Neft sənayesinin tullantıları



Yüklə 17,9 Kb.
səhifə2/2
tarix19.12.2023
ölçüsü17,9 Kb.
#186580
1   2
referat 2327

Abşeron yarımadasının neft-kimya sənayesinin tullantıları çirklənmiş ərazilərinin torpaq xassələri və TEİ-ə görə bal şkalası

Torpaqlar

Ballar

Torpaq xassələrinə görə

TEİ

Təmiz boz-qonur

44

21,0

Zəif çirklənmiş

42

16,8

Orta çirklənmiş

34

7,7

Çox çirklənmiş

30

3,5



TEİ - Torpaq ekoloji indeksi

Neft-kimya sənayesinin tullantıları ilə müxtəlif dərəcədə çirklənmiş torpaqların bonitirovkası istehsalın elmi planlarının dəqiq tərtibinə, təsərrüfatların maddi marağının yüksəldilməsinə, rekultivasiya kimi tədbirlərinin həyata keçirilməsinə və onların eyni zamanda düzgün şəkildə aparılmasına yardım edir.


Tədqiqatlar Abşeron yarımadasında neft-kimya sənayesinin tullantıları ilə çirklənmiş torpaqların qiymətləndirilməsi xəritəsinin tərtibi ilə başa çatır. Azərbaycan Respublikasında neft-kimya sənayesinin müəssisələrinin məhsulları ilə çirklənmiş torpaqların hal-hazırdakı mövcud ekoloji vəziyyəti göstərir ki, belə torpaqların məhz xəritələr əsasında yerləşdirilməsi həddən artıq vacibdir. Bir sıra biramilli xəritələrin sintezi nəticəsində yeni və daha təkmilləşdirilmiş kompleks-xəritə- neftlə çirklənmiş torpaqların qiymət xəritəsi yaranır. Abşeron yarımadasında ekoloji amillərin böyük məkan və zaman dəyişkənliyi, çirklənmənin xüsusiyyətləri neft-kimya sənayesinin tullantıları ilə çirklənmiş torpaqların ekoloji qiymət xəritələrin tərtibini də zəruri edir. Ekoloji tarazlığın pozulmasının qiymətləndirilməsinə kompleks yanaşma xəritədə eyni cinsli litoloji quruluşa, çirklənmə dərəcəsinə görə əraziləri ayırmağa imkan verir. Abşeron yarımadasının neft-kimya sənayesinin tullantıları ilə çirklənmiş torpaqların ekoloji qiymət xəritələrində çirklənmənin ən elementar, ən ümumiləşdirilmiş və inteqral x xüsusiyyətlərinə qədər bütünlükdə səciyyəsi verilir. Neft-kimya sənayesi tullantıları ilə çirklənmiş ekoloji parametrləri haqqında ekoloji-qiymət xəritəsindən alınan məlumatlar əsasında çirklənmənin texnoloji tsikliyi və arealı müəyənləşdirilir. Neft-kimya sənayesi tullantıları ilə çirklənmiş torpaqların ekoloji qiymət xəritələri rekultivasiya tədbirlərinin kompleks şəkildə aparılmasında istifadə olunan yeni proqressiv xəritə növüdür. Mahz bu xəritə əsasında çirklənmiş torpaq xassəsinə və məhsuldarlığına görə qiymətkəndirmək olar. Bu xəritədə neft-kimya məhsulları ilə çirklənmiş torpaqların bonitet balları, yerlərin iqtisadi dəyəri öz əksini tapmışdır. Bu məlumatlar çirklənmiş ərazilərin hər qarışından belə rasional şəkildə istifadə etməyə imkan verir. Torpaqların bonitirovkası bütün ekoloji funksiyaların səviyyəsi ifadə edir.
Torpaq örtüyü kimyəvi maddələrlə çirkləndikdə rekultivasiya tədbirlərinə başlanılarkən, həmin torpaqların qiymətləndirilmə şkalası məqsədəuyğundur. Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, kimyəvi maddələrlə zərərlənmiş ərazilərin rekultivasiyasının ən səmərəli yolu həmin yerlərə zərərli maddələrlə çirklənmə dərəcəsini müvafiq olaraq, qiymətləndirmək, qruplaşdırmaq, mərəhlələrə ayırmaq və ən nəhayət vaxt etibarilə növbəyə qoymaqdır. Bununla əlaqədar olaraq, həmçinin belə torpaqları çirklənmə dərəcəsinə, sanitar-gigiyenik xüsusiyətlərinə, eləcə də, istismar altında olub- olmamasına görə də qruplaşdırmaq lazımdır.
Həmçinin neft sənayesi tullantıları ilə çirklənmiş ərazilərə xas olan digər çirkləndiricilər poliaromatik karbohidrogenlər, fenollar və ağır metallar mövcuddur. Onların miqdarı neftlə çirklənmə dərəcəsi ilə düz mütənasibdir. ARDNŞ-in Ekologiya İdarəsinin mərkəzi laboratoriyasının verdiyi məlumatlara görə torpaqda ağır metallarım çoxunun miqdarı yol verilə bilən qatılıq həddindən 3-20 dəfə yüksəkdir. Şübhəsiz ki, torpaqların təmizlənməsində neft məhsulları ilə bərabər başqa çirkləndiricilərin də təmizlənməsi diqqət mərkəzində olmalıdır.
Yüklə 17,9 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin