1. Azərbaycanın təbii-coğrafi şəraiti


Azərbaycanın müstəqilliyinin bərpası.Qarabağ müharibəsi,Azərbaycanda hakimiyyət böhranı



Yüklə 344,46 Kb.
səhifə114/117
tarix01.01.2022
ölçüsü344,46 Kb.
#50562
1   ...   109   110   111   112   113   114   115   116   117
Azerbaycan tarixi imt sual (1) (3)

112.Azərbaycanın müstəqilliyinin bərpası.Qarabağ müharibəsi,Azərbaycanda hakimiyyət böhranı.

Dövlət müstəqilliyinin bərpası. XX əsrinsonunda yaranmış tarixi şərait Azərbaycanaöz dövlət müstəqilliyini bərpaetmək imkanı verdi.Dövlət müstəqilliyinin bərpası ilə bağlı 1991-ci iloktyabrın 8-də başlanan Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında müzakirələr 4 gün davam etdi. Nəhayət,1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd–“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında”Konstitusiya Aktı qəbul edildi;

Dövlət müstəqilliyinin dünyada tanınması.Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq 1991-ciil noyabrın 9-da Türkiyə Respublikası,sonra Rumıniya (11 dekabr1991), Pakistan (13 dekabr1991),İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar1992),Rusiya(10 aprel1992)vəbaşqadövlətlər tanıdı.2mart 1992-ci ildəAzərbaycanmüstəqil dövlət kimi BMT-yə üzv qəbul edildi;


Müstəqillik xalqın azadlıq arzusu hesabına əldə olunub. Dövlət müstəqilliyinin bərpası yaranmış tarixi şəraitdən əlavə, həm də Azərbaycan xalqının müstəqillik arzusu və azadlıq mübarizəsi nəticəsində mümkün oldu. Azərbaycanın müstəqilliyi ağır sosial-iqtisadi şəraitdə və xalqımızın ağır sınaqlardan keçdiyi bir dövrdə əldə edildi. 70 il ərzində Azərbaycanın da daxil olduğu Sovetlər birliyinin dağılması, Ermənistanın ölkəmizə qarşı başladığı ərazi iddiaları və elan olunmamış müharibə şəraiti müstəqilliyimizin bərpasına böyük təhlükə törədirdi;

Yeni bərpa olunmuşdövlət müstəqilliyinin itirilmə təhlükəsi və müstəqilliyi möhkəmləndirənəsas faktor. Müstəqilliyibərpa etdikdən qısa müddət sonra xalqımızyenidənonuitirməktəhlükəsiiləüzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrininartan təcavüzü nəticəsindəgenişmiqyas almış Birinci Qarabağ müharibəsi, digərtərəfdən dövlət rəhbərliyindəki səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildəgedən siyasi çəkişmələr, vətəndaş qarşıdurması müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini yaradırdı. Əslində müstəqilliyin elan olunmasından daha vacib olan müstəqilliyin qorunması idi. Məhz müdrik Azərbaycan xalqının tələbi ilə Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu. Azərbaycan ardıcıl islahatlar həyata keçirməyə başladı, qısa zaman ərzində Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə edildi və bunun ardıncaiqtisadiyyatda sərbəst ticarətprinsipləri əsas götürülməyə başlandı. Nəticədə, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası təmin olundu. Dünyanın nüfuzluşirkətlərinin, xüsusən böyük neft şirkətlərinin Azərbaycandakı karbohidrogen resurslarının işlənməsinə cəlb olunması dayanıqlı inkişafın əsasını qoydu. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən Ulu Öndər Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olduğunu elan etdi. 

1991-ci il oktyabrın 18-də qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir.

2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir.



Yüklə 344,46 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin