Mövzu №5 PİL-olan uşaqların ümumi xarakteristikası və təsnifatı Plan



Yüklə 108 Kb.
səhifə13/15
tarix02.01.2022
ölçüsü108 Kb.
#45998
1   ...   7   8   9   10   11   12   13   14   15
mövzu 5 yeni

3.Psixogen mənşəli PİL: Uşağın şəxsiyyətinin düzgün formalaşmasına mane olan əlverişsiz tərbiyə şəraitilə bağlı olan inkişafın pozulmasıdır. Məlumdur ki, erkən yaranan və uzun müddət təsir göstərən qeyri-münasib tərbiyə şəraiti uşağın psixikasına mənfi təsir göstərir. Əsasən sinir psixi sahəsində əvvəlcə vegetativ, sonra isə psixi funksiyaların durğun pozulmalarına gətirib çıxara bilər. Belə hallarda söhbət şəxsiyyətin patoloji inkişafından gedir. Psixogen mənşəli psixi inkişafın ləngiməsini pedaqoji baxımsızlıqdan fərqləndirmək vacibdir. Belə ki, pedaqoji baxımsızlıq zamanı intellektual məlumat çatışmazlığı nəticəsində bilik və bacarığı defisiti əmələ gəlir. Psixogen mənşəli psixi inkişafın ləngiməsi psixi durğunsuzluq tipli şəxsiyyətin atipik inkişafı zamanı müşahidə edilir (Q.Y.Suxareva 1959). Psixi durğunsuzluq isə hipoqayğı ( baxımsızlıq , nəzarətsizlik) nəticəsində əmələ gəlir. Uşağa lazimi qədər diqqət yetirilmir, və affektin fəal tormozlanması ilə əlaqədar uşaq davranış qaydaların bilmir, məsuliyyət və borc hisslərini başadüşmür. İdrak fəaliyyətinin, intellektual maraq və təlimatın inkişafı stimullaşdırılmır. Ona görədə emosional-iradi sferanın patoloji kallığı (affektiv labillik, impulsivlik, tez təsir altına düşmə və. s) çox zaman məktəb fənlərini mənimsəmək üçün vacib olan bilik və təsəvvürlərin aşağı səviyyəsi ilə uzlaşır. “Ailənin kumiri” tipli şəxsiyyətin atipik inkişafı isə əksinə hiperqayğı ilə əlaqədərdır. Uşağı hərtərəfli “qoruyurlar”, ona sərbəstliyə, impulsivliyə, öz hərəkətlərinə cavabdehliyə yiyələnməyə imkan vermirlər. Bu psixogen infantilizim növü üçün eqoizim, əməyi sevməmək, hər zaman başqalarını yardımına ehtiyacı olması xasdır. Nevrotik tipli şəxsiyyətin atipik inkişafı uşağa və ailənin başqa üzvlərinə qarşı kobud, qəddar, aqresiv olması zamanı başverir.Belə vəziyyətdə şəxsiyyət qorxaq, özünə inamsız, emosional cəhəddən kal (qərarsız, təşəbbüssüs, qeyri fəal və.s) formalaşır.



Yüklə 108 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin