Yunus 10:27.....Günah qazananlara günahları qədər cəza verilər. Onları Allahdan (Allahın əzabından) heç kəs qurtara bilməz. Onlar cəhənnəmlikdirlər, özləri də orada əbədi qalacaqlar!
104.
Allahın gözündə böyük günah-kiçik günah ferqi deyə bir şey varmı? (Sagire)
BibliyaBәli / XeyirQuarani
Matta 5:18-19....18. Ağızdan çıxan şeylərsə ürəkdən çıxar, bunlar da insanı murdar edər. 19. Çünki ürəkdən pis fikirlər, qatillik, zinakarlıq, cinsi əxlaqsızlıq, oğurluq, yalançı şahidlik və küfr çıxar.
Matta 12:36.....İnsanlar söylədikləri hər boş söz üçün qiyamət günü hesab verəcəklər.
1 Korinflilər 5:6.....Sizin öyünməyiniz yaxşı deyil. Məgər bilmirsiniz ki, azacıq maya bütün xəmiri acıdır?
-------------------------------------------------
Ahzab 33:5.....Etdiyiniz səhvlərə (məsələn, birinin atasını bilmədən səhv saldığınıza) görə sizə günah yoxdur.
Necm 53:32.....(O yaxşılıq edənlər ki) kiçik günahlar (xətalar) istisna olmaqla, böyük günahlardan və rəzil işlərdən (zinadan) çəkinərlər. Həqiqətən, sənin Rəbbin çox bağışlayandır. f
105.
Oğrunun əlinin kəsilməsi doğrudurmu?
BibliyaXeyir / BəliQuarani
Çıxış 22:1-4.....1. Bir adam mal-qara yaxud qoyun-keçidən oğurlayıb kəsər yaxud satarsa, qoy o adam mal-qara əvəzinə beş heyvan, qoyun-keçi əvəzinə dörd heyvan verib zərəri ödəsin 4. Əgər oğurlanan mal-qara, eşşəklər ya qoyun-keçi oğrunun əlində diri tapılsa, qoy oğru zərəri ikiqat ödəsin.
Süleymanın Məsəlləri 6:30-31....30. Qarnını doydurmaq üçün ac oğru oğurlarsa, Kimsə onu qınamaz. 31. Amma onu tutsalar, yeddi qat ödəməlidir, Evinin var-yoxunu verməlidir.
Luka 6:36.....Atanız mərhəmətli olduğu kimi siz də mərhəmətli olun.
-------------------------------------------------
Maide 5:38.....Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq (sağ) əllərini kəsin. Allah… hikmət sahibidir!
106.
Bir mö’min özünü qorumaq üçün yalan danışıb ya da hiylə edə bilərmi? (Təqiyyə və Kitman)
BibliyaXeyir / BəliQuarani
Süleymanın Məsəlləri 6:16-17.....6. Rəbbin zəhləsi altı şeydən gedir, Yeddi şey var, ondan ikrah edir: 17. Təkəbbürlə baxan gözlər; Yalan danışan dil…
Sefanya 3:13.....İsraildən sağ qalanlar haqsızlıq etməyəcək! Kimsəni aldadaraq yalan söyləməyəcəklər, Çünki onlar qarnı tox yatacaq, Onları qorxudan olmayacaq».
Yəhya 8:44.....Siz atanız iblisdənsiniz… yalançıdır və yalanın atasıdır.
Efeslilər 4:25.....Buna görə yalanı kənara atın, hər biriniz öz qonşunuza həqiqəti söyləyin, çünki hamımız eyni bədənin üzvləriyik.
Vəhy 21:8.....bütün yalançıların aqibəti isə od və kükürdlə yanan göldə olacaq; bu, ikinci ölümdür»…
-------------------------------------------------
Bakara 2:225.....Allah, bilmədən (səhvən) içdiyiniz andlara görə sizi cəzalandırmaz.
Tahrim 66:2......Həqiqətən, Allah andlarınızı geri götürməyi vacib (qanuni) etmişdir. f
107.
Homoseksualizm bir günah olaraq qəbul edilərək, qadağan olunmuşdurmu?
BibliyaBəli / BəliQuarani
Levililər 20:13.....Kişi qadınla yaxınlıq etdiyi kimi kişi kişi ilə yaxınlıq edərsə, hər ikisi iyrənc iş görür və onlar öldürülməlidirlər; qanlarının tökülməyinə özləri baisdir.
Romalılar 1:27.....eyni tərzdə kişilər də qadınla olan təbii əlaqədən əl çəkib bir-birlərinə şəhvətlə qızdılar; kişilər kişilərlə rüsvayçılıq edib öz daxillərində rəzilliklərinə layiq cəzanı aldılar.
-------------------------------------------------
A’raf 7:80-81.....80. Lutu da… demişdi: “Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı sizmi edəcəksiniz? 81. Siz qadınları atıb şəfvətlə kişilərin üstünə gəlirsiniz. Siz, doğrudan da, həddi aşmış bir tayfasınız!”
Neml 27:54-55.....54. (Lut)… çirkin işləmi məşğul olursunuz? 55. Siz qadınları qoyub şəhvətlə erkəklərin yanınamı (üstünəmi) gedirsiniz?
108.
Abort (uşaqsaldırma) ve Adam öldürmək günah olaraq qəbul edilərək, qadağan olunmuşdurmu?
BibliyaBəli / BəliQuarani
Yaradılış 9:6-7.....6. Kim insan qanı töksə, Onun da qanıinsan əli ilə töküləcək. Çünki Allah insanı Öz surətinə görə yaradıb. 7. Siz törəyib çoxalın, Yer üzünə yayılın, Orada çoxalın».
Çıxış 20:13.....Qətl etmə.
Çıxış 21:12.....Adam vurub öldürən şəxs öldürülməlidir.
Süleymanın Məsəlləri 6:16-17.....16. Rəbbin zəhləsi altı şeydən gedir, Yeddi şey var, ondan ikrah edir: 17. Təkəbbürlə baxan gözlər; Yalan danışan dil; Nahaq qan tökən əllər…
-------------------------------------------------
Maide 5:32....hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur.
İsra 17:31.....Yoxsulluqdan qorxub övladlarınızı öldürməyin. Onları öldürmək, həqiqətən, böyük günahdır! f
109.
Günahın cəzası, yaxşı işlər edvrək silinə bilərmi? (Әməllər)
BibliyaXeyir / BәliQuarani
Romalılar 3:24-25.....24. və Onun lütfü ilə də Məsih İsada satın alınmağa nail olaraq bir hədiyyə kimi saleh sayılır. 25. Allah İsanı kəffarə qurbanı olaraq təqdim etdi ki, iman edənlərin günahları Onun qanı vasitəsilə bağışlansın. Bunu Öz salehliyini göstərmək üçün etdi. Çünki səbirli olub qabaqca edilən günahları cəzasız qoymuşdu.
Qalatyalılar 3:11.....Aydındır ki, Allah qarşısında heç kim Qanun vasitəsilə saleh sayılmır, çünki «saleh adam imanla yaşayacaq».
Yaqub 2:10 & 12.....10. Çünki kim Qanunun hamısına riayət edərək birində büdrəyirsə, o bütün Qanuna qarşı təqsirkar olur. 12. Azadlıq qanunu ilə mühakimə olunacaq adamlar kimi danışın və bu cür davranın.
-------------------------------------------------
Hud 11:114.....yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar.
Ankebut 29:7.....İman gətirib yaxşı işlər görənlərin günahlarının üstünü örtər və onlara etdikləri əməllərdən daha gözəl mükafat verərik.
Xilas Olmaq Haqqında
110.
Bir insan Xristian və ya Müsəlman olaraq doğmuş oluyormu?
BibliyaXeyir / BəliQuarani
Yəhya 1:12-13.....12. adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi. 13. Allahdan doğuldu.
Yəhya 3:5.....İsa cavab verdi: «Doğrusunu, doğrusunu sənə deyirəm: bir kəs sudan və Ruhdan doğulmasa, Allahın Padşahlığına daxil ola bilməz
1 Peter 1:23.....Çünki siz çürüyən toxumdan deyil, çürüməzdən, Allahın canlı, davamlı olan kəlamı vasitəsilə yenidən doğulmusunuz.
-------------------------------------------------
Kafirun 109:6.....Sizin öz dininiz var, mənim də öz dinim! (Elə isə sizin dininiz sizə, mənim dinim də mənə)!”
f
111.
Bir insanın xilas olması, onun öz yaxşı əməllərinə bağlıdırmı? (Savab)
BibliyaXeyir / BəliQuarani
Efeslilər 2:8-9.....8. Məsih əvvəl dedi: «Qurban, təqdim, yandırma qurbanı və günah qurbanı istəmədin, Bunlardan xoşun gəlmədi». Bunlar hamısı Qanuna görə təqdim olunur. 9. Sonra dedi: «Budur, gəlmişəm, Sənin iradənig yerinə yetirim». Yəni, Məsih ikinci Əhdi qüvvəyə mindirmək üçün birincisini ləğv edir.
Titə 3:4-6.....5. Amma Xilaskarımız Allah xeyirxahlığını və insana olan sevgisini açıq göstərdi 6. Allah Xilaskarımız İsa Məsih vasitəsilə üzərimizə bol-bol Müqəddəs Ruhu tökdü ki…
-------------------------------------------------
Hud 11:114.....Həqiqətən, yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar.
Ankebut 29:7.....İman gətirib yaxşı işlər görənlərin günahlarının üstünü örtər və onlara etdikləri əməllərdən daha gözəl mükafat verərik.
112.
İnsanların xilas olunmaları üçün, Tanrının qaydası hər zaman bir fidyə və ya qurban qanınamı bağlıdır?
BibliyaBәli / XeyirQuarani
Levililər 17:11.....çünki hər məxluqa həyat verən qandır. Mən onu həyatınızın kəffarəsi üçün qurbangahda təqdim olunmağa təyin etmişəm; çünki həyat verdiyinə görə kəffarə edən qandır.
İbranilər 9:12 & 22.....12. təkələrlə danaların qanı ilə yox, Öz qanı ilə Ən Müqəddəs yerə birdəfəlik daxil oldu; əbədi satınalınmanı təmin etdi. 22. Demək olar ki, Qanuna görə hər bir şey qanla təmizlənir və qan axıdılmadan bağışlanma olmur.
-------------------------------------------------
Bakara 2:48.....Qorxun o gündən ki, heç kəs heç kəsin karına gələ bilməsin, heç kəsdən şəfaət qəbul olunmasın, heç kəsdən (günahlarının təmizlənib əzabdan xilas olması üçün) fidyə alınmasın və onlara heç bir kömək göstərilə bilməsin!
Hac 22:36-37.....36. Sizin üçün bu qurbanlarda… 37. Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. f
113.
Tanrının təmin etdiyi xilası yalnız iman vasitəsiylə, lütfləmi qəbul etmək mümkündür?
BibliyaBəli / XeyirQuarani
Romalılar 3:28.....Çünki bu nəticəyə gəlirik ki, insan Qanuna əməl etməklə deyil, iman vasitəsilə saleh sayılır.
Efeslilər 2:8.....Çünki iman vasitəsilə, lütflə xilas oldunuz. Bu, sizin nailiyyətiniz deyil, Allahın hədiyyəsidir.
Titə 3:4-6.....5. Amma Xilaskarımız Allah xeyirxahlığını və insana olan sevgisini açıq göstərdi 6. Allah Xilaskarımız İsa Məsih vasitəsilə üzərimizə bol-bol Müqəddəs Ruhu tökdü ki…
-------------------------------------------------
En’am 6:164.....“Hər kəsin qazandığı günah ancaq özünə aiddir. Heç bir günahkar başqasının günahını daşımaz.
İsra 17:15.....Heç bir günahkar başqasının günahını daşımaz.
114.
Bir insanın əbədi həyatı əldə etməsi üçün, ilk növbədə Məsihin Müjdəsini eşidərək, Onu Rəbb və Xilaskâr olaraq qəbul etməsi lazımdırmı?
BibliyaBəli / XeyirQuarani
Romalılar 10:9-17.....9. əgər sən İsanın Rəbb olduğunu dilinlə iqrar edib Allahın Onu ölülər arasından diriltdiyinə ürəkdən inansan, xilas olacaqsan. 10. Çünki insan ürəkdən iman etməklə saleh sayılır və dili ilə iqrar etməklə xilas olur 13. Çünki «Rəbbin adını çağıran hər kəs xilas olacaq». 14. Bəs onlar iman etmədikləri Şəxsi necə çağıracaqlar? Barəsində eşitmədikləri Şəxsə necə iman edəcəklər? Vəz edən olmasa, necə eşidəcəklər? 15. Göndərilməsələr, necə vəz edəcəklər? 17. Beləliklə, iman eşitməkdən, eşitmək də Məsihin kəlamı vasitəsilə yaranır.
-------------------------------------------------Bakara 2:119......Sən yəhudi və xaçpərəstlərin millətlərinə (dinlərinə) tabe olmayınca onlar səndən qətiyyən razı qalmayacaqdır. (Onlara) de: “Düzgün yol yalnız Allahın göstərdiyi yoldur!” f
115.
Әbədi həyatı əldə etmənin tek yolu, İsa Məsihin Rəbb və Xilaskar olduğuna iman etmək olduğu, qəbul edilirmi?
BibliyaBəli / XeyirQuarani
Yəhya 11:25...İsa ona dedi: «Dirilmə və həyat Mənəm. Mənə iman edən ölsə də, yaşayar, yaşayacaktır.
Yəhya 14:6.....İsa ona dedi: «Yol, həqiqət və həyat Mənəm. Mənim vasitəm olmadan heç kim Atanın yanına gələ bilməz.
Yəhya 17:3.....Əbədi həyat da budur ki, Səni yeganə həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar.
-------------------------------------------------
Al-i İmran 3:19 & 85......19. Allah yanında (haqq olan) din, əlbəttə, İslamdır. Kitab verilmiş şəxslər (yəhudilər və xaçpərəstlər) ancaq bildikdən sonra aralarındakı paxıllıq üzündən itilafa (ayrılığa) başladılar. 85. Kim islamdan başqa bir din ardınca gedərsə, heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!
116.
Günümüzün mö’minləri vəftiz olmalırıdlarmı?
BibliyaBәli / XeyirQuarani
Matta 28:19-20.....19. Beləliklə, gedin, bütün millətləri Mənim şagirdim edin; onları Ata, Oğul və Müqəddəs Ruh adı ilə vəftiz edin; 20. sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm».
Mark 16:15-16.....15. İsa şagirdlərinə dedi: «Dünyanın hər tərəfinə gedin, bütün yaradılışa Müjdəni vəz edin. 16. iman edib vəftiz olan kəs xilas olacaq, iman etməyənsə məhkum olacaq.
Həvarilərin İşləri 2:38.....Peter onlara cavab verdi: «Tövbə edin, hamınız İsa Məsihin adı ilə vəftiz olun. Onda günahlarınız bağışlanacaq və bəxşiş olaraq Müqəddəs Ruhu alacaqsınız.
Həvarilərin İşləri 22:16.....İndi nə gözləyirsən? Qalx, vəftiz ol və Onun adını çağıraraq günahlarını yu”.
-------------------------------------------------
Qeyd: Quranda vəftiz ilə əlaqədar heç bir ayə yoxdur.
f
117.
Günümüzün kişi mö’minləri sünnət olmalıdırlarmı?
BibliyaXeyir / BәliQuarani
1 Korinflilər 7:18-20.....18. Əgər bir nəfər sünnətli olaraq çağırış aldısa, sünnət olunmanı aradan qaldırmasın. Digəri isə sünnətsiz olaraq çağırış aldısa, qoy sünnət olunmasın. 19. Sünnətlilik də, sünnətsizlik də əhəmiyyət kəsb etmir, əhəmiyyət kəsb edən isə Allahın əmrlərini yerinə yetirməkdir. 20. Qoy hər kəs çağırış aldığı vaxt nə vəziyyətdə idisə, elə də qalsın.
1 Korinflilər 3:17.....Çünki Allahın məbədi müqəddəsdir və bu məbəd sizsiniz.
İbranilər 12:10 & 14.....10. Amma Allah Onun müqəddəsliyinə ortaq olaq deyə bizi xeyrimiz üçün tərbiyələndirir. 14. müqəddəs olmağa can atın, çünki müqəddəsliyə nail olmadan heç kim Rəbbi görməyəcək.
1 Peter 1:15.....siz də bütün həyat tərzinizdə müqəddəs olun.
Vəhy 22:10-11.....10. vaxt yaxındır. 11. Haqsızlıq edən qoy daha da haqsızlıq etsin. Murdar olan daha da murdarlansın. Saleh olansa qoy daha da saleh işlər görsün. Müqəddəs olan daha da müqəddəs olsun».
-------------------------------------------------
Qeyd: Quranda, "müqəddəs olun" deyə əmr edən bir ayə yoxdur.
f
119.
İnsanlar adaz iradələri ilə və qərarları ilə, Tanrının uşaqları ola bilərlərmi?
BibliyaBәli / XeyirQuarani
Yəhya 1:12.....Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi.
Romalılar 8:14.....Allahın Ruhu ilə yönəldilənlərin hamısı Allahın oğullarıdır.
Qalatiyalılar 3:26.....Siz hamınız Məsih İsaya olan iman vasitəsilə Allahın övladlarısınız.
İbranilər 12:5-6.....5. «Oğlum, Rəbbin verdiyi tərbiyəyə xor baxma, Onun məzəmmətindən ruhdan düşmə. 6. Çünki Rəbb sevdiyini tərbiyələndirər, Qəbul etdiyi hər oğulu döyər».
-------------------------------------------------
Maide 5:18.....Yahudiler ve Hıristiyanlar; "Biz Allah’ın oğulları ve sevgilileriyiz." dediler. De ki: "O halde niçin günahlarınızdan ötürü (Allah) size azabediyor?" Hayır, siz de… birer insansınız.
Qeyd: Xristianlıqda bu suala iki fərqli cavab var. Arminiusçular “Bəli”, Kalvinistlər “Xeyir” deyirlər.
120.
İnsanların taleyi əvvəlcədən müəyyən edilmişmi? (Tale və Qismət)
BibliyaXeyir / BəliQuarani
Qanunun Təkrarı 30:19.....Qarşınızda həyatla ölümü, xeyir-dua ilə lənəti qoyduğum üçün bu gün göyü və yeri sizə şahid tuturam. Həyatı seçin ki, siz və övladlarınız yaşaya biləsiniz.
Yeşua 24:15.....Qoy Rəbb səninlə mənim aramda hakim olub hökm versin və baxıb bu çəkişməni görsün, məni sənin əlindən qurtarsın».
-------------------------------------------------
Tevbe 9:51.....“Allahın bizim üçün yazdığından başqa bizə heç bir şey üz verməz.
Kasas 28:68.....Onların heç bir ixtiyarı yoxdur.
Ahzab 33:36 & 38.....36. Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mö’min kişiyə və qadına öz işlərində başqa yol seçmək yaraşmaz. 38. Allahın əmri əzəli hökmdür!
Qeyd: Xristianlıqda bu suala iki fərqli cavab var. Arminiusçular “Xeyir”, Kalvinistlər “Bəli” deyirlər.
f
121.
İnsanların cənnətə ya da cəhənnəmə getməsi, onların yaxşı və pis əməllərinin tərəzidə ölçülməyinəmi bağlıdır?
BibliyaXeyir / BәliQuarani
Efeslilər 2:8-9.....8. Çünki iman vasitəsilə, lütflə xilas oldunuz. 9. Bu, sizin nailiyyətiniz deyil, Allahın hədiyyəsidir.
Titə 3:4-5.....4. Amma Xilaskarımız Allah xeyirxahlığını və insana olan sevgisini açıq göstərdiyi zaman 5. bizim salehliklə etdiyimiz əməllərlə deyil, Öz mərhəmətinə görə bizi xilas etdi. Bunu bizi yumaqla, yəni Müqəddəs Ruhun bizi yenidən doğuzdurub təzələməsi ilə etdi.
-------------------------------------------------
A'raf 7:8-9..... 8. Tərəziləri ağır gələnlər nicat tapanlardır! 9. yüngül gələnlər isə… zərər…
Mü'minun 23:102-103.....102. Məhz tərəziləri ağır gələnlər nicat taparlar. 103. Tərəziləri yüngül gələnlər isə özlərinə ziyan edənlərdir.
122.
İnsanların cənnətə gedə bilmələri üçün, ölmədən əvvəl yenidən doğulması lazımmı?
BibliyaBәli / XeyirQuarani
Yəhya 1:12-13.....12. Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi. 13 Onlar nə qandan, nə bəşər arzusundan, nə də kişi istəyindən deyil, yalnız Allahdan doğuldu.
Yəhya 3:3-7.....3. İsa… bir kəs yenidən doğulmasa, Allahın Padşahlığını görə bilməz»… 5. bir kəs sudan və Ruhdan doğulmasa, Allahın Padşahlığına daxil ola bilməz.
2 Korinflilər 5:17.....Deməli, kim Məsihdədirsə, yeni yaradılışdır, köhnə şeylər keçib-getdi, təzə şeylər gəldi.
1 Peter 1:23.....Çünki siz çürüyən toxumdan deyil, çürüməzdən, Allahın canlı, davamlı olan kəlamı vasitəsilə yenidən doğulmusunuz.
1 Yəhya 4:7 & 5:1.....7. Sevən hər kəs də Allahdan doğulub və Allahı tanıyır. 1. İsanın Məsih olduğuna inanan hər kəs Allahdan doğulub.
-------------------------------------------------
Qeyd: Quranda yenidən doğuş deyə bir anlayış yoxdur.
f
123.
Allah bütün həqiqi Xristianlara əbədi həyat verirmi?
BibliyaBəli / BəliQuarani
Yəhya 3:36 & 5:24.....36. Oğula iman edən şəxs əbədi həyata malikdir, Oğula itaət etməyənsə həyat görməyəcək, lakin Allahın qəzəbi onun üzərində qalır. Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim sözümə qulaq asıb Məni Göndərənə inanan şəxs əbədi həyata malikdir və ona hökm çıxarılmayacaq, əksinə, ölümdən həyata keçib.
Yəhya 10:27-28.....27. Quzularım səsimi eşidir… 28. Mən onlara əbədi həyat verirəm. Onlar heç vaxt həlak olmayacaq və heç kim onları əlimdən qapmayacaq.
1 Yəhya 5:13.....Allahın Oğlunun adına iman edənlərə yazdım ki, əbədi həyata malik olduğunuzu biləsiniz.
-------------------------------------------------
Al-i İmrân 3:55, 113-115.....55. “Ya İsa… Sənə iman gətirənləri qiyamət gününə qədər kafirlərə qalib edərəm. 113. Kitab əhli içərisində düzgün bir camaat vardır… 114. xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər. 115. Onların yaxşılıq naminə etdikləri işlərdən heç biri inkar edilməz.
Mâide 5:47 & 69.....47. İncil əhli Allahın onda nazil etdiyi ilə hökm etsin. 69. heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməzlər!
Gələcək Şeylər Haqqında
124.
Müqəddəs Kitablarda “peyğəmbər” (nəbiy) sözü “gələcəkdə olacaqları əvvəlcvdən bildirən adam” mənasındadırmı?
BibliyaBəli / XeyirQuarani
1 Şamuel 9:9.....Əvvəllər İsraildə Allahın iradəsini öyrənmək üçün gedəndə adamlar belə deyərdilər: «Gəl gürücünün yanına gedək». O vaxt peyğəmbərləri gürücü adlandırırdılar.
Vəhy 19:10.....Allahın quluyam. Allaha səcdə et. Çünki İsanın şəhadəti peyğəmbərlərə ilham verir».
-------------------------------------------------
A’raf 7:188..... Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim…
Ahkaf 46:9.....Mənimlə və sizinlə nə edəcəyini bilmirəm. f