1. Layihə menecmenti öyrənilməsinin əhəmiyyəti və layihənin təriflərini xarakterizə edin


Layihənin hüquqi təminat və təşkilat əlamətlərini xarakterizə edin



Yüklə 112,31 Kb.
səhifə38/41
tarix07.06.2023
ölçüsü112,31 Kb.
#126579
1   ...   33   34   35   36   37   38   39   40   41
Layihe menecmenti son

52. Layihənin hüquqi təminat və təşkilat əlamətlərini xarakterizə edin.
Hüquqi təminat əlamətləri. Layihələrdə iştirak edən tərəflərin hüquqi təminatı və onlar arasında münasibətlərin qurulması layihənin uğurlu olması üçün əsas şərtlərdən biridir. Yeni iqtisadi şəraitdə və müstəqil dövlət quruculuğu ərəfəsində layihələrin yerinə yetirilməsində hüquqi nöqteyi nəzərdən problemlər yarana bilər. Bu səbəbdən layihələrdə müvafiq qanunlar və normativ sənədlər öz əksini tapmalıdır.
Təşkilat əlaməti. Təriflərdən göründüyü kimi layihə kiçik bir müəssisədir. Нəг bir müəssisənin təşkilati strukturu olduğu kimi layihələrin də yerinə yetirilməsi üçün təəkilati strukturlar tələb olunur. Böyük layihələrdə tələb olunan əsas parametrlardan biri «təşkilati strukturların yaradılması»dır. Bu struktur kiçik layihələrdə özünü doğrultmadığı üçün onlar tələb olunmur.
53. Layihənin konsepsiya və planlaşdırma fazalarını xarakterizə edin.
Layihənin həyat dövrünü əhatə edən dörd fazalardan hər birini ayrı-ayrılıqda nəzərdən keçirək.
Konsepsiya fazası. Bu fazada layihənin konsepsiyası işlənilir.

  • Layihənin mövcud vəziyyətinin təhlili və bu haqda məlumatların toplanması;

  • Layihələrin dəyişdirilməsi zərurətinin təyin edilməsi və təsdiqi;

  • Layihənin məqsədini, texniki tapşırığı və nəticəsini müəyyənləşdirmək;

  • Layihənin tələblərini, məhdudiyyətlərini, şərtlərini və meyarını müəyyənləşdirmək;

  • Layihədəki riskləri müəyyənləşdirmək;

  • Layihənin mühitini və iştirakçılarını müəyyənləşdirmək; Tələb olunan vaxtı, ehtiyatı, vasitələri müəyyənləşdirmək.

Planlaşdırma fazası. Bu fazaya layihənin əsas komponentlərinin işlənməsi və onun yerinə yetirilməsi üçün hazırlıq işləri daxildir.
Burada aşağıdakı işlər yerinə yetirilir:

        • layihənin komanda heyyəti müəyyənləşdirilir;

        • layihə sifarişçisinin tələbləri öyrənilir, digər iştirakçılar müəyyənləşdirilir və kontraktlar bağlanılır;

        • layihənin son nəticəsi və məhsul müəyyənləşdirilir; məhsulun keyfiyyət standartları müəyyənləşdirilir; layihənin strukturu işlənilir;

        • əsas işlər yerinə yetirilir;

        • tələb olunan ehtiyatlar müəyyənləşdirilir;

        • işlərin yerinə yetirilmə planı hazırlanır;

        • layihənin ierarxiya strukturu qurulur, dekompozisiya olunur və WBS struktur hazırlanır;

        • layihənin təqvim planı hazırlanır;

        • layihənin smetası və büdcəsi müəyyənləşdirilir; layihələrin idarəetmə proseduru və monitorinq sistemi müəyyənləşdirilir;

        • layihənin təqvimetmə mexanizmi hazırlanır;

        • layihənin davam etdirilməsi üçün razılıq əldə olunur.


Yüklə 112,31 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin