Azeri Müqəddəs Kitab və Qur’an-ı Kərim Haqqında 200 Sual Daniel Wickwire



Yüklə 0,96 Mb.
səhifə2/11
tarix21.04.2017
ölçüsü0,96 Mb.
#15178
1   2   3   4   5   6   7   8   9   10   11

2 Peter 1:20-21.....20. Hər şeydən əvvəl bunu bilməlisiniz ki, Müqəddəs Yazılardakı peyğəmbərlik sözlərinin heç birini şəxsən şərh etmək olmaz. 21 Çünki heç vaxt peyğəmbərlik insan iradəsi ilə qaynaqlanmamışdır, lakin Müqəddəs Ruh tərəfindən yönəldilən insanlar Allahdan gələn sözləri söylədi.

-------------------------------------------------

Nisa 4:163-164.....163. Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi, sənə də vəhy göndərdik. 164. Və Allah Musa ilə sözlə danışdı.

En’am 6:19.....Allah şahiddir. Bu Qur’an mənə sizi və ona (gələcəkdə) yetişəcək kimsələri (qiyamətə qədər) xəbərdarlıq edib qorxutmağım üçün vəhy olundu.
f


21.

Yəhudi və Xristianlar tərəfindən Qurani Kərim Allahın Sözü olaraq qəbul edilirmi? (Müqəddəs Kitab olaraq)

Bibliya Xeyir / Bəli Quarani

Qanunun Təkrarı 18:22.....Əgər bir peyğəmbər Rəbbin adından danışanda dediyi söz həyata keçməzsə yaxud düz çıxmazsa, bilin ki, onu

Rəbb söyləməmişdir. O peyğəmbərin dediklərinin səlahiyyəti yoxdur. Ondan qorxmayın.



Yeşaya 8:20.....Əgər onlar Allahın kəlamı ilə danışmasa, onlar üçün nur şəfəqi saçmayacaq.

-------------------------------------------------

Nisa 4:82.....Onlar Qur’an barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar.

Şura 26:196-197.....196. Həqiqətən, o, əvvəlkilərin kitablarından mövcuddur. 197. Məgər İsrail övladı alimlərinin bilmələri onlar üçün bir dəlil (sübut) deyilmi?

22.

Allah bir Müqəddəs Kitabı göndərdiktən sonra, o kitabın bəzi ayələrini nəsh edərmi? (Nəsh və Mənsuh)

Bibliya Xeyir / Bəli Quarani

Zəbur 89:34.....Öz əhdimi pozmaram, Dilimdən çıxan sözləri dəyişmərəm.

Luka 16:17....Amma göyün və yerin keçib getməsi Qanundan bir nöqtənin düşməsindən daha asandır.

Yəhya 10:35.....Müqəddəs Yazı ki pozula bilməz.

-------------------------------------------------

Bakara 2:106.....Biz hər hansı bir ayəni ləğv edir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk.

Ra'd 13:39.....Allah (həmin kitabdan) istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar. 

Nahl 16:101.....Biz bir ayənin yerinə digər bir ayəni gətirdikdə– Allah nə nazil etdiyini Özü daha yaxşı bilir – “Sən ancaq bir iftiraçısan (Allahın adından yalan uydurursan!)” – deyərlər.

İsra 17:86.....Əgər istəsəydik, sənə vəhy etdiyimizi (qəlbindən) çıxardıb aparardıq.
f


23.

Әgər Qur’an-ı Kərim bu dünyanın aləmi tərəfindən endirildi isə və bəzi cinlər bunu təsdiq ediblərsə, bu onun Tanrı tərəfindən göndərildiyinə bir sübut olabilərmi?

Bibliya Xeyir / Bəli Quarani

Yəhya 14:30.....Daha sizinlə çox danışmayacağam, çünki bu dünyanın hökmdarı gəlir. Onun Mənim üzərimdə heç bir səlahiyyəti yoxdur.

2 Korinflilər 4:4.....Onları bu dövrün allahıc korazehin etdi ki, Allahın surəti olan Məsihin ehtişamlı Müjdəsinin işığı imansızların üzərinə doğmasın.

-------------------------------------------------

Fatih 1:2.....Həmd olsun Allaha – aləmlərin Rəbbinə.

Yunus 10:37.....Bu Qur’an Allahdan başqasına yalandan aid edilə bilməz. Onun aləmlərin Rəbbi tərəfindən nazil edilməsinə heç bir şübhə yoxdur!

Ahkaf 46:29-30.....29. (Ya Peyğəmbər!)… cini Qur’anı dinləmək üçün sənin yanına göndərmişdik. 30. Onlar dedilər: əvvəlkiləri (Tövratı, İncili, Zəburu) təsdiq edən, haqqa və düz yola yönəldən bir Kitab dinlədik!

24.

Tanrının bir Müqəddəs Kitabının Şeytan tərəfindən göndərilmədiyinə dair davamlı olaraq söylənməsinə ehtiyac varmıdır?

Bibliya Xeyir / Bәli Quarani

Matta 7:15-16.....15. Yalançı peyğəmbərlərdən özünüzü gözləyin! 16. Onları bəhrələrindən tanıyacaqsınız.

Yəhya 8:44 & 46.....44 Siz atanız iblisdənsiniz… O, başlanğıcdan qatil idi… yalançıdır və yalanın atasıdır. 46. Sizdən kim sübut edər ki, Mən bir günah etmişəm?

-------------------------------------------------

Sebe 34:8 & 46.....8. Görəsən, o, Allaha qarşı özündən yalan uydurur, yoxsa bir dəliliyi var?” 46. Xeyr… yoldaşınızda heç bir divanəlik əsəri yoxdur.

Tekvir 81:22 & 25.... 22. Həqiqətən, sizin dostunuz divanə deyildir! 25. O (Qur’an) da məl’un Şeytanın sözü deyildir.

Qeyd: Məhəmməd özü üçün cine tutulmadığı və ya dəli olmadığı haqqında tez-tez iddia da ederdi: Ayrıca baxın. 15: 6-7, 23:70, 37:36, 44:14 & 68:51.
f


Tanrı və Allah Haqqında

25.

Yəhudilər, Xristianlar və Müsəlmanlar “Tek” Allahamı inanırlar? (Vahdet-i Vücûd)

Bibliya Bәli / Bәli Quarani

Qanunun Təkrarı 6:4.....Dinlə, ey israil! Allahımız Rəbb yeganə Rəbdir.

Mark 12:29.....Allahımız Rəbb yeganə Rəbdir.

Efeslilər 4:6....hamının Allahı və Atası birdir.

1 Timotey 2:5.....Çünki bir Allah və Allahla insanlar arasında bir Vasitəçi vardır. O, İnsan olan Məsih İsadır.

Yaqub 2:19.....Sən Allahın bir olduğuna inanırsansa, yaxşı edirsən. Cinlər də buna inanır və əsirlər!

-------------------------------------------------

Bakara 2:163.....Sizin tanrınız bir olan Allahdır, Ondan başqa tanrı yoxdur.

Nahl 16:22 & 51.....22. Siz tanrınız bir olan Allahdır. 51. Allah belə buyurdu: “İki tanrı qəbul etməyin. O (Allah) yalnız tək bir tanrıdır.

İhlas 112:1.....de: “O Allah birdir”.

26.

Qur’an-ı Kərimdə olan Allahın Esmaül Hünsada yer alan şəxsi və sübutu sifətlərin bir çoxu Müqəddəs Kitabdaki sifətlərlə oxşarlıq vardırmı?

Bibliya Bəli / Bəli Quarani

Yeşaya 40:28.....Məgər sən bilmirsən? Məgər eşitməmisən? Rəbb əbədi Allahdır, Odur bütün dünyanı yaradan. Nə yorulur, nə taqətdən düşür,

Onun ağlı dərkedilməzdir.



-------------------------------------------------

Bakara 2:255.....Onun kürsünü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!

Kahf 18:45.....Allah hər şeyə (hər şeyi yaratmağa və məhv etməyə) qadirdır!

Haşhr 59:23..... O Özündən… ixtiyar sahibi, müqəddəs olan, salamatlıq, əmin-amanlıq bəxş edən, göz-qulaq olub qoruyan, yenilməz qüdrət sahibi, məcbur etməyə qadir olan, (hər şeydən) böyük olan Allahdır.
f


27.

Müqəddəs Kitabdakı “Tanrı” anlayışı ilə Qur’an-ı Kərimdəki “Allah” anlayışı eynidirmi?

Bibliya Xeyir / Bəli Quarani

Çıxış 3:14-15.....14. Allah Musaya dedi: Var Olan Mənəm» 15. Atalarınızın Allahı, İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı Rəbb məni sizin yanınıza göndərdi”. Adım əbədi olaraq budur Qoy Məni nəsildən nəslə belə xatırlasınlar.

1 Yəhya 5:20.....Bunu da bilirik ki, Allahın Oğlu gəlib bizə Haqq Olanı tanımaq üçün dərrakə verdi. Biz də Haqq Olanda, Onun Oğlu İsa Məsihdəyik. Həqiqi Allah və əbədi həyat Odur.

-------------------------------------------------



Şuara 26:26.....“O sizin də, ulu babalarınızın (keçmiş atalarınızın) da Rəbbidir!”

Ankebut 29:46.....deyin: “Biz həm özümüzə nazil olana (Qur’ana), həm də sizə nazil olana (Tövrata və İncilə) inanırıq. Bizim də Allahımız, sizin də Allahınız birdir. Biz yalnız ona təslim olanlarıq!”

Saffat 37:126.....Həm sizin Rəbbiniz, həm də (sizdən) əvvəlki atalarınızın Rəbbi olan Allahım.

Şurâ 42:15.....Bizimlə sizin aranızda heç bir mübahisə yoxdur (bizim haqlı olduğumuz göz qabağındadır).

28.

Allahın şəxsi, əbədi və dəyişməyən adı “Yahve”dirmi?

Bibliya Bəli / Xeyir Quarani

Çixiş 3:14-15.....14. «Var Olan Mənəm»… Sonra dedi: “‹Mənəm› deyən sizin yanınıza məni göndərdi”» 15. O, Musaya belə dedi: «İsrail övladlarına söylə... Adım əbədi olaraq budur.

Yəhya 8:24 & 58.....24. Buna görə də sizə “günahlarınız içində öləcəksiniz” dedim. Əgər inanmasanız ki, O Mənəm, günahlarınız içində öləcəksiniz»...58... İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: İbrahim olmazdan qabaq Var Olan Mənəm».

-------------------------------------------------

A'raf 7:180.....En güzel isimler Allah’ındır.

İsra 17:110.....Hangisiyle çagırsanız, nihayet en güzel isimler O’nundur.

Taha 20:8.....Allah ki… en güzel isimler O’nundur.
f


29.

Müqəddəs Kitablarda, Tanrı ya da Allahın müqəddəs olduğu öyrədilirmi? (Әl Quddüs)

Bibliya Bəli / Bəli Quarani

Yeşaya 6:3.....Biri o birini səsləyib deyirdi:

«Ordular Rəbbi müqəddəsdir, müqəddəsdir, müqəddəsdir! Bütün yer üzü Onun əzəməti ilə doludur»



Yeşaya 40:25.....«Bəs Məni onda kimə bənzədərsiniz ki, Mən ona oxşayım?» Deyir Müqəddəs Olan.

Yeşaya 57:15.....Əbədi yaşayan, adı müqəddəs Olan Belə deyir: «Mən yüksək və müqəddəs yerdə yaşadığım…

Vəhy 4:8.....«Var Olmuş, Var Olan və Gəlməli Olan Külli-ixtiyar Rəbb Allah Müqəddəsdir, müqəddəsdir, müqəddəsdir!».

-------------------------------------------------

Haşhr 59:23.....O Özündən… müqəddəs olan… Allahdır.

Cuma 62:1.....hökmdarı (sahibi), müqəddəs (pak), yenilməz qüvvət, hikmət sahibi olan Allahı…

30.

Allah özünü “Ata” sifətiylə tanıdırmı?

Bibliya Bəli / Xeyir Quarani

Yeşaya 63:16.....Sənsən Atamız. İbrahim bizi tanımasa da, İsrail bizim kim olduğumuzu bilməsə də, Atamız Sənsən, ya Rəbb, Əzəldən bəri adın «Bizi Satınalan»dır.

Matta 5:44-45 & 48.....44. düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin. 45 Belə ki siz göylərdə olan Atanızın övladları olasınız... 48. Ona görə də Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun.

Matta 6:9 & 14.....9. Buna görə siz belə dua edin: “Göylərdə olan Atamız, Adın müqəddəs tutulsun, 14. Səmavi Atanız da sizi bağışlayar.

Yəhya 8:41..... bizim bir Atamız var, O da Allahdır».

-------------------------------------------------

En'am 6:101.....Allahın necə övladı ola bilər ki, Onun heç bir yoldaşı (zövcəsi) yoxdur. 

Furkan 25:2.....O (Özünə) heç bir övlad götürməmişdir.

Cin 72:3.....O Özünə nə bir zövcə götürmüşdür, nə də bir uşaq!
f


31.

Allah ya da Tanrı qürurlu olub, Qürur Onun sifətlərindən biri olablərmi? (Әl-Mütəkəbbir)

Bibliya Xeyir / Bәli Quarani

Zəbur 101:5....Yuxarıdan baxan lovğa insana dözə bilmərəm.

Süleymanın Məsəlləri 6:16-17.....16. Rəbbin zəhləsi altı şeydən gedir… 17. Təkəbbürlə baxan gözlər…

1 Peter 5:5..... Dünyaya qalib gələn kimdir? Əlbəttə ki, İsanın Allahın Oğlu olmasına inanan!

1 Yəhya 2:16.....Çünki dünyada olan hər şey – cismani ehtiraslar, acgözlük və dünya malına görə təkəbbür Atadan yox, dünyadan gəlir.

-------------------------------------------------

Haşır 59:23.....O Özündən başqa heç bir tanrı olmayan… böyük (‘Әl-Mütəkəbbir’) olan Allahdır.

32.

Allah, Özünü insanlara bir başa “Xilaskar” sifətiylə tanıdırmı?

Bibliya Bəli / Xeyir Quarani

Yeşaya 43:3 & 11.....3. Çünki Mən sənin Allahın Rəbbəm, İsrailin Müqəddəsiyəm, Sənin Xilaskarınam.

11. Mənəm Rəbb, yalnız Mənəm, Məndən başqa qurtarıcı yoxdur.



Huşə 13:4.. ...Ancaq Səni Misir torpağından çıxaran Allahın Rəbb Mənəm. Sən Məndən başqa allah tanımamalısan, Çünki Məndən başqa xilaskar yoxdur.

Luka 2:11.....Bu gün Davudun şəhərində sizin üçün Xilaskar doğuldu. Bu, Rəbb Məsihdir.

Titə 2:10-13.....10. Beləliklə, Xilaskarımız Allahın təlimini hər cəhətdən cazibəli etsinlər. 13. Bu ərəfədə bəxtiyarlıq gətirən ümidimizin gerçəkləşməsini, ulu Allah və Xilaskarımız İsa Məsihin izzətinin zühurunu gözləyək.

Titə 3:4.... Amma Xilaskarımız Allah xeyirxahlığını və insana olan sevgisini açıq göstərdiyi zaman…

Yəhuda 1:25..... Xilaskarımız, yeganəh Allaha Rəbbimiz İsa Məsih vasitəsilə əzəldən bəri, indi və əbədi olaraq izzət, əzəmət, qüdrət və əlahiyyət olsun! Amin.

-------------------------------------------------

Qeyd: Xilaskar sifəti Quranda yoxdur.
f


33.

Allah Özünü ifadə edəndə, Özü haqqında birinci şəxs olaraq “Biz” ifadəsindən istifadə edirmi?

Bibliya Bәli / Bəli Quarani

Yaradılış 1:26.... Sonra Allah dedi: «Öz surətimizə və bənzərimizə görə insanı yaradaq.

Yaradılış 11:6-7.....6. Rəbb dedi:.. 7. Gəlin aşağı enib orada onların dilini qarışdıraq…

Yəhya 17:11.....Ey Müqəddəs Ata, onları Mənə verdiyin adınla qoru ki, Bizim kimi bir olsunlar.

-------------------------------------------------

Zariyat 51:47.....Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu genişləndirməkdəyik.

Vakia 56:57-59.....57. Biz sizi (yoxdan) yaratdıq. 59. Ondan (insan) yaradan sizsiniz, yoxsa Biz?!

Tahrim 66:12.....Biz libasının yaxasından ona Öz ruhumuzdan üfürdük. 

İnsan 76:23.....Biz Qur’anı sənə tədriclə (ayə-ayə, surə-surə) nazil etdik.

34.

Allahın Üçlüyü (Ata, Oğul, Müqəddəs Ruh) anlayışı qəbul edilirmi?

Bibliya Bәli / Xeyir Quarani

Yaradılış 11:6-7.....6. Rəbb dedi:.. 7. Gəlin aşağı enib orada onların dilini qarışdıraq ki, birbirlerinin dilini başa düməsinlər.

Matta 28:17-20.....17. İsa… 20. Beləliklə, gedin, bütün millətləri Mənim şagirdim edin; onları Ata, Oğul və Müqəddəs Ruh adı ilə vəftiz edin.

Efeslilər 4:4-6..... 4. bədən bir, Ruh bir, 5. Rəbb bir… 6. hamının Allahı və Atası birdir.

------------------------------------------------

Al-i İmrân 3:64.....Söylə: “Ey kitab əhli… “Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi Rəbb qəbul etməyək!”

Nisa 4:171.....İsa əl-Məsih ancaq Allahın peyğəmbəri, Məryəmə çatdırdığı bir söz və Onun tərəfindən olan bir ruhdur. “üçdür” deməyin. Həqiqətən, Allah tək bir tanrıdır.

Maide 5:72-73.....72. “Allah Məryəm oğlu Məsihdir!” – deyənlər kafir oldular. 73. “Allah üçün üçüncüsüdür!” – deyənlər, əlbəttə, kafir olmuşlar.
f


35.

Allah İsaya səhv bir şey bəyan etdiyini deyib: İsanın bunu inkâr etməsi doğru bir ehtimal ola bilərmi?

Bibliya Xeyir / Bəli Quarani

Yəhya 8:46....sizden kim sübut edər ki, Mən bir günah etmişəm?.

Titə 1:2.... Allah yolu əbədi həyat ümidinə

əsaslanır. Bu ümidi yalan danışmayan Allah zaman başlamazdan əvvəl vəd etmişdi.



1 Peter 2:21-22....21. Çünki Məsih də sizin üçün əzab çəkdi və sizə nümunə oldu… 22. O heç bir günah etmədi, Ağzından hiylə sözü çıxmadı.

-------------------------------------------------

Ma’ida 5:116.....Xatırla ki, o zaman (qiyamət günü) Allah belə buyuracaq: “Ya Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!” – demişdin? “(İsa cavabında) deyəcək:” Sən pak və müqəddəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu mən demiş olsaydım, Sən onu mütləq bilərdin… qeybləri bilən ancaq Sənsən!

36.

Allah insanlardan uzaq duraraq, tarixin gedişatına müdaxilə edərək Öz barmaq izini qoyarmı?

Bibliya Xeyir / Bәli Quarani

Çıxış 13:22.....Gündüzlər bulud dirəyi, gecələr isə od dirəyi xalqın önündən ayrılmadı.

Çıxış 16:10..... Harun bütün İsrail övladlarının icması ilə danışdığı vaxt onlar səhraya baxıb Rəbbin əzəmətinin buludda göründüyünü gördülər.

1 Şamuel 12:16-19.....16. dayanın, Rəbbin gözünüz önündə edəcəyi bu böyük hadisəni görün 18. və Rəbb o gün göy gurladıb yağış yağdırdı.

-------------------------------------------------

En’am 6:37-38.....35. dedilər: “Məgər ona (Peyğəmbərə) Rəbbindən bir mö’cüzə endirilməli deyildimi?” De: “Allah mö’cüzə endirməyə qadirdir. Lakin onların çoxu bilməz! 38. Biz Kitabda (Qur’anda) heç bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik).

Taha 20:133.....dedilər: “Nə üçün o (Muhəmməd) Rəbbindən bizə bir mö’cüzə gətirmir?” Məgər onlara əvvəlki (ilahi) kitablarda olanların bəyanı gəlmədimi?!
f


37.

Allah Özünü cism şeklində göstərə bilərmi? (Allah görülə bilərmi?) (Ru’yetullah)

Bibliya Bәli / Xeyir Quarani

Çıxış 33:11-15 & 18-23.....11. Rəbb Musa ilə üz-üzə, dostu ilə söhbət etdiyi kimi danışardı. 18.

Musa… dedi: «izzətini mənə göstər». 19. Rəbb dedi: «Mən bütün xeyirxahlığımı Sənin qarşından keçirəcəyəm… 23. sən Məni arxadan görəcəksən, amma üzümü görməyəcəksən».



Saylar 12:7-8.....7. Qulum Musa… Üzbəüz açıq danışaram və O, Rəbbin surətini görür. Nə üçün qorxmayaraq qulum Musadan gileyləndiniz?

Matta 5:8.... ürəyi təmiz olanlar. Allahı görəcək. -------------------------------------------------

En'am 6:103.....Gözlər Onu (görüb) dərk etməz. O, lətifdir (cismlikdən uzaqdır)…

A'raf 7:143.....Musa… “Ey Rəbbim! Özünü (camalını) mənə göstər. Sənə baxım!” – dedi. Allah: “Sən Məni əsla görə bilməzsən.

38.

Allah insanlara vəyh (yazılmış vəhy) xaricində danışarmı?

Bibliya Bəli / Xeyir Quarani

Yoel 2:28....Ondan sonra isə Bütün bəşr üzərinə Ruhumu tökəcəyəm. Oğullarınız və qızlarınız peyğəmbərlik edəcək, ağsaqqallarınız röyalar, cavanlarınızsa görüntülər görəcək.

1 Korinflilər 14:1-3.....1. Məhəbbətin ardınca gedin və ruhani ənamları, xüsusilə, peyğəmbərlik ənamını səylə istəyin. 2. Çünki naməlum dildə danışan, adamlarla yox, Allahla danışır. Onu heç kim başa düşmür. O, Ruh vasitəsilə sirlər söyləyir. 3. Peyğəmbərlik edənsə adamlarla onları ruhən inkişaf etdirmək, həvəsləndirmək və təsəlli vermək üçün danışr… və «Allah, həqiqətən, aranızdadır!» deyib nida edəcək.
-------------------------------------------------

Şura 42:51.....Heç bir bəşər övladına Allahla danışmaq müyəssər olmaz… Allah qeyri-maddidir, zaman və məkan xaricindədir. Allahla onlar arasında minlərlə zülmət və nur pərdəsi vardır.
f


39.

Fani insanlar, Uca Allah ilə bir münasibət qurub, Tanrının övladları olaraq Onu şəxsən tanıya bilərlərmi?

Bibliya Bəli / Xeyir Quarani

Qalatiyalılar 4:6-7.....6. Övladlar olduğunuz üçün Allah Öz Oğlunun «Abba, Ata!» deyərək nida edən Ruhunu ürəklərimizə göndərdi. 7 Buna görə də sən artıq kölə deyil, övladsan.

1 Yəhya 3:1-2.....1. Görün Ata bizə necə məhəbbət göstərib ki, biz Allahın övladları adlanırıq! Doğrudan da, beləyik! 2. Ey sevimlilər, indi biz Allahın övladlarıyıq.

-------------------------------------------------

Maide 5:18.....Yəhudilər və xaçpərəstlər dedilər: “Biz Allahın oğulları və sevimliləriyik”. (Onlara) de: “Bəs onda Allah nə üçün günahlarınıza görə sizə əzab verir?” Xeyr, siz də Onun yaratdığı bir bəşərsiniz.

Qeyd: Əksinə, Allah insanlara yaxındır: Baxın.

Ənfal 8:24, Hud 11:90 & 92 & Qaf 50:16.



40.

Allahın məhəbbəti şərtsizdirmi? (el-Vedud)

Bibliya Bəli / Xeyir Quarani

Romalılar 3:24..... və Onun lütfü ilə də Məsih İsada satın alınmağa nail olaraq bir hədiyyə kimi saleh sayılır.

Romalılar 5:5-8.....6. Biz hələ gücsüz ikən Məsih müəyyən zamanda allahsız adamların uğrunda öldü. 8. Lakin Allah bizə olan məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ola-ola Məsih bizim uğrumuzda öldü.

1 Yəhya 4:10.....O bizi sevdi və Öz Oğlunu bizim günahlarımıza görə kəffarə qurbanı olaraq göndərdi.

Vəhy 22:17..... arzu edən həyat suyunu müftə götürsün.

-------------------------------------------------

Bakara 2:195.....Allah yaxşılıq edənləri sevir.

Bakara 2:276....Allah kafiri, günahkarı sevməz.

Al-i İmrân 3:57.....Allah zülm edənləri sevməz!

Al-i İmrân 3:159.....Allah təvəkkül edənləri sevər!

Nısa 4:107.....Allah günaha batmış xaini sevməz!

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin