Mövzu №5 PİL-olan uşaqların ümumi xarakteristikası və təsnifatı Plan



Yüklə 108 Kb.
səhifə14/15
tarix02.01.2022
ölçüsü108 Kb.
#45998
1   ...   7   8   9   10   11   12   13   14   15
mövzu 5 yeni

4.Serebral-üzvü mənşəli PİL:

Serebral üzvi mənşəli PİL-ə başqa tiplərə nisbətən tez-tez rast gəlinir. PİL- bölgüsündə əsas yer tutur. Serebral-üzvi mənşəli PiL-i olan şəxslərin anamnezlərinin tədqiqi çox vaxt sinir sisteminin kobud olmayan üzvi çatışmazlığını göstərir. Bu pozulma rezidual xarakter daşıyır, yəni hamiləlik patologiyası (ağır toksikozlar, infeksiyalar, intoksikasiyalar və s) körpənin vaxtından əvvəl doğulması, doğuş zamanı asfiksiya, və travma alması, postnatal neyro infeksiyalar nəticəsində əmələ gəlir. Anamnestik məlumatlar inki.afın yaş fazalarının bir-birini əvəz edilməsinin ləngliyini göstərir: statik funksiyaların, yerimənin, danışmanın, oyun fəaliyyətinin mərhələlərinin gecikməsi müşahidə olunur. Uşağın somatik vəziyyətində fiziki inkişafın ləngliyi, ümumi hipotrofiya, bədən quruluşu müxtəlif növ displaziyaları özünü bruzə verir, bu da vegetativ pozulmaların patogenetik rolunu danılmaz edir. Serebral-üzvü pozulma psixi inkişafın ləngiməsinin strukturuna (həm emosional –iradi kallığın xüsusiyətlərinə, həm də idrak fəaliyyətinin pozulma xüsusiyyətlərinə ) tipik iz qoyur.

Emosional-iradi kallıq üzvi infantilizmlə təqdim olunur. PİL olan şəxslərdə tipik şəxslərə xas olan emosional parlaqlığı yoxdur. Oyun fəaliyəti aradıcılıq və təxəyyülün kasadlığı, monotonluq ilə xarakterizə olunur. Bu və ya digər emosional fondan asılı olaraq üzvi infantilizmin 2 əsas növünü qeyd etmək olar:

1. Dəyişkən- eyforik əhval-ruhiyyə və impulsivliyi ilə xarakterizə olunur.

2. Ləngiyən- Əhval –ruhiyyə əsasən aşağı olması, qorxaqlıq və qərarsızlıq ilə xarakterizə olunur. Ümumiyyətlə serebral-üzvi mənşəli PİL- ə hafizə , diqqətin davamsızlığı, psixi proseslərin inertliyi və ləngliyi ayrı-ayrı qabıq funksiyalarını çatışmazlığı kimi idrak fəaliyyətini pozulmaları xasdır.



Yüklə 108 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin