AZƏRƏbaycan miLLİ elmlər akademiyasi zoologiya institutu


E.tenella ilə yoluxdurmanın cücələrin çəki artımına təsiri



Yüklə 4,12 Mb.
səhifə6/34
tarix05.03.2017
ölçüsü4,12 Mb.
#10301
1   2   3   4   5   6   7   8   9   ...   34

3.1.E.tenella ilə yoluxdurmanın cücələrin çəki artımına təsiri
Bütün baytarlıq qaydalarına əməl olunmasına, koksidilərə qarşı mütəmadi kimyəvi preparatların tətbiq edilməsinə baxmayaraq cücələrin və toyuqların zıllarında oosistalara həmişə təsadüf edilir. Məlumdur ki, gizli keçən eymerioz quşlar arasında çəki artımının azalmasına səbəb olur. Koksidiozun broyler cücələrinin müxtəlif hallarda (aşağı və yüksək dozalarla yoluxdurma zamanı) çəki artımına təsirinin öyrənilməsinə kifayət qədər tədqiqat işləri həsr edilmişdir və bu istiqamətdə aparılan tədqiqatlar hələ də davam etdirilir. Lakin, eymeriyaların yerli cinslərin çəki artımına təsirinin öyrənilməsi istiqamətində aparılan tədqiqatlar çox azdır.

20 günlük çil-çil və qara cinsdən olan toyuq cücələrı müvafıq olaraq iki qrupa ayrılmışdır. Hər bır qrupun cücələri də öz növbəsində 2 qrupa ayrılmışdır. Birincı qrupun cücələri yoluxdurulmamış kontrol kimi saxlanılmış, ikincı qrupun cücələrı isə E.tenella parazitinin 20 min sporlaşmış oosistalarını cücələrin çinədanına daxil etməklə yoluxdurulmuşdur. Yoluxdurma günlərindən başlayaraq 20 gün müddətində hər gün cücələr çəkilərək bir cücənin sutkalıq orta çəki artımı müəyyən edilmişdir.

Sağlam və eymeriyalarla yoluxdurulmuş yerli cinsdən olan çil-çil və qara toyuq cücələrinin çəki artımı haqqında məlumatlar cədvəl 3.3-də verilib. Cədvəldə verilən məlumatlardan aydın olur ki, eymerioz zamanı sağ qalmış çil-çil və qara cücələrin böyüməsi zəifləyir, çəki artımının sürəti azalır.

Cədvəl 3.3

Kontrol və E.tenella ilə yoluxdurulmuş toyuq cücələrinin çəki artımı (qramla, n=10)


Yoluxdurma-dan sonrakı günlər

Çil-çil

cücələrin göstəriciləri



Qara

cücələrin göstəriciləri



Sağlam

Yoluxdurulmuş

Sağlam

Yoluxdurulmuş

1

117

112

112

111

2

127

121

133

122

3

140

128

148

131

4

151

130

156

139

5

165

134

169

150

6

178

149

179

164

7

190

144

190

165

8

201

151

202

170

9

209

156

210

176

10

212

165

214

182

11

225

180

226

189

12

239

180

234

195

13

249

208

244

200

14

260

214

255

207

15

269

223

267

215

16

273

235

278

225

17

285

240

290

238

18

295

255

301

247

19

285

245

290

238

20

295

250

301

247

Yoluxdurulmuş cücələrdə invaziyanın ilk günlərində merontların inkişafının 1-ci və 2-ci generasiyası zamanı çəki artımının sürəti bir o qədər intensiv getmir. 6 gün ərzində yerli çil-çil toyuq cücələrinin çəkisi 37 qram, qara toyuq cücələrin çəkisi isə 53 qram artır. Kontrol qrupda isə bu artım müvafıq olaraq çil-çil cücələrdə 61q, qara cücələrdə isə 67 q olmuşdur. Plimutrok cinsindən olan cücələrdə bu artım kontrol qrupda 48q, yoluxdurulmuşlarda isə 3q olmuşdur [3]. Çil-çil cücələrdə prepatent dövrünün əvvəlindən başlayaraq invaziyanın 10-cu gününə qədər bir cücənin orta çəki artımı 21q, kontrol qrupda isə bu artım 22q təşkil edir. Yoluxdurmanın 10-cu günündən sonra 8 gün müddətində həm yoluxdurulmuş, həm də sağlam (kontrol) qrupda 1 cücənin orta çəki artımı 70q olmuşdur, 18 gün müddətində isə yoluxdurulmuş və sağlam cücələrin çəki artımı müvafiq olaraq 178 və 138 q təşkil etmişdir (cədvəl 3.3).

6 gün müddətində yoluxdurulmuş və kontrol qara toyuq cücələrinin çəki artımı müvafıq olaraq orta hesabla 53 q və 67q olmuşdur. İnvaziyanın 7-ci günündən başlayaraq 10-cu gününə qədər xəstə quşlarda çəki 17 q, kontrol qrupda isə 24q artmışdır. Yoluxdurmanın 11-ci günündən 18-ci gününə kimi 8 gün müddətində yoluxdurulmuş qrupda bir cücənin orta çəki artımı 58q, kontrol qrupda isə 75q olmuşdur. Göründüyü kimi kontrolla müqayisədə çəki artımı 17q azdır. Eymerioz zamanı yerli cinsdən olan cücələrin çəki artımının əvvəlki illərdə, plimutrok cinsindən olan cücələr üzərində apardığımız tədqiqatların nəticələri ilə müqayisəsi göstərir ki, yoluxdurulmuş qrupda 18 gün müddətində bir cücənin orta çəki artımı 64q olmuşdursa [3], bu artım çil-çil cücələrdə 138q, qara cinsdən olan toyuq cücələrində isə 136q olmuşdur. Yerli cinsdən olan çil-çil və qara toyuq cücələri arasında çəki artımı demək olar ki, fərqlənmir (2 q), plimutrok cinsindən olan cücələrin çəki artımından isə kəskin fərqlənir. Belə ki, bu fərq çil-çil cücələr arasında 74 q, qara cücələr arasında isə 68 q təşkil edir.

Beləliklə, alınan nəticələr yerli cinsdən olan çil-çil və qara toyuq cücələrinin ağ plimutrok cinsindən olan broyler cücələrə nisbətən eymerioza qarşı dözümlü olduğunu göstərir. Yerli cinsdən olan cücələrin koksidioza qarşı dözümlülük xüsusiyyətindən istifadə etməklə onlardan eymerioza qarşı dözümlü cinslərin yaradılmasında seleksiya materialı kimi istifadə etmək olar.



3.2. Müxtəlif müalicə üsullarının E.tenella ilə yoluxdurulan cücələrin yaşamalarına və çəki artımına təsiri
Ədəbiyyat məlumatlarından məlumdur ki, eymerioz cücələrin – sahibin orqaniz-mində metabolizm üçün zəruri olan komponentlərin çatışmazlığına səbəb olmaqla

maddələr mübadiləsində əhəmiyyətli dərəcədə dəyişikliklərə səbəb olur.

Cücələrin yeminə vitaminlərin, mikroelement-lərin və başqa maddələrin antikoksidioz preparatlarla birlikdə işlədilməsi tək işlədilən antikoksidioz preparatlara nisbətən yaxşı nəticələr verir [263, 255, 280].

Heyvan və quş bəslənilməsində qısa müddətdə canlı çəki artımı əsas məqsəd olduğundan istifadə edilən qida maddələrinin tərkibinə böyüməni sürətləndirən faktorlar da əlavə edilməkdədir. Koksidilərə qarşı alternativ vasitə kimi müxtəlif bitkilərdən alınan maddələr tətbiqinə həsr edilmiş tədqiqat işlərinin sayı son illərdə sürətlə artır. Bu tədqiqatlarda əsasən fikir aromatik, efir yağlı bitkilərə və bu bitkilərdən əldə edilən yağların və onların komponentlərinin tədqiqinə verilir. Artıq bəzi efir yağlı bitkilərin və bitki məhsullarının protozooalara, artropodlara və helmintlərə qarşı effektiv təsir göstərməsi sübut edilmiş, bu bitkilərin heyvan bəslənilməsində istifadəsi istiqamətində aparılan çoxsaylı araşdırmalarda efir yağlarının stimuləedici xüsusiyyətə malik olduğu, yemə və suya efir yağlı bitki ekstraktlarının əlavə edilməsi nəticəsində yem itkisinin aşağı düşməsinin, yemdən istifadənin və çəki artımının yüksəlməsinə səbəb olduğu bildirilir [200, 315, 159, 223, 295].


3.2.1. E.tenella ilə yoluxdurulan və müalicə edilən qara cücələrin çəki artımının dinamikası

Tədqiqatlarda tərkibində efir yağları olan Artemisia absinthium unu və alkolodidlər olan böyük dəmrovotu (Chelidonium majus), dəlbəng (Datura stramonium), qafqaz gözəli (Atropa caucasica) ekstraktlarından istifadə edilmişdir.

Quşçuluq təsərrüfatlarda xəstəliyin ləğv edilməsi ilə paralel olaraq çəki artımı da mühüm rol oynayır. Bunu nəzərə alaraq tərkibində alkaloidlər olan bitkilərin eymerioza qarşı perspektivliyini müəyyənləşdirmək üçün ilk növbədə onların cücələrin çəki artımına təsiri öyrənilmişdir. Qeyd edilən bitkilərin - dəlbəng, qafqaz gözəli və böyük dəmrovotu ekstraktlarının baykoks ilə müxtəlif variantlarda sağlam və xəstə (E.tenella ilə yoluxdurulmuş) cücələrin çəki artımına təsirinin öyrənilməsi nəticəsində müəyyən edilmişdir ki, bu bitkilər baykoksla birlikdə və ya ayrılıqda cücələrin çəki artımına səbəb olmur. Hətta yoluxdurulan qrupun göstəriciləri müalicə olunan qrupun göstəricilərindən də yüksək olur. Cücələrin çəkisinin azalmasına səbəb bitkilərin tərkibində olan atropinin quşların həzm sisteminin peristaltikasının azaltması, atropinin və parazitlərin bağırsağa mexaniki təsirindən həzm sisteminin funksiyasının pozulması patoloji proseslərin dərinləşməsinə səbəb olmaqla yemdən istifadəni minimuma endirməklə çəkinin kəskin azalmasına səbəb olur.

Beləliklə, alınan nəticələri tərkibində atropin olan bitkilərin (bu halda Chelidonium majus, Datura stramoniumAtropa caucasica) koksidiozun müalicəsində və eyni zamanda yemə əlavə kimi istifadə edilməsinin məqsədəuyğun olmadığıını sübut etdiyindən növbəti analizlərdə Artemisia absinthium-dan istifadə edilməsini məqsədə uyğun hesab etdik.

Cücələrin E.tenella-nın yüksək dozası ilə yoluxdurulması və eymerioza qarşı baykoksun ayrılıqda və onun A.absinthium ilə kombinasiyasının müxtəlif sxemdə tətbiqinin cücələrin yaşamalarına təsirini öyrənmək məqsədilə yerli cinsdən olan 90 baş sutkalıq qara cücə 20 günlük yaşa qədər böyüdüldükdən sonra 5 qrupa ayrılmışdır. 10 cücədən ibarət birinci qrupun cücələri yoluxdurulmamış kontrol kimi saxlanılmışdır, digər 4 qrupun cücələri (hər bir qrupda 20 cücə) Eimeria tenella parazitinin 100000 sporlaşmış oosistası ilə yoluxdurulmuşdur. 2-ci qrupun cücələri yoluxdurmadan sonra müalicə olunmamışdır. 3-cü qrupun cücələri yoluxdurmadan 1 gün sonra 2,5%-li baykoksun 2 ml/1L dozası ilə iki gün müddətində müalicə edilmişdir. 4-cü qrupun cücələri isə yoluxdurmadan bir gün sonra baykoksla (50 ppm) müalicə edilməklə yanaşı bu qrupun cücələrinin yeminə əlavə olaraq acı yovşan (1500 mq/kq yem) əlavə edilmişdir. 5-ci qrupun cücələrinə isə yoluxdurmadan bir gün sonra ancaq yem vasitəsilə A.absinthium (1500 mq/kq yem) verilmişdir. Bütün təcrübə quşları eyni tərkibli, broyler cücələri üçün nəzərdə tutulan standart yem ilə

qidalandırılmışdır.

Təcrübənin nəticələri cədvəl 3.4-də verilir.

Cədvəl 3.4



Eimeria tenella-nın 100000 oosistası ilə yoluxdurulmuş qara toyuq cücələrinin yaşamalarına müxtəlif müalicə üsullarının təsiri


Qruplar

Təcrübə cücələrinin ümumi sayı

ölən cücələrin sayı

Sağ qalan cücələr, %-lə

I qrup

10

-

100

II qrup

20

20

0

III qrup

20

10

50

IV qrup

20

3

75

V qrup

20

20

0

II qrupun cücələrində eymeriozun kəskin klinik əlamətləri müşahidə edilmiş və yoluxdurulan cücələrin hamısı (100%) invaziyanın 7-ci gününə qədər ölmüşdür. V qrupun cücələri arasında isə ölüm 90% olmuşdur (20 cücədən 18-i ölmüşdür). III qrupda 20 cücədən 10-u ölmüşdür (50%). IV qrupun cücələri arasında isə ölüm 25% olmuşdur.

Cədvəl 3.4-də verilən məlumatlardan aydın olur ki, V qrupda A.absinthium yoluxdurulmuş cücələrin ölümünün qarşısını tamamilə ala bilmir. Aparılan təcrübələ-rin nəticələrinə əsasən göstərmək olar ki, cücələrin E.tenella-nın yüksək dozası ilə yoluxdurulması zamanı A.absinthium ilə müalicə müsbət nəticə vermir, həmçinin baykoksun aşağı dozası da az effektlidir. Ən yaxşı nəticələr baykoks və A.absinthium -un birlikdə kombinasiyası ilə koksidiozun müalicəsi zamanı müşahidə edilir.

Yerli cinsdən olan 20 günlük qara toyuq cücələrinin eymeriozunun müalicəsi zamanı çəki artımının dinamikasını izləmək üçün cücələr 7 qrupa bölünmüşdür. Birinci qrupun cücələri yoluxdurulmamış kontrol kimi saxlanılmışdır (20 cücə). Digər qruplara daxil edilən cücələri E.tenella-nın 20000 sporlaşmış oosistası ilə yoluxdurulmuşdur. İkinci qrupun cücələri (30 cücə) yoluxdurulandan sonra müalicə edilməmişdir. Üçüncü qrupun cücələri (20 cücə) yoluxdurmadan bir sutka sonra baykoksun 1ml/l dozası, dördüncü qrupun cücələri isə 2ml/l dozası ilə müalicə edilmişdir, beşinci qrupun cücələri yoluxdurmadan bir sutka sonra A.absinthium-un 1500 mq-nı 1 kq yemlə qarışdırmaqla müalicə edilmişdir. Altıncı qrupun cücələri isə (20 cücə) yoluxdurmadan bir sutka sonra baykoks (2ml/l) ilə acı yovşanın (1500mq/kq) kombinasiyası ilə, yeddinci qrupun cücələri isə baykoksun 1ml/l doza-sını A.absinthium-un 1500mq/kq dozasının kombinasiyası ilə müalicə olunmuşdur.

Yoluxdurulub müalicə edilməyən qrupun cücələrində koksidiozun zəif klinik əlamətləri müşahidə olunmuşdur. Yoluxdurulan cücələrin 6-sı koksidiozdan ölmüşdür. Ancaq yeminə A.absinthium əlavə edilən qrupun cücələrinin isə 3-ü koksidiozdan ölmüşdür. Baykoksun 2ml/l dozası və onun acı yovşanla kombinasiyası ilə müalicə edilən cücələr arasında ölüm olmamışdır. Baykoksun 1ml/l dozası ilə müalicə olunan 20 cücənin 2-si xəstəlikdən ölmüşdür.

Cədvəldən göründüyü kimi yemə A.absinthium-un əlavə edilməsi eymeriozdan

cücələr arasında baş verən ölümün qarşısını tam ala bilmir. Preparatın 2ml/l dozasının müalicə məqsədilə A.absinthium-la birlikdə kombinasiyası baykoksun müalicəsindən fərqli olaraq cücələrin 100%-nin sağ qalmasına səbəb olur. Acı yovşanın 1500mq/kq dozası ilə müalicəsi zamanı yoluxdurulan cücələrdən 15%-i ölür (cədvəl 3.5).

Cədvəl 3.5

E.tenella-nın 20000 oosistası ilə yoluxdurulmuş cücələrin yaşamalarına müxtəlif

müalicə sxemlərinin təsiri




Qruplar

Cücələrin ümumi sayı

Ölən cücələrin sayı

Sağ qalan cücələr,

%


Kontrol

20

0

100

Yoluxdurulmuş

30

6

80

Baykoksun 1ml/L dozası ilə müalicə olunan

20

2

90

Baykoksun 2ml/L dozası ilə müalicə olunan

20

0

100

Acı yovşanın 1500 mq/kq (yemlə) dozası ilə müalicə olunan

20

3

85

Baykoks və acı yovşanın kombinasiyası ilə müalicə olunan (2ml/L+1500mq/kq)

20

0

100

Baykoks və acı yovşanın kombinasiyası ilə müalicə olunan (1ml/L+1500mq/kq)

20

0

100

Tədqiqatlardan alınan nəticələr belə bir fikir söyləməyə imkan verir ki, görəsən

baykoksun dozasını azaltmaqla A.absinthium hesabına preparatın müalicə effektini yüksəltmək olarmı? Bu məqsədlə aparılan eksperimentin nəticələri cədvəldə verilir (cədvəl 3.5).

Quşların eymeriyozuna qarşı ancaq A.absinthium-un tətbiqi cücələrin 85%-nin sağ qalmasına səbəb olur. Baykoksun aşağı dozası (1ml/l suda) da 100% müalicə effektinə malik deyil. Bununla belə preparatın aşağı dozasının A.absinthium-la (1500mq/kg yemlə) birlikdə koksidiozun müalicəsində tətbiqi yaxşı nəticələr verir. Baykoksun A.absinthium-la birlikdə tətbiqi ancaq tək baykoksla müalicəyə nisbətən çox sayda quşların sağ qalmasına səbəb olur. Preparatın 1ml/l dozası ilə müalicə xəstə cücələrin 90%-nin sağ qalmasına səbəb olursa, yemə əlavə olaraq acı yovşanın da əlavə edilməsi bu göstəricinin 100%-ə yüksəlməsinə səbəb olur.

Beləliklə, baykoksun 1ml/l dozası ilə acı yovşanın kombinasiyası müalicə məqsədilə tətbiq edilən baykoksun müalicə effektini 5% yüksəldir. Xəstəliyin kiliniki əlamətləri və patoloji-anatomik dəyişkənliklər müalicə olunan bu qrupun cücələrində müşahidə olunmamışdır. Buradan da aydın olur ki, yemə A.absinthium-un (1500mq/kq) əlavə edilməsi ilə müalicə məqsədilə tətbiq edilən preparatın müalicə və profilaktika dozasını azaltmaqla təsir effektini yüksəltmək olar.

Baykoks ilə acı yovşanın kombinasiya halında təsir effektinin səbəbi tətbiq edilən koksidiostatik preparatın parazitin inkişaf mərhələlərinə təsiri, orqanizmdə parazitin inkişafı zamanı yaranan çatışmazlığın yerinin A.absinthium–nun tərkibində olan bioloji aktiv maddələrin hesabına doldurulması ilə yanaşı bitkinin də tərkibində olan aktiv biokomponentlərin bağırsağın zədələnmiş sahələrinin sağalması prosesinin sürətlənməsi, bitkinin tərkibində olan aktiv komponentlərin sahib tərəfindən asanlıqla istifadə olunması, sahibin zədələnmiş bağırsağında patogen mikroorqanizmlərin inkişafının qarşısını almaqla sahibin parazitin təsirinə qarşı dözümlülüyünü artırmaqla ölümün qarşısını alır. Bunu parazitin yüksək dozaları ilə yoluxdurulması və A.absinthium-la müalicəsi zamanı yoluxdurulan, müalicə edilməyən kontrol qrupun cücələrinə nisbətən, acı yovşan ilə müalicə olunan qrupda az da olsa sağ qalan quşlar sübut edir (cədvəl 3.5 ).

Müalicə olunan cücələrin çəki artımının dinamikasının 10 gün müddətində izlənilməsi göstərir ki, kontrol qrupa nisbətən cücələrin çəki artımının azalması parazitin bütün inkişaf mərhələlərində baş verir. Cücələrin çəki artımından daha çox geri qalması xüsusilə invaziyanın prepatent dövrünün sonu, patent dövrünün əvvəllərinə təsadüf edir. Baykoksun 1ml/L və 2ml/L dozaları ilə müalicə olunan cücələrin çəki artımından daha çox geri qalması yoluxdurmanın 3 və 7-ci günləri baş verir. Bu günlər baykoksun 1ml/L dozası ilə müalicə olunan cücələrin çəkisində baş verən artım invaziyanın əvvəlki gününə nisbətən müvafiq olaraq 25 və 47q təşkil edir (cədvəl 3.6).

İnvaziyanın 3 və 7-ci günləri baykoksun 2 ml/l dozası ilə müalicəsi zamanı çəki artımı 19q və 52 q olmuşdur. Baykoksla (2ml/l) müalicə olunan qrupda cücələrin çəki artımı kontrol qrupun göstəricilərinə nisbətən invaziyanın 5 və 6-cı günləri müvafiq olaraq 13 və 9q az olmuşdur. Çəki artımından geri qalma invaziyanın qeyd edilən günləri baykoks (2 ml/L) və A.absinthium-un (1500 mq/kq yem) kombinasina-

Cədvəl 3.6

E.tenella ilə yoluxdurulan və müalicə edilən qara toyuq cücələrin çəki artımının dinamikası


Yoluxdurmadan sonrakı günlər

Kontrol

Yoluxdurulmuş

Müalicə edilən

Baykoks

(1ml/L)


Baykoks

(2ml/L)


A.absinthium

(1500 mq/kq)



Baykoks və

A.absinthium-un

kombinasiyası



(2ml/l+1500 mq/kq)

Prepatent dövrü

1

112±1,32

111±2,05

113±1,43

118±6,35

112±1,87

115±2,54

2

133±1,05

122±2,09

134±1,55

127±1,39

127±2,17

130±3,01

3

148±2,03

131±2,00

138±2,09

137±2,27

126±1,90

138±2,07

4

156±2,12

139±1,29

157±2,63

148±1,95

139±2,10

150±2,29

5

169±2,10

150±1,34

170±1,85

156±2,25

150±2,17

161±3,17

6

179±1,08

164±1,00

178±1,15

170±3,13

167±1,97

179±3,12

7

190±1,09

165±1,08

185±2,10

189±1,49

189±2,04

190±2,25

Patent dövrü

8

202±1,00

170±1,08

205±2,81

190±2,39

189±1,87

200±2,03

9

210±1,08

176±1,08

209±2,23

200±2,30

197±1,53

208±2,38

10

214±1,12

182±2,09

216±1,97

203±3,02

202±2,47

210±1,55

11

226±1,20

189±2,00

228±1,99

220±2,27

218±1,97

221±2,27

12

234±2,06

195±1,09

234±2,09

232±2,67

232±1,39

230±2,98

13

244±2,05

200±1,67

247±2,01

240±2,50

240±2,06

243±2,37

14

255±2,00

207±1,66

255±1,49

253±2,81

250±2,78

256±2,19

15

267±1,05

215±1,09

270±1,55

270±2,33

267±2,06

270±2,27

16

278±1,06

225±1,45

280±1,97

287±2,07

290±2,37

278±3,32

17

290±1,06

238±1,04

290±2,37

291±2,44

292±2,19

290±3,00

18

301±1,00

247±1,03

300±3,01

305±2,17

307±1,99

309±1,70

19

290±1,33

238±1,99

310±4,07

307±2,67

308±2,47

317±1,78

Postpatent

20

301±1,28

247±1,56

327±2,18

327±2,07

328±2,97

328±2,33


siyası ilə müalicəsi zamanı da müşahidə olunur. İnvaziyanın 4, 5, 6 və 7-ci günləri cücələrin çəkisi müvafiq olaraq 150, 161, 179 və 190 q təşkil etmişdir. Bu dövrdə kontrol qrupda cücələrin çəkisi 156, 169, 179 və 190 q olmuşdur. Acı yovşan ilə müalicə olunan cücələrin bu müddətdə çəkisi 139, 150, 167 və 189q olmuşdur.

Cədvəl 3.6-də verilən məlumatlar belə deməyə əsas verir ki, hətta vaxtında aparılan müalicə belə eymerioz zamanı çəki artımının azalmasının qarşısını tam ala bilmir. Tədqiqatın nəticələrindən görünür ki, müalicə olunan cücələrdə çəki artımı, yoluxdurulmuş müalicə olunmayan cücələrin göstəricilərindən bir qədər yüksək, kontrol qrupda olan cücələrin göstəricilərindən isə aşağıdır. Hətta A.absinthium və baykoksun kombinasiyası ilə cücələrin müalicəsi zamanı da çəki artımı kontrol cücələrin göstəricilərindən az olur. Baykoksun 1ml/L dozası yaxşı müalicəvi təsir göstərməsə də sağ qalan cücələrin 20 gün müddətində çəki artımı kontrol yoluxdurulmamış cücələrin müvafiq göstəricilərindən az fərqlənir. Bəzi hallarda isə hətta onu üstələyir. Cücələrə müalicə məqsədilə baykoksla birlikdə acı yovşanın verilməsi tək baykoksla müalicəyə nisbətən quşların daha çox çəki artımına səbəb olur.

Beləliklə, alınan məlumatların müqayisəli analizindən məlum olur ki, acı yovşanın koksidiostatiklə birlikdə tətbiqi cücələr arasında ölüm hallarını azaltmaqla çəkisinin də artımına səbəb olur. Digər tərəfdən təcrübələrin nəticələri göstərir ki, quşların yeminə A.absinthium əlavə edilməsi ilə tətbiq edilən preparatın dozasını

azaltmaq olar.


Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin