Up with down


•  Assosiativ cütlərin seçilməsi



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə5/7
tarix13.02.2017
ölçüsü4,08 Mb.
#8415
1   2   3   4   5   6   7

•  Assosiativ cütlərin seçilməsi 

Uşağın inkişafının bu mərhələsində onunla sual-cavab oyunu 

oynamaqla onun assosiativ təfəkkürünü inkişaf etdirmək, eyni zamanda 

onun dünya görüşü sahəsini genişləndirmək olar. Bu, məşğələ xüsusi 

materiallar tələb etmir və istənilən yerdə keçirilə bilər. Uşaqdan soruşun, 

məsələn, dovşan hardadır. Uşaq cavab verməkdə çətinlik çəkərsə ona 

yönəldici sual verin: “Dovşan nə yeyir – kök yoxsa balıq?” Belə sualları 

bütün hadisələr və təzahürlər barədə vermək olar. Məsələn: “Nə vaxt 

qar yağır – qışda yoxsa yayda?”, “Nə vaxt sup yeyirlər – naharda yoxsa 

şam yeməyində?”, “Nə ilə daranırlar – çəngəllə yoxsa daraqla?”, “Hansı 

heyvan süd verir – inək yoxsa qurbağa?” və s. Əlbəttə, uşaq bəzi sualların 

cavabını bilməyə bilər. Onda onun başa düşdüyü nümunələr əsasında təsvir 

yaratmaqla müxtəlif əşyalar və hadisələr arasında əlaqəni ona izah etmək 

lazımdır. 



•  Ardıcıllığın davam etdirilməsi

Materiallar: mozaikanı üfüqi sıra ilə yığmağa imkan verən lövhə və 

böyük mozaika dəsti.



39

Uşağa forma və ya ölçüsünə görə bir-birindən fərqlənən əşyaları 

sıralamağı, məsələn, çəngəl və salfetdən və ya üçbucaq və kvadratlardan 

ibarət əşyaları düzməyi, eləcə də iri və xırda muncuq dənələrini növbə ilə 

düzməyi tapşırmaq olar. Ardıcıllığın davam etdirilməsi çalışması kifayət 

qədər mürəkkəbdir. Ona görə də, təklif edilən əşyalar yalnız bir əlamətinə 

görə fərqlənməlidir ki, uşaq eyni vaxtda əsas əlaməti fərqləndirməli 

olmasın.


Müxtəlif əşyaların sıralanması mənimsənildikdən sonra rənglərin 

sıralanmasına keçmək olar. Uşağın qabağına mozaika hissələri olan qutu 

qoyun və lövhədəki oyuğa ardıcıl olaraq qırmızı, sarı, qırmızı və sarı 

mozaika hissəsindən ibarət sıra yaratmağa başlayın. Sonra isə növbə ilə 

sıradakı hər bir mozaika hissəsini göstərib onun rəngini deyin və uşaqdan 

bu sıranı davam etdirməsini istəyin. Sıranı davam etdirmək üçün bundan 

sonra məhz hansı mozaika hissəsindən istifadə etmək lazım olduğunu deyin: 

“İndi isə növbə qırmızınındır”. Mozaika qutusundan onu tapmağı və növbəti 

oyuğa qoymağı uşağa tapşırın. Sonra isə sıradakı bütün mozaika hissələrinin 

rəngini sadalayın və ondan soruşun: “İndi hansıdır?” Uşaqdan onu 

tapmasını və yerinə qoymasını istəyin. O, səhv etdikdə rəngi deyin və ya 

onun diqqətini qırmızıdan sonra sarı rəngin gəldiyinə yönəldin. Bundan son-

ra uşaq da növbəti mozaika hissəsini götürür. Uşaqların qanunauyğunluğu 

başa düşməsi və onu izləməsi üçün adətən onlar valideynlə kifayət qədər 

uzun ardıcıllıq qurmalı olurlar. 

Mozaika hissələrinin lövhəyə yığılması uşağa çətin gələrsə, sıranın 

davam etdirilməsi üçün stolun üstünə rəngli dairəciklər düzmək olar. 

•  “Artıq” əşyanı axtarmaqla təsnifatlandırma

Materiallar: Heyvan, ərzaq, paltar, mebel və ya loqopediya 

mövzularında keçilmiş başqa əşyaların təsvir edildiyi kartlar. Loto 

kartlarından da istifadə etmək olar. Hər növdən cəmi 4-5 kart.

“Artıq” olanı seçmək üçün xüsusilə bu vərdişin mənimsənilməsinin 

ilkin mərhələlərində müxtəlif əşyalardan ibarət ardıcıllıqdan istifadə etmək 

olar. Məsələn: üç qəpik və bir düymə, üç müxtəlif qaşıq və bir çəngəl, 

müxtəlif ölçülü üç üçbucaq və bir kvadrat və s. Uşaq artıq olanı tapmağın 

nə demək olduğu başa düşdükdən sonra kartlardan istifadə etməklə yerinə 

yetirilən çalışmalara keçmək olar. 

Uşağın qabağına bir növə aid olan əşya təsvir edilmiş üç kartdan ibarət 

ardıcıllıq qoyaq və ondan hər bir kartın adını və izahedici sözləri deməsini 

istəyin. Məsələn: “Şalvar, mayka, gödəkcə - bu nədir?” Uşaq cavab verir 

ki, bu – paltardır. Sonra başqa tipli daha bir kart, məsələn, boşqab əlavə 

edin və burada hansı əşyanın olduğunu soruşun. Uşaq boşqabı göstərdikdə 

bunu təsdiqləyin: “Doğrudur. Şalvar, mayka və gödəkcə paltardır. Biz onları 

geyinirik. Boşqabı isə geyinmək olmaz. Boşqab burada artıqdır”. Uşaq bu 



40

formada təqdim edilmiş çalışmanı çətinlik çəkmədən yerinə yetirə bildikdə 

onların hər birinin adını deməsini, sonra isə hansının “artıq” olduğunu 

göstərməyi və izahedici sözlərlə qalan üç kartı deməsini ondan istəyin. 

Cavabın doğruluğunu təsdiqləyin və onu izah edin. Uşaq yalnız nitqin yaxşı 

inkişaf etdiyi halda özü bunu ətraflı şərh edə bilər. 



Ölçü, forma, rəng. Təsnifat 

•  Əşyanın üç əlamətinə görə seçilməsi 

Materiallar: Üç rəngdə (qırmızı, göy və sarı) və iki ölçüdə (böyük 

və kiçik) üçbucaq, dairə, kvadrat və düzbucaqlardan ibarət olan, eləcə 

də qalınlığına (“qalın” və ya “nazik”) görə fərqlənən  “Dyeneş məntiqi 

blokları” dəsti. Çalışmanın yerinə yetirilməsi üçün eyni qalınlıqda üç rəngli 

böyük və kiçik ölçülü üçbucaq, dairə və kvadratlardan istifadə edilir. Karton 

kağızından hazırlanmış iki ölçüdə və dörd əsas rəngdə olan həndəsi fiqurlar 

dəstindən istifadə etmək olar. 

Stolun üstünə beş-altı fiqur düzün və uşaqdan hər hansı bir fiquru üç 

əlamətinə görə seçməyi istəyin: “Balaca qırmızı üçbucağı götür”. Uşaq 

lazımi fiquru seçməkdə çətinlik hiss etdikdə əlinizlə fiqurların bir hissəsinin 

üstünü əlinizlə örtərək axtarış sahəsini azaltmaqla və tapşırığı bir daha 

təkrar etməklə çalışmanı müəyyən qədər asanlaşdıra bilərsiniz.  



•  Əşyanın iki əlamətinin sərbəst şəkildə deyilməsi. Forma və rəng 

(uşağın nitq imkanları buna icazə verdikdə təklif edilir)

Materiallar: Müxtəlif rəngli üçbucaq, dairə, kvadrat, düzbucaqlı və 

rombdan ibarət taxta həndəsi mozaika dəsti.

Stolun üstünə beş-altı fiqur düzün və növbə ilə onları uşağa göstərərək 

onların adlarını deməsini istəyin. Məsələn: uşağa fiquru göstərin və ondan 

soruşun: “Bu nədir?” Uşaq cavab verir. Məsələn: “Bu, üçbucaqdır”. Ona 

əlavə sual verin: “Nə rəngdədir?” Doğru cavabdan sonra bütöv nümunəni 

deyin. “Doğrudur, bu, qırmızı üçbucaqdır.” Uşaq çalışmanın öhdəsindən 

bu formada asanlıqla gəldikdə ona eyni zamanda iki əlaməti deməyi təklif 

etmək olar. Uşağın hansı cavabın verilməsi ondan gözlənildiyini başa 

düşməsi üçün fiqurları növbə ilə demək lazımdır. Bu çalışma həndəsi 

mozaikanın quraşdırılmasından sonra materialın yığışdırılması zamanı da 

uşağa təklif edilə bilər. 



•  İki rəng

Materiallar: bir hissəsində iki və ya üç rənglə boyanmış şəkil, 

digərində isə müvafiq rənglə çəkilmiş iki və ya üç karandaş təsvir edilmiş 

iki hissədən ibarət tapmaca formasında yerinə yetirilən didaktik dəst. 

Şəkli uşağın qabağına qoyun və onun boyandığı rənglərin adını 

soruşun. Uşaq bu rəngləri dedikdən sonra onun qabağına karandaş təsvirləri 


41

olan üç-dörd detal qoyub ona lazım olanını seçməyi və yerinə bərkitməyi 

təklif edin. Növbəti şəkillər də bu qaydada təklif edilir.

Uşağa iki rəngin boyanması lazım olan böyük və aydın şəkilli kon-

tur götürün və onu boyamaq uyğun gələn iki karandaş seçməyi tapşırın. 

Məsələn: “Bu, yaşıl yarpaqlar olan sarı şalğamdır. Şalğamı boyamaq üçün 

hansı karandaşlar lazımdır?” 

•  Başqa əlamətlər

Eyni vaxtda iki peçenyeni uşağa göstərib hər iki fiqurun adını 

soruşmaq üçün “həndəsi” formalı peçenyelərdən istifadə etmək olar. 

Uşağın mümkün qədər daha çox əlaməti deməsinə kömək etməklə ona 

gündəlik həyatda qarşılaşdığı bütün əşyaların əlamətləri haqqında suallar 

vermək olar. Məsələn: “Bu, necə ayıcıqdır?” – kiçik, yumşaq tüklü, qonur 

və s.

Valideynlər həmçinin danışıqlarda əşyaların müxtəlif əlamətlərindən 



istifadə etməli, lazım gəldikdə isə yeni sözlərin mənalarını ona göstərməli 

və izah etməlidirlər. Məsələn: sıx, kələ-kötür, yapışqan və s.



•  Növlərə görə təsnifat

Materiallar: Heyvan, quş, ərzaq, qab-qacaq, paltar, ayaqqabı və ya 

loqopediya mövzularında keçilmiş başqa əşyaların təsvir edildiyi kartlar. 

Hər növdən cəmi 4-5 kart. Loto kartlarından da istifadə etmək olar. 

İki yaxın növə, məsələn, paltar və ayaqqabı, heyvan və quş, mebel 

və məişət əşyaları, ərzaq və qab-qacaq və s. məxsus kartlar hazırlayın. Ən 

çətin iş meyvə - tərəvəzin təsnifatlandırılmasıdır. Növləri deyin və kartların 

qoyulacağı yeri göstərin. Məsələn: “Bu maykadır. Mayka paltardır. Paltarı 

buraya yığacağıq. Tufli ayaqqabıdır. Ayaqqabını buraya yığaq”. Sonra, 

növbə ilə kartları uşağa təqdim edib orada nəyin təsvir edildiyini soruşun və 

onu lazım olan yerə qoymağı tapşırın. Uşaq kartı yerinə qoyanda izahedici 

sözlərdən istifadə etməyi tapşırın: “Doğrudur. Don – .....dır”. 

Oyun zamanı əşyanın adını demək, uşağa isə izahedici sözləri 

deməsini tapşırmaq olar. Məsələn: “Mayka. O, nədir?” – Uşaq cavab verir: 

“O, paltardır”. Yaxud da siz izahedici sözləri, məsələn, mebel deyirsiniz, 

uşaq isə müvafiq nümunədə cavab verir. 

Quruculuq fəaliyyəti

•  Sxem üzrə qurma

 Materiallar: Müxtəlif rəngli, lakin eyni ölçülü üçbucaq, dairə, 

kvadrat, düzbucaqlı, trapesiya və rombdan ibarət həndəsi fiqurlar dəsti. Bu 

dəstə detalın üstünə qoyulması ilə deyil, uşağın fiqurları sxemə baxaraq 

qura biləcəyi azalan qaydada və dörd-beş detaldan ibarət sxemlər çəkmək 

lazımdır. (Nümunələr əlavə 3-də verilir.)



42

Şaquli şəkildə qoyulmuş sxem üzrə qurma mətnin lövhəyə 

köçürülməsinin prototipidir. Stolun üstünə fiqurlar qoyun və sxemi uşağın 

qabağında şaquli şəkildə tutun. Sxemə baxaraq fiquru qurmağı ona tapşırın. 

Bu zaman uşaq çətinlik hiss etdikdə sxemdəki detallardan birini ona 

göstərib beləsini tapmağı və yerinə qoymağı tapşırın. Uşaq tapşırığı yerinə 

yetirdikdən sonra onun öz işini sxemə görə yoxlaması üçün soruşun: “Bura-

da nə təsvir edilib? Hər şey yerindədirmi?” Uşaq fiqurları tam dəqiqliklə 

yerləşdirməyibsə, onları yerlərinə itələməyi təklif edin. Məşğələdən sonra 

həndəsi mozaikanı yığışdırarkən uşaqdan hər bir fiqurun iki əlamətini 

deməsini istəyin. 

•  Rəngi nəzərə almaqla nümunə əsasında qurma

Materiallar: Dörd əsas rəngdən (qırmızı, göy, yaşıl və sarı) ibarət 

böyük mozaika dəsti və uşağın mozaikanı əziyyət çəkmədən yığa biləcəyi 

lövhə.

Lövhəyə sadə nümunə, məsələn beş mozaika hissəsindən ibarət 



gül yığın və bunu uşaqla müzakirə edin. Gülün ortasının harada və nə 

rəngdə olduğunu, ləçəklərinin harada və nə rəngdə olduğunu soruşun. 

Sonra isə uşağa belə bir gül yığmağı tapşırın. Bu, konstruksiyanı tədricən 

mürəkkəbləşdirmək olar. Uşaq çətinlik hiss etdikdə onun əvəzinə bir mo-

zaika hissəsini lövhəyə yığmaqla ona kömək etmək olar. 

Rəngi nəzərə almaqla nümunənin yerinə yetirilməsi üçün həmçinin 

həndəsi fiqurlardan və onun konturları çəkilmiş sxemdən istifadə etmək 

olar. Həmçinin satışda olan və sapa düzülməsi nəzərdə tutulan və onun təbii 

ölçüdə ardıcıllığının təsvir edildiyi sxemlərdən ibarət dəstdən istifadə etmək 

olar. 


•  Əşya haqqında əvvəllər formalaşmış təsəvvürlər əsasında 

qurma

Materiallar: taxtadan hazırlanmış kərpiclər (iyirmi ədəd). Hesablama 

çubuqları (iyirmi ədəd) dəsti və diametri təqribən iki santimetrə bərabər beş 

dairəcik. Plastilin və kibrit və ya diştəmizləyən. 

Əşya haqqında əvvəllər formalaşmış təsəvvürlər əsasında qurmanı 

oyunda geniş istifadə etmək olar. Bu zaman valideyn süjet verir, uşaq isə 

konstruktordan ev, saray, körpü, yol, stol, stul, çarpayı və oyunun gedişində 

lazım olan başqa əşyaları düzəldir. Uşağa nümunə verilmir və o, bütün bu 

konstruksiyaları özünün təsəvvürlərinə uyğun qura bilər. Şərt deyil ki, o, 

bunu əvvəl göstərilmiş nümunə əsasında etsin. Lakin konstruksiya gerçək 

əşyalara bənzəməlidir. Siz isə ayrı-ayrı detalların yerini dəqiqləşdirməklə 

uşağa kömək edə bilərsiniz. Məsələn: təyyarənin qanadları hardadır? və s. 

Plastilin və kibrit dənələrindən adam və heyvan fiqurları düzəltmək 



43

olar. Uşağa, plastilindən silindr formasında “bədən” və diyircəkdən baş 

düzəltməyi, əl, ayaq, pəncə və quyruq üçün kibrit və ya diştəmizləyən 

çöpdən istifadə etməyi tapşırın. Bu zaman uşağın sxemi düzgün yerinə 

yetirməsinə diqqət yetirin. Lazım gəldikdə onun diqqətini özünün və digər 

ailə üzvlərinin əllərinin və ayaqlarının, eləcə də ətrafındakı heyvanların 

pəncələrinin və quyruğunun sayına və yerinə yönəldin. Hazırlanmış bütün 

fiqurları süjetli oyuna daxil etmək olar. Çubuqla qurma zamanı uşağın 

qabağına çubuq və dairəciklər qoyun və ona çubuqlardan üçbucaq, kvadrat, 

evcik, gəmi, insan fiquru və s. düzəltməyi tapşırın. Çətinlik yaranarsa, uşağa 

kağızda çəkilmiş nümunə və ya həndəsi fiqurlar dəstindən müvafiq fiquru 

göstərmək olar.



•  Hissələrdən tamın quraşdırılması

Materiallar: beş-iyirmi hissədən ibarət kəsik şəkillər (tapmacalar - 

pazllar) dəsti və onlara çəkilmiş şəkil-nümunələr. İyirmi hissədən çox iri 

detallardan ibarət pazllardan istifadə etmək olar. Bu pazlın hissələri uşağa 

hissə-hissə verilməlidir. Məsələn: Biz bu gün Vinni-Puxu yığırıq. Pitaçok və 

Uzunqulaq İa İa-nı isə gələn dəfə quracağıq. 

Qurulmuş pazlı və ya onun şəklini 

uşağa göstərin və orada nəyin təsvir 

edildiyini soruşun və süjet üzrə sual-

lar verin. Sonra detalları qarışdırın və 

nümunə-şəklə baxmaqla onu qurmağı 

uşağa tapşırın. Uşaq çətinlik hiss edərsə, 

onun diqqətini süjetə, indi onun yığdığı 

hissəsinin şəkil-nümunədəki yerinə

şəklin məna kəsb edən hissələrinin 

tutuşdurulmasına cəlb etməklə və ya onun lazımi detalı axtarmaq üçün 

görüş zonasını azaltmaq məqsədilə detalların bir hissəsinin üstünü əl ilə 

örtərək ona kömək etmək olar. 

Saymağın öyrədilməsi

•  Cəmi hesablamaqla beşə qədər sayda əşyanın bir-bir sayılması

•  Cəmi hesablamaqla şəkildə təsvir edilmiş beşə qədər sayda 

əşyanın bir-bir sayılması

Materiallar: Bir-bir saymağa əlverişli olan istənilən əşyalar. Birdən 

beşə qədər eyni əşyaların təsvir edildiyi şəkillər dəsti. 

Gerçək əşyaları və ya şəkildə təsvir edilmiş beşə qədər sayda 

əşyanın bir-bir sayılmasını uşağa tapşırın. Uşaq növbəti rəqəmi yaddan 

çıxararsa, həmin rəqəmi deyin və sizdən sonra bu rəqəmi deməsini və bütün 

əşyaları bir daha bir-bir saymasını ondan istəyin. Bir-bir sayarkən əşyaları 



44

qaçırmamaq və ya eyni əşyanı bir neçə dəfə saymamaq üçün onları kənara 

qoymalı və ya barmağı ilə möhkəmcə onu basmalıdır. Uşaq bütün əşyaları 

saydıqdan sonra mütləq cəmi neçə əşyanın olduğunu soruşun. O, bu suala 

cavab verə bilmədikdə düzgün cavabın olduğu sxemi ona verin: “Bir, iki, 

üç, dörd – cəmi dörd” və sizdən sonra təkrar etməsini istəyin. 



•  1-dən 5-ə qədər kəmiyyət və rəqəmin tutuşdurulması

Materiallar: “1”, “2”, “3”, “4”, “5” rəqəmləri yazılmış kartlar dəsti, 

“1”, “2”, “3”, “4”, “5” əşya təsvir edilmiş şəkillər dəsti. Rəqəmli kartların 

əvəzinə maqnit dəstindən istifadə etmək olar. 

Uşağın qabağına “1”, “2”, “3”, “4”, “5” rəqəmlərini qoyub şəkli ona 

verin və oradakı əşyaları bir-bir saymağı tapşırın. Sayma zamanı uşaq 

barmağı ilə hər bir əşyanın təsvirinin üzərinə basmalıdır. O, bütün əşyaları 

sayıb qurtardıqdan sonra cəmi neçə əşya olduğunu soruşun və müvafiq 

rəqəmi seçərək şəklin üzərinə qoymasını istəyin. Növbəti şəkil də bu qay-

dada təqdim edilir. 

•  Bir-bir saymaqla verilmiş sayda əşyanın seçilməsi

Materiallar: “Meyvə və tərəvəz” mövzusunda hesablama materialı 

dəsti, 3-4 balaca oyuncaq və onların hər biri üçün boşqablar.

Oyuncaqları uşağın qabağına qoyun və onlara boşqab verməyi 

tapşırın. Hesablama dəstindən uşağın qabağına 6-7 “alma” qoyun və jestdən 

istifadə edərək birinci oyuncağın adından xahiş edin: “Mənə beş alma 

ver!”. Bir-bir sayarkən uşaq hər bir əşyanı əlinə götürüb kənara qoymalı və 

müvafiq rəqəmi deməlidir. Bu zaman o, hesablamanı nə vaxt dayandırmaq 

lazım olduğunu yadda saxlamalıdır. Bunu yadda saxlamasına yardım etmək 

üçün saymazdan əvvəl ondan soruşmaq lazımdır: “Filciyəz necə alma 

istəyir?” Uşaq boşqaba beş alma qoyduqdan sonra oradakı almanı ona 

göstərib təkrar soruşun: “Orada cəmi neçə alma var?” 

Gündəlik həyatda uşağa stola düzmək üçün üç çəngəl və ya beş qaşıq 

gətirməyi, nənəyə dörd konfet, ataya isə iki peçenye verməyi buyurmaqla 

hesablamadan geniş şəkildə istifadə etmək olar. Həmçinin ondan kuklalara 

birdən beşə qədər sayda əşya verməyi və ya tikinti üçün lazımi sayda kubik 

hazırlamağı istəmək olar. Bir-bir sayma qurtardıqdan sonra hökmən cəmi 

neçə əşyanın alındığını soruşun.  

•  1-dən 5-ə qədər kəmiyyət və rəqəmin tutuşdurulması

Mağaza oyunu

 Materiallar: “1”, “2”, “3”, “4”, “5” rəqəmləri yazılmış kartlar dəsti. 

“Manatlar” – oxşar dördbucaqlılar və ya  həqiqi manatlar (təqribən 30 

ədəd). Oyuncaqlar, meyvələr, konfet və ya mağazada satılan başqa “mallar”. 

“Malları” düzün və onların hər birinə 1-dən 5-ə qədər rəqəmlərlə 


45

“qiymət” qoyun. Uşağa “pul” verib nə istəsə “almağı” təklif edin. Malı 

seçdikdən sonra qiyməti göstərib orada neçənin yazıldığını soruşun. 

Uşaq rəqəmi deyir, məsələn dörd və “satıcı”ya dörd “manat” verir. İlkin 

mərhələdə “4” və “5” rəqəmli qiymətlər işarələnməlidir ki, onun rəqəmlərə 

yapışdırılmış dördbucaqlılara qoymaq mümkün olsun. Hesabı ödədikdən 

sonra cəmi demək bacarığını məşq etdirmək üçün bir daha hesablamağı 

təklif etmək olar: “Cəmi neçə manat oldu?” Uşaq işarələnmiş qiymətlər 

üçün lazımi məbləğdə “manat”ı seçdikdən sonra bunu işarələnməmiş 

rəqəmlər üçün də etmək olar. 

Mağaza oyunu zamanı uşaqla rolunuzu dəyişə bilərsiniz: Qoy, o, 

“satıcı” olsun, “mal”ın qiymətini desin və onun pulunu düzgün ödədiyinizi 

yoxlasın.  

Siz uşağa istənilən hesablama materialından olan rəqəmli kartdan 

istifadə etməyi təklif edə bilərsiniz. 

•  Hesablama materialının köməyi ilə toplama əməlinin həll edilməsi

Materiallar: iki-üç nüsxədə “1”, “2”, “3”, “4”, “5” rəqəmləri yazılmış 

kartlar dəsti, “+” və “=” işarələri yazılmış kartlar, birdən beşə qədər sayda 

əşyanın təsvir edildiyi cüt şəkillər dəsti (məsələn, bir şəkildə iki, digərində 

üç top və ya bir şəkildə bir, digərində iki banan).

Uşağın qabağına “1”, “2”, “3”, “4”, “5” rəqəmləri yazılmış kartları qo-

yun və istifadə edilməsindən asılı olaraq lazımi rəqəmləri əlavə edin. Sonra 

şəkilli kartı uşağa verin və tapşırın. Məsələn: “Biri var imiş, biri yox. Pişik 

balaları var idi. Say görüm onlar neçədir?” Uşaq  bir-bir pişik balalarını 

sayır və yuxarıda qeyd edildiyi kimi müvafiq rəqəmi onun üzərinə qoyur. 

Pişik balaları təsvir edilmiş növbəti kartı onun yanına qoyun deyin: “Bir 

gün dostları onlara qonaq gəldilər. Say görüm onlar neçədir?” Uşaq ikinci 

kartdakı pişik balalarını bir-bir sayır və müvafiq rəqəmi onun üzərinə qoyur. 

Göstərilmiş rəqəmlərə “+” və “=” işarələrini əlavə edib indi cəmi neçə pişik 

balasının olduğunu soruşun. Sual verərkən hər iki şəkildəki pişik balalarını 

birləşdirən jestdən istifadə edin. Uşaq hər iki şəkildəki pişik balalarını bir-

bir saymalı və müvafiq rəqəmi seçərək “=” işarəsindən sonra qoymalıdır. 

Bundan sonra ona alınmış nümunəni oxumağı təklif edin və çətinlik hiss 

etdikdə kömək edin. 



•  Hesablama materialının köməyi ilə toplama nümunəsinin həll 

edilməsi

Materiallar: iki-üç nüsxədə “1”, “2”, “3”, “4”, “5” rəqəmləri yazılmış 

kartlar dəsti, “+” və “=” işarələri yazılmış kartlar, hesablama materialı dəsti 

(30 dairəcik və ya hesab çubuqları).

Uşağın qabağına, deyək ki, 3+1=...... nümunəsini qoyub ona hesabla-

ma materialı verin və hər bir rəqəmin altına lazımi sayda dairəcik qoymasını 


46

tapşırın. Sonra uşağa, hər iki rəqəmlərin altındakı dairəcikləri bildirən 

jestdən istifadə edərək bütün dairəcikləri bir-bir saymağı və müvafiq rəqəmi 

seçərək “=” işarəsindən sonra qoymağı tapşırın. Bundan sonra isə alınmış 

nümunəni oxumağı uşağa təklif edin. 

Oyun fəaliyyəti

•  Rollardan birini uşağın ifa etdiyi sərbəst süjetli-rol oyunu

Uşaq süjetli-rol oyunlarında (mağaza, poliklinika, uşaq bağçası, 

səyahət və s.) öz üzərinə müəyyən rol götürərək sərbəst şəkildə qısa süjetlər 

ifa edə bilər. Oyuna tədricən yeni incəliklər daxil etməklə, uşağın ətraf 

aləm haqqındakı təsəvvürlərini genişləndirməklə onun oyunda müxtəlif 

vəziyyətləri ifa etməsinə kömək etmək olar. Məsələn: kuklalar qonaq 

gəlib. Stolun üstündə tort var, çay isə yoxdur. Çayı necə hazırlamaq olar? 

Həmçinin öz hisslərini və başqa insanların hisslərini oyunda əks etdirməkdə 

uşağa kömək etmək olar. Məsələn: Uşaq kuklanı yatması üçün çarpayıya 

uzadır, kukla isə uzanmaq istəmir və o, hirslənir. Və ya kukla ondan don-

durma istəyir, valideyn rolunu oynayan uşaq isə rədd cavabı verir və kukla 

inciyir. 

Süjetli-rol oyunlarında uşaqdan qavrama və digər insanların (oyun 

personajlarının) fikir və hisslərini nəzərə almaq bacarığı tələb edən 

gözlənilməz vəziyyətlər yaratmaq üçün seçilmiş süjetdə valideyn də uşaqla 

birlikdə rollardan birini ifa edə bilər. Onlar sevinə, hirslənə, inciyə, qorxa, 

darıxa bilərlər və s. Uşağın bu hissləri dərk etməsinə və tanımasına çalışın.  

Belə oyunların təşkili zamanı oyun müxtəlif materiallardan – kubik, 

kukla, mebel və qab-qacaq dəstləri, eləcə də tez-tez istifadə olunan 

vasitələrdən  istifadə edin və onları oyunun gedişinə uyğun lazımi əşyalara 

çevirin. Məsələn: hesablama çubuğu qaşıq, temperatur ölçən, avtoqələm, 

daraq, pipetka və s. kimi istifadə etmək olar. Bu mərhələdə əvəzedici əşya 

gerçək əşyalara çox da oxşamaya bilər və yalnız onu xatırlatmağa xidmət 

edir. 


•  Verilmiş qayda əsasında oyun

Uşağın inkişafının bu mərhələsində verilmiş qayda əsasında 

oyunda iştirak etmək olar. Bu qaydaları yadda saxlamalı və valideynin 

azacıq dəstəyi ilə oyun prosesində onlara əməl etməlidir. Verilmiş qayda 

əsasında oyunlar uşaqlar arasında geniş yayılmışdır. Onlara “qaçdı-tutdu”, 

“gizlən-qaç”, “sel gəldi” kimi oyunları aid etmək olar. Həmçinin “Yeyilən-

yeyilməyən”, “domino”, zər və oyun daşları ilə oynanılan “kim birincidir?”, 

“Memori” və s. kimi çoxlu sayda didaktik oyunlar da mövcuddur. Belə 

oyunlarda ikidən dörd nəfərə qədər oyunçu iştirak edə bilər. Digər ailə 

üzvlərinizi və ya tanıdığınız uşaqları birlikdə oynamağa dəvət edə bilərsiniz. 

Lakin oyunçuların sayı dörd nəfərdən çox olduqda uşaqlar növbəti 


47

gedişlərini gözləməkdən darıxırlar. 

Didaktik oyunlar uşağda tələb olunan vərdişlərin inkişaf səviyyəsinə 

uyğunlaşdırıla bilər. Uşaqların qaydaları asan mənimsəmələri üçün əvvəlcə, 

oyunların sadə variantlarından istifadə etmək olar. Məsələn: Nöqtəli deyil, 

sadə şəkilli domino daşlarından, “kim birincidir?” oyununda birdən üçə 

qədər böyük nöqtəli zərdən, “Memori” oyununda  isə yerlərini asan yadda 

saxlaması üçün əvvəlcə yalnız iki cüt kartlardan istifadə edilə bilər və uşaq, 

qaydaları yaxşıca yadda saxladıqdan və onu yerinə yetirdikdən sonra daha 

mürəkkəb oyun variantlarından istifadəyə keçmək olar. 



Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin