1. Azərbaycanın təbii-coğrafi şəraiti


-1946-cı illərdə Cənubi Azərbaycanda milli demokratik azadlıq hərəkatı



Yüklə 344,46 Kb.
səhifə107/117
tarix01.01.2022
ölçüsü344,46 Kb.
#50562
1   ...   103   104   105   106   107   108   109   110   ...   117
Azerbaycan tarixi imt sual (1) (3)

105.1941-1946-cı illərdə Cənubi Azərbaycanda milli demokratik azadlıq hərəkatı.

Cənubi Azərbaycanda demokratik hərəkatın başlanması, 1945-ci ilin dekabrında Azərbaycan Milli Məclisi və Milli Hökumətinin fəaliyyətə başlayaraq Azərbaycan muxtariyyətinin elan olunması və 1946-cı ilin dekabrında hərəkatın məğlubiyyəti İkinci Dünya müharibəsi və SSRİ-nin Böyük Vətən müharibəsi dövründə İranın sosial və iqtisadi şəraiti, daxili və xarici siyasəti, geosiyasi vəziyyəti, müttəfiq dövlətlərin (SSRİ, Böyük Britaniya, ABŞ) maraq və mənafeləri, qarşılıqlı münasibətlərindəki mürəkkəb və ziddiyyətli proseslərlə əlaqədar idi. 1941-1946-cı illərdə Cənubi Azərbaycanda baş vermiş proseslər sovet, o cümlədən Azərbaycan tarix elmində, vahid siyasi doktrinanın hökm sürdüyü şəraitdə obyektiv tədqiqat aparmaq imkanı olmadığına görə, birmənalı şəkildə milli-azadlıq hərəkatı kimi qiymətləndirilmişdir. SSRİ-nin süqutundan sonrakı ilk illərdə Azərbaycan tarixçilərinə obyektiv tədqiqat aparmaqda sovet rejiminin ideoloji stereotiplərindən əlavə ikiyə bölünmüş xalqın daimi qovuşmaq arzusundan doğan milli təəssüb hissləri də mane olmuşdur. Arxivlərin bağlı olması da öz rolunu oynamışdır.

1941-ci ilin avqustunda sovet qoşunları Cənubi Azərbaycanı və ölkənin digər şimal rayonlarını zəbt etdikdən sonra Azərbaycan xalqının müəyyən hissəsi milli əsarətdən xilas olmaq məqamının yetişdiyini düşünərək, mübarizəyə hazır idi və çoxəsrlik arzusunun gerçəkləşməsini milli muxtariyyət əldə etməkdə görürdü. Müstəqil dövlət quraraq sonradan Azərbaycan SSR-ə birləşmək ideyasının da tərəfdarları var idi. Mir Cəfər Pişəvəri dönə-dönə söyləyirdi ki, bu fürsəti əldən buraxsaq, tarix bizi heç zaman bağışlamaz.

Ən yeni tarixə nəzər salınsa, milli-azadlıq, yaxud demokratik hərəkatların məhz böyük dövlətlərin himayəsi ilə həyata keçirildiyini çoxlu faktlar təsdiq edir. Cənubi Azərbaycandakı hərəkat da istisnalıq təşkil etmirdi. Sovet İttifaqı ÜİK(b)P MK Siyasi Bürosunun 6 iyul 1945-ci il tarixli qərarından əvvəl bütün beynəlxalq hüquq normalarını pozaraq, Cənubi Azərbaycanı öz ərazisi kimi idarə etməyə başlamışdı. İyunun 10-da Stalin “Şimali İranda sovet sənaye müəssisələrinin təşkili haqqında” SSRİ Nazirlər Sovetinin, iyunun 21-də “Şimali İranda neft geoloji-kəşfiyyat işlərinin aparılması haqqında” Dövlət Müdafiə Komitəsinin qərarlarını imzalamışdı. Avqust ayından ÜİK(b)P MK Siyasi Bürosunun qərarında nəzərdə tutulan Azərbaycan Demokrat Partiyasının yaradılmasına hazırlıq işləri başlanmışdı. Sentyabrın 7-də Təbrizdə İran Xalq Partiyasının – Tudənin Azərbaycan əyalət təşkilatı öz konfransında bütün təşkilatla yeni yaradılacaq partiyanın tərkibinə daxil olmaq haqqında qərar qəbul etdi. Oktyabrın 2-də Təbrizdə Azərbaycan Demokrat Firqəsi adlandırılan partiyanın birinci təsis qurultayı oldu. Partiyaya sədr seçilmiş Pişəvərinin və onun silahdaşlarının rəhbərliyi altında Azərbaycan Milli Muxtar Vilayətinin yaradılması istiqamətində hərəkat başlandı.

1945-ci ilin noyabr ayında Cənubi Azərbaycanın bütün əsas şəhərlərində çoxminli mitinq və yığıncaqlarda Azərbaycan Xalq Konqresinə seçkilər keçirildi. Xalqın hərəkata qoşulmuş hissəsi, ADF-nin on minlərlə üzvü, minlərlə fədai hərəkatın nə dərəcədə Moskvadan idarə olunması haqqında məlumata malik deyildi və ola da bilməzdi. Onların nəzərində hərəkatın ideya mənbəyi öz mühitlərində idi, öz inamlarından doğmuşdu. Buna görə də, hərəkatda iştirakları tam səmimi idi və milli istiqlal məqsədi güdürdü. Noyabrın 20-də Təbrizdə işə başlayan konqresə nümayəndələrin təklifi ilə təsis qurultayı statusu verildi. Qurultay “Təsis qurultayının qətnaməsi”, “İran şahına, məclisinə və hökumətinə bəyannamə”, “Xalqa müraciət”, “Milli Məclisə seçkilər haqqında əsasnamə” kimi mühüm sənədlər qəbul etdi. “Xalqa müraciət”də deyilirdi: “Azərbaycan xalqı İranın müstəqilliyini və bütövlüyünü pozmadan dünyanın başqa millətləri kimi Atlantika xartiyasının prinsipləri əsasında öz taleyini həll etməkdə özünü azad və səlahiyyətli hesab edir” (6). Milli Məclisə seçkilərin keçirilməsinədək və xalq hökumətinin təşkilinədək rəhbər orqan kimi Hacı Mirzə Əli Şəbüstərinin sədrliyi ilə Milli Komitə seçildi.Milli Komitənin qərarı ilə noyabrın 23-27-də Milli Məclisə seçkilər keçirildi.


Yüklə 344,46 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin