Neft sənayesinin tullantıları



Yüklə 17,9 Kb.
səhifə1/2
tarix19.12.2023
ölçüsü17,9 Kb.
#186580
  1   2
referat 2327


Neft sənayesinin tullantıları.
Bir çox onilliklər ərzində neft istehsalında köhnəlmiş texnologiyalardan istifadə edilməsi, torpağın neft və minerallaşmış su ilə çirklənməsinə gətirib çıxarmışdır. Təkcə Abşeron yarımadasında və onun ətrafındakı çirkləndirilmiş ərazilər təxminən 10 min hektardan artıqdır ki, bunun da 7,4 min ha-ı kənd təsərrüfatı (əkin sahələri) torpaqlarıdır. Bəzi ərazilərdə neft torpağın 3 m-lik dərinliyinə hopmuş və yeraltı suların çirklənmə mənbəyinə çevrilmişdir. Bir sıra hallarda, eyni torpaq sahəsi həmçinin radionuklidlərlə də çirklənmişdir. Bu ərazilərin bəzisində qamma şüalanma maksimum yol verilən həddən 20-50 dəfə yüksəkdir. Neftayırma və neft-kimya zavodlarının ətrafındakı torpaqlar neft və maye karbohidrogenlərlə çirkləndirilmiş, bu da öz növbəsində atmosferin çirkləndirilməsi mənbəyinə çevrilmişdir.
Məsələn, civə texnologiyasına əsaslanan kaustik soda və xlor istehsalı Sumqayıt şəhərində və ümumilikdə Abşeron yarımadasında böyük ekoloji problemlər yaratmışdır. Zavodda hazırda istismarda olan civə üsulu ilə xlor istehsalı fiziki və mənəvi cəhətdən köhnəldiyindən ətraf ərazilərin civə və xlor kimi çox zərərli maddələrlə çirklənməsinə gətirib çıxarmışdır. Abşeron yarımadasında kimyəvi tullantıların lazımi səviyyədə idarə edilməməsi, böyük şəhərlərin ətraf ərazilərində qeyri-qanuni zibilliklərin yaranmasına gətirib çıxarır ki, bu da öz növbəsində torpaqların çirklənməsinə səbəb olur. Təkcə Abşeron yarımadasında ümumi sahəsi 448,6 ha olan 128 ədəd belə zibilliklər mövcuddur. Tullantıların çeşidlənməsi aparılmadığından təhlükəli və bir sıra sənaye tullantıları məişət tullantıları ilə birlikdə zibilliklərdə yerləşdirilir ki, bu da torpaqların kimyəvi çirklənməsinə və onun fiziki xüsusiyyətlərinin korlanmasına səbəb olur. Bununla yanaşı Sumqayıt regionunda dioksinin torpaqda konsentrasiyası 0.15 mkq/kq təşkil edir ki, bu da təhlükəsiz təsir səviyyəsindən 1000 dəfə çoxdur.
Yuxarıda qeyd etdiyimiz kimi Abşeron yarımadasında neft emalı və neft-kimya sənayesinin inkişafı şübhəsiz ki, xalq təsərrüfatının dinamik inkişafı üçün çox vacibdir. Lakin, bununla yanaşı qeyd etmək lazımdır ki, bu zaman ətraf mühitə bu və ya digər şəkildə dəyən zərər minimuma endirilməlidir. Əvvəlcə neft-kimya müəssisələrinin fəaliyyəti nəticəsində torpağa dəyən zərərin qiymətləndirilməsinə baxaq. Belə ki, torpağın bonitrovka üsulu ilə təmizlənməsinin iqtisadi və sosial əhəmiyyəti olduqca böyükdür.
Torpaqların bonitrovkası yalnız adi rəqəmlərlə deyil, qiymətləndirmənin müəyyən prinsiplərinə uyğun olaraq, praktiki işlərin nəticəsidir. Torpağın bonitrovkasının nəticələri bir sıra praktiki məsələlərin həllində istifadə oluna bilər. Belə ki, bu tədqiqatların aparılmasında qarşıya qoyulan əsas məqsəd Abşeron yarımadasında o cümlədən Sumqayıt şəhərindəki bir sıra neft-kimya müəssisələrinin (Sintez-kauçuk zavodu, Səthi-Aktiv Maddələr Zavodu, Etilen-Propilen Zavodu və s. ), Bakıdakı Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun və Azərneftyağ zavodunun fəaliyyəti nəticəsində çirklənmiş münbit torpaqların özünün əvvəlki bioloji məhsuldarlığının bərpa edilməsi üçün elmi cəhətdən əsaslandırılmış bu və ya digər proqramların işlənib hazırlanmasından ibarətdir. Beləliklə, tədqiqatlar nəticəsində neft-kimya sənayesi müəssisələrinin ərazilərində və eyni zamanda onlaın ətrafındakı torpaqların canına hopmuş və həyat üçün hədsiz dərəcədə zərərli olan kimyəvi maddələrin miqdarından, torpağın xassələrindən asılı olaraq, müqayisəli şəkildə qiymətləndirilir.
Neft-kimya sənayesinin tullantıları hesabına çirklənmiş torpaqlarım bonitrovkası yaxın və uzaq gələcəkdə istifadə edilməsini proqnozlaşdırmağa imkan verir.
Torpaqların bonitrovkasının aqronomik və iqtisadi əhəmiyyəti olduqca böyükdür. Torpaqların münbitliyi bir sıra təbii və antropogen amillərin təsirləri nəticəsində dəyişə bildiyi üçün neft-kimya sənayesi tullantıları ilə çirklənmiş torpaqların qiymətləndirilməsində bu amil mütləq nəzərə alınmalıdır. Bu zaman etalon kimi Abşeron yarımadasınmın boz-qonur torpaqları götürülür. Beləliklə, Abşeron yarımadasının neft-kimya sənayesinin tullantıları ilə çirklənməmiş torpaqları 100 ballıq şkalaya əsasən 44 bal götürülür, zəif çirklənmiş torpaqlar 42 bal, orta çirklənmiş torpaqlar 34 bal, çox çirklənmiş torpaqlar isə 30 balla qiymətləndirilir.

Yüklə 17,9 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin