1. Azərbaycanın təbii-coğrafi şəraiti


Sovet Azərbaycanı müharibədən sonrakı illərdə(1945-1960-cı illər)



Yüklə 79,36 Kb.
səhifə16/18
tarix01.01.2022
ölçüsü79,36 Kb.
#50500
1   ...   10   11   12   13   14   15   16   17   18
Azerbaycan tarixi imt sual (1)

106.Sovet Azərbaycanı müharibədən sonrakı illərdə(1945-1960-cı illər).

II Dünya müharibəsində SSRİ-nin qalib gəlməsi onun nəzarəti altında olan bütün regionlarda, o cümlədən, Azərbaycan SSR-də totalitarizmin daha da güclənməsinə səbəb oldu. T.Qaffarov yazır ki, Stalinin, Azərbaycanda isə həm də Bağırovun şəxsi nəzarəti altında işləyən Dövlət Təhlükəsizlik və Daxili İşlər Nazirlikləri güclü totalitar rejimin təmin olunması üçün mühüm vasitə idilər. Adamlara qarşı etimadsızlıq, gizli izləmə, düşüncələrə nəzarət, çuğulluq, satqınlıq daha da artmış, cəmiyyətdə ümumi vahimə yaradılmışdı.

Hamı bir-birindən şübhələnirdi.Bütün hakimiyyətin Stalinin əlində cəmləşdirilməsinə mənəvi cəhətdən haqq qazandırmaq üçün onu bütləşdirmək, hər vasitə ilə kütlələrdə onun şəxsiyyətinə pərəstiş formalaşdırmaq totalitar üsul-idarəni daha da gücləndirməyin vasitələrindən biri idi. Stalinin şəxsiyyətinə pərəstiş kütləvi psixoz səviyyəsinə çatdırılmışdı.İnzibati-amirlik üsul-idarəsinin daha da güclənməsi, ictimai mülkiyyətə sərəncam vermək hüququnun partiya-təsərrüfat bürokratiyasına məxsus olması, sözdə verilmiş bəzi demokratik hüquqların da təmin olunmaması əhalini siyasətdən daha da uzaqlaşdırmışdı. "Xalq hakimiyyəti" orqanlarına seçkilər ciddi nəzarət, inzibati təzyiq altında keçirilirdi. Səsvermədən yayınmaq, demək olar ki, mümkün deyildi. Sovet imperiyasının "Parçala-hökm et!" siyasəti xalqlar arasında daim münaqişə, süni konfliktlər, problemlər yaradılmasında daha aydın təzahür edirdi. Moskva Qafqazda da Azərbaycan, erməni, gürcü və başqa xalqları bir-birinə qarşı qoymaq və hamısı üzərində hakim mövqeyini saxlamaq üçün ciddi milli münaqişə ocaqları yaratmışdı. Bunlardan ən dərini Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaratdığı muxtar vilayətdə idi. Moskvanın fitvası və havadarlığı ilə mərkəzdəki erməni lobbisinə arxalanan erməni millətçiləri, daşnaklar vaxtaşırı Azərbaycanın əsasən XIX əsrin əvvəllərindən ermənilər tərəfindən məskunlaşdınlmış bu ərazisinin ondan qoparılıb Ermənistana verilməsi tələbi ilə çıxış edirdilər. 40-cı illərin ortalarıda Moskvanın, bilavasitə, A.Mikoyanın təşəbbüsü ilə Ermənistanda partiya elitasının fəal iştirakı ilə "gizli" Qarabağ hərəkatı, "Qarabağ komitəsi" yaradılmışdı. 1945-ci ilin payızında Ermənistan rəhbərliyi növbəti dəfə ÜİK(b)P MK qarşısında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ondan alınıb Ermənistana verilməsi tələbini qoyur. ÜİK(b)P MK katibi Q.M.Malenkov Azərbaycan canişini M.C.Bağırovun bu məsələyə münasibətini öyrənir.

1948-1953-cü illərdə heç bir könüllülük prinsipi nəzərə alınmadan Ermənistan SSR-dən 144 mindən çox azərbaycanlı zorla Azərbaycan SSR-ə köçməyə məcbur edildi. Ermənistanın dağlıq bölgələrindən Azərbaycanın Kür-Araz ovalığına köçürülən on minlərlə əhalinin taleyi daha faciəli oldu. Moskva müharibədən sonrakı ilk beşillik planda (IV beşillik - 1946-1950-ci illər) respublikanın məhsuldar qüvvələrinə, xalq təsərrüfatına müharibənin vurduğu ziyanı aradan qaldırmaq, onun iqtisadi potensialını artırmaqla sərvətlərindən daha geniş faydalanmaq üçün münasib maddi və sosial imkanlar yaratmaq vəzifələri müəyyən etmişdi. Bu iqtisadi siyasət sonrakı illərdə də davam etdirildi. Ümumiyyətlə, bu illərdə Azərbaycan rəhbərliyi iqtisadiyyatın və əsasən, sənayenin inkişafı üçün mərkəzdən böyük vəsait "qopara" bildi. Müharibədən sonrakı on ildə respublikada 108 yerli iri sənaye müəssisəsi istifadəyə verildi. Fəhlə və qulluqçuların sayı 1,5 dəfə artıb 623 minə çatdı. On minlərlə mühəndis-texniki işçi hazırlanıb istehsalat sahələrinə göndərildi.


Yüklə 79,36 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin