Mövzu:1Özünü dərketmə bacarıqları P L A N: 1.Wolt Disnet modeli
2.Düşüncə tərzi
3.Vizyon
4.Həyat balansını
1.Wolt Disney modeli Bu texnikanın müəllifi Disney Landin qurucusu Wolt Disney hesab olunur. Onun fikrinə görə bir çox ideyalar tənqidi düşüncəsi olan insanların düşüncələrinə dəyib məhv olurdu. Onun üçün ideya olmadığı üçün cizgi filmləri də yaranmırdı. Ancaq o bir şeyi müşahidə etmişdi ki,hər kəs dərhal tənqid etmir. Bəziləri ideyalarla maraqlanır, kimlərsə onun reallaşdırılması barədə fikirləşir. Bu zaman Wolt Disney bu insanları bir-birindən ayırmaq qərarına gəlir. İkinci mərtəbədə üzərində yazmaq və ya çəkmək imkanları olan böyük divarlarlardan ibarət bir mühit formalaşdırılmışdı.
Bütün xəyalpərəst vizual bacarıqları olan insanları oraya topladılar. Birinci mərtəbədə rahat bir ortamda realistləri yerləşdirdi. Onların işi ondan ibarət idi ki, xəyalpərəstlərin düşüncələrini, yaradıcılığını plan və strategiyalara çevirirdilər. Ən son yarım podval şəraitində kritikləri yerləşdirir. Onlar realistlərin hazırladıqları planlar və strategiyalardakı yanlışlıqları və riskləri aşkar edirdi və heç bir zaman xəyalərəstlə qarşılaşmırdılar. İş modeli belə bir formada idi ki, ilk öncə xəyalpərəstlər ideya və dizaynları hazırlayırdılar. Daha sonra Realistlər proekt sənədləşməsi və planları hazırlayırdılar. Daha sonra yekun layihə tənqidçilərə verilirdi və onlar layihədə olan riskləri, yanlışlıqları müəyyən edirdilər.Daha sonra layihə yenidən realistlərə qayıdıb bu risklərin qarşısını necə almaq olar onun üzərinə düşünürlər.
Eyni zamanda hər birimizin daxilində bu üç obraz mövcuddur. Onlardan hər hansı biri bəzən daha güclü olur. Bəzən gözəl bir işi yaradırıq, düşünürük ancaq onun anında tənqid olunduğu üçün reallaşdırılmasına keçə bilmirik. Uğurlu olmaq üçün bu rolları beynimizdə bir-birindən ayrı bir şəkildə bir məqsədin üzərində çalışmasını təmin etmək lazımdır. Bu çalışma bu rolların ayrı-ayrılıqda çalışmasını təmin edir. İlk olaraq xəyalpərəstdən başlayırıq. Bu rolda digər rolları bir kənara qoyub xəyalpərəst roluna daxil oluruq. Gözünüzün önündə canlanan şəkli təsvir edin. Bunu maksimal şəkildə geniş etmək lazımdır. Haradasınız? Nə geyinmisiniz? Özünüzü kənardan necə görürsünüz? Bütün bu sualları detaylı bir şəkildə təsvir edirsiniz. Özünüz barədə nə deyirsiniz? Məqsədə çatdığınız zaman nə düşünürsünüz? Sizə digərləri nə deyir? Həyatınızda bu obrazda nə dəyişib? Nə öyrənmisiniz? Yeni nələri bacərırsınız? Ona nə əlavə edilib? Sizin üçün bu məqsəd nə üçün önəmlidir? Ona çatmaq sizə nə verəcək? Bu məqsədə çatmaq sizə nə verəcək? Bu məqsədə çatdığınız zaman siz kim olacaqsınız? Daha kimin üçün bu vacib olacaqdır? Bu təsviri nə qədər detallı təsvir edərsiniz o qədər daha geniş dəyər qazanmış olacaqsınız. Fantaziyanı tamamladıqdan sonra realist düşüncəsinə keçmək lazımdır.
Xəyalpərəstin dediklərinə kənardan baxdığınız zaman onun reallaşdırılması yollarını necə düşünürsünüz. Məqsədə çatmaq üçün nə etmək lazımdır? Addımlar ardıcıllığını necə olmalıdır? İlk öncə nə etmək lazımdır? Bu xəyalları reallaşdırmaq üçün nə qədər zaman və hansı resurslar lazım olacaqdır? Bu resurslardan hansılar artıq sizdə var və hansıların formalaşdırılması lazımdır? Bu məqsədə çatmaq üçün kimlər sizə dəstək ola bilər?
Bunu etdikdən sonra tənqidçi obrazına keçid alırıq. Ancaq bu bölümdə diqqətli olmaq lazımdır. Çünki burada nəzərdə tutulan tənqidçi obrazı məhz müdrik bir tənqidçi olmalıdır. Adətən bura ola keçəndə o artıq gözləmədə olur. Öz kritikasını bildirməyə hazır olur. İdeyanı reallaşdırmaq nə dərəcədə realdır? Onda hansı problemlər var? Nə çatmır? Kimin xoşuna gəlməz? Reallaşdırma planında hansı zəif nöqtələr var? Məqsədə çatmaqdan sizi nə saxlaya bilər? Məqsədə çatmaq üçün kim mane ola bilər? Planda daha nələr diqqətə alınmayıb? Bu mərhələdə bütün etirazlar bitənə qədər hamısını qeyd etmək lazımdır.
Bütün etirazlarınızı, qorxularınızı bitirdikdən sonra onlara kənardan baxıb bir rahatlıq hiss edəcəksiniz. Daha sonra realist pozisiyasına geri qayıdıb, kritikin siyahısına kənardan baxın. Bir- bir punktlar üzrə realist pozisiyasından baxın və bu risklərin və problemlərin qarşısını almaq üçün nə etmək lazımdır. Öz ilkin planlarınıza gərəkli əlavə və dəyişikləri edin. Bütün bu prosesi yekunlaşdırdıqdan sonra ümumi planınıza yenidən baxın və özünüzə sual verin bu planı reallaşdırmaq üçün hansı ilk addımı atmam lazımdır?