bu hərəkəti 

ona görə edir ki, onun qəpiklər daxılın dibinə dəydiyi zaman çıxan səsdən 

xoşu gəlir.

Çalışma heç də həmişə (xüsusilə ilk mərhələlərdə) uşağa maraqlı 

gəlmir. Bu zaman o, bu çalışmanı valideynin tərifi üçün edir. Çalışmanı 

yaxşı etdiyi üçün uşağıq tərifləyin! Əgər onda nə isə alınmırsa, onu 

çalışmanı yerinə yetirmək üçün etdiyi səylərə görə tərifləmək olar: “Afərin, 

demək olar ki, etmisən” və bu zaman çalışmanı sonadək etməkdə ona 



9

kömək etmək lazımdır. Uşağın fəaliyyətinə mənfi qiymət verməkdən və 

onda özünün “bacarıqsızlığı” barədə fikirlər yaratmaqdan çəkinin. 

Uşaq çalışmadan imtina etdikdə, şəkilləri və ya oyuncaqları kənara 

atdıqda, üzünü çevirdikdə, bu, ona işarə edir ki, təklif edilən çalışmalar 

və ya forma onun inkişaf səviyyəsinə uyğun gəlmir. Bu zaman uşaqda 

tezliklə təlimi xatırladan (stol arxasında oturma, vəsaitlərin təqdim edilməsi, 

valideynin xüsusi “mentor” intonasiyası və s.) hər şey barəsində ikrah hissi 

yaranır. Bu halda məhz nəyin çətinlik yaratdığını başa düşməyə çalışmaq 

və uşağa daha sadə tapşırıq vermək lazımdır. Çalışın, həmçinin, məşğələnin 

özünün formasını dəyişin, hər bir çalışmanın əsas məqsədini fərqləndirin və 

onu məişət şəraitində həll etməyə cəhd edin və ya uşaqla oynadığınız oyuna 

daxil edin. Bu zaman stol arxasında nəsə başqa bir çalışma ilə, məsələn, 

muncuq dənələrini düzmək və ya çubuq oyunu oynamaqla məşğul olmaq 

olar. O, sizinlə oynamağın maraqlı olduğunu anladıqda, həqiqətən də sizin 

istədiyinizi edə biləcək və bir müddətdən sonra stol arxasındakı didaktik 

oyuna qayıtmağa razı olacaq. 

Uşağı oyunla necə məşq etdirməli?

Hər bir balaca uşağın ən əsas fəaliyyəti oyundur. Lakin uşaq oyunu 

özü öyrənə bilməz, bunu ona öyrətmək lazımdır. Oyun təşkil edərkən, 

siz öz üzərinizə “inkişaf etmiş uşaq” rolu götürürsünüz. Özünüz oynaya-

oynaya uşağa göstərirsiniz ki, o, oyuncaqlarla nə edə bilər. Ola bilər ki, 

ilk vaxtlarda siz tamaşa göstərəcəksiniz, uşaq isə tamaşaçı olacaq. Sonra 

o, sizi yamsılayaraq oyuncaqlarla ayrı-ayrı hərəkətləri yerinə yetirməyə 

başlayacaq,  daha sonra isə tədricən onları bütöv bir süjetdə birləşdirməyi 

öyrənəcək. Əgər uşaq artıq özü oynaya bilsə, siz yeni incəliklər daxil 

etməklə onun oyunlarına qoşula bilərsiniz.

Öz hərəkətlərinizi və uşağınızın hərəkətlərini təsvir edin. Sizin 

sözləriniz sadə, anlaşıqlı və uşağıq emosional baxımdan ruhlandırıcı 

olmalıdır. Məsələn, “Sən nə hündür ev tikmisən! İndi o uçdu, dovşancığaz 

ağlayır, nə edim?  Gəl, evi təmir edək!” yoxsa ki, “Gör necə ev tikmisən, 

amma onu uçurma! Bax, mən elə belə də bilirdim ki, onu uçuracaqsan! 

Yenidən tik!” Əgər birinci təsvirdə uşağın hərəkətləri müsbətdirsə və onun 

qarşısında tapşırıq qoyursa, ikinci halda xatırladır ki, nə etmək olmaz və öz 

bəyanedici forması ilə oyunu darıxdırıcı təlimə çevirir. 

Təlim müəyyən təkrarlar tələb etdikdə, elə “səhnə mizanı qurun” ki, 

əsaslı və maraqlı olsun. Məsələn, siz uşağa kərpicdən darvaza qurmağı 

öyrədirsiniz. Bu halda maşını darvazadan içəri keçirməyi buyurun. Darvaza 

uçub dağılsa, təbii olaraq onu yenidən qurmağı uşaqdan istəyə bilərsiniz. 

Beləliklə, o, quruculuq işini məşq etdirə biləcək və bundan əlavə, onun 

yenidən dağılmağına sevinəcək. 

Sizin davranış modelini göstərdiyiniz çalışma-təqdimatdan sonra 


10

oyuncaqları əl çatan yerdə saxlayın və onun özünün bu oyuncaqlarla 

oynamasına şərait yaradın. 

 

Məişət şəraitində uşağıq necə məşq etdirməli?

Uşağın ətraf aləm haqqında təsəvvürlərinin inkişaf etdirilməsi və  

hiss etmə təcrübəsinin artırılması məqsədilə onu ailənin digər üzvlərinin 

məşğul olduğu müxtəlif fəaliyyət növlərinə cəlb etmək lazımdır. Döşəmənin 

silinməsi (süpürgə və ya əllə) hərəkətin dəqiqləşməsinə yardım edir. Paltarın 

yuyulması və sıxılması (əllə), qab-qacağın yuyulması, zibilin xəkəndaza  

yığılması iki əlli hərəkət vərdişləri yaradır və uşağın yeni hissetmə 

qabiliyyətləri əldə etməsinə imkan verir. Uşağa xəmirdən kökə düzəltməyi, 

yuyulmuş paltarı ləyəndə daşımağı, onu asmağı və sıxaclarla bərkitməyi, 

bağçada işləməyi və s. təklif etmək çox faydalıdır. 

Uşaq ayrı-ayrı tapşırıqları yerinə yetirərək və ya sizin hərəkətlərinizi 

yamsılayaraq sizə kömək edə bilər. 

Məsələn, siz salat hazırlayarkən, 

kasanı gətirib stolun üstünə qoymağı 

uşaqdan istəyə bilərsiniz. Sonra isə 

ona təhlükəsiz birdəfəlik istifadə 

üçün plastmas bıçaq verə və bişmiş 

tərəvəz və göyərtini sizinlə birlikdə 

doğramağı təklif edə bilərsiniz. Əgər 

onda nəsə alınmasa, onun əlindən 

tutaraq düzgün hərəkəti ona göstərin. 

  Sizin uşağa müraciət etdiyiniz istəklər sadə, lakin müxtəlif 

olmalıdır. Nə etdiyinizi onunla müzakirə edin. Emosional momentləri 

fərqləndirin və intonasiya ilə qeyd edin: “Ay, sulu oldu!” və ya “Ay, quru 

(isti, ağır və s.) oldu!”.

  Uşaq sadəcə ayrı-ayrı ev işlərini yerinə yetirməyi öyrənməməli, 

onlarla müntəzəm məşğul olmalıdır. Gördüyü hər bir işə görə, eləcə də sizə 

yardım etmək səylərinə görə onu mütləq tərifləyin. Siz özünüzün və onun 

hərəkətlərini şərh edərkən əşyaların ölçüsünü, rəngini və digər əlamətlərini 

(ağırdır, soyuqdur və s.) təkrar edə bilərsiniz. Siz süfrə açarkən saymağı, 

corabları yuduqdan sonra yerinə qoyarkən cüt-cüt yığmağı öyrədə bilərsiniz. 

Balaca uşaqlar adətən ev işlərində valideynlərinə həvəslə yardım edirlər, 

sonradan onları buna öyrətmək çətin olur. 

  Həssaslığın pozulması uşağın məşğul olmaq hazırlığına nəyə görə 

təsir edir?

  Daun sindromu olan uşaqların çoxunda ağrı və toxunma həssaslığı 

aşağı olur, görmə və eşitmədə pozulmalar baş verir. Ona görə də, on-

larda “hissiyyat defisiti” adlandırılan hal baş verir. Yəni, onların aldıqları 

hisslərdə çatışmazlıq olur və ya onların hissiyyatı qeyri-dəqiq və pozulmuş 



11

olur. Uşaqda aşkar hissiyyat defisiti olarsa, o, bunu kompensasiya etmək 

üçün hər vəchlə müxtəlif hisslər qəbul etməyə səy göstərəcək: oyuncağı 

möhkəmcə tıqqıldatmaq, yırğalanmaq və s. Didaktik məşğələ, stol arxasında 

oturmaq, kartlardan və ya şəkillərdən istifadə etmək belə uşağın diqqətini 

cəlb etmir və o, bundan yayınır. Əgər onun valideynləri əsəbiləşərək onu 

şapalaqlayırlarsa, ola bilər ki, o, bundan razı qalsın. Çünki, o, nəhayət, 

həqiqətən hiss edə biləcəyi kifayət qədər güclü hiss qəbul etmişdir. 

  Hissiyyat defisitinin qarşısını almaq üçün siz uşağı möhkəmcə 

qucaqlaya, “minikdəki kimi gəzdirə” və onunla güləşə və ya özünü altdan 

çıxarması üçün yorğanı üstündən çəkib sərt mələfəyə, yun ədyala bükə və 

ya balışları onun üstünə yığa bilərsiniz. 

  Belə oyunları adətən oğlan uşaqları ilə oynayırlar, lakin, bu oyunlar 

qız uşaqları üçün faydalıdır. Belə oyunlar oynayan zaman vacibdir ki, hamı 

şən olsun, valideynlər özlərini emosional aparsınlar və qəbul edilmiş hissi 

müqayisə etməkdə və qiymətləndirməkdə uşağa kömək etsinlər. 

  “Çirkli oyunları” bütün uşaqlarla oynamaq olar. Bu oyunlarda 

qum və su, un və su, xəmir, plastilin, gil, rəng çubuqları, üz qırxma üçün 

köpükdən istifadə nəzərdə tutula bilər. Yaxşı olar ki, uşaq bu materiallarla 

oyundan təkcə əli ilə deyil, eləcə də bütün bədəni ilə müxtəlif hisslər qəbul 

etsin. Yuyunmazdan əvvəl onu rəng çubuğu ilə boyayaraq və ya üz qırxma 

üçün köpük sürtərək güzgünün qarşısına gətirib ona özünün yuyunması 

üçün hamam lifi vermək olar. 

  Yayda yaxşı havada çalışın uşaq qumda və otluqda sürüşsün və 

oynasın, qumdan, gildən, daşlardan və budaqlardan qalalar qursun. Onların 

üst-başlarını çirkləndirməyindən qorxmayın. Uşaq belə oyunlardan imtina 

edərsə, siz ona nümunə göstərə bilərsiniz. 

Məşğələ prosesində uşağın uğurlarını necə qiymətləndirməli?

Məşğələ zamanı uşaqlara verilən bütün çalışmalar çətinlik səviyyəsinə 

görə dörd bloka bölünmüşdür. Hər bir bloka təlimin müxtəlif bölmələrindən 

olan çalışmalar daxil edilmişdir. Bunlar uşağa eyni vaxtda verilə bilər. Hər 

bir blokun çalışmaları növbəti səviyyəyə keçmək üçün mənimsənilməsi 

lazım olan çalışmaların siyahısı verilmiş qiymət cədvəlinə (əlavə 1-ə bax) 

uyğunlaşdırılmışdır. Təlim prosesində uşağa həm cədvəldə göstərilən, 

həm də digər materiallardan olan və eyni vərdişlərin məşq etdirilməsinə 

yönəlmiş analoji çalışmaları vermək və onları uşağın gündəlik həyatına və 

sərbəst fəaliyyətinə daxil etmək olar. 

Hər bir blokun əvvəlində uşaqla keçirdiyiniz məşğələ prosesində dol-

dura biləcəyiniz cədvəl (bu cədvəllər əlavə 1-ə daxil edilmişdir) verilmişdir. 

Uşaq çalışmanı yerinə yetirərkən sizin ona hansı cəhətdən kömək etdiyinizi 

diqqətlə izləyin.

“Qiymət” qrafasında aşağıdakı işarələrdən istifadə etmək olar:


12

+  Uşaq çalışmanı sərbəst edir;

+/ -  

Uşaq çalışmanı azacıq köməklə edir. Siz ona əlavə təlimat 



verirsiniz, diqqəti indi lazım olan hərəkətə və ya vacib təfərrüata yetirməkdə 

ona kömək edirsiniz;

-/+ Uşaq çalışmanı əhəmiyyətli dərəcədə köməklə yerinə yetirir. Siz 

uşağa kömək edirsiniz, onun əlləri ilə hərəkət edirsiniz və ya çalışmanın bir 

hissəsini onun əvəzinə yerinə yetirirsiniz;

-  Kömək edilməsinə baxmayaraq çalışma yerinə yetirilməmişdir. 

  Məşğələdən məşğələyə cədvəldə nə qədər çox  müsbət işarəsi 

müşahidə etsəniz uşağınızın uğur qazandığına əyani şəkildə əmin ola 

bilərsiniz. 


Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin