II. Dərketmə fəaliyyətinin inkişafsızlığı ilə müşayət edilən psixofiziki infantilizm.
Alınmış məlumatları təhlil edərkən, belə nəticəyə gəlmək olar: bu uşaqların anamnezində doğuşzamanı patologiya mühüm yer tutur (asfiksiya, gec və a tez sürətli doğuş və s.) , yəni beyinin oksigen çatışmazlığı ilə müşayət edilən hallar. Bəzi hallarda irsi ağırlaşdırırcı faktor kimi yaxın cinsli nigahlar göstərilə bilər. Belə uşaqlar erkən yaşlarından psixofiziki inkişafda ləngiliyirlər: onlarda dişlərin gec çıxması, gec gəzmək və gec danışmaq müşahidə edilir, bəzilərində yüksək temperatur zamanı qıcolmalar olur. Kütləvi məktəbdə oxuyarkən, onlar tədris materialını mənimsəməyirlər, tez yorulur, baş ağrı və baş gicəllənmələri olur. Emosional-nəzarət sahəsi pozulur, yəni məktəb qaydalarına tabe olmurlar, həmyaşıdları ilə ünsiyyət qura bilmirlər. Nevroloji cəhətdən kəllə-beyin sinirləri tərəfdən yüngül simtomatika aşkar olunur, vətəri və sümüküstü reflekslər canlıdır, beyin təzyiqi bir az yüksəkdir. Görmə və eşitmə analizatorları normal inkişaf edib.
Dərketmə fəaliyyəti daha çox pozulur. Erkən yaşlı və məktəbəqədər yaşlı uşaqlarda görmə analizi və sintezi yoxlayarkən, aşkar edilir ki, onlar çevrilmiş halda əşyaların təsvirin tanımırlar, qırıq xəttlə çəkilmiş şəkillərin adın deyə bilmirlər. Məkana yaxşı bələddirlər. Xırda və ümumi matorika kifayət qədər inkişaf edib, nitq-məkan anlayışlar isə inkişafdan geri qalır. Əşyaların klassifikasiyası və qruplaşdırılması zamanı da bu uşaqlar çoxlu səhvə yol verirlər. Bir çox əlamətlər canlı mimika, böyük söz ehtiyatı, oyunlarda səmərəli iştirak etmələri və ən əsası- göstərilən köməyi istifadə edə bilmələri- bunlar dərketmə fəaliyyətinin inkişafsızlığı ilə müşayət edilən psixi ləngimənin xeyrinədir.
Dostları ilə paylaş: |