II. Dərketmə fəaliyyətinin inkişafsızlığı ilə müşayət edilən psixofiziki infantilizm.
III. Dərketmə fəaliyyətinin inkişafsızlığı ilə müşayət edilən və neyrodinamik pozulmalarla ağırlaşan psixofiziki infantilizm.
IV. Dərketmə fəaliyyətinin və nitq funksiyasının inkişafsızlığı ilə müşayət edilən psixofiziki infantilizm.
I. ___ İlkin sağlam intellektli, amma emosional-iradi sferanın inkişafsızlığı ilə müşayət edilən psixofiziki infantilizm PiL-nin əsas formasıdır.
Psixi ləngimənin bu formasının əsas əlaməti emosional-iradi sferanın inkişafsızlığıdır, bu da iradi fəaliyyətin ali formalarının yetişməsində və psixofiziki inkişafsızlıqla özünü biruzə verir. Alınmış məlumatların təhlil edərkən, belə nəticəyə gəlinir ki, bu vəziyyətin əsas səbəbi kimi doğuş zamanı patologiya, hamiləliyin uğursuz gedişi göstərilə bilər. Ayrı-ayrı psixi funksiyalarda pozulma yoxdur: uşaqlar asanlıqla şəkillərdə adi və çevrilmiş formada təsvir edilən real əşyaları tanıyırdılar, həndəsi fiqurları, nümunəyə baxıb, 2-3 əlamətə görə ayırd edə bilirdilər.
Məkani sintez funksiyasını yoxlayarkən, normadan kənara çıxma aşkar edilməyib. Belə ki, uşaqlarda “sağ”, “sol”, “yuxarı”, “aşağı”, “yuxarı”, “uzaq”, “yaxın” və bu kimi anlayışların nitqlə ifadəsi, demək olar ki, heç pozulmayıb. Hərəkət sahəsi yaxşı inkişaf edib, uşaqlar yoxlama zamanı bir hərəkətdən o birisinə tez keçə bilirlər. Bu uşaqların dərketmə fəaliyyətləri də pozulmayıb: məktəbəqədər yaşlı uşaqlar sujetli şəkilləri lazimi ardıcıllıqla düzürlər, şəkillərdə təsvir edilən əşyaları növlərinə görə birləşdirə bilirlər. Bu uşaqları normal uşaqlardan fərqləndirən əlamət onların emosional- iradi sahələrinin xüsusiyyətləridir: məktəb yaşına çatmasına baxmayaraq, onlar hələ də məktəbəqədər maraq dairəsindən çıxmırlar, öz davranışlarını məktəbin tələblərinə tabe edə bilməyərək, məktəb fəaliyyətindən qıraqda qalırlar. Dərs zamanı onlar bir yerdə qərar tutmurlar, tez yorulurlar, baş ağrı, və baş gicəllənmədən şikayətlənirlər. Amma hərəkəti oyunlar vaxtı bu uşaqlar çox cəld, məqsədyönlü və səmərəli olurlar, yəni oyun motivləri onların fəaliyyətində əsas yer tutur. Təlimdə çətinliklər aşkarlanan kimi bu uşaqlara fərdi yanaşmaq lazımdır:
- oxu və hesab tədrisi prosesinə oyun elementlərini daxil etmək;
- canlı boyalarla tərtib edilmiş əyani vasitələrindən istifadə etmək;
- tədris və təlim ardıcıl olaraq, sadədən mürəkkəbə doğru qurulmalıdır.
Dostları ilə paylaş: |