AZƏRƏbaycan miLLİ elmlər akademiyasi zoologiya institutu



Yüklə 4,12 Mb.
səhifə1/34
tarix05.03.2017
ölçüsü4,12 Mb.
#10301
  1   2   3   4   5   6   7   8   9   ...   34


AZƏRƏBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

ZOOLOGİYA İNSTİTUTU
Əlyazması hüququnda

Elşad İlyas oğlu Əhmədov



EV TOYUQLARININ EYMERİOZUNUN (APICOMPLEXA, COCCIDIA, EIMERIIDAE) ƏSAS TÖRƏDİCİLƏRİ VƏ ONLARA QARŞI KOKSİDİOSTATİK PREPARATLARLA BİRGƏ YERLİ DƏRMAN

BİTKİLƏRİNİN TƏSİR MEXANİZMİ
2429.01-parazitologiya


Biologiya üzrə elmlər doktoru elmi dərəcəsi

almaq üçün təqdim edilmiş

DİSSERTASİYA

Elmi məsləhətçi: akademik M.Ə.Musayev

b.e.d. Ş.Ə.Topçiyeva

BAKI – 2013





MÜNDƏRİCAT










Səh.




GİRİŞ ...............................................................................................

7

I FƏSİL.

ƏDƏBİYYAT MƏLUMATLARI




1.1.

Ev toyuqlarında parazitlik edən eymeriyalar haqqında qısa məlumat ............................................................................................

13

1.2.

Koksidiozun müalicəsində istifadə edilən əsas koksidiostatik preparatlar .........................................................................................

17

1.3.

Dərman bitkilərinin quşçuluqda tətbiqi perspektivləri......................

21

1.4.

Koksidioz və onun müalicəsi zamanı orqanizmdə baş verən biokimyəvi və fizioloji dəyişkənliklər...............................................

36

XÜSUSİ TƏDQİQATLAR




II FƏSİL.

TƏDQİQATIN MATERİAL VƏ METODİKASI.......................

47

2.1.

Oosistaların çoxaldılması, təmizlənməsi, cücələrin yoluxdurma və müalicə üsulları ................................................................................

47

2.2.

Parazitin reproduktivliyinin öyrənilmə üsulları................................

49

2.3.

Qanın morfoloji göstəricilərinin təyini metodları.............................

49

2.4.

Ümumi zülal və zülal fraksiyalarının təyin edilmə metodları...........

51

2.5.

Amin turşuların təyin edilmə metodları............................................

53

2.6.

Fermentlərin aktivliyinin təyin edilmə metodları .............................

55

III FƏSİL.

EKSPERİMENTAL EYMERİOZ ZAMANI (EIMERIA TENELLA) CÜCƏLƏRİN ORQANİZMİNDƏ BAŞ VERƏN PATOLOJİ ANATOMİK DƏYİŞKƏNLİKLƏR VƏ ONLARIN EYMERİOZA QARŞI DÖZÜMLÜYÜNÜN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ ......................................................

61

3.1.

E.tenella ilə yoluxdurmanın cücələrin çəki artımına təsiri ...............

68

3.2.

Müxtəlif müalicə üsullarının E.tenella ilə yoluxdurulan cücələrin yaşamalarına və çəki artımına təsiri..................................................

70

3.2.1.

E.tenella ilə yoluxdurulan və müalicə edilən qara cücələrin çəki artımının dinamikası..........................................................................

71


3.2.2.

E.tenella ilə yoluxdurulan və müalicə edilən çil-çil cücələrin çəki artımının dinamikası ........................................................................

77


3.3.

Yerli cinsdən olan cücələrin eksperimental koksidiozu zamanı E.tenella-nın reproduktivliyi..............................................................

83

IV FƏSİL.

YERLİ CİNSDƏN OLAN CÜCƏLƏRİN KOKSİDİOZU VƏ ONUN MÜALİCƏSİ ZAMANI ZÜLALLARIN DİNAMİKASI..................................................................................

90

4.1.

Eksperimental eymerioz (Eimeria tenella) zamanı cücələrin qaraciyərinin bəzi immunoloji göstəriciləri.......................................

90

4.2.

Eksperimental eymerioz (Eimeria tenella) zamanı cücələrin qan zərdabının bəzi immunoloji göstəriciləri ..........................................

95

4.3.

E.tenella ilə yoluxdurmanın yerli cinsdən olan toyuq cücələrinin qan zərdabında və qaraciyərində immunoqlobulinlərin miqdarina təsiri ..................................................................................................

98

4.4.

E.tenella ilə yoluxdurma dozasından asılı olaraq yerli cinsdən olan cücələrin qan zərdabının zülallarının dinamikası..............................

101

4.5.

Baykoksun E.tenella ilə yoluxdurulmuş cücələrin qan zərdabının ümumi zülal və zülal fraksiyalarının dinamikasına təsiri .................

109

V FƏSİL.

E.TENELLA (APİCOMPLEXA COCCİDİA) İLƏ YOLUX-DURMANIN VƏ MÜALİCƏNİN YERLİ CİNSDƏN OLAN CÜCƏLƏRİN ZÜLAL MÜBADİLƏSİNƏ TƏSİRİ ...................

123

5.1.

E.tenella (Apicomplexa, Coccidia) parazitinin yerli cinsdən olan qara toyuq cücələrinin qaraciyər zülallarına təsiri .........................

123

5.2.

E.tenella (Apicomplexa Coccidia) parazitinin yerli cinsindən olan çil-çil cücələrin qaraciyər zülallarına təsiri ......................................

127

5.3

E.tenella (Apicomplexa, Coccidia) ilə yoluxdurulmuş cücələrin qan zərdabında ümumi zülalların miqdarı və fraksiya tərkibi...........

132

5.4.

Artemisia absinthium -un Eimeria tenella ilə yoluxdurulmuş toyuq cücələrinin qan zərdabının zülallarına təsiri......................................

138


5.5.

Eimeria tenella ilə yoluxdurulan toyuq cücələrinin qan zərdabının zülallarına baykoksun təsiri .............................................................

144


5.6.

Eimeria tenella ilə yoluxdurulan toyuq cücələrinin qaraciyər zülallarina Artemisia absinthium-un təsiri ........................................

155

5.7.

Baykoksun Eimeria tenella ilə yoluxdurulmuş toyuq cücələrinin qaraciyər zülallarına təsiri..................................................................

161

VI FƏSİL.

CÜCƏLƏRİN EYMERİOZU (EİMERİA TENELLA) VƏ MÜALİCƏSİ ZAMANI QANIN HEMATOLOJİ VƏ BƏZİ BİOKİMYƏVİ GÖSTƏRİCİLƏRİ ..............................................

168

6.1.

Yerli cinsdən olan çil-çil cücələrin qanının fizioloji göstəriciləri

168

6.1.2.

Artemisia absinthium-un sağlam çil-çil cücələrin qanının hematoloji və biokimyəvi göstəricilərinə təsiri.................................

173

6.1.3.

Baykoksun çil-çil cücələrin qanının hematoloji göstəricilərinə təsiri ..................................................................................................

177

6.1.4.

E.tenella ilə yoluxdurulmuş cücələrin baykoks ilə müalicəsi zamanı qanının morfoloji göstəricilərinin dinamikası.......................

178

6.1.5.

E.tenella ilə yoluxdurulmuş cücələrin A.absinthium ilə müalicəsi zamanı qanın morfoloji göstəricilərinin dinamikası .........................

182

6.1.6.

E.tenella ilə yoluxdurulmuş cücələrin baykoks və A.absinthium- un kombinasiyası ilə müalicəsi zamanı qanın morfoloji göstəricilərinin dinamikası ...............................................................

184

6.2.

Yerli cinsdən olan qara cücələrin qanının morfoloji göstəriciləri.....

191

6.2.1.

Baykoksun qara (kontrol) toyuq cücələrinin qanının hematoloji göstəricilərinin dinamikasina təsiri..................................................

195

6.2.2.

Artemisia absinthium -un qara toyuq cücələrinin qanının hematoloji göstəricilərinə təsiri ..................................................

198

6.2.3.

Baykoks ilə Artemisia absinthium-un kombinasiyasının qara toyuq cücələrinin qanının hematoloji göstəricilərinə təsiri .........................

199

6.3.

Müxtəlif müalicə sxemlərinin qara cücələrin qanının hematoloji və bəzi biokimyəvi göstəricilərinə təsiri ...........................................

200


VII FƏSİL.

EKSPERİMENTAL EYMERİOZ VƏ ONUN MÜALİCƏSİ ZAMANI CÜCƏLƏRİN ORQANİZMİNDƏ AMİNTURŞU MÜBADİLƏSİ .............................................................................

214


7.1.

Eksperimental eymeriozun (Eimeria tenella) müalicəsi zamanı qan zərdabında sərbəst amin turşuların dinamikası .......................

214

7.2.

E.tenella ilə yoluxdurulub baykoksun və acı yovşanın kombinasiyası ilə müalicə edilən cücələrin qan zərdabında amin turşuların dinamikası ......................................................................

220

7.3.

Eksperimental eymeriozun (Eimeria tenella) müalicəsi zamanı bəzi toxumalarda sərbəst amin turşuların dinamikası ....................

226


7.3.1.

Sağlam cücələrin bəzi toxumalarının sərbəst amin turşuları ..........

226

7.3.2.

Cücələrin eksperimental eymeriozu zamanı beynində sərbəst amin turşularının dinamikası ..........................................................

229

7.3.3.

E.tenella ilə yoluxdurulub müalicə edilən cücələrin beynində amin turşuların dinamikası .............................................................

235

7.4.

Cücələrin eymeriozu zamanı bud əzələlərin sərbəst amin turşularının dinamikası..................................................................

243

7.4.1.

Baykoksun müxtəlif dozalarının sağlam cücələrin əzələlərində sərbəst amin turşuların dinamikasına təsiri ...................................

247

7.4.2.

E.tenella ilə yoluxdurulan və müalicə edilən cücələrin bud əzələlərin sərbəst amin turşularının dinamikası ............................

250

7.5.

Eymerioz və onun müalicəsi zamanı qaraciyərin amin turşu tərkibi .............................................................................................

257

7.5.1.

Cücələrin eymeriozu zamanı qaraciyərdə sərbəst amin turşuların dinamikası ......................................................................................

257

7.5.2.

Cücələrin eksperimental eymeriozunun müalicəsi zamanı qaraciyərdə sərbəst amin turşuların dinamikası .............................

263

7.6

Qara toyuq cücələrinin qaraciyər və əzələlərində sərbəst və qeyri

sərbəst amin turşularının dinamikası ..........................................


272


VIII FƏSİL.

EYMERİOZ VƏ ONUN MÜALİCƏSİ ZAMANI FERMENTLƏRİN AKTİVLİYİ ..............................................

279


8.1.

Eymerioz və onun müalicəsi zamanı qanda oksid-reduktaza qrupundan olan bəzi fermentlərin aktivliyi..................................

279

8.2.

Qara cücələrin qaraciyər, beyin və əzələlərində transaminazalar-ın aktivliyinin dinamikası .............................................................

284

8.3.

Cücələrin bağırsağında qələvi fosfatazanın aktivliyi ..................

287




ALINAN NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ .......

291




NƏTİCƏLƏR ..............................................................................

309




ƏMƏLİ TƏKLİFLƏR ...............................................................

312




ƏDƏBİYYAT SİYAHISI ..........................................................

313


GİRİŞ
Mövzunun aktuallığı. Respublikamız müstəqillik qazandıqdan sonra dövlətin inkişafına əsas önəm verdiyi sahələrdən biri də kənd təsərrüfatıdır. Kənd təsərrüfatının qarşısında qoyulan məsələlərdən biri əhalinin keyfiyyətli və təhlükəsiz quş əti və quş məhsulları ilə fasiləsiz təmin edilməsidir.

Ev quşlarının sayının və məhsuldarlığının artırılmasına mane olan parazitar xəstəliklər içərisində eymerioz (koksidioz) xüsusi yer tutur. Təəssüf ki, dünyada elə bir quşçuluq təsərrüfatı yoxdur ki, orada koksidioza təsadüf edilməsin. Koksidiozun digər xəstəliklərlə assosiasiyası təsərrüfatlar üçün daha təhlükəlidir. Bu zaman koksidiozun ən yüngül forması, helmint, virus və bakterial xəstəliklərlə birlikdə böyük iqtisadi itkilərə səbəb olur. Bu xəstəlik nəticəsində quşlar arasında ölüm halları, məhsuldarlığın aşağı düşməsi, yem itkisinin artması, quşların digər xəstəliklərə qarşı rezistentliyinin aşağı düşməsi, müalicə və profilaktikaya çəkilən xərclər böyük iqtisadi itkilərə səbəb olur.

Wiliams göstərir ki, 1995-ci ildə Böyük Britaniyada koksidioza qarşı mübarizəyə çəkilən xərc 38.5 milyon funt sterlinq, McDougald isə ABŞ-da koksidiozun profilaktikasına çəkilən xərcin 90 milyon dollar, bütün dünyada isə bu xərcin 300 milyon dollar təşkil etdiyini göstərir [333, 239]. Digər tədqiqatçıların məlumatlarına görə isə ABŞ-ın quşçuluq sənayesinə bu xəstəlikdən dəyən iqtisadi zərər ildə 3 milyard dollar təşkil edir [156].

Azərbaycanın quşçuluq təsərrüfatlarına eymeriozdan dəyən iqtisadi zərər haqqında ədəbiyyat məlumatlarına təsadüf etmədik.

Azərbaycanda kənd təsərrüfatı heyvanlarının koksidiozu, parazit-sahib münasibətlərinin biokimyəvi aspektləri keçən əsrin 60-cı illərindən akademik M.Ə.Musayevin rəhbərliyi altında öyrənilməyə başlanmışdır. Koksidioz zamanı parazit-sahib sisteminin müəyyən məsələlərinin öyrənilməsi nəticəsində böyük nailiyyətlər əldə edilməsinə baxmayaraq [58, 57, 59, 42, 43, 22, 9, 10, 11, 12, 23, 24, 25], bu istiqamətdə tədqiqat işlərinin davam etdirilməsinə hələ də ehtiyac duyulur. Bu məsələ ancaq koksidiozun patogenezinin mahiyyətinin hərtərəfli öyrənilməməsi ilə yox, müalicə zamanı yaranan mürəkkəb qarşılıqlı münasibətlərin mahiyyətinin tam aydınlaşdırılmaması ilə əlaqədardır. Parazit və sahib arasında olan mürəkkəb qarşılıqlı münasibətlərin mahiyyətini və koksidiostatik maddələrin parazit və sahibin maddələr mübadiləsinə təsirini bilmədən tətbiq edilən preparatın terapevtik və profilaktik təsiri haqqında dəqiq fikir söyləmək mümkün deyil.

Eymeriyalar orqanizmdə baş verən biokimyəvi proseslərin normal gedişinə əhəmiyyətli dərəcədə təsir göstərir. Parazit-sahib münasibətləri parazitin sahibin orqanizminə daxil olduğu andan, sahibin ondan azad olduğu ana qədər davam edir.

Parazitin və ya onun müxtəlif inkişaf mərhələlərinin təsirindən zədələnən sahibin orqanlarında, toxumalarında maddələr mübadiləsinin ayrı-ayrı həlqələrində baş verən dəyişikliklərin mexanizmini öyrənməklə, xəstəliyə qarşı müalicə və profilaktika tədbirlərinin elmi əsaslarını hazırlamaq olar.

Eymeriozun müalicəsində istifadə edilən preparatlar içərisində spesifik, yəni konkret olaraq hər hansı bir növə qarşı istifadə edilən preparat yoxdur. Əksər hallarda bir quşun bağırsağında bir neçə növ eymeriyalara təsadüf olunur ki, bu da müalicəni çətinləşdirir. Koksidioza qarşı istifadə edilən dərman preparatları parazitlərin müəyyən inkişaf mərhələlərinə təsir edir. Belə preparatlara nitrofuranlar (furasilin, furazalidon, bifuran və s.), sulfanilamidlər (sulfamidezin, norsulfazol, ftalozol, sulfaxinoksalin və s.), darbisul (sulfaxinoksalin və diaverdinin qarışığı), difenil-disulfid törəmələri (nitrofenid, bitionol və s.), benzamid (zoalen və s.) piromidon) amprolium və s. aid edilə bilər.

Eyni preparatın uzun müddət tətbiqi nəticəsində eymeriyalarda (Eimeria spp). bu preparatlara qarşı dözümlülük yaranır [122, 334, 323, 154, 157, 189, 243, 260, 281]. Müalicə effektini yüksəltmək məqsədilə bu preparatlarla birlikdə heyvanların və quşların yem rasionuna vitaminlərin, mikroelementlərin, amin turşuların, təbii mənşəli bioloji aktiv maddələrin, bitkilərin əlavə edilməsi zamanı yaxşı nəticələr əldə etmək mümkündür [71, 75, 147, 50, 323, 105, 209, 14, 15, 16, 153, 255, 291, 18, 165, 245, 19, 20, 21, 77, 301, 1, 2, 74, 166, 115, 130].

Dərman bitkilərinin cücələrin koksidiozunun müalicəsində tətbiqi və onların quşların məhsuldarlığına, orqanizmdə mübadilə proseslərinə təsirinin öyrənilməsinə həsr edilən tədqiqat işlərinin sayının kifayət qədər olmasına baxmayaraq [252, 94, 95, 280, 96, 310, 101, 343, 344, 345, 99], hələ də onlardan quşçuluq təsərrüfatlarında tətbiq olunmur.

Son 50 ildə koksidi əleyhinə kimyəvi dərmanlardan istifadə quşçuluq təsərrüfatlarının inkişaf etdirilməsində əsas vasitə olmuşdur. Bu preparatların əksəriyyəti sintetik olub, istehsalı baha başa gəlir, yüksək toksikliyə malikdir və orqanizmdə toplanaraq müxtəlif fəsadların meydana çıxmasına səbəb olmaqla orqanizmin immunosupressiv vəziyyətinə təsir göstərir, quş məhsullarının və ətraf mühitin çirklənməsinə səbəb olur [157].

Hər il çox sayda müxtəlif kimyəvi preparatların koksidiozun müalicə və profilaktikasında tətbiq üçün təklif edilməsi, onları hərtərəfli tədqiq etmədən daha perspektivlilərin seçilməsini çətinləşdirir. Bunun üçün də yeni effektli preparatların seçilməsi və onların müxtəlif bitkilər ilə birlikdə kombinasiyasının tətbiqi sxeminin hazırlanması aktual olaraq qalır.



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin