109.Cənubi Azərbaycan 1978-1979-cu illər İran inqilabı dövründə.
70-ci illərin sonunda İranda Azərbaycan məsələsinin həllini tələb edən qüvvələr zəhmətkeşlərin marağını təmsil edən sollar və xırda burjuaziyaya mənsub solçu demokrat təşkilatlar idi (İXP və ADF 60-cı illərin əvvəllərində birləşdi, aralarındakı ziddiyyətlər milli çəkişməyə çevrildi. Xalq ona inamını itirdi). Vəziyyət sosial partlayışa doğru aparırdı. 1977-ci ilin payızından Cənubi Azərbaycanda tələbə və şagirdlərin nümayişləri başlandı. Ən böyük çıxış 1977-ci il Milli Hökumətin ildönümü günü oldu.
1978-ci ilin yanvarında Qumdakı çıxışlarda artıq şah rejiminin ləğv edilməsi tələb edilirdi. Fevralın 18-də (29 bəhməndə) Təbrizdə Şəriətmədarinin çağırışı ilə dini başçıların müraciəti əhalini üsyana qaldırdı. Bu üsyanda 100 min nəfər iştirak etdi. Ordu yeridilməsinə baxmayaraq üsyan ertəsi gün də davam etdi.
Təbriz üsyanında İranda gizli fəaliyyət göstərən «İran xalq fədailəri» təşkilatının üzvləri də iştirak edirdilər. Təbrizdəki cəza tədbirlərinə cavab olaraq Yəzd, Çöhrəm, Tehran, Qum, Zəncan və b. şəhərlərdə çıxışlar oldu. Həmin gündən başlayaraq mitinq və nümayişlər İranın demək olar ki, bütün iri şəhərlərini bürüdü. Xaricdə olan Ayətullah Xomeyni Təbriz əhalisinə müraciət göndərdi. Artıq Təbriz üsyanı bütün İranda baş verəcək inqilabın başlanğıcı hesab edilirdi. Mayın 919-da baş vermiş çıxışlar İranın 20-dən çox şəhərini əhatə edirdi.
Sentyabrdan inqilabın 2-ci mərhələsi başlandı. Bütün sosial təbəqələr hərəkata qoşuldu. Tətilçilər SAVAK-ın ləğv edilməsini, demokratikləşməni tələb edirdilər.
1978-ci il dekabrın 30-da təbrizlilər yenidən nümayişə başladılar. Şah 1979-cu il yanvarın 16-da İrandan qaçdı. Yanvarın 19-dan isə nümayişlər «Allahu əkbər, Xomeyni rəhbər» şüarı ilə keçirilirdi.
1979-cu il fevralın 1-də A.Xomeyninin Parisdən Tehrana gəlməsi münasibətilə Təbrizdə nümayişlər geniş vüsət aldı. Fevralın 11-də nümayişçilər gülləbaran edildilər. Nümayişçilər də polis qüwələrinə hücum etdilər. Xeyli insan həlak oldu.
Fevralın 11-də paytaxtda şah tərəfdarları üzərində qələbə çalınmasına baxmayaraq əksinqilabi qüvvələr xüsusən, Təbrizdə müqavimət göstərirdilər. Lakin fevralın 16-da Azərbaycanın başqa şəhərlərində də şahpərəst qüvvələr zərərsizləşdirildi, nəzarət xalqın əlinə keçdi. 1978-79-cu illərin İran inqilabı dövründə azərbaycanlılar 25 min nəfərə yaxın qurban verdilər. Şahlıq üsul-idarəsi devrildi. 1979-cu il aprelin 1-də İran İslam Respublikası elan edildi.
Əsas siyasi və sosial qüvvələr şahlığın devrilməsindən sonra 2-ci mərhələni - milli-demokratik istiqamətdə inkişafı gözləyirdilər. Milli məsələnin ədalətli həlli gözlənilirdi.
1979-cu il dekabrın 2-3-də İran İslam Respublikası Konstitusiyanı qəbul etmək üçün referendum keçirdi. «Millətin hüququ» adlı III fəslin 19-cu maddəsində deyilirdi: «İran xalqı hansı etnik qrup və qəbilədən olmasından asılı olmayaraq bərabər hüquqa malikdir, rəng, irq, dil və bu kimi amillər kimsəyə üstünlük vermir», 15-ci maddədə isə deyilirdi: «İran xalqının rəsmi müştərək dili və xətti farsdır. Sənədlər, məktublaşmalar, rəsmi mətnlər və dərs kitabları bu dil və xətlə olmalıdır. Lakin yerli və etnik dillərin fars dili ilə yanaşı işlənməsi, mətbuat, kütləvi informasiya vasitələrində və milli ədəbiyyatın məktəblərdə tədrisində azaddır».
Ancaq bu nailiyyətlər türk dilinin 1945-46-cı illər milli- demokratik hərəkat dövründəki mövqeyindən çox aşağı oldu. Az bir müddətdə türk dilində təxminən 30 adda qəzet və jurnal nəşr olundu, yazıçılar ittifaqı yarandı, dərs vəsaitləri hazırlanmasına başlandı. Amma, hazırda «Varlıq» jurnalından başqa türk dilində heç bir mətbuat orqanı nəşr edilmir. Dövlət orqanlan tərəfındən yasaq edilməsindən (əsasən ideya-siyasi yönümünə görə) başqa, onların bağlanmasının əsas səbəblərindən biri də qəzet və jurnallann maddi korluq çəkməsi oldu.
İnqilabın qələbəsindən sonra siyasi partiya və təşkilatlar milli zülmün ləğvinin yeganə yolunu İranda ictimai həyatın həqiqi federalizm əsasında yenidən qurulmasında görürdülər.
Dostları ilə paylaş: |