1. Bərk dərman formaları Poroşoklar, təsnifatı, texnologiyası Poroşoklara aid reseptlərin yazılma qaydası 4



Yüklə 1,5 Mb.
səhifə11/12
tarix26.04.2023
ölçüsü1,5 Mb.
#103111
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   12
movzu3

X DF tərəfindən bu ekstraktların 2 növü (qatı və quru) qəbul edilmişdir. Bunların tərkibində alkoloidlərin miqdarı müxtəlifdir. Qatı ekstraktın tərkibində 1,6%, quru ekstraktın tərkibində “0,7-0,85%” alkoloid olur. Poroşokların tərkibinə ən çox xanımotu ekstraktı qatılır.

Xanımotu ekstraktı ilə poroşok hazırladıqda quru ekstrakt reseptdə göstərilən miqdardan 2 dəfə çox, qatı ekstrakt isə göstərilən miqdarda çəkilib qatılır.

Ekstraktlarla poroşokların hazırlanması

Duru ekstraktın tərkibində olan qliserin poroşokun nəmlənməsinə səbəb olur. Odur ki, quru ekstraktdan istifadə edilməsi daha məqsədəuyğundur. Tinkturalar və duru ekstraktlar o zaman poroşok tərkibində verilə bilər ki, bunların miqdarı hər 1 q maddəyə 2-3 damcıdan artıq olmasın. Əks təqdirdə poroşokun səpilməsi pozula bilər. Əgər doza göstərilən miqdardan çox olarsa, maye preparatın miqdarını qatılaşdırmaqla azaltmaq olar. Poroşoklar eyni zamanda tinktura və duru ekstraktla da hazırlanır. Onlar qarışdırmanın sonunda əlavə edilir və bu da maddələrdən çətin əzilən maddələri xırdalamaq məqsədi ilə istifadə edilir. Yəni reseptdə tinktura və ya duru ekstrakt yazılıbsa hər bir qram maddəyə 2-3 damcı tökmək olar.

QOXULU VƏ ÇƏTİNLİKLƏ POROŞOK HALINA GƏLƏN MADDƏLƏRLƏ POROŞOKLARIN HAZIRLANMASI.

Mürəkkəb poroşokların tərkibindəki dərman maddələri müxtəlif xırdalıq dərəcəsinə malik ola bilər. Belə halda hər bir dərman maddəsi əvvəlcədən əzilərək eyni xırdalıq dərəcəsinə salınmalıdır. Bəzən mürəkkəb poroşokların tərkibinə daxil olan dərman maddələrini mexaniki əzməklə narın poroşok şəklinə salmaq mümkün olmur. Belə hallarda həmin dərman maddələri (Kafur, mentol, bor turşusu, anestezin, timol, fenilsalisilat və s) spirtlə əzilir. 1,0 maddəyə 8-10 damcı 95%-li spirt götürülür. Spirt uçduqdan sonra digər maddələr əlavə olunur. Bu maddələrlə reseptdə yazılan tərkibi hazırladıqda qoxulu dərmanlar üçün ayrılmış stolda hazırlamaq lazımdır. Həvəng dəstə və çəki daşları da ayrı olmalıdır.


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin