1. Azərbaycanın təbii-coğrafi şəraiti


Almaniyanın SSRİ-yə hücumu.Azərbaycanda hərbi iqtisadi və mənəvi səfərbərlik



Yüklə 344,46 Kb.
səhifə105/117
tarix01.01.2022
ölçüsü344,46 Kb.
#50562
1   ...   101   102   103   104   105   106   107   108   ...   117
Azerbaycan tarixi imt sual (1) (3)

103.Almaniyanın SSRİ-yə hücumu.Azərbaycanda hərbi iqtisadi və mənəvi səfərbərlik.

XX əsrin 20-30-cu illərində yaranmış Beynəlxalq münasibətlər yeni bir dünya müharibəsini qaçılmaz etdi. Almaniya, İtaliya və Yaponiya dünyanın “qeyri-bərabər” nüfuz dairələrinə bölünməsi ilə razı deyildilər. SSRİ öz nüfuz dairəsini Avropaya doğru genişləndirmək istəyir, dünyanın nüfuz dairələrinə bölünməsi onu da tam qane etmirdi. Buna görə də 1939-cu ilin martında Fransa, İngiltərə və SSRİ arasında başlanan danışıqlar uğursuz oldu. SSRİ kimi müttəfiqin olmasını arzulayan Almaniya 1939-cu il avqustun 23-də “Molotov-Ribbentrop paktı” imzaladılar. Bu pakta görə hər iki dövlət bir-birinin üzərinə 10 il müddətinə hücum etməmək haqqında öhdəlik götürürdülər.

Müqavilənin məxfi hissəsində isə Polşanın və digər Şərqi Avropa ölkələrinin bölüşdürülməsinə dair saziş var idi. Beləliklə 1939-cu il sentyabrın 1-i müharibə başladı. “23 avqust” sazişinə əsasən SSRİ həmçinin Polşaya şərqdən hücum etdi. Polşa zəbt edildi və bölüşdürüldü. SSRİ-nin hərbi gücünə bələd olduqdan sonra Almaniya SSRİ torpaqlarını tutmaq qərarına gəldi. Almanlar bunun üçün yeni plan “Barbarossa”adlı “İldırım sürətli müharibə” (Blitz kriq) planı hazırladılar. Həmin plan SSRİ-nin çox sürətli işğalına imkan verəcəkdi. Bu planın yerinə yetirilməsində Yaponiyanın şərqdən hücumu vacib idi.

Almaniya ilə Yaponiya arasında 70-ci meridian sərhəd kimi şərtləşdirilmişdi. SSRİ-nin Yaponiyadaki məxfi agenti Rixard Zorge Almaniya və Yaponiyanın SSRİ-yə hücum vaxtını mərkəzə xəbər versə də, Stalin Hitlerdən belə tez hücum gözləmirdi. 1941-ci il iyun ayının 22-də səhər saat 4-də (R.Zorgenin dediyi vaxtda) Almaniya qəfildən SSRİ-yə hücum etdi. SSRİ tarixinə “Böyük Vətən Müharibəsi” kimi daxil olmuş müharibə başladı. Sovetlər Amerika Birləşmiş Ştatları və İngiltərə ilə danışığa başladı. 1941-ci il iyulun 12-də əməkdaşlıq haqqında İngiltərə ilə müqavilə imzalandı. SSRİ-nin silaha ehtiyacı olduğu üçün oktyabrın 1-də Amerika Birləşmiş Ştatları, İngiltərə və SSRİ arasında silah verilməsini nəzərdə tutan saziş imzalandı. Daha sonra Amerika Birləşmiş Ştatlarının “Lendliz” haqqında qanunu SSRİ-yə şamil edildi. Stalinin hakimiyyəti illərində SSRİ-də təcrübəli hərbi kadrların böyük hissəsi “Stalinə sədaqətsiz” olduqları üçün məhv edilmişdilər. Bu da müharibənin ilk aylarında kəskin şəkildə özünü göstərdi.

1941-ci il iyunun 22-də Almaniya SSRİ-yə hücum etdi. SSRİ-nin Böyük Vətən müharibəsi başlandı. İldırımsürətli müharibə strategiyasına əsaslanan alman qoşunları qəfil zərbə ilə Sovet ordusunu ciddi məğlubiyyətə uğratdı. Almanlar qışa qədər Arxangelsk-Həştərxan xəttinə çıxmaq ümidində idilər. SSRİ-nin qərb sərhədlərində hələ tam komplektləşdirilməmiş hərbi birləşmələr daha yaxşı silahlanmış və müasir döyüş aparmaq təcrübəsi daha çox olan alman qoşunlarının güclü hücumuna tab gətirə bilmədi, böyük itkilər verərək ölkənin içərilərinə doğru sürətlə geri çəkildi.

Almanlar müharibənin birinci həftəsində Leninqrad və Kiyevə yaxınlaşdılar, Smolenski ələ keçirdilər. Sentyabr ayında alman ordusu Kiyevi tutdu, Leninqradı mühasirəyə aldı və Moskva üzərinə güclü hücuma başladı. Lakin Sovet ordusunun təşəbbüsü ələ almaq səyləri sayəsində alman qoşunları Moskva döyüşündə darmadağın edilərək geri atıldı. Noyabrın 15-də alman qoşunları böyük qüvvə ilə paytaxt üzərinə ikinci dəfə hücuma keçdi. Bəzi yerlərdə paytaxta 5 km-ə qədər yaxınlaşa bilmiş alman ordusunu sovet qoşunları müdafiə döyüşlərində taqətdən saldılar. 1941-ci il dekabrın 5 və 6-da sovet qoşunlarının əks-hücumu başlandı. Düşmən 100–250 km geri oturduldu.

Moskva döyüşündə və 1942-ci ilin qış hücumunda sovet qoşunlarının qələbəsi Almaniyanın İldırımsürətli müharibə planını boşa çıxardı.Bu qələbə işğal edilmiş ölkələrdə Müqavimət hərəkatına güclü təkan verdi, antihitler koalisiyasını möhkəmlətdi, faşist dövlətləri blokunu zəiflətdi.




Yüklə 344,46 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin